Баталйон хатиряляри Memuar



Yüklə 392,44 Kb.
Pdf görüntüsü
səhifə1/6
tarix01.04.2017
ölçüsü392,44 Kb.
#13043
  1   2   3   4   5   6

 

Баталйон
хатиряляри
Memuar 
1
M
M

2
M
M
Rizvan Axundov
À15       
Àüäàìûì Úàíûì, Ãàíûì
(Äîüìà Àçÿðáàéúàíûì)
Áàêû, «ÀÏÎÑÒÐÎÔÔ», 2015,  – 160 ñ.
ISBN  978-9952-404-18-2  
Müəllif, Rizvan Qorxmaz oğlu Axundov kitabın ərsəyə
gəlməsinə görə dərin minnətdarlığını bildirir:
Nərgiz Salamova
Fuad Ələkbərov
Ziya Qasımov
Cavid Behbudov
Rövşən Axundov
Təmraz Əsgərov
Solmaz Mustafayeva
Hüseyn Mustafayev
Həmid Məmmədli
Êèòàáûí èñòèôàäÿñè èëÿ áàüëû áöòöí ìöñòÿñíà 
ùöãóãëàð ìöÿëëèôÿ ìÿõñóñäóð.
©  Àõóíäîâ Ðèçâàí Ãîðõìàç (ARQ), 2015

GİRİŞ
Hörmətli oxucum, bu kitabım mənim ilk
memuarımdır. Patriotik mövzuda yazılmış kitab
inanıram ki, hamınız üçün maraqlı olacaqdır. Dəyərli
oxucularım, maraqlı hadisələrlə dolu bu kitabı
oxuyarkən ümidvaram ki, bir anlıq 1990-cı illərin
xatirələri hər birinizin hafizəsində yenidən canlanacaq
və biz bu illəri heç vaxt unutmayacağımıza bir daha
əmin olacağıq. Elimizin bu məşəqqətli illəri hər bir
azərbaycanlı üçün unudulmaz bir tarix səhifəsidir.
Çalışmışam ki, kitabımda o illərin abu- havasını bir az
da olsa Sizlərə çatdıra bilim. Ağdamın yaranma tarixi,
əhəmiyyəti, statusu, süqutunun səbəbləri, Milli
Qəhrəmanları, tarıxi abidələri, kəndləri, qəsəbələri
haqqında Sizləri məlumatlandırım. Buna nə dərəcədə
nail olmuşam, artıq Siz qərar verəcəksiniz.
Bakının sadə bir müəllim ailəsində bu illərdə baş
verən hadisələrlə tanış olacaq, bir Azərbaycan ailəsinə
belə ağır günlərin necə təsir etdiyinin şahidi olacaqsınız.
Qərvənd batalyonu haqqında heç kəsin bilmədiyi incə
məqamları, orada yaşadığım hər bir anı sizlərə
çatdırmağı özümə borc bilirəm. Olayın üstündən 20
ildən də çox bir vaxtın keçməsinə baxmayaraq,
bacardığım qədər çox şeyləri xatırlamağa çalışacağam.
3
M
M

Mən bütün oxucularımı - nəvələrimi, nəticələrimi,
bu kitabı oxuyan bütün gələcək nəsilin nümayəndələrini
və ilk növbədə Ağdamımıza, Xankəndimizə, Şuşamıza
Azərbaycan bayrağını sancan Mübarizlərimizi, bütün
Azərbaycan xalqının qəhrəman və igid oğullarını
salamlayıram  və inanıram ki, o gün uzaqda deyil.
Oxuduğunuz kitaba sahib olan hər kəsə tövsiyə edirəm
ki, bu kitabı Ağdama, Cəbrailə, Füzuliyə, Kəlbəcərə,
Qubadlıya, Laçına, Şuşaya, Xocalıya, Zəngilana,
Xankəndinə Azərbaycan bayrağını sancan xalqımızın
igid və ən bəxtəvər övladlarına təqdim edəsiniz. Qoy
görsünlər ki, biz bu günə həmişə inanmışıq və
səbirsizliklə gözləmişik. Qoy bütün dünya bilsin ki, biz
Qarabağımızdan heç vaxt əlimizi üzməmişik və biz bir
qarış belə torpağımızı kimsədə qoymayan bir millətik.
Qoy bir də heç kim bizim müqəddəs torpaqlarımıza əl
uzatmağa cürət etməsin.
Yaşasın Azərbaycan!
4
M
M

PATRİOTİZM, VƏTƏN SEVGİSİ, YOXSA
İNTİQAM HİSSİ
Qafqazda bir xəstəlik dolaşmaqdadır – 
erməni xəstəliyi
1994-cü il, fevralın 25-dən 26-na keçən gecə idi.
Atam divanda uzanıb yatmışdı. 1992-ci ildə baş vermiş
Xocalı soyqırımının ildönümü idi. Televiziyada Xocalı
faciəsinin anım günü ilə əlaqədar veriliş  nümayiş olu -
nurdu. Döşəmədə, palazın üstündə uzanıb həyəcanla
həmin verilişi izləyirdim. Xalq Təsərrüfatı İnstitutunun
sonuncu  kursunda təhsil aldığım illər idi. Əlaçı idim,
5
M
M

yayda baş tutacaq dövlət imtahanları və diplom işindən
sonra aspiranturaya daxil olmağı planlaşdırırdım. Bu
veriliş mənim bütün planlarımı alt-üst etdi. Əlbəttə ki,
Qarabağ və ələlxüsus da Ağdam mənim üçün həmişə
daha prioritet məsələ olub və ən yaralı yerim olaraq
qalmaqdadır. Sözün düzü, veriliş məni yaman
təsirləndirmişdi. Körpə uşaqların min bir işgəncə ilə
erməni faşistləri tərəfindən qətlə yetirilməsinə baxa
bilmirdim, daha öncə mən belə şey görməmişdim, bu
bir vəhşilik və eyni zamanda nəinki Azərbaycan üçün,
deyərdim ki, insaniyyətin bəşəri faciəsi idi. Əsəblərim
tamam gərilmişdi, gözlərim dolmuş halda verilişi
izləyirdim. Cəmi bir neçə saat ərzində 613 nəfər dinc
azərbaycanlı, o cümlədən 63 uşaq, 106 qadın, 70 qoca
yalnız azərbaycanlı olduqlarına görə qəddarcasına,
dözülməz işgəncələr verilməklə öldürülmüşdü. 487
nəfərə ağır xəsarət yetirilmiş, 1275 sakin - köməksiz
qocalar, uşaqlar, qadınlar girov götürülərək ağılasığmaz
zülmə, təhqirlərə, zorakılığa və işgəncələrə məruz
qoyulmuşdu. Erməni vəhşi-hərbçiləri öldürdükləri
insanların başlarının dərisini soymuş, müxtəlif əzalarını
kəsmiş, körpə uşaqların gözlərini çıxarmış, hamilə
qadınların qarınlarını yarmış, adamları diri-diri torpağa
basdırmış və bəzilərini yandırmışdırlar. 
Xocalı qətliamından möcüzə nəticəsində sağ qalan
hadisə şahidləri deyirlər ki, azərbaycan dilində səlist
danışa bilən erməni əsgərləri viran qalmış evlərə daxil
6
M
M

olaraq, doğma dilimizdə: “sağ qalanlar var?” deyə
soruşurdular. Yaralı və köməksiz xocalılılar köməyin
gəldiyini zənn edərək: “komək eləyin, kömək edin”
deyə səslənən zaman onların da başlarına atəş açılaraq
qətlə yetirilirdilər. Təsəvvür edin ki, bütün ailə üzvləri
öz doğma evlərində şirin yuxuda olarkən qəfildən divar
yarılır, zirehli texnika içəriyə daxil olur, müxtəlif çaplı
silahlardan atəş açılır və günahsız insanlar qanlarına
qəltan edilirdilər.
Aygün Həsənoğlunun “Erməni sindromu”
kitabından:
"Dörd yaşlı qızıma sataşdılar. Sonra biz qadınları
Xankəndində erməni ordusu olan yerə apardılar, lüt
soyundurdular, hamımızı zorladılar, sonra yerə yıxıb
sürüdülər." 
20 yaşlı bir qızın dediklərindən: 
"Bizi Pircamal kəndində tövlədə saxlayırdılar. Ata-
anamın gözü qarşısında məni, 15 yaşlı ortancıl bacımı
və 9 yaşlı kiçik bacımı dəfələrlə zorladılar, papiros
çəkib bədənimizdə söndürdülər. Yaşlılar, cavanlar
növbəyə durub biz bacıları zorlayırdıar, saçlarımızdan
tutub sürüyürdülər. Məni Əsgəran milis şöbəsinə
gətirdilər, orada uşaqlarımın gözləri qarşısında məni
döyərək dəfələrlə zorladılar. Damarıma iynə vurdular,
özümdə deyildim. Daha sonra məni itlə əlaqəyə
7
M
M

girməyə məcbur etdilər. Əsirlikdə olan qadınların körpə
uşaqlarını alır, gözlərimizin qarşısında göyə atıb
avtomatın süngüsünə keçirirdilər. Xankəndində uşaq
bağçasında 12-13 yaşlarında qızları zorlayırdılar.
Qızlardan birinin anası dözməyib özünü kəndirlə boğub
öldürdü. Bir qızı soyundurub lüt halda rəqs etdirmiş,
sonra zorlamışdılar. Ertəsi gün həmin qız yabanı
qarnına soxaraq özünü öldürdü. 200-dən artıq uşaq,
qoca və qadınlarla birlikdə Əsgəran ra yonunun milis
idarəsinin zirzəmisində saxlanılırdım. Hamımızı av-
tomat qundağı, təpik və yumruqla döyürdülər. Cavan
qız-gəlinlərin başlarını divara vuraraq huşsuz halda
sürüyüb aparırdılar. Palatalardan birində 4-5 yaşında bir
qızcığaz yatırdı, onun gözlərində müharibənin bütün
dəhşətlərini, əzablarını gördüm. Xankəndində erməni
əsgərləri olan kazarmada 8 nəfər qızı, o cümlədən məni
çılpaq vəziyyətdə dubinka ilə döydülər. Sonra bizi
Əsgəran milis şöbəsinə apardılar, yenə də döyüb
zorlamağa başladılar. Hələ də bu dəhşətdən özümə gələ
bilmirəm. Ondan sonra həyat mənim üçün o qədər
iyrənc görünür ki, yaşamaq istəmirəm!”.
Bunları deyən qızın yaraşıqlı sifətində cırmaq,
zərbə yerləri aydın görünürdü. Ən dəhşətlisi
gözlərindəki ifadə idi, adam bu baxışlara dözə
bilmirdi... !!! 
Bütün bunlardan sonra erməniləri bağışlamaq
olarmı?! Ermənilərlə dostluq, qardaşlıq etmək,
8
M
M

münasibət qurmaq, mehriban və diplomatik danışıqlar
aparmaq, bir yerdə kino çəkib, konsert vermək, bir
məclisdə oturub şəkil çəkdirmək olarmı?!
Yaxınlarımızın toy-məclislərində qol götürüb oynamaq,
9
M
M

meydanlarda konsertlər, telekanallarda şoular
düzəltmək olarmı?!
Düşünürəm ki, bu təkