QOŞUNUN QARABAĞ TƏRƏFƏ VƏ
DİGƏR YERLƏRƏ GETMƏSİ
Demək lazımdır ki, o zaman vəliəhd Abbas Mirzəyə xidmət edən türk
(azərbaycanlı) piyada qoşununa, eləcə də şaha xidmət edən İraq piyada qoşununa
canbazlar
1*
deyirdilər.
Xülasə Heydərəli xan aydın xəbər və fərmanla Tehrandan qayıtdı. Abbas
Mirzə qoşunu və ordusunu gözdən keçirib hərbə lazım olan şeyləri yerbəyer
edərək bir neçə tərəfdən Qafqaza qoşun göndərdi. Türk (azərbaycanlı) əsgər, atlı
və topdan ibarət olan altmış minlik bir qoşunu Abbas Mirzə özü ilə götürüb,
Qaradağ, Müşk-ənbər və Gülənbər yaylaq yolu ilə Qarabağa yola düşdü.
İkinci dəstə Xoy, Səlmas, Əfşar və Urmiya atlı və piyadalarından ibarət
qoşunu sərdar Əmir xan və qarabağlı Mehdiqulu xanla Naxçıvan və Sisyan dağ
yolu ilə Şuşa qalasının üzərinə göndərdi.
Qacar əmirlərindən birisi olan sərdar İbrahim xan şirvanlı Mustafa xanla
birlikdə İraq qoşunu və Cahardolu atlılarından ibarət böyük bir dəstə ilə Şirvanat
tərəfə yola düşdü. İrəvanlı sərdar Hüseyn xanı və Sarı Aslan adı ilə məşhur olan
qardaşı Həsən xanı, Gürcüstan valisi Aleksandr Mirzə ilə birlikdə Tiflis tərəfinə
təyin etdi. Qarakilsədə Pənbək və Şuragül tərəfindən knyaz Sivaralidze ilə
vuruşmağa başladılar. Habelə talış Mir Həsən xan öz qoşunu və vilayətinin hərbi
qüvvələrilə Lənkəran və Ərkivana, Hüseyn xan Şəkili (Səlim xanın oğlu) qardaşı
Hacı xanla Nuxa tərəfə, Ziyadoğlu Uğurlu xan Gəncə tərəfə yollandılar. Bunların
hər birisi on-on beş min qoşunla müharibəyə hazır olmaq bayrağını ucaldaraq
Gəncə vilayətini tutmağa yola düşdülər. Rus dövlət başçıları bu xəbərin
yayılmasına baxmayaraq, qızılbaşların sülhü səbəbsiz pozub müharibəni
başlamalarına inanmırdılar. Belə bir dövrdə knyaz Menşikov adı ilə məşhur olan
böyük və inanılmış adam elçi sifətilə yeni padşahı tanıtdırmaq, dostluq əlaqəsini
möhkəmlətmək, sülh və səmimiyyəti artırmaq xatirəsinə Tehrana yola düşdü.
Knyaz Menşikov həzrətləri imperator tərəfindən Fətəli şah üçün bir büllur
taxt gətirdi. Knyaz Menşikovun mütərcimi olan Şahmirxan Bəylərov da elçi ilə
bir yerdə Tehrana gəldi. Bu elçilər Uçana yetiş-
*
1
Canı ilə oynayanlar və ya canından keçənlər
74
dikdə qızılbaşların burada hədsiz qoşun və ordusunu gördülər. Qızılbaşların bu
hazırlığını rus dövlətinin başçılarına yetirə bilmədilər. Ruslar Tehrana elçi
göndərdikləri üçün hələ müharibənin başlanacağına inanmırdılar. Hər kəs öz
yerində və öz işində xatircəm əyləşmişdi. Müharibəyə hazırlıq və ya onu icra
etmək fikrində deyildilər. Elçi knyaz Menşikovu Tehranda göz dustağı edib ona
aydın bir cavab vermirdilər.
Xülasə, birinci sərdar Əmir xan Mehdiqulu xanla Xoy şəhərindən hərəkət
edərək Naxçıvana varid oldu və Araz çayının kənarında dayandı, bir-birilə
məsləhətləşdilər ki, onlar hərgah qoyulan şərt və işarələri gözləmədən bu qoşun
və atlılar ilə Şuşa qalasının üzərinə hücum etsələr, ehtimal ki, qala əhli darvazanı
açmasın, Mehdiqulu xana tabe olan adamlar da onların yanına getməsin; belə
olduqda onların işi çətinləşəcəkdir və ixtiyarlarında olan qoşun və ordunun
vəziyyəti pərişan olub dağılacaqdır. Nəticədə belə qərara gəldilər ki, Abbas
Mirzəyə ərizə yazsınlar və ondan qoşun göndərilməsini və əlavə olaraq iki alay
sərbaz və iki top verməsini xahiş etsinlər. Bu niyyətlə ki, əgər çətinlik baş
verərsə, heç olmasa özlərini saxlaya bilsinlər.
Abbas Mirzə cavabında yazmışdı: “Sərbaz və top sizə lazım deyil, Qarabağın
bəyləri mənə yazıblar ki, bizim qoşunumuz Xəlifəli darvazasına yetişən kimi,
onlar darvazanı açacaqlar və bizim dövlətimizə itaət edəcəklər. Bu barədə də
göstəriş verilmişdir. Siz birbaşa Naxçıvandan Sisyan dağı yolu ilə heç yerdə
dayanmadan Şuşa qalasına gedərsiz, onlar sizə kömək etməyə hazırdılar və bizim
qoşunumuzun köməyini gözləyirlər. Əgər siz əsgər və top götürsəniz, tez hərəkət
edə bilərsiz. Rusların əsgərləri ilə bizim böyük və çətin müharibəmiz olacaqdır.
Əgər sizə sərbaz, top verilərsə, sizin üçün dava çətin olar. Bir də yazmışdı:
“Sərdar, qarşıda böyük işlər nəzərdə tutulmuşdur. Döyüşlər qabaqdadır,
vuruşmalıyıq, irəliləməliyik, əgər qalib olsaq, uzun illər istirahət edəcəyik, əgər
müvəffəq olmasaq, səhrada yorulmuş qədəmlərimiz əziyyət, zəhmətdə olub
məşəqqətə düçar olacağıq.
F ə r d:
Əgər qabağa keçsək, bu mülk bizim olar.
Ölsək, başqasına çatar (Daraya çatar).
75
Allah qoysa, Allahın köməkliyi ilə, şahənşahın təmiz iqbalı ilə cümə axşamı
Xudafərin körpüsündən keçib Cəbrayıllı bağında dayanıb, cümə günü Ağoğlana
varid olaraq, şənbə günü isə Çanaqçıda yerləşən rus qoşunları ilə orada müharibə
edib bir gün içərisində hər iki işi, yəni həm qalanı alarıq və həm rusların işlərini
bitirərik,” Həmin xanlar bir neçə dəfə rusların vuruşmalarını görmüşdülər. Abbas
Mirzədən gələn məktubun məzmunundan xəbərdar olub, sərbaz və topun
göndərilməsindən ümidlərini kəsdilər. Onlar Yeqorskinin bir batalyon əsgər və
topları ilə Qapanat və Zəngəzur mahalının mühafizəsindən ötrü onların yollarının
üzərində durmalarını eşitdilər. Rus əsgərlərinin igidlikləri məşhur idi. Buna görə
də Əmir xan sərdar və Mehdiqulu xan Abbas Mirzənin məsləhətinə zidd olaraq
tələsmək əvəzinə, aram və səbirlə yol gedirdilər. Naxçıvandan Sisyan dağına bir
günlük yol idi. Onlar isə bu yolu üç-dörd günə qət etdilər. Oradaca sərdar Əmir
xana və Mehdiqulu xana xəbər gəldi ki, Bazarçayda balıq tutmağa və çimməyə
gəlmiş əlli nəfər rus əsgəri tutulub həbs olunmuşdur. Bu söz bir qədər sərdar
Əmir xanı və Mehdiqulu xanı ruhlandırdı. Qədəmləri yorucu səhrada qüvvətə
gəlib, özlərində zirəklik hiss etdilər. Sonra dağın üstündən aşıb Bazarçay
kənarına və Qarakilsə kəndinə gəlib burada dayandılar. O gecə bir nəfər
ruslardan üz döndərib qızılbaşlarla birləşən Hacı Ağalar bəy Qarabağlının
yanından gəlib, rusların kənddən çıxıb harayasa naməlum bir tərəfə getdiklərini
xəbər verdi. Bu xəbərdən qızılbaş qoşunlarının içərisinə qorxu və həyəcan düşdü.
Qorxudan gecə qoşunun yerini dəyişdilər. O yerlərdə olan Pirsəng təpəsində sən-
gər qazıb vuruşu gözləyirdilər. Sübhə yaxın ayrı bir xəbər gəldi ki, ruslar öz
qoşunları ilə birləşmək üçün Şuşa qalasına tərəf gedirlər.
Sərdar Əmir xan bacısı oğlu Məhəmməd Zaman xanı vuruşmaq üçün həmin
gecəyarısı min atlı ilə rusların ardınca göndərdi. Bu niyyətlə ki, özü sübh vaxtı
Mehdiqulu xana yetişib birlikdə onlarla vuruşarlar.
Məhəmməd Zaman xan şərab içməkdə adətkər idi. Dava işini kənara qoyub
yolun kənarına endi, yaxınlıqdakı Şəhpər kəndinə adam göndərib, oranın məşhur
şərablarından gətirilməsini əmr etdi.
Hacı Ağalar Xudafərin körpüsü ətrafında dayanan Abbas Mirzəyə xəbər verdi
ki, qullar ağası Qasım xan qoşundan bir dəstə tüfəngçi qulam və iki top götürüb
Qaradağ yolu ilə gəlib Həkərə çayının
76
yanında ruslara çatmış, hər iki tərəfdən qoşunlar arasında şiddətli vuruşmalar
olmuşdur. Bir tərəfdən qızılbaşlar, digər tərəfdən Hacı Samlının kürdləri və qeyri
türklər, eləcə də günəşin istisi, yolların çətinliyi, əyri-üyrülüyü ruslara mane
olduğu üçün qalaya gələ bilmədilər və batalyonu da suya çatdıra bilməyib
dağıldılar. Bəziləri qətl olundu və bir hissəsi də əsir düşdü, bir qismi də özünü
meşədə cəngəllikdə və ətrafda olan xaçpərəstlərin himayəsinə arxalanaraq xilas
edilə bildilər.
Abbas Mirzə bu şad xəbəri eşitdikdən bir gün sonra ordunu oradaca qoyub
Gorunruz kəndinə gəldi. Burada ölən və əsir düşən rusların başçıları ilə birlikdə
sayı 300 nəfər idi. Əsirlərin içərisində polkovnik Nazımov və mayor Kovalenski
də var idi. Abbas Mirzə onları Gorunruz kəndinə Hacı Ağaların yanına qonaq
gətirdi.
Gorunruz kəndində sərdar Əmir xan və Mehdiqulu xan Abbas Mirzənin
hüzuruna gəlib ona öz sevinclərini bildirərək təbrik etdilər. Əmir xan Abbas
Mirzənin dayısı idi, Mehdiqulu xana da bacısı Ağabəyim ağa şahın hərəmi
olduğu üçün ona dayı deyirdilər. Abbas Mirzə bunların hər ikisinə acıqlanıb
dedi:
- Bu nə azğmlıqdı, bu nə tənbəllikdi ki, siz etmisiz, bu ov, bu qələbə sizin idi,
öz laqeydliyiniz və təqsiriniz nəticəsində ov əlinizdən çıxıb, şirin çənginə keçdi.
Əsgərlər səlamət Şuşa qalasına yetişib, öz yoldaşları ilə birləşsəydilər, bu zaman
bütün dünya qoşun olsaydı da onların öhdəsindən gələ bilməzdi.
Əmir xan cavabında dedi:
- Bu, işin əvvəli idi. Hələ fəthdən və müvəffəqiyyətdən bir nişan yox idi.
Buna görə də biz ehtiyat etdik ki, zəfər qoşununa yaman göz toxunmasın. Allaha
şükür, yenə də qələbə zəfər qoşununun əlində oldu. Bundan sonra da zəfər,
qələbə və səadət bizimlə olacaqdır.
Bu cavabdan Abbas Mirzə qəzəblənib türkcə dedi:
- Danışma, saldırram, o qədər vurdurram ki, ayı səsi verərsən, nə dayı-dayı.
Əmir xan sakit olub danışmağa artıq cəsarət etmədi. Ondan sonra onların
ixtiyarında olan qoşunları əllərindən alıb səlahiyyətdən məhrum etdi. Əlavə
olaraq onlara dedi:
- Siz qocalmısız, qulluğa sadiq olmağı bilmirsiz, cavanları tərbiyələndirib iş
başına keçirmək lazımdı ki, mənim rəyimə və tədbirimə müvafiq hərəkət etsinlər.
77
Sonra ölən rusların zabitlərini, başçılarını və əsirləri oradan Fətəli şahm
hüzuruna göndərdi. Fətəli şah özü isə Ərdəbildə Qaradağ ətrafında idi. Onun
fikri Abbas Mirzə Şuşa qalasını tutduqdan sonra gəlib orada yerləşmək idi.
Abbas Mirzə oradan qayıtdıqdan sonra qoşun və topları Ağaoğlan yolu ilə
Şuşaya tərəf göndərdi, özü isə ruslarla vuruşmaq üçün Kirs dağı yolu ilə
Çanaqçıya getdi. Bu xəbər rus qoşununun başçısı polkovnik Reutta çatdı. O,
vəziyyətdən çaşbaş olub, qoşununu görürərək özünü qalaya yetirdi. Onlar bütün
nəqliyyat vasitələrini qoyub getmişdilər. Zərgər və Cavanşir elləri bu qalmış
nəqliyyat vasitələrini talan və qarət etdilər.
Şahzadə Abbas Mirzə Şuşanın bir ağaclığında Ağa Məhəmməd şah
ordusunun dayandığı və Nabatxan adı ilə məşhur olan yerə gəldi.
Abbas Mirzə səngərlərin möhkəmləndirilməsinə, qoşunun nizam-intizamının
qaydaya salınmasına başladı, üç yerdə qərargah düzəltdi. Yuxarıda adı çəkilən
Nabatxanda böyük ordu ilə dayanmışdı.
Nabatxandan yuxarıda Əmir xan, Mehdiqulu xan və sair qarabağlılar, eləcə
də Xocalı kəndçiləri meşənin və dağın ətəklərini sığınacaq etmişdilər. Abbas
Mirzənin qardaşı Şıxəli Mirzə isə Əsgəran yaxınlığında yerləşmişdi.
GÖRÜLƏN İŞLƏRİN NƏTİCƏLƏRİ VƏ
FƏTHLƏR
Naibüssəltənə Abbas Mirzə böyük təmtəraq və təntənə ilə Şuşa qalasını
mühasirəyə alıb orada dayandı.
Qarabağ bəylərinin və məliklərinin bir hissəsi qaladan uzaq olduqları üçün
oraya gələ bilmədilər. Qalanları isə istər-istəməz Abbas Mirzənin və Mehdiqulu
xanın yanına gəlib onların itaətlərində olacaqlarını izhar etdilər. Məsələn,
çiləbördlü Məlik Vanya, Məlik Aslan Dizaqi, Təklə Muğanlının başqa bəyləri,
eləcə də qeyri bəyləri Mehdiqulu xanın yanına gəldilər. Bundan başqa Qarabağ
əhlindən böyük bir dəstə yenə də Abbas Mirzənin yanına yollandı. O, sərdar
Əmir xanı və Mehdiqulu xanı öz yanına çağırıb təkəbbür və qürurla dedi:
- Bundan sonra heç kəs mənim fikrimin ziddinə getməməlidir...
78
Sərdar Əmir xan və Mehdiqulu xan naçar qalıb bu ağlasığmaz fikri təsdiq
edib dedilər:
- Sənə qurban olaq. Bir neçə əlsiz-ayaqsızdan başqa Rusiyada bir kəs
qalmamışdır. Onlar da başlarını götürüb gedəcəklər.
Məliklərdən birisi birinci dəfə idi ki, onun yanına gəlmişdi. Abbas Mirzə ona
müraciət edərək dedi:
- Məlik Vanya! Bundan qabaq Əsgəran və Tərnəküt davasında rusların belini
yaxşı sındırmışdım, amma siz rusların əlindən tutub, yerdən qaldırdınız, özümə
söz vermişdim ki, sizi yaxşıca tənbeh edəm, amma indi ki, siz öz ayağınızla
mənim yanıma gəlmisiniz və bizə itaət və qulluq etməyi boynunuza
götürürsünüz, ona görə sizin təqsirinizdən keçirik.
Üzdə Abbas Mirzənin lovğalığına və yalan deməsinə baxmayaraq, ruslardan
çox qorxurdu, o deyirdi: “Elə olmasın ki, ruslar əvvəlki kimi gecə hücuma
keçsinlər və qoşunumuzu və adamlarımızı darmadağın etsinlər”.
Xülasə, Abbas Mirzə məsləhət almaq məqsədilə Əmir xana bir məktub yazdı
və izhar etdi ki: “Sərdar! Hərbi araba və çadırları öz yanımızda saxlayaq və ya
Çanaqçı kəndinə göndərək ki, özümüz də yüngülləşib qərargahda qalaq və ya
ordu içərisində yerləşək”.
Sərdar cavabında belə yazdı: “Böyük vəliəhd! Qızılbaş qoşununun
xasiyyətini siz yaxşı bilirsiz, onlar gecə vaxtı dava etməzlər, gündüz ya hücum
edərlər və ya qoyub qaçarlar. Hərbi ləvazimat və arabalar Çanaqçı kəndində
qalarsa, ruslar gecə hücum edib, qoşun və arabaları ələ keçirəcəklər. Əgər yükləri
öz yanlarında saxlasalar, onda vuruşmayıb yüklərini qorumağa məcbur
olacaqlar”. Abbas Mirzə sərdarın məsləhətinə görə hərbi arabaları öz yanında
saxladı.
Qoşuna itaət etməyən adamların mallarını talamaq və ölkəni qarət etmək
əmrini verdi. Bundan sonra rusların Çanaqçıda qoyub getdiyi hərbi ləvazimatı da
talan etdilər. Mehdiqulu xanın göstərişi ilə general Mədətovun imarətlərini və
kilsələrini, eləcə də rusların Çanaqçı yaxınlığında qurduqları qərargahların
hamısını yandırıb xarab etdilər. Mədətovun nəslini, ata-babasının adını
hörmətsizliklə yad etdilər.
79
QIZILBAŞ QOŞUNUNUN TORA DÜŞMƏSİ VƏ
BİR-BİRİLƏ ƏLAQƏLƏRİNİN KƏSİLMƏSİ
Hər iki tərəf sakit oldu, Rus dövləti tərəfdarlarından olan digər kəndləri
həddindən artıq qarət etdilər... İranlılar hamısı ərazi və ətrafları xarabalıqlara
çevirib, çalıb-çapdılar. Yıxıb dağıtmaqda, silib-süpürməkdə bir dəqiqə də olsun
ara vermirdilər. Dağılası yerləri dağıtdılar. Quru və əkin yerlərini yandırıb
külünü göyə sovurdular. Qarabağ əhlinin qızılbaşlara, eləcə də Abbas Mirzəyə
vurduğu dağların intiqamını almaq üçün iranlılar bir an belə sakit durmayırdılar.
Bu əsnada xəbər gəldi ki, Şuşa qalasının əhalisi Xəlfəli çayı tərəfdən çıxıb,
qalaya yaxın olan yerlərin məhsullarını toplayıb, qalaya aparırlar. Buna görə də
Mehdiqulu xan və sərdar Əmir xan belə bir məsləhət etdilər:
- İndi fürsətdən istifadə edib qulluq göstərmək vaxtıdı. Yaxşı olar ki, bir alay
qoşun götürüb qalaya gediş-gəliş yolu olan Xəlfəli çayı kənarında gecə pusquya
duraq. İşi belə başlayaq, ərzaq gətirmək üçün qaladan çıxan adamları tutaq və
eyni zamanda qalaya hücum edib onu zəbt edək.
Bu məsləhət və hiylə barəsində naibüssəltənə Abbas Mirzəyə xəbər verdilər.
Belə qərara gəldilər ki, onlar pusquda durmağa getdikdən sonra naibüssəltənə də
o gecə topları qala ətrafına çəksin, səhər hər iki tərəfdən həngamə qopartsınlar və
qalanı zəbt etsinlər.
Bundan sonra Əmir xan və Mehdiqulu xan 4 alay sərbaz və 2 min Qarabağ və
sair atlılarla gecə gedib Xəlfəli çayının ətrafında Gəncə darvazası tərəfdən
pusquda dayandılar. Nəhayət, Mehdiqulu xan və Əmir xan bu işə başlayandan
sonra həmin xanlarla ədavətləri və düşmənçilikləri olan bir neçə nəfər fürsətdən
istifadə edərək, Abbas Mirzəni başa saldılar ki, qalada o qədər rus qoşunu
yoxdur, əgər siz bu işdə əzm edib onlara kömək etsəniz, top və hərbə lazım olan
şeylərdən onlara göndərsəniz, onlar şəksiz qalanı alacaqlar. Qalanın malını və
dövlətini, habelə Ağa Məhəmməd şahın qalada olan xəzinəsinin hamısını qoşun
qarət edəcək, Fətəli şahın yanında onların adı uca olacaqdır. Bu məsləhət Abbas
Mirzənin başına girdi, qoşun göndərmək fikrindən əl çəkdi.
Əmir xan və Mehdiqulu xan öz fıkirlərinə və tədbirlərinə əmin olaraq o gün -
bazar ertəsi səhər tezdən pusqudan çıxıb, ərzaq üçün
80
yollanan adamların üzərinə hücum edib vəlvələ saldılar. Qalada yaşayan
köməksizlərin bəzilərini qılıncdan keçirdilər və güllələdilər. Sonra qala üzərinə
hücum çəkdilər. Gəncüm ağa Xandəmirov həmin vaxt qalabəyi idi. O, iki dəstə
əsgərlə qabağına torpaq qalanmış qala darvazasını açaraq, qaladan çıxıb onlarla
vuruşdu, bəziləri isə fürsətdən istifadə edib bürclərdən keçərək, qalanın üstü ilə
içəriyə girdilər.
Gəncüm ağa yenə də qalaya qayıdıb darvazaları torpaqla doldurdu. Bürclərin
başında yenə dava başlandı. Əsgərlər qalaya aşıb düşsələr də qalanın
bürclərindən onlara top atılırdı. Qaladakılar da ruslar ilə birləşib birlikdə
vuruşurdular. Polkovnik onların hamısına silah verib bürclərin zirvəsinə
göndərmişdi. Burada çox böyük vuruşmalar baş verdi, amma Abbas Mirzə
tərəfindən bir kömək yetişmədi. Vuruşmalar səhər gün çıxandan gün batana kimi
çəkdi. Bu zaman Abbas Mirzə adam göndərib xanların qalaya girmələrinə və
qalaya hücum etmələrinə mane oldu və geri qayıtmaq əmrini verdi. Həmin xanlar
məqsədlərinə nail olmadan geri qayıtdılar və öz ordularına daxil oldular.
İQBALIN MÖHKƏMLƏNMƏSİ,
FƏTHLƏR VƏ TƏRİFLƏR
Bu hadisələrin əsnasında xanlar və ətraf bəylərin qələbə xəbərləri və
təbrikləri yetişdi. Belə xəbərlər Mehdiqulu xan və sərdar Əmir xanın təkəbbür və
iddialarını birə-yüz artırdı: o cümlədən Mirhəsən xan Talış və Lənkəran
tərəflərini asanlıqla zəbt etdi, rusları Ərkivan qalasından çıxartdı. Sərdar İbrahim
xan Mustafa xan ilə birlikdə Şirvandan Salyana kimi torpaqları tutdu. Ruslar
tərəfindən buranı mühafızə edən general Qrabbe baş götürüb Qubaya qaçdı.
Sərdar Hüseyn xan Pənbək və Şuragül hüdudlarını öz əlinə keçirdi. Bu yerlərdəki
rus istehkamlarını dağıtdılar. Həsən xan və onun qardaşı Borçalı mahalını talan
etdi. Çoxlu əsir aldı, Rusiyanın bu vilayətlərdə olan qoşunlarının hamısı Tiflisə
tərəf getdilər. Gəncənin Zurnabad kəndində olan rus qoşunları Gəncəyə daxil
olmaq istədilərsə, amma Gəncə əhli onlara mane oldu. Onlar da bütün hərbi
ləvazimatı atıb Tiflisə tərəf qaçdılar. Abbas Mirzə sərdar Hüseyn xanın ərz-
halına belə cavab yazdı.
81
Cavabın eyni: “Allahın sonsuz iltifat və köməyi ilə bu ali tərəfin (Abbas
Mirzənin) rəğbət və hörmətinə müvəffəq olan uca məqamlı, yüksək rütbəli,
cəsur, qeyrətli, cah-calallı, dövlət və şöhrət sahibi, İrəvan və Çuxursəədin
bəylərbəyisi, böyük əmirlər əmiri Hüseyn xan sərdara məlum olsun ki, o yüksək
rütbəli xoşbəxtin sədaqətlə dolu olan ərizəsi mərhəmətli, ali tərəfin (Abbas
Mirzənin) nəzərinə çatdırıldı. Böyük Allahın köməyi və ədalətli cənabın yüksək
iqbalı sayəsində o səadətli ali məqama və qardaşı Həsən xan Sarı Aslana nəsib
olan arasıkəsilməz qələbələrdən xəbər tutaraq onlara təşəkkür edilir”.
Abbas Mirzə yazmışdı ki, o yüksək rütbəli, calal sahibi qalib qoşunu ilə
hərəkət edib Pənbək və Şuragülü ələ almış və Qarakilsəni də mühasirə etmişlər.
Dünyaları yaradan Allaha şükür olsun. Bu gün düşmən üçün matəm günüdür. Bu
gün şahın bədxahlarının qüvvətinin zəiflədiyi və məğlub olması Əli dininin
qalibiyyətidir.
Talış zəfər qoşununun igidliyi nəticəsində düşmənlər məğlub oldu. Şirvan
həvalisi Salyana kimi əlimizə keçdi.
Şəki və Carda Qacar təbilinin səsi ucaldı. Gəncənin qapıları səadətin sehrli
açan ilə açıldı. Şuşa əhlinin şüşəyəbənzər taqəti və gücü daş kimi bərkimişdi.
Top və tüfəngin gülləsindən ürəkləri təngə gəlmişdi. Ancaq o qüvvətli Allahın
azacıq mərhəməti bu qədər fəthləri aşkar etdi:
F ə r d:
Kim Allahın hökmünü yerinə yetirməyə bilər.
O yüksək rütbəli və şücaətli Həsən Sarı Aslan şahlıq taleyinə və onun
iqbalının məğlubedilməzliyinə ümid edirdi. Kim düşmən qarşısında igid və
qüvvətli olsa, inşallah, biz Allahın köməkliyilə Şuşa qalasının işini ən yaxın
zamanda bitirib, şəhəri zəbt edərik, Tiflisə gedərik...
82
MÜHARİBƏ DÖVRÜNDƏKİ ƏHVALATLAR
Şuşa qalasının mühasirəsi aşağıdakı qayda üzrə olmuşdur: bir tərəfdən
qapılar açılmırdı, uzun müddət mühasirədə qalmış qala əhli və qoşun təşvişdə
idi. Abbas Mirzə dəfələrlə sifariş göndərib qalanın təslim olmasını tələb və təkid
edirdi. Ancaq bu təkid bir nəticə vermirdi, ərzağın və yeyintinin azlığı və
olmaması onları getdikcə qorxuya salıb taqətdən də salmışdı. Bəzi şayiələr
yayılmışdı ki, guya sərdar ruslara vilayətdən kənara çıxmaq və qalanı təhvil
vermək hökmünü vermişdi. Ona görə də qızılbaşlar bu məsələnin düzlüyünü
yoxlamaq məqsədilə Biçin xanı polkovnik Reuttun yanına göndərdilər.
Qala əhli polkovnikin əmrinə görə Biçin xanın gözlərini bağladıqdan sonra
qalaya buraxıb polkovnikin yanına gətirdilər. Danışıqdan sonra belə qərara
gəldilər: qalanın komendantı mayor Çilayev kapitan Adıgözəl bəy ilə birlikdə
tərəflərə iki həftə müddətinə əmanət və girov verilir. Bu məqsədlə ki, bir rus və
bir də Abbas Mirzənin adamlarından biri Tiflisə gedib Yermolovdan xəbər
gətirsin.
Beləliklə, ruslar tərəfindən bir mayor və şahzadə tərəfindən bir nəfər yasavul
Tiflisə göndərildi. Tiflisdə sərdarı işin gedişatı ilə tanış etdilər və ondan qalanı
təslim etməyə icazə verib-verməməsini soruşdular. Sərdar cavabında dedi ki,
kapitulyasiya sözü rus dilində yoxdur, bu sözün mənası fransız dilində təslim
olmaq deməkdir.
O günlərdə general Mədətov İstisudan qayıdıb Tiflisə gəldi. Abbas Mirzənin
nümayəndəsini (yasavulu) generalın qulluğuna apardılar. General əvvəl yasavula
qəzəblənib dedi:
- Mənim yanıma nə üçün əlağacı ilə gəlmisən, - sonra Abbas Mirzəni pis
sözlərlə hədələdi: - Gör o əlağacı ilə Abbas Mirzəyə mən nə edərəm.
Şahzadə Abbas Mirzənin fikri və rəyi Şuşa qalasını tutmaq və əhalisini itaətə
gətirib, mal-dövlətinə sahib olmaq idi. Abbas Mirzə istəmirdi qalanın mal-
dövlətini qoşun qarət etsin. Başqalarının fikri və arzusu qalanı güc ilə zəbt edib,
mal-dövlətini öz aralarında bölmək idi. Abbas Mirzə bir dəfə xidmətçilərinə
dedi:
- Ey fahişədən törəyənlər! Hamınız göz dikmisiniz ki, mən Şuşa qalasını zor
ilə alım, siz də oranın malını, dövlətini qarət edəsiz. Mən burada o qədər
əyləşəcəyəm ki, Şuşa əhli özü zinhara gəlib qalanı
83
təslim etsin. Sonra da şah babamın malı və xəzinəsi kimin əlində olmuş olsa onu
geri alacağam.
Qala hələ alınmamışdan varlılar və böyük rütbə sahibləri qalanın mal-
dövlətini öz aralarında bu qayda ilə bölüşdülər.
Qala alındıqdan sonra oranın mal-dövlətini öz aralarında bölüşdürmək
məqsədilə Abbas Mirzə Söhrab ağa Tarımovu və Şeyxovları, Mehdiqulu xan isə
Müqdisi baba Haqumovu və Xandəmirovları öz tərəflərinə çəkdilər. Allah-Allah,
bu nə təəccüblü işdir! Bunlar hələ suya çatmamış çırmalanırlar. Hamıdan artıq
qalaya hücum edib, onu tutmaq üçün sərdar Əmir xan çalışırdı, bu iş onu heç
vaxt rahat buraxmırdı. Ona görə də şah onu öz oğlu Məhəmməd Mirzə ilə Gəncə
tərəfə göndərdi.
Bir gün kəndxuda və başçılardan biri yüzbaşı Sarıxan qala əhlinin yanına
gedib onlara nəsihət etmək, İran dövlətinin təbəəliyinə təhrik və təşviq etmək
üçün göndərildi. Yüzbaşı Sarıxan Abbas Mirzənin sifarişini qalada olanlara
yetirdikdən sonra gizlincə belə demişdi: “Bizim oğlanlar, möhkəm olun,
qızılbaşların arxaları boşdur”.
Bu sözləri eşidən Qarabağ türklərindən birisi bunu Mehdiqulu xana nəql
etmişdir. Mehdiqulu xanın yüzbaşı Sarıxana qəzəbi tutub əmr etdi ki, onun dilini
kəssinlər. Bu zaman yüzbaşı ilə dost olan Qarabağ bəylərindən biri birtəhər onu
dilini kəsilməkdən xilas etdi.
Sonra Mehdiqulu xan özü iki-üç nəfər qızılbaşla qalanın yaxınlığına getdi.
Qalanın məşhur adamlarından olan Ağa bəy Kələntərovu öz yanına çağırtdırdı.
Ağa bəy əvvəl gəlmək istəmədi, bir-birinə sədaqətli olduqlarını bildirdi. Buna
görə də özünü məzəmmətdən, şübhədən, pis fıkirlərdən qoruduğunu xatırlatdı.
Nəhayət, polkovnik türkcə bilən çinovniklərindən kapitan Qudoviç və
Fonkloqinin paltarlarını dəyişdirib nökər adı ilə Ağa bəylə birlikdə Mehdiqulu
xanın və qızılbaş xanlarının yanına göndərdi.
Mehdiqulu xan Ağa bəylə hal-əhval tutduqdan sonra ona dedi:
- Ağa bəy! Utanmırsınız mənim çörəyimi yaddan çıxarırsınız, bizə güllə
atırsız.
Ağa bəy Kələntərov cavabında belə dedi:
-
Biz sizin duz-çörəyinizi yaddan çıxarmarıq və sizə güllə atmarıq, əgər
siz özünüz bizim aramıza gəlsəniz, biz hamımız ayaqyalın-başıaçıq imperatorun
yanına gedib xahiş edərik ki, sizin təqsirinizdən
84
keçsinlər, amma siz utanmırsınız gedib bizlik-sizlik mal və canımıza göz dikən,
ata-babalarımızın düşməni olan, köhnə qisasları geri almaq, mal-əyalımıza
təcavüz etmək istəyən düşmənləri götürüb üzərimizə gəlmisiz.
Bu sözlərdən Mehdiqulu xan utandı və oradan geri qayıdıb, ondan sonra
qalanın tutulmasına o qədər də israr etmədi. Abbas Mirzə də ona o qədər
əhəmiyyət vermirdi, özünün hər cür məsləhəti, sözü olsaydı Hacı ağa ilə edərdi.
General Mədətovun qızılbaş qoşunları ilə Şəmkirdə vuruşması nəticəsində və
Əmir xan sərdarın məğlubiyyət xəbəri Abbas Mirzəyə yetişən kimi o, Gəncəyə
getmək fikrindən əl çəkdi. Bu isə belə olmuşdur: Elə ki Şuşa qalasının
mühasirəsindən bir ay keçdi, sərdar Əmir xan hücum edib qalanı tutmağa çox
mübarizə və böyük səy etdi. Abbas Mirzə Əmir xana əmr etdi ki, Cahardolu və
qeyri yerlərdən 4 min atlı toplayıb Ziyadoğlu Uğurlu xan ilə birlikdə gedib
Gəncədə otursunlar və Tiflisdən hərəkət edən qoşunun qabağını alıb ona xəbər
versinlər.
Sərdar Əmir xan qocalmışdı, hər hansı bir işin həllində çox ləng hərəkət
edərdi, heç də tələsməzdi. Buna görə də Abbas Mirzə öz böyük oğlu Məhəmməd
Mirzəni sərdara qoşdu ki, fürsət düşdükdə onu zirəng tərpənməyə sövq eləsin.
Əmir xan da Məhəmməd Mirzə ilə qoşun götürüb Gəncəyə yola düşdü.
Onlardan qabaq təyin olunmuş Uğurlu xanla yolda birləşib bir yerdə Tiflisə
hərəkət etdilər. Kürək çayı ətrafında Tiflisdən Qarabağa kağız aparan bir qasidi
tutdular. Bu kağızda general Mədətov Qarabağ əhlini özünə tabe olmağa
çağırırdı. Kağız türkcə yazılmışdı...
Bu məktubun məzmunu ürəkləri qorxuya və titrəməyə saldı. Qoşun və
zabitlər Mədətovun adını eşitcək sərsəm oldular. Aşağıdakı sözləri mahnı ilə
oxudular.
F ə r d:
O türk nəslindən olan kişinin
Belə bir günə düşdüyünü göz görməsin.
85
Oradan köçə-köçə Gəncəyə yola düşdülər. Gəncə əhli bağların qurtaracağına
kimi şəhərin aşağısında Əmirzadə Məhəmməd Mirzəni və sərdarı qarşıladılar.
Onlara sədaqətli olacaqlarını bildirdilər. Uğurlu xan Gəncənin Narın qalasında
yerləşdi, oranın camaatını hər nöqteyi-nəzərdən xatircəm etdi. Əmirzadə və
sərdarın orduları şəhərin aşağı tərəfində, çayın kənarında dayandılar və şəhərin
işlərini nizam-intizama salmaqla məşğul oldular. Bütün Ayrım, Şəmsəddinli
rəisləri, eləcə də o vilayətlərin nümayəndələri onların görüşünə gəlib, itaət
etdiklərini bildirdilər. Gəncə elləri Qacariyyə adı ilə adlandığı üçün gəncəlilər
qızılbaş başçılarına dayı deyərdilər və onlara öz yaxınlıqlarını izhar edərdilər.
Kəlisa kənd məhəlləsinin erməniləri də onlara itaət və xidmət etməyə hazır
olduqlarını bildirdilər.
Sərdar Əmir xan qardaşı oğlu Məhəmməd Zaman xanı min nəfər atlı ilə
birlikdə yolu mühafizə edib qorumaq məqsədilə Gəncə və Tiflis sərhədindəki
Həsənsu və Zəyəmə göndərdi ki, orada durub Tiflisin vəziyyətindən və
işlərindən xəbərdar olsunlar. Bundan iki həftə keçəndən sonra qəflətən general
Mədətovun Tiflisdən Ağstafaya gəldiyi, qoşun, top və hərbi sursat topladığı
xəbəri yetişdi. Sərdar Əmir xan vəziyyəti Abbas Mirzəyə xəbər verib, belə bir
məktub yazdı: “Mən Şuşa qalasında istədim ki, qoşunun ixtiyarını mənə verə-
siniz ki, qalanı zəbt edim. İndi də öz xahişimi bildirib mənə beş-altı alay sərbaz
və beş top vermənizi xahiş edirəm. Ya gedib Mədətovu məğlub edərək, Tiflisə
qədər irəliləyərəm, ya da məhv olaram”.
Abbas Mirzə onun xahişini qəbul etmədi. Bunun da səbəbi o idi ki, Abbas
Mirzəyə demişdilər: “Mədətovun yanında o qədər də rus qoşunu yoxdur, əgər siz
bu topları, əsgərləri sərdar Əmir xana versəniz, o gedib Mədətovu məğlub edib,
Tiflisə kimi gedər və Tiflisi də zəbt edər. Nəticədə də şahın yanında adı çıxar”.
Abbas Mirzə bu sözlərə inanıb top və əsgər göndərməkdən boyun qaçırdı. O
belə yazdı: “Sizi Mədətov ilə dava etməyə göndərməmişəm, onunla mən özüm
vuruşacağam. Siz Gəncənin Narın qalasını tutub, orada ruslardan qalmış topların
hamısını qalanın içinə çəkin, bu topların güllə-barıtını hazır edin. Mədətov gələn
kimi girib qalada oturun, ta ki, onda mən özüm gəlib Mədətovun cavabını
verərəm”.
Bir də belə demişdi: “Qoşun və atlı göndərin, rusların Mədətovun yanında
olan topdaşıyan atlarını, cəbbəxanasını qarət edib özünüzlə gətirin ki, onlar
irəliləyə bilməsinlər”.
86
Abbas Mirzənin əmr və hökmü gələndən sonra Əmir xan ondan boyun
qaçırıb, Abbas Mirzənin əmrini qəbul etmədi və Narın qalasının içərisinə
getməyi rədd etdi, aydınca olaraq Abbas Mirzəyə yazdı ki, mən sərdaram,
vəzifəm odur ki, qoşun götürüb düşmənin qabağına gedəm və onunla dava edəm.
Zənən xeylağı kimi qalada əyləşə bilmərəm ki, düşmən bizim dörd tərəfimizi
tutub əsir edə və ya öldürə. Mən heç vaxt Narın qalasının içərisinə getmərəm və
getməyəcəyəm. Abbas Mirzənin oğlu Məhəmməd Mirzə də bu əhvalatı müfəssəl
atasına yazmışdı ki, sərdar qalanın içərisinə getməyə razı olmur. Abbas Mirzə
əmrini sərdarın rədd etməsindən və qalaya getməməsindən çox qəzəbləndi,
özünün vəliəhdi olan oğlu Məhəmməd Mirzəyə zəhərdən də acı bir məktub
yazdı.
Oğlu ona yazmışdı ki, sərdar Əmir xan qala üçün olan topu, gülləni və hərbi
sursatı Gəncənin Narın qalasına çəkməyə razı deyil. Atası da cavabında ona
yazdı: “Bunun eybi yoxdur, mən mərəndli Nəzərəli xanı iki alay sərbaz ilə Narın
qalasında yerləşdirib, onun mühafizəsinə başlamaq üçün göndərirəm. Sizin qala
ilə işiniz olmasın, onu Nəzərəli xanın öhdəsinə buraxın. Qalanın bütün işlərinə
Nəzərəli xan cavabdehdir. Əgər mən oraya gəlsəm, oğluma xidmət edən o
saqqallı arvadın üzünə gözüm sataşsa, mən bilmirəm ki, onun başına nə oyun
açaram”. Abbas Mirzə bundan başqa öz əli ilə sərdar Əmir xana bir məktub
yazıb, oğlunun məktubunun içərisinə qoymuşdu. Əmir xana yazılan məktubun
mətni: Məktubun surəti eynilə belədir: “Əmir xan! Ey kişi! Şahın tacına and
olsun, səni Əmir xan Cahanbəylinin gününə salaram. Ey kişi! Bidrus bəy
Mədətovun dayısıdır. Sən də mənim dayımsan, gör o, Şuşa qalasını təkbaşına
necə saxlayır, sən isə qalanı qoşun və top gücü ilə saxlaya bilmirsən. Ah kişi!
Bəlkə qorxursan ki, sən ölənnən sonra övladların ac qalar, onnan qorxma,
övladlarını mən ac qoymaram. Bəlkə əsir düşməyin fikrini çəkirsən, övrətimin
sırğasını satıb səni xilas edərəm, bu barədə fikir eləmə və qeyrət et! Vəssalam”.
Bu sözlər Əmir xanın halına əsla təsir etmədi. Bu işdən daha da artıq boyun
qaçırıb, mərəndli Nəzərəli xan sərbazları ilə gəlib qalanın içərisinə yerləşənə
qədər qalanın bayırında oturdu. Bu əsnada Məhəmməd Zaman xanın yanından
adam gəldi. O belə yazmışdı: “Keçən gecə general Mədətov öz qoşunu və
adamları ilə onun üzərinə hücum edib dava etmişlər, o isə bir az müqavimət
göstərdikdən
87
sonra davam gətirməyib qaçıb mağaralarda, cəngəllikdə (meşədə) gizlənib
özlərini birtəhər qorumuş, sabahı isə oradan geri qayıdaraq bir mənzil geri
oturmuşlar, Mədətov da gəlməkdədir. Əmir xan öz qızılbaş əmirlərini və
sərkərdələrini, əsgərlərini toplayıb belə məsləhət etdilər: Mədətov adlı-sanlı bir
sərkərdədi, rusların içərisində cəldlikdə, igidlikdə, rəşadətdə şöhrəti var. Rus
qoşunları bizimlə vuruşsalar, biz onların qarşısını az qoşunlarımız və atlılarımız
ilə ala bilmərik, bəziləri isə rusların piyadasının milçək kimi saysız olduğunu
təsdiq edib, dağa çəkilməyi, Abbas Mirzə öz qoşunu və adamları ilə gəlib
Mədətova cavab verənə qədər orada qorunmağı təklif etdilər. Digər bir qismi
Kürün kənarına çəkilib meşə və cəngəlliklər arasında vaxt keçirməyi məsləhət
gördülər. Bir başqaları geri oturmağı, digərləri isə irəliləməyi lazım bildilər.
Məhəmməd Mirzə isə dedi:
- Mən rusların müharibəsini görmək istəyirəm, onları qabaqlayıb vuruşmaq
lazımdır. Elə ki gördük qalib gəlirlər, onda Gəncə qalasına çəkilərik.
Əmir xan bu sözün müqabilində dedi:
- Bu rus davasıdır, zarafat və oyuncaq deyil, hərgah onlar qalib gəlsələr,
işlərini qurtarmamış bizdən əl çəkməzlər.
Bu əsnada iranlı sərbazlardan ibarət dörd min qoşun və dörd top Abbas
Mirzənin yanından buraya gəldi. Köməyin gəlməsi onlara dayaq oldu. İrəvan
sərdan Gəncə yaxınlığında olan Hüseyn xana bir məktub yazdı: “Bizim fikrimiz
və qərarımız Mədətovla vuruşmaqdır, siz də öz qoşununuzu götürüb, dağ
tərəfdən köməyə gəlin, hər iki tərəfdən onunla vuruşub dəfinə çalışaq”. Hüseyn
xan da cavabında yazıb, özünün böyük düşməni olan knyaz kimi bir sərdarın
qabağında durduğunu xatırlatdı, bura gəlməsini məqsədə uyğun bilmədi. Bu vaxt
sərdar Əmir xan onun yanında xidmət edən, divanxana işlərilə məşğul olan katibi
öz yanına çağırıb ondan soruşdu: “Siz qalib və məğlub olmağın səbəbləri ilə
yaxşı tanışsınızmı? Hansımız qalib gələcəyik, Mədətov yainki biz?”
O ərz etdi ki, Mədətov bir Rüstəm-Zaldır, Abbas, Hüseyn, İbrahim və
başqaları onun qarşısında nəkarədir? Sizin ki adınız Əmirdir, bu ad Rüstəm-Zal
adına bərabərdir, əgər siz onun üzərinə getsəniz, qalib gələcəksiniz. O sizin
üzərinizə gəlsə, o qalib olacaqdır.
88
Əmir xan müşavirə və müzakirədən sonra min qorxu və tərəddüd ilə qoşunu
və topları götürüb, Gəncədən Şəmkir tərəfə yola düşdü. Gəncə qalasında olan
Nəzərəli xana xəbər verdilər ki, o da bir-iki alay qoşun götürüb kömək məqsədilə
onların yanına gəlsin. Əvvəlcə onlar gedib Mədətovla vuruşacaqlar, qalib
gəlsələr, çox yaxşı, məğlub olsalar, həmin sərbazları götürüb Gəncə qalasına
sığınacaqlar. Hamı birlikdə qalanı Abbas Mirzə gələnə kimi saxlayacaqdır.
Nəzərəli xan sərbaz göndərməkdən boyun qaçırıb belə cavab verdi:
- Məni qalanı saxlamağa göndəriblər, sizə əsgər verməyə göndərməmişlər.
Sizinlə birləşib vuruşmaq barəsində bir cavab verə bilmərəm.
Əmir xan və Məhəmməd Mirzə həmin İraq atlılarını, dörd top ilə götürüb,
çayın bu tayındakı Şəmkirə gəldilər. Bir gecə keçdikdən sonra general
Mədətovun rus qoşunu və adamları ilə onların üzərinə irəlilədiyi xəbəri yetişdi.
