Kafedra: Tarix kafedrası Fakültə: Kimya texnologiyası İxtisas: Kimya mühəndisliyi Müəllim: Həsənov Yusifəli



Yüklə 13,56 Kb.
tarix24.12.2023
ölçüsü13,56 Kb.
#191439
Allahyar-Tarix


Kafedra: Tarix kafedrası
Fakültə: Kimya texnologiyası
İxtisas: Kimya mühəndisliyi
Müəllim: Həsənov Yusifəli
Tələbə: Mamedov Allahyar
Qrup: 383.22
Fənn: Azərbaycan Tarixi
Mövzu:Rusiya imperiyasının cənubi qafqazda köçürmə siyasəti
Ermənilərin köçürülməsi
Çar Rusiyası regionda köçürmə siyasətinə 1817-ci ildə başlamışdı. Cənubi Qafqazda ilk olaraq almanlar məskunlaşdırılmışdı. Amma 1820-ci illərin ortalarında rəsmi Sankt-Peterburq almanların bu regiona uyğunlaşa bilmədəyini anlamışdı. Belə olan təqdirdə, Qacarlarla Osmalı dövlətində müsəlman əhali ilə əsrlər boyu birgə yaşamış ermənilər var idi. Yəni ermənilərin orada yaşadığı şərait Cənubi Qafqazdakı ilə eyni idi. Odur ki, Rusiya ermənilərin onun imperiya planı baxımından faydalı element ola biləcəyini düşünməyə başlamışdı.
Bundan başqa, Osmanlı və Qacarlar dövlətində yaşamış bəzi ermənilər, xüsusilə din xadimləri müharibə dövründə rus ordusuna güclü dəstək vermiş, əvəzində rus liderlərdən yeni istila edilmiş ərazilərdə məskunlaşdırılmalarını xahiş etmişdilər. Bəzi ermənilər isə Rusiyaya hətta Cənubi Qafqaz regionunda xüsusi erməni inzibati-ərazi vahidinin yaradılması ilə bağlı bir neçə gizli məktub ünvanlamışdı. Ermənilərin planına əsasən, bu ərazilər gələcəkdə müstəqil erməni çarlığının təməli olmalı, Qacarlar ilə Osmanlı imperiyasından ermənilərin köçürülməsilə isə burada onların mövqeyi daha da möhkəmlənməli idi.
Ermənilər Qarabağ və İrəvan kimi bır sıra Azərbaycan xanlıqlarında etnik azlıq olub. Rusiya imperiyasının Cənubi Qafqazda köçürmə siyasətinə başladığı 1820-ci illərin ortalarında da Qarabağ əhalisinin əksəriyyəti müsəlman azərbaycanlılar idi. Rusiya imperiyasının Qafqazdakı ali baş komandanı, general Aleksandr Tormasov 1810-cu il avqustun 2-də Sankt-Peterburqa göndərdiyi məktubda qeyd edirdi ki, Qarabağda yaşayan 12 min ailədən yalnız 2500-ü ermənidir. 1823-cü ilin rəsmi statistikası ilə məlum olur ki, Qarabağda həmin vaxt 15 min 729 müsəlman ailə və 4366 erməni ailə yaşayıb.
İkinci Rusiya-Qacarlar müharibəsi dövründə (1826-1828) Rusiyanın istila etdiyi digər iki xanlıq – İrəvan və Naxçıvan xanlıqlarında əhalinin 75%-i müsəlman olsa da, bu iki xanlığın ərazisində də “Erməni vilayəti” yaradılmışdı. Rusiyanın həmin dövrdə Qafqazdakı ali baş komandanı İvan Paskeviç “Erməni vilayəti”nin qubernatoru general Karsovskiyə 1828-ci ildə göndərdiyi məktubda bildirirdi ki, vilayətin əhalisinin dörddə üçünü müsəlmanlar təşkil edir.
Bu arada, general İvan Paskeviç (ona hərbi uğurlarına görə 1828-ci ildə İrəvan qrafı titulu verilmiş, 1831-ci ildə isə o, Polşa Krallığının qubernatoru təyin edilmişdi) erməniləri zəhmətkeş və sadiq insanlar kimi xarakterizə edir, bununla da Rusiya imperiyasının Cənubi Qafqaza köçürmə siyasətinə haqq qazandırmağa çalışırdı. Bununla yanaşı, o, yeni istila edilmiş Qarabağ, Naxçıvan və İrəvan vilayətlərinin əhalisinin sayının artırılması üçün oraya ermənilərin köçürülməsinə ehtiyacın olduğunu da vurğulayırdı.
İmperiya tarixçisi Serqey Qlinka isə ermənilərin Qacarlar dövlətindən Rusiya imperiyasına köçürülməsini təsvir edən zaman sərhəd bölgələrdə xristianların məskunlaşdırılmasının faydalı olduğunu bildirirdi. O, ermənilərin Şimalı Qafqaza köçürüldüyünü, üstəlik, onların regionda osmanlılara, qacarlara və dağlı xalqlara qarşı mübarizədə effektli vasitə olduğunu etiraf edirdi.
Çar Rusiyası Azərbaycanın İrəvan xanlığının ərazisində “erməni vilayəti”ni 1828-ci il fevralın 10-da yaradıb. Rus çarı I Nikolay İrəvan və Naxçıvan xanlıqlarının ərazisində “erməni vilayəti”nin yaradılması ilə bağlı fərmanı həmin il martın 21-də imzalayıb. Artıq ermənilər gələcəkdə bu ərazilərinin müstəqil Ermənistan dövlətlətinin yaradılması üçün təməl olacağına ümid etməyə başlamışdı.
Beləliklə, Rusiyanın Qafqaza ilk köçürmə dalğası 1828-ci il martın 16-da başlayıb və iyunun 11-dək davam edib. Bu dövr ərzində bölgəyə 8 min erməni ailəsi və ya 40 min nəfər köçürülüb.
Bölgədə çox sayda erməni ailəsinin məskunlaşdırılması müsəlman azərbaycanlılar arasında təbii olaraq narazılığa və nəticə etibarı ilə toqquşmalara səbəb olmuşdu. Hətta Rusiyanın Qacarlar dövlətindəki səfiri, məşhur şair Aleksandr Qriboyedov Çar Rusiyası administrasiyasını məskunlaşdırma siyasətilə bağlı tənqid də etmişdi. O, bildirirdi ki, ermənilər bölgəyə lazımi hazırlıq görülmədən, idarəçilik olmadan tələsik köçürülür.
Bundan başqa, Qafqaza yenicə köçmüş ermənilərin torpaq sənədləri olmadığından məskunlaşdırma zamanı xaos yaranmışdı. Ermənilərin əsasən müsəlmanların yaşadığı bölgələrdə məskunlaşdırılması isə münaqişəyə yol açırdı. “Biz müsəlmanları bu çətinliyin uzun sürməyəcəyinə inandırmalıyıq. Müsəlmanlar ermənilərin onların torpaqlarına həmişəlik yiyələnəcəyindən narahatdırlar. Odur ki, bu qorxunu aradan qaldırmalı, müsəlmanları ermənilərin bu ərazilərdə müvəqqəti qalacağına inandırmalıyıq”, - deyə Qriboyedov bildirirdi.
Yeri gəlmişkən, Qriboyedov Paskeviçə hesabat xarakterli məktubunda Naxçıvan bölgəsində ermənilərlə “tatarlar” (azərbaycanlılar) arasında düşmənçiliyin olduğunu da qeyd edirdi. Rusiyanın Qafqazdakı ali baş komandanına ünvanladığı digər məktubda isə o, bildirirdi ki, Naxçıvanda ermənilərin köçürülməsi ilə bağlı iğtişaş və toqquşmalar İrəvanla müqayisədə daha çoxdur.
Sebastyan Mut isə ermənilərin Qarabağa köçürülməsinin nəticələrilə bağlı bunları deyirdi: “Rusiyanın imperiya idarəçiliyini Qarabağda möhkəmləndirmək üçün atdığı addımlardan biri də köçürmə siyasəti idi. Rəsmi Sankt-Peterburq bu siyasət çərçivəsində İrandan köçürülmüş xristian ermənilərin hesabına Qarabağda demoqrafik vəziyyəti dəyişmişdi. Müsəlman azərbaycanlılarla türklər isə İrana və Osmanlı imperiyasına köçməyə məcbur olmuş, nəticədə Qarabağ regionunda ermənilərin sayı artmışdı”.
Ermənilərin köçürülməsinin ikinci mərhələsi
Rusiya ilə Osmanlı imperiyası arasındakı müharibənin 1829-cu ildə bitməsilə, ermənilərin köçürülməsinin ikinci mərhələsinə start verilib. Məlum olduğu kimi, bu müharibə nəticəsində Ahalsıx və Axalkalaki daxil olmaqla, Qafqazın Qara dəniz sahilində yerləşən bölgəsi Rusiyanın nəzarətinə keçmişdi. Rusiya ilə Osmanlı arasında 1829-cu il sentyabrın 2-də imzalanmış Ədirnə sülh müqaviləsində isə Türkmənçay müqaviləsində olduğu kimi, ermənilərin köçürülməsi ilə bağlı maddə var idi.
Yəni sultan Osmanlı imperiyasında yaşayan ermənilərin 18 ay ərzində Rusiyanın nəzarətində olan ərazilərə köçməsinə icazə vermişdi. Yeri gəlmişkən, ermənilər bu müharibə zamanı da rus ordusuna dəstək vermişdilər. Odur ki, onların regiona növbəti köçü rəsmi Sankt-Peterburq üçün xüsusi əhəmiyyətə malik idi. Nəticədə Paskeviç rus çarından ermənilərlə yunanların Gürcüstana və Azərbaycan ərazilərində yaradılmış “Erməni vilayəti”nə köçürülməsini, üstəlik, hər bir ailəyə 25 gümüş rubl ödənməsini xahiş etmişdi.
