Azarbaycan Respublikasının Elm və Təhsil Nazirliyi Bakı Dövlət Universitetinin nəzdində



Yüklə 82,53 Kb.
tarix28.11.2023
ölçüsü82,53 Kb.
#169276

Azarbaycan Respublikasının Elm və Təhsil Nazirliyi
Bakı Dövlət Universitetinin nəzdində
İqtisadiyyat va Humanitar Kollec
Şöbə: İqtisadiyyat ixtisasları
İxtisas: Mühasibat uçotu
Fənn: IKT- baza kompüter bilikləri 2
Kurs:Ill
Qrup:280

Sərbəst iş 2

Mövzu:Python dilində tiplər

Müəllim: Sevda Teymurxanova


Tələbə: Yusif Bayramov

Baku-2023


Tiplər



Hər bir proqramlaşdırma dilində olduğu kimi Python dilində də verilənlərin və eləcə də istifadə olunan dəyişənlərin tipi olur. Lakin Python dilində dəyişənlərin aşkar şəkildə tiplərini təyin etməyə ehtiyac yoxdur. Belə ki, biz bir dəyişənə müəyyən bir qiyməti mənimsədərkən, Python özü bu qiymətə əsasən dəyişənin tipini təyin edir. Əgər bundan sonra biz bu dəyişənə fərqli tipdə bir qiymət mənimsətsək, Python yenə bunu görəcək və dəyişənin tipini dəyişəcək.
Daha öncə yazdığımız Azərbaycan proqramını xatırlayırsınız?


Biz burada s1  s2 dəyişənlərinə sətir tipli məlumat mənimsətdiyimizə görə Python da bu dəyişənlərin tipini str (sətir) tipi olaraq təyin edəcək. Eynilə n1 dəyişəni həqiqi ədəd tipli qiymət aldığı üçün float tipində, n2 dəyişəni də tam ədəd tipli qiymət aldığı üçün int tipində qəbul ediləcək.
Nəzərinizə çatdırım ki, Python proqramlaşdırma dilində intfloat və str tiplərindən başqa digər tiplər də var və onlar haqqında növbəti dərslərimizdə bəhs edəcəyik.


Tiplərin müəyyən edilməsi

Bildiyiniz kimi proqramlarda istifadə edilən qiymət və dəyişənlər hökmən bir tipə aid olmalıdır. Bəzən bu verilənlərin hansı tipə mənsub olduğunu öyrənmək lazım gəlir. 


Bunun üçün type() funksiyasından istifadə olunur:




Gəlin nümunələri incələyək. Əvvəlcə biz “Salam Azərbaycan” qiymətinin tipini soruşduq. Növbəti sətirdə ekrana bu tipin str (sətir) olduğu haqda məlumat çıxdı. Sonra biz paytaxt dəyişəninə “Bakı” qiymətini mənimsətdik və bu dəyişənin tipini soruşduq. Məlum oldu kipaytaxt dəyişəni də str tipindədir. Daha sonra biz n dəyişəninə 9600000 qiymətini verib onun tipini müəyyən etdik. Ekrana çıxan məlumatdan gördük ki, n dəyişəni int (tam ədəd) tipindədir. nəhayət ən sonda biz həmin n dəyişəninə bu dəfə 86.6 qiymətini mənimsətdik və tipini soruşduq. Bu dəfə məlum oldu ki, n dəyişəni öz tipini dəyişərək indi də float (həqiqi ədəd) tipinə mənsub olub. Bu ona görə baş verdi ki, n dəyişəninə ikinci dəfə qiymət olaraq həqiqi ədəd mənimsətmişdik. 


Ədəbiyyat: internet resursları
Yüklə 82,53 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin