İBRAHİM XANIN GÜRCÜSTAN VALİSİ İLƏ
GƏNCƏ ÜZƏRİNƏ HÜCUMU VƏ MƏLİK
MƏCNUNUN ÖLDÜRÜLMƏSİ
İbrahim xan Zubovun Rusiyaya qayıtması xəbərini eşidib vali İrakli xana
məktub yazdı və onu başa saldı ki, Tiflisin dağılmasına və onun əhalisinin
qanının tökülməsinə gəncəli Cavad xan və Çiləbörd məliki səbəb olmuşlar. İrakli
xan Gürcüstanın saysız-hesabsız əsgərləri ilə o taydan Gəncənin üzərinə yürüş
etdi. İbrahim xan da Qarabağ qoşunu ilə bu taydan hərəkət edərək, hər iki
tərəfdən Cavad xana cəza verməyə və onu dəf etməyə çalışdı. Vali İrakli xan və
İbrahim xan Gəncəyə çataraq Gəncə qalasını bərk mühasirəyə aldılar. Bir
qədərdən sonra qala ərazisi ilə birlikdə zəbt olundu. Məlik Məcnun öldürüldü,
Cavad xan isə tabe oldu, oğlunu və bacısını İbrahim xana əmanət verdi.
40
AĞA MƏHƏMMƏD XANIN İKİNCİ DƏFƏ
QARABAĞ ÜZƏRİNƏ HÜCUMU VƏ
ONUN ORADA ÖLDÜRÜLMƏSİ
Qızılayağın geri qayıtdığını eşitdikdən sonra Ağa Məhəmməd xanın
zəif ayaqları qüvvət tapdı, əldən buraxdığı imkanı qaytarmaq məqsədilə
Qarabağ vilayətini zəbt etmək fikrinə düşdü.
1212 (1797)-ci ildə Ağa Məhəmməd xan saysız-hesabsız qoşunla
Azərbaycan torpağına tərəf hərəkət etdi. Qarabağda quraqlıq olduğundan
üç il idi ki, təbii fəlakət nəticəsində taxd bitmirdi. Buna görə qəhətlik və
çətinlik üz vermişdi. Əhalinin çoxu bir tikə çörəkdən ötrü Şəki, Şirvan,
Qaradağ və başqa yerlərə dağılıb, pis vəziyyətə düşmüşdülər.
Qarabağda o qədər adam qalmamışdı ki, Şuşa qalasını saxlaya bilsin.
Ağa Məhəmməd xan öz qızılbaş qoşunu ilə Arazın kənarına yetişdiyi
zaman İbrahim xan çarəsiz qalıb arvad-uşağını, yaxın adamlarını, öz
canını ona qurban etməyə hazır olan tərəfdarlarından bir neçəsini götürüb
Car və Balakən tərəfə yollandı.
Bəzi ayrı-ayrı xanlar da, o cümlədən şahsevənli Nəsin xan, şəkili
Səlim xan, mişkinli Ətaülla xan və Qarabağın seçilmiş və məşhur
bəylərindən bir neçəsi onunla səfər yoldaşı olub birgə dərə-təpəli yerlərlə
yola düşdülər.
Ağa Məhəmməd xan onların getməsi xəbərlərini eşidib öz qoşununun
bir hissəsini onların dalınca göndərdi.
Göndərilən İran qoşunları Tərtər çayında körpü yanında onlarla
rastlaşıb vuruşdular, amma bir şeyə nail ola bilmədilər.
Ibrahim xan öz adamlarını və sursatını sağ və salamat Kür çayından
keçirib, Car və Balakənə daxil oldu.
Ağa Məhəmməd xanın tapşırığı ilə ləzgilərdən bir neçəsi yolda
İbrahim xana hücum etməli, onu tutub Ağa Məhəmməd xanın yanına
gətirməli idi.
Hər iki tərəf vuruşa hazır oldu. İbrahim xanın arvadı, Ümmə xanın
bacısı Bikə ağa işə qarışdı və xahiş etdi ki, adət-ənənələrinin əksinə çixıb
vuruşmasınlar. Onlar bu çəkişmədə ikən Şuşa qalasından bir adam gəlib
Ağa Məhəmməd xanın öldürüldüyünü xəbər verdi.
41
AĞA MƏHƏMMƏD XANIN
ÖLDÜRÜLMƏSİ TƏFSİLATI
İbrahim xanın Car və Balakənə qaçmaq xəbərini eşitdikdən sonra Ağa
Məhəmməd xan böyük bir dəbdəbə və təmtəraqla özünü şöhrətli və
ehtirama layiq bir adam kimi göstərərək, Şuşa qalasına daxil olub,
qalanın aşağı darvazasının yaxınlığında olan İbrahim xanın böyük oğlu
Məhəmmədhəsən ağanın evində yerləşdi. Şah, İbrahim xanla birlikdə
gedə bilməyən əyanların və xanın qohumlarının, dostlarının axtarılıb
tapılması və həbs edilməsi əmrini verdi. Həbsə alınanlar içərisində Məlik
Şahnəzərin oğlu Məlik Cəmşid (Vərəndə məliki), Molla Pənah və bir çox
əyanlar var idi. Ağa Məhəmməd xanın məqsədi bunların hər birisindən
bir qədər pul və cərimə almaq, sonradan onların hamısını öldürüb öz
ürəyindəki köhnə ədavəti soyutmaq idi. Bundan sonra Ağa Məhəmməd
xan bir neçə gün kefə qurşandı.
Ağa Məhəmməd xanın yaxın qulluqçularından olan Səfərəli bəy və
Abbas bəy kiçik bir xəta etdiyi üçün şah onlara qəzəblənib deyir: “Sabah
gün çıxan kimi həbs olunan Şuşa əhalisinin başlarını bədənlərindən
ayırıb, onlardan minarələr düzəldəcəyəm, sizin də başınızı kəsib həmin
başların üstünə qoyacağam”.
Belə nağıl edirlər: Ağa Məhəmməd xan şam namazı vaxtında adları
qeyd olunan qulluqçuların birinə əmr edir ki, get filan sərdarı mənim
yanıma çağır. Həmin qulluqçu fərmanı eşitmədiyindən sərdarın yanına
getmir. Məhəmməd xan namazı qurtarandan sonra qulluqçudan soruşur:
“Sərdar nə üçün gəlməmişdir?” Qulluqçu üzr istəyib deyir ki, çün şam
namazı idi, onun qulağı şahın fərmanı eşitməmişdir. Şah o saat onun
qulaqlarının kəsilməsinə əmr etmiş və demişdir: “Bir qulaq ki, şahın
əmrini eşitməyə, kəsilməsi daha yaxşıdır”. O biri qulluqçu ilə də təqribən
belə bir xəta baş vermişdi. Qulluqçular bir qədərdən sonra şahın
təhdidlərini və olanların öldürülməsi vədlərini şahdan eşitdikdən sonra
artıq yatmadılar və yəqin etdilər ki, Ağa Məhəmməd şahın sözü sözdür,
onun daş ürəyində heç bir rəhm yoxdur. Onların ölümündən
keçməyəcəkdir.
Həmin gecə Abbas bəy və Səfərəli bəy sübhə yaxın hərəm-xanaya
girib iti və üryan xəncər ilə onun bədənini Davudun zirehi kimi tikə-tikə
doğradılar.
42
Şahın qolbağını, cavahir nişanlı həmailini götürüb, böyük sərdarlardan biri
olan Sadıq xan Şəqaqiyə verdilər və Ağa Məhəmməd xanın necə öldürülməsini
ona danışdılar. Sadıq xan əvvəlcə onların sözünə inanmadı, çünki həmişə şahdan
çox ehtiyat edirdi və bu xəbəri şahın hiyləsi hesab etdi. Nəhayət, çox ciddi və
möhkəm and içməklə onu inandırdılar. O çox dəhşət və qorxu ilə şahın yaşadığı
Məhəmmədhəsən ağanın imarətinə gəldi. Səfərəli bəy qabaqcadan hərəmxanaya
girib, yorğanın ucunu Ağa Məhəmməd xanın üstündən qaldırdı, ikinci dəfə
xəncərini onun ürəyinə batırdı. Sadıq xan belə vəziyyətə davam gətirməyib, onun
tacını, həmailini və qolbağını götürüb öz mənzilinə gəldi və hay-küy saldı ki, şah
onu bir qulluğa təyin etmişdir, gərək gedə, İbrahim xanı və onun yoldaşlarını
harada olsa tutub gətirə. Bu bəhanə ilə sərdar Şəqaqi qoşununu götürüb qaladan
salamat çıxdı. Qatillərdən Abbas bəyi də özü ilə apardı. Səfərəli bəy isə Şuşa
qalasında qaldı.
