Ardıcıl təşkil üsulu. Faylın yazıları daşıyıcıda bir–birinin ardınca yerləşdirilir.
Bu üsul ən sadədir, asan reallaşdırılır. Bunlar onun üstünlüyüdür. Çatışmazlığı ondan ibarətdir ki, bu üsulla təşkil olunan fayla yalnız ardıcıl müraciət mövcuddur. Ardıcıl müraciət zamanı hər dəfə fayla müraciət edərkən yazı ordan götürülür. Beləliklə, sonda yazılan yazını tapmaq üçün çoxlu sayda müraciət etmək lazım gəlir. Buna baxmayaraq ardıcıl təşkil üsulundan geniş istifadə olunur. Ona görə ki, praktikada elə məsələlər var ki, faylın yazılarının hamısına onların yerləşmə ardıcıllığı ilə bir-bir baxmaq lazım olur.