Əmir xan bu xəbəri eşidən kimi arabaları və çadırları Gəncəyə tərəf göndərdi.
Özü və qoşunu dörd topla Şəmkirin bu tayında dayandı. Üçüncü gün sübhdən
gözətçilik edən Məhəmməd Zaman xan qaçaraq Mədətovun rus əsgərlərilə
minarənin altında, çayın o tayından keçdiyini aşkar gördüyü xəbərini verdi. Hər
iki tərəf döyüşə və müdafiəyə hazır dayandı. Topçular gəlib sərdardan
soruşdular:
- Əvvəl biz atəş açaq, ya rusların atəşini gözləyək? Sərdar cavab verdi:
- Əvvəl fürsəti düşmənə verərlər.
Bu zaman rusların topları atıldı. Bu tərəfdən də top atəşi başladı. Getdikcə
rusların top atəşləri şiddətlənirdi. Bir dəfədə yeddi topdan atəş açılırdı, bu
tərəfdən isə yalnız dörd topdan atırdılar. Təəccüblü budur ki, qızılbaşlar arabaları
bir gün əvvəl Gəncəyə yola salmışdılar.
Nəhayət, ruslar davanı başlayıb vuruşa-vuruşa öz çadırlarını qururdular. Əmir
xan sərdar çayın kənarında atdan düşüb durbinlə rus qoşunlarının vuruşmasına
baxırdı. Məhəmməd Mirzə də başqa bir tərəfdən qoşunun içərisində göstəriş və
əmr verməklə məşğul idi. Rusların top güllələri atılandan sonra bu güllələrin
bəziləri qızılbaşların üstünə düşüb çoxlarını tələf etdi. Yavaş-yavaş qoşunun
89
arxa hissəsinə çaxnaşma düşdü. Qazax
1*
qoşunları və rusların atlıları müharibə
meydanının aşağı və yuxarısında durub çaydan keçdilər. Bu əsnada eşikağası
sərdar Dəmir xanın yanına gəlib ona dedi:
- Nə durmuşsunuz, bütün qoşun qaçdı.
Əmir xan cavabında belə dedi:
- Mən hara gedim, mən bir də Abbas Mirzənin üzünə baxa bilmərəm. Mənim
ruslara əsir düşməyim və ya ölməyim, diri qalıb Abbas Mirzənin yanında xəcalət
çəkməyimdən yaxşıdır.
Onun atını gətirdilər, sərdar ata minib Məhəmməd Mirzəni salamat aradan
çıxartmaq əmrini verib dedi:
- Məhəmməd Mirzənin başına bir iş gəlsə, mən Abbas Mirzənin əlindən xilas
ola bilmərəm.
Özü isə getdi ki, topların rus qoşununun əlinə düşməsinə imkan verməsin. Bu
vaxt qardaşı oğlu Məhəmməd Zaman xan iki yüz atlı ilə buraya gəldi. Qazax
dəstələri də böyük xiyaban tərəfdən çayı keçib arxadan özlərini yetirdilər. Dava
qızışdı, sərdarı buradaca bir qazax gülləsi yerə saldı və məhv etdi. Həmin qazax
onun silah-yarağını götürdü. Ölənin sərdar olduğunu bilən general Mədətov çox
təəssüf etdi ki, niyə onu diri gətirməyiblər.
Əmir xanın atı, cib Quranı generala çatdı. Sərdar Əmir xan ilə general
Mədətov arasında keçmişdən bir tanışlıq var idi. Sərkərdələrin bir-birinə ehtiram
etməsini və hörmətini bilirdi. General sərdarın nəşini müsəlman adəti üzrə
oradaca yolun kənarında dəfn etmək əmrini verdi.
Ş e i r (sətri tərcümə):
Bu qorxulu fələyin qanunu belədir ki,
Dünya insanı gah ucaldır, gah da aşağı endirir.
Əmir xan yoğun, ucaboylu və qarınqulu bir adam idi. O, Qacar Qamqulu
ağanın oğlu və Canməhəmməd xanın qardaşıdır. Elə ki Qacar Məhəmmədhəsən
xan Nadir şahdan sonra taxta çıxdı, Qacarlar arasına ikitirəlik düşdü. Onlar bir-
birlərini öldürüb, əsir edirdilər.
*
1
Don kazakları nəzərdə tutulurdu.
90
Nəhayət, düşmənçiliyi aradan qaldırmaq üçün qanbahası olaraq Qacar
ağsaqqallarından olan Canməhəmməd xanın qardaşı Şamqulu ağanın qızını
Fətəli şah adı ilə məşhur olan Baba xana verdilər. Abbas Mirzə də həmin
arvaddan olmuşdur. Buna görə də Əmir xan Abbas Mirzənin dayısı idi.
Əmir xan öldürülən vaxt 50 yaşı var idi, yaxşı güllə atardı. Xülasə, rus
qoşunları Məhəmməd Mirzənin qoşununu Gəncə ətrafına kimi təqib etdilər və
onların çoxunu öldürdülər, çöl-düz əsgər meyiti ilə dolmuşdu. Ölənlərin
nəşlərindən təpələr əmələ gəlmişdi. Ruslar saysız-hesabsız qənimət ələ
keçirtdilər. Qabaqda qaçanlar çadırlara, arabalara yetişdilər. Hamısı bir yerdə
Gəncədən Qarabağa qaçmağa üz qoydu. O qədər tələsdilər ki, çoxlu dəvə və
qatırları sürü ilə başdı-başına buraxıb boş qaçırdılar.
İranlılar o qədər mal və qənimət tökürdülər ki, dağ və çöl bərabərləşdi. O
başsız dəstədən o qədər qənimət qaldı ki, ayaq qoymağa yer olmadı.
Məhəmməd Mirzə qaçıb Gəncəni keçəndən sonra gecə bir neçə yerdə
dayandı və şeypurçuya əmr etdi ki, hər kəs yolda yıxılıb qalarsa, şeypur çalsın.
Ona görə də heç kəs qorxusundan yıxılmırdı və hər kəs çalışırdı ki, bir-birindən
qabağa düşsün.
Xülasə, o gecə sübhə kimi qaçaqaç oldu. Sübh açılana yaxın Tərtər çayının
kənarına yetişib, orada istirahət etdilər. 20 fərsəxlik yolu bir gecədə gedirdilər.
Nəzərəli xan gecəyarısına kimi əsgərlərlə Gəncə qalasında qaldı. Amma
qalanın ruslar tərəfindən zəbt edilməsindən artıq dərəcədə qorxaraq, sərbazlarla
qaladan çıxıb, Qarabağ tərəfə qaçdı, yolda Məhəmməd Mirzənin qoşununa
qoşuldu. Məhəmməd Mirzə bütün baş vermiş hadisəni Abbas Mirzəyə yazdı və
Abbas Mirzə çarəsiz qalıb Şuşa qalasını tutmaqdan əl çəkdi, oradan əliboş köçüb
qoşunu ilə Gəncə tərəfə yola düşdü.
91
|