Bildiyimiz kimi faylların emalı əməli yaddaşda aparılır. Odur ki, xarici yaddaşda saxlanan fayl emal edilmək üçün əməli yaddaşa yüklənməlidir.
Fayla yazılar toplusu kimi baxıldıqda əməli yaddaşla xarici yaddaş arasında informasiya mübadiləsi fiziki yazılarla aparılır. Maqnit diskinə müraciətlərin sayını azaltmaq üçün fiziki yazının ölçüsünü artırmaq lazımdır.Bunun üçün bir neçə məntiqi yazı blok şəklində birləşdirilir. Buna bloklaşdırma deyilir. Bloklaşdırma müasir əməliyyat sistemlərində dəstəklənir.