Sadıq xan Şuşa qalasından çıxandan sonra oranın camaatı günortaya kimi bu
sirri başa düşə bilmədi. Günortaya yaxın şahın ölüm xəbəri şəhərə yayıldı,
qızılbaş xanları bu hadisəni eşitdikdən sonra başlarını itirib, təşvişə düşdülər. Hər
kəs öz adamlarını və sursatını götürüb qaçmağa üz qoydu. Qoşun dəstə-dəstə
qaladan çıxmağa başladı, hər kəs təşviş və qorxu içərisində öz bildiyi kimi
hərəkət edib, qaçırdı. Qarabağın əhli Məhəmməd şah olan imarətə hücum edərək,
oraya daxil oldular. Şahın qızıl-gümüşünü, ləl-cavahirini və şahlığa aid qab-
qacağını qarət etdilər. Tutulan qızdbaşları soyub, libaslarını çıxararaq lüt etdilər.
İbrahim xanın qardaşı oğlu Məhəmməd bəy imarətə daxil olub, şahın
xəzinəsində qab-qacaq, qızıl, gümüş, qiymətli ləl-cavahirdən nə qalmışdısa,
hamısını götürüb Məhəmmədhəsən xanın evindən öz evinə gətirdi. O, xanlıq,
hökmdarlıq işlərini ələ alıb, Qarabağda nizam-intizam bərpa etməyə başladı.
Ağa Məhəmməd xan lovğa olduğundan başqalarının bədəninin üzərində
başını ağır görüb, boyunlarını vururdu. İndi isə Ağa Məhəmməd xanın özünün
tacsız başı körpə uşaqlarını oyuncağı olmuşdu. Onun murdar meyiti isə
meydanın ortasına atılmışdı:
Gecə düşdükdə, ölü baş edildi tarac,
Nə bədəndə baş qaldı, nə də başda tac.
43
Məhəmməd bəy Ağa Məhəmməd xanın başını Məhəmməd Rəfi bəyin
yaxın adamı ilə Balakənə İbrahim xana göndərdi. Həmin xan da onun başını
bir əyləncə kimi valinin tamaşasına çıxartdı. Molla Pənahın yazdığı şeri
burada verməyi münasib gördük.
N e z m:
Ey Vidadi, gərdişi-dövrani-kəcrəftarə bax!
Ruzigara qıl tamaşa karə bax, kirdarə bax!
Əhli-zülmü necə bərbad eylədi bir ləhzədə,
Hökmi-adil padişahi-qadiri-qəhharə bax...
Ağa Məhəmməd xanın ölüm tarixini tarix
1*
sözündən hesab edirlər.
Məhəmməd xanın şahlığı on iki il davam etmişdir. O çox acıqlı, qaniçən, qan
tökməkdə rəhmsiz, qorxmaz adamlara qarşı kin saxlayan idi, kimsəyə rəhm
etməzdi. Buna görə də vaxtının çoxunu ovda və eyş-işrət məclislərində keçirərdi.
Evdə olan zaman isə qan tökmək və tənbeh üçün bəhanə axtarardı, xacə olmasına
baxmayaraq, gözəllərə meyli və həvəsi çox idi. Belə deyirlər ki, Nemətulla onun
belə rəftarını görüb haqqında bir şeir demişdi. Bəzi rəvayətə görə, bu beyt Ağa
Məhəmməd şah Qacar üçün yox, Abbas Mirzənin oğlu Məhəmməd şah üçün
deyilmişdir.
Ş e i r (sətri tərcümə):
O padşahın adını doxsan iki gördüm.
Onun qəlbi kinlə dolu olduğu üçün,
Pulunu qiymətsiz gördüm.
Əlli beş yaşı var,
Hamısını da müharibədə keçirmişdir.
Ömründən otuz altı keçdikdə
Ağır dərdlərə düçar gördüm...
Bir dərvişin dediyinə görə, bu şeir Mədətov və Paskeviçin Şəmkir (Şamxor)
və Gəncədə etdikləri müharibəyə aiddir:
Min iki yüz qırxıncı ildə
İranın halına ağlamaq lazımdır.
*
1
Tarix - əbcəd hesabilə Hicri 1211 (1797)-ci ile bərabərdir.
44
İbrahim xan ağa Məhəmməd xanın qətl xəbərini eşitdikdən sonra oğlu
Mehdiqulu ağanı Qarabağa göndərdi. Bir azdan sonra onun ardınca böyük oğlu
Məhəmmədhəsən ağanı da yola saldı. Özü də bir neçə həftədən sonra Qarabağa
gəldi və burada hökuməti əlinə aldı. Qarabağ hakimi Məhəmməd bəy hakimliyi
dövründə Molla Pənah ilə öz arasında olan ədavətə görə, fürsətdən istifadə
edərək, Molla Pənahı oğlu ilə birlikdə qətlə yetirdi.
Belə nəql edirlər ki, Molla Pənahı oğlu ilə bir yerdə apardıqları vaxt oğul
atasından soruşur:
- Ata! Bizi haraya aparırlar?
Atası cavabmda demişdi:
- Bizi o yerə aparırlar ki, çoxlarını biz ora göndərmişik.
Q i t e (sətri tərcümə):
İsa yol üstündə düşmüş bir ölü gördü,
Təəccüb edərək barmağını dişlədi.
Dedi: əyər öldürməsəydin öldürülməzdin,
Səni öldürən də öldürüləcəkdir.
Ta ki, başqası sənin qanını yumraqla tökməsə.
İRAKLİ XANIN VƏFATI, GEORGİ XANIN
TİFLİSDƏ VƏ GÜRCÜSTANDA VALİLİYİ
Vali İrakli xan Tiflis hadisəsindən sonra birbaşa Tiflisə daxil olmayıb,
əvvəlcə Kaxetiyada özünə bir mənzil seçib, orada yaşayırdı. O, iki ildən sonra,
yəni 1213 (1798)-cü ildə vəfat etdi. Bu fani dünyadan əbədi dünyaya köçdü.
İrakli xanın vəfatından sonra onun böyük oğlu və vəliəhdi Georgi xan
atasının yerində valilik vəzifəsinə keçdi. O biri qardaşları atalarının yerinə
Georgi xanın keçməsinə razı deyildilər, çünki onlar bir anadan idilər, Georgi xan
isə ayrı anadan olmuşdu.
Hərəsi bir yandan inadlıq və itaətsizliyə başlayıb, onunla ədavət və
düşmənçilik edirdilər. Onlardan Aleksandr Mirzə Qazax, Borçalı və Şəmsəddin
mahalına kimi olan yerləri zəbt etdi. İstər Aleksandr Mirzə, istərsə o biri
qardaşlar Georgi xanı saymırdılar, ona yaxın da
45
gəlmirdilər. Georgi xan, nəhayət, məcbur olub kömək üçün Dağıstandan muzdla
qoşun gətirdi. O, ləzgi qoşununun və Kaxet əhlinin köməliyə Göyçəyə gəlib,
Kəsəmən qışlağına keçərək Qazax torpağına daxil oldu.
Aleksandr Mirzə müqavimətə tab gətirə bilməyib, Qarabağ vilayətinə getdi.
Buradan da Qızılbaş vilayətinə yollandı. Vali Qazax və Borçalı mahallarının
fitnə-fəsadla məşğul olan nadinc adamlarını tənbeh edib, onların xoş arzulara
çatmasına imkan vermədi.
Oradan qoşunu Kars və onun nahiyələrini qarət etmək üçün göndərdi. Qoşun
da həmin yerləri soyub tarac edəndən sonra onun yanına qayıtdılar. Bali oradan
geri qayıdıb, Tiflisə gəldi.
RUSLARIN QAFQAZ VİLAYƏTLƏRİNƏ KEÇMƏSİ,
ŞƏHƏRLƏRİN ALINMASI, QIZILBAŞLARLA
MÜHARİBƏ VƏ SAİRƏ HAQQINDA
İbrahim xan yüksək rütbəyə çatıb hakimiyyətini möhkəmləndirdikdən sonra
ölkədəki düşmənləri tənbeh etməyə, onları cəzalandırmağa başladı. İranda Ağa
Məhəmməd şahın yerinə Fətəli şah adı ilə məşhur olan onun qardaşı oğlu Sərdar
Baba xan şahlığa keçdi. O öz hakimiyyətinə qarşı çıxanları və başqa düşmənləri
cəzalandıraraq tabe etdi.
Baba xan hakimiyyətdən dəm vuran Sadıq xan Şəqaqiyə və Cəfərqulu xan
Dünbiliyə qalib gəldi və düşmənlərin çoxunu məhv etdi.
Qarabağlı İbrahim xan bu hazırlıqların və müharibələrin Qarabağ üstündə baş
verdiyini bilirdi. Çanağın da öz başında çatlayacağını, Fətəli şahın onu asudə
qoymayacağını bilirdi. O, uzaqgörənlik edərək Fətəli şahla qohum olmaq fikrinə
düşdü və onun bütün narazılıqlarını aradan qaldırmaq məqsədilə qanbahası
olmaq üçün oğlu Əbülfət xanla qızı Ağabəyimi Fətəli şahın yanına Tehrana
göndərdi. Özünün şəxsən şah sarayına gedə bilməməsini isə qocalığı, zəifliyi və
xəstəliyi ilə izah etdi.
Gürcüstan valisi Georgi xan xalqına və ailəsinə düşmən olan İrandan,
Türkiyədən və Dağıstandan ehtiyat edirdi. Həmçinin o, qardaşlarının hələ çoxdan
bəri davam edən ədavətindən də qorxaraq, 1213 (1798)-cü ildə böyük oğlu
Davud Mirzəni yalvarış dolu bir ərizə
46
ilə rus məmləkətinə göndərib, böyük rus imperatoru Pavel Petroviçdən belə xahiş
etdi ki, bu qədər ayrı dində olan düşmənlərin arasında aciz qalmışam. Mənim
fikrim-zikrim hər zaman, hər saat bir tərəfdən və bir kəsdən ehtiyat etməkdir:
“Əlahəzrətin yüksək rütbəli yaxın əmirlərinə mənim vəziyyətimin gedişi
tamamilə məlumdur. Onlar Ağa Məhəmməd şahın mənə etdiyi zülmünə və onun
törətdiyi fitnə və fəsadına şahiddirlər.
Bütün dünya xalqlarının ümidgahı olan o padşahın dərgahında bizim
xahişimiz budur ki, məzhəb və millətlərimizin birliyi xatirinə aciz və
cəsarətsizlərə kömək olub üstümüzə kölgə salaraq bizə hamilik edəsiz. Dünyaları
bəzəyən bayrağınızın hilalının nuru ilə zalımları dəf edəsiniz”. Xalqların
pənahgahı olan şahlıq sarayında keçmişdən tanınmış Gürcüstanın tavadlarından
olan eşikağası, knyaz Kərsəvan bəy Çavçavadzeni saraya ərizənin ardınca
göndərdi. Buna görə də imperatorun mərhəmət dəryası dalğalandı, qeyrəti və
şahlıq məhəbbəti hərəkətə gəldi. Gürcüstan sərhədinin mühafizəsindən ötrü
şəhərlərin asayişini və xalqın rahatlığını bərpa etmək və düşmənlərin zülmünü
dəf etmək üçün lazımi fəaliyyət göstərmək məqsədilə 1214 (1799)-cü ildə
general-mayor Lazarevin başçılığı ilə beş min nəfərdən ibarət seçilmiş rus əsgəri
Gürcüstana göndərildi. Əhalinin işlərini idarə etmək və habelə ölkənin böyük
dövlət əhəmiyyəti olan işlərini qaydaya salmaq niyyətilə general-leytenant
Knorrinki valinin yanında nazir və inspektor təyin etdi. Yüksək rütbəli məmurlar
general Lazarev və general Qulyakov haman il Tiflis valisinin hüzuruna gəlib
dedilər: “Siz şəhərdən çıxmayın və vətəni tərk etməyin. Biz yalnız rus qoşunu ilə
düşmənin qarşısına gedərik, əgər Allah etməmiş məğlub olsaq, ondan sonra siz
də qaçıb bir tərəfə gedərsiniz”.
Gürcüstan əhli bu sözü eşitdikdə bir az sakit oldu. Bundan sonra general
Lazarev, general Qulyakovla birlikdə qoşun götürüb, Ümmə xanın qarşısına
getdi. Suğraçu kəndinin altında... axşamçağı iki qaniçən qoşun üz-üzə gəldi.
Ləzgi əhli rusların azlığını görərək, onların belə bir az qüvvə ilə müharibəyə
girişmələrinə təəccüb etdi.
Ləzgi döyüşçülərinin bəzi sərkərdələri “Axşamın xeyrindən sabahın şəri
yaxşıdır” deyib, səhərə qədər möhlət verməyi məsləhət bildilər. Onlar belə
güman edirdilər ki, ruslar davadan əl çəkib aman istəyəcəklər və qayıdıb
gedəcəklər. Ümmə xan və başqa sərkərdələr dedilər:
47
- Allahdan başqa kim bilir ki, sabah ruzigar nə oyun oynayacaq. Yaxşı olar
ki, dərhal döyüşə başlayaq və vuruşmanı qızışdıraq, davamlı atlarımızı qanlı
döyüş meydanına sürək və top-tüfənglərin gurultuları ilə dünya meydanına
vəlvələ salaq, işıqlı günü düşmənin gözündə qaranlığa döndərək.
Sonra Ümmə xan əmr etdi ki, ləzgi qoşununun bir hissəsi rusları üzük qaşı
kimi mühasirəyə alsın və bir nəfərin də döyüş meydanından xilas olmasına yol
verməyərək, rusları bir-bir əsir edib, onun yanına gətirsinlər.
Dağıstan qoşunları öz sərkərdələrinin əmrini böyük səy ilə yerinə yetirərək
rus qoşunlarına yaxınlaşdıqda general Lazarev böyük cürət və qəhrəmanlıqla
əjdaha ağızlı toplardan atəş açılmasına əmr verdi. Cəsur rus əsgərləri birdən ura
çəkərək ləzgilərin üzərinə hücum etdilər.
N ə z m (sətri tərcümə):
Bütün səhra və çəmən qan dəryasına döndü.
Yer üzünə gecə kimi qaranlıq çökdü və
göz çıraq kimi işıqlandı.
Zamanın çərxi tərsinə döndü,
Yerdən göyə ah-nalə yüksəldi.
Topun səsindən, tüfəngin tüstüsündən,
Dünya qaraldı, vəziyyət ağırlaşdı,
Başlarına hey fitnə yağdı.
Heç kəs heç kəsdən xəbər tuta bilmədi.
Dağıstanlı əsgərlər gördülər ki, top gülləsi alovlarından qarışmış aləm od
dənizinə çevrilmiş, rus əsgərlərinin başları isə onların al-qanına boyanmışdır.
Ləzgilər artıq davam gətirə bilməyib döyüş və vuruşmadan əl çəkdilər və
qaçmağa başladılar. Beləliklə, müharibə qaçaqaçla əvəz olundu. Camaatın
malına, dövlətinə olan zərər həddini keçdi. Qoşun və zabitlər içərisində ölənlərin
sayı ağlasığmaz dərəcədə idi. Yerdə qalan döyüşçülər çox çalışdıqdan sonra
başqa qoşun hissələri ilə birləşib, başlarına gələn qəziyyəni onlara nəql etdilər.
Onlar bu hadisəni eşitdikdə ürəkləri sıxılıb öz-özlərinə dedilər:
48
Ş e i r (sətri tərcümə):
Bir yerdə namus və şöhrət naminə
İntiqam qılıncını qınından çıxaraq,
Bu vuraşda at çapaq,
Mizraq, nizə, qılınc və ox oynadaq,
Hamımız düşmən ovlayan atlılarla,
Müharibə meydanını düşmənə təng tutaq.
Əgər belə vaxtda kişilikdə ad qazanmasaq
Başımıza qoyduğumuz papaq bizə haram olsun.
General qalib gəlmiş qoşununu götürüb özünü sığınacağa yetirdi. Onların dağ
kimi duran qoşunları qoçaqlıq və rəşadətlə zərbələr vurub gözəllərin saçları kimi
düşməni pərakəndə və pərişan etdi.
Ümmə xan və digər sərkərdələr hər vasitə ilə qoşunu ram etməyə çalışdılar.
Bununla da onlar istəyirdilər vaxtdan istifadə edib, ya müharibənin sonunda ad
qazansınlar və ya da əksinə rüsvay olsunlar, amma onların bu səyi nəticəsiz
qaldı.
Ruslardan aldıqları birinci zərbə bağırlarını elə çatlatmışdı ki, onların adlarını
eşidən kimi vuruşa girişmədən qaçmağa üz qoydular. Elə ki gece oldu, ləzgilər
durmadan Gəncəyədək qaçdılar, tərs yel kimi heç yerdə dayanmadılar. Bu beyt
onların hallarına müvafiq olaraq deyilmişdi:
N ə z m (sətri tərcümə):
Sevinə-sevinə ov dalınca gəldim,
Özüm isə axırda ovçu əlində əsir oldum.
Ləzgilərin fikri oradan Qarabağa gəlmək, qışı burada qalıb bahar fəslində öz
evlərinə və yurdlarına qayıtmaq idi. Dağları qar tutduğundan öz vilayətlərinə
getmək mümkün deyildi. Gəncə əhli bu işdən xəbərdar olub qılıncları qınından
çıxararaq, onlarla əlbəyaxa oldular. O köməksiz dəstədən çoxlarını öldürüb, o
biri ölənlərin yanına göndərdilər. Ləzgilər artıq heç yerdə dayanmayıb, sığınacaq
sözünü deyə-deyə çarəsiz qalıb Cara qaçdılar və qışı orada keçirtdilər.
Ümmə xan bu hadisədən sonra qəm-qüssədən xəstələnib vəfat etdi. Onu
Carda dəfn elədilər. General Lazarev Tiflis əhlini Ümmə
49
xanın məğlub olmasından və ölməsindən xəbərdar etmək üçün Tiflisə adam
göndərdi. Heç kəs Ümmə xanın məğlub olmasına inanmırdı. General Lazarev
ləzgilərin başçılarından bir neçəsini Tiflisə göndərdi ki, Ümmə xanın ölüm
xəbərini camaata bildirsinlər. Ondan sonra hamı aram oldu.
Elə ki təzə il başladı, 1217 (1801)-ci ilin baharında Liniyada yaşayan
inspektor general-infanteri Knorrink əlahəzrət imperatorun hökmü ilə Tiflisə
gəldi. Burada divanxanalar təşkil etdi. Mühüm işlərə, ərizələrə baxmaq və
müəyyən nəticəyə gəlmək məqsədilə şahzadələrdən dörd nəfər divanbəyi seçdi.
Bunlar hamısı general Lazarevin göstərişi ilə icra olunurdu. Bir il işlər bu qayda
ilə görüldü. Bundan sonra cənab knyaz Sisianov sərdarlığa təyin olunub Tiflisə
gəldi və görülən işləri və qərarların hamısını təsdiq etdi.
QAFQAZDA KNYAZ SİSİANOVUN SƏRDARLIĞI VƏ
ONUN DÖVRÜNDƏ OLAN HADİSƏLƏR
Cənab general-leytenant inspektor knyaz Sisianov işpextur (inspektor) adı ilə
məşhur idi. 1218 (1803)-ci ildə Qafqaza və onun ətraf vilayətlərinə sərdar təyin
olundu. O özü ilə bərabər quberniyaya lazım olan şeyləri də gətirdi və Tiflisdə
beş qəza və vilayətin əsasını qoydu. Bunlar aşağıdakılardır: Qızlar, Mozdok,
Georgiyevsk, Aleksandrovsk və Stavropolsk. Bu vilayətlərdə divanxanalar açdı.
Rus qoşun və nizam-intizamını işə saldı. Gürcüstan valizadələri isə öz köhnə
qanun-qaydalarını saxlamaq məqsədilə Sisianovun bu tədbirlərinin əleyhinə
çıxdılar. Buna görə də çox pis xəyallara düşdülər. Knyaz Sisianov xeyirxahlıqla,
mehribancasına nəsihətlər etdisə də və məsləhət verdisə də, onlar bunu nəzərə
almayıb öz puç xəyallarından əl çəkmədilər. Knyaz heç bir əlac olmayacağını
görüb, onların hamısını məcburən Rusiyaya göndərdi. Valinin arvadı Deda-Vala
Rusiyaya göndərilənlərin içərisindəydisə də çox hay-küy salaraq getməkdən
boyun qaçırırdı. Deda-Valanı Rusiyaya getməyə razı salmaq məqsədilə sərdar
general Lazarevi onun yanına göndərdi. General Lazarev ona çox dil tökdü,
Rusiyaya getməsinə israr etdisə də bunlar bir nəticə vermədi, qadın generalın
şəfaətini və xahişini rədd etdi. General Lazarevin Gürcüstan əhlinin boynunda
çox haqqı
50
var idi. Onlara çox yaxşılıq etmişdi. Bütün bu yaxşılıqlara Deda-Vala göz yumub
gizlincə xəncərini çəkərək, onu yaraladı. General həmin yaradan öldü. Bundan
sonra knyaz Sisianovun əmri ilə İrakli xanın arvadını zorla Rusiyaya apardılar.
Bununla Gürcüstan vilayəti valinin övladlarından təmizləndi.
Bundan sonra knyaz Gürcüstandan tamamilə xatircəm oldu.
KNYAZ SİSİANOVUN CAR VƏ
BALAKƏN TƏRƏFƏ GETMƏSİ VƏ ORA
LƏZGİLƏRİNİN CƏZALANDIRILMASI
Ləzgilər öz köhnə adətləri üzrə Gürcüstan vilayətini və nahiyələrini soymağı,
qarət etməyi, əsir almağı və onlara zərər verməyi davam etdirir, öz pis
əməllərindən, əqidələrindən əl çəkmirdilər.
Belə bir vəziyyətdə knyaz bir neçə dəfə onlara yazılı surətdə hökm və
nəsihətlər etdi. Knyaz mehribanlıq və nəsihət yolu ilə nə qədər çalışdı onları başa
salsın ki, indiki dövr qüdrətli rus şahının dövrüdür, bu dövr valinin dövrünə
bənzəməz. Keçmişdə etdiyiniz pis əməllərdən əl çəkiniz. Onlar bu xəbərdarlığa
əhəmiyyət vermədilər. Nəhayət, knyaz onlara qulaqburması verməyi və
cəzalandırmağı qət etdi. O, az bir qoşunla Dağıstan tərəfə yola düşdü. Ləzgilər
knyazın gəlməsini eşidib öz şöhrətlərini saxlamaq məqsədilə bir qədər qoşun
toplayaraq, Qanıq çayının kənarında dayandılar. Ləzgilər hər vəchlə olursa olsun
rus qoşunlarını Car torpağına buraxmamağı qət etdilər, amma onlar bu hərəkətin
nəticəsini qabaqcadan görmürdülər və rusların qüvvəsindən xəbərdar deyildilər.
N ə z m (sətri tərcümə):
Koredici ildırımı çör-çöplə dəf etmək olmaz,
Göydən gələn bəlaya insan mane ola bilməz.
Rus əsgərləri Qanıq çayına çataraq onu qızılquş kimi bir anda keçdilər.
Rusların toplarının səsi çayın şırıltısına qarışmışdı. İğtişaş, həyəcan və qiyamla
dolu olan ləzgi qoşunundan ruslar bir əsər-əlamət qoymadılar. Balakən valisini
və qoşununu qaçmağa məcbur etdilər. Onların çoxu həlak oldu.
51
Ləzgilərin möhkəm və yenilməz yeri olan Balakən tatar gözəllərinin saçları
kimi pərakəndə oldu. Ləzgilərdən bir qismi öldürüldü, digər qismi də əsarət
zəncirinə düşdü.
Bu vuruşmada ləzgilər ruslar tərəfindən lazımi qədər cəzalandırıldı. Bundan
sonra vəhşi dəstələr yaman işlər görməyə və əks çıxmağa bir daha cəsarət
etmədilər.
Bununla Gürcüstanı talan etmək və oradan əsir aparmaq hallarının qarşısı
alındı.
Knyaz, general Qulyakovun başçılığı altında Carda bir qədər qoşun
saxlanmasını əmr etdi. Knyaz ləzgilərdən bir pis hərəkət baş verdikdə, zidd işlər
göründükdə general Qulyakovla onların cəzalandırılması və hər hansı vasitə ilə
olursa olsun ləzgilərin bu hərəkətlərinin qarşısının alınması, ləzgilərin Gürcüstan
torpağına soxulmağa qoyulmaması əmrini verdi. Bir ildən sonra knyaz
Balakəndən Gürcüstana qayıtdı.
Dostları ilə paylaş: |