O, bildirirdi ki, 10 min ailənin köçürülməsi üçün ümumilikdə 1 milyon gübüş rubla ehtiyac var. Rusiya çarı I Nikolayın cavab məktubunda isə deyilirdi: “Əminəm ki, sizə etibar edilmiş vilayətdə əhalinin sayının kəskin artırılması imperiyaya faydalı olacaq”.
Rusiya rəsmilərinin hesabatına əsasən, həmin dövrdə Osmanlı imperiyasından Qafqaz regionuna ümumilikdə 84 min yunan və erməni köçürülüb. Lakin çətin şəraitə, xüsusilə 1829-1831-ci illərin sərt qışına öyrəşə bilməyən bəzi ermənilər Rusiya imperiyasını tərk edib.
Əlbəttə ki, belə tendesiya Qafqazdakı rus rəsmiləri üçün həyəcan təbili idi. Odur ki, onlar erməni əhalinin miqrasiyasının qarşısını almaq üçün tədbirlər görməyə başlamışdılar. 1831-ci ildə hətta sərhədlər bağlanmışdı. Ermənilərin bir zamanlar yaşaqları ərazilərə qayıtması Rusiya imperiyasının təşviq etdiyi ideyaların məhvi təhlükəsi yaradırdı. Axı rəsmi Sankt-Peterburq xristianlar arasında əlaqələrdən danışır, “despotik” asiyalı hökmdarlardan fərqli olaraq, Rusiyanın idarəçilyinin daha sivil olduğunu iddia edirdi. Həm ruslar, həm də Eçmiadzində yerləşən erməni qriqorian kilsəsi tərəfindən fəal təbliğ edilən məhz bu idi.
Amma getdikcə daha çox erməninin regionu tərk etməsi Rusiyanın Qafqazdakı rəhbərliyinin bu xalqa inamını azaltmışdı. Nəticədə rusların ermənilərlə bağlı ritorikası da dəyişmişdi. Artıq rəsmi Sankt-Peterburq ermənilərin müstəqil idarəçiliyə can atmasından da narahat olmağa başlamışdı. Odur ki, ruslar ermənilərlə bağlı siyasətlərini 1830-cu illərdən dəyişməyə başlamışdılar. Nəhayət, “Erməni vilayəti” ləğv edilmiş, 1846-cı ildə İrəvan quberniyası yaradılmışdı.
Yekun
XIX əsrdə həyata keçirilmiş çoxsaylı köçürmə kampaniyası Cənubi Qafqazda, xüsusilə İrəvan quberniyasında radikal dəyişikliklərə səbəb olmuşdu. Bu, Rusiya imperiyasının sərhəd bölgəsində yerləşən əraziləri necə idarə etdiyinin bariz nümunəsidir. Regionun bu siyasətdən ən çox əziyyət çəkən xalqı azərbaycanlılardır. Rusiyanın istilasından sonra onların mülkiyyət hüququ, həmçinin sosial-iqtisadi inkişafı ilə manipulyasiya edilmiş, bu məsələlərdə ermənilər da üstün tutulmuşdu. Əlbəttə ki, ermənilərə imperiyanın məqsədlərinə xidmət etdikləri təqdirdə üstünlük verilirdi.
Bu gün əminliklə demək olar ki, köçürmə siyasəti ilə etnik-ərazi münaqişələri arasındakı əlaqə özünü 3 aspektdə göstərir. Birincisi, müstəmləkə ərazilərdə demoqrafik vəziyyətin radikal dəyişdirilməsi və “loyal” xristian qrupların yaradılması əsasən keçmiş İrəvan xanlığının ərazisində yaşamış yerli əhalini, xüsusilə müsəlmanları, yəni məhz azərbaycanlıları pis vəziyyətə qoymuşdu. İkincisi, qeyri-bərabər imtiyazlarla müşayiət olunan demoqrafik dəyişikliklər Bakı kimi mərkəzi şəhərlərdə qeyri-sabitlik mənbəyi idi. Nəticədə bu şəhərdə 1905-1906-cı illərdə etnik toqquşmalar da baş vermişdi. Üçüncüsü, bu ərazilərə köçmüş insanlar üçün tarixi vətən anlayışı dəyişmişdi.
Nəticədə bu bölgələrdə meydana gələcək müstəqil dövlətlər onlara loyal olmayan etnik xalqlardan canlarını asanlıqla qurtara bilməyəcəkdilər. İrəvan xanlığı bunun bariz nümunəsidir. Rusiya imperiyası dağıldıqdan sonra, 1918-ci ildə Cənubi Qafqazda 3 respublika – Azərbaycan, Gürcüstan və Ermənistan meydana gəlmişdi. Ermənistan məhz İrəvan xanlığının ərazisində yaradılmışdı.
Mənbə
https://www.xalqcebhesi.az/news/project/49164.html
İzlədiyiniz üçün təşəkkürlər
Yüklə 13,56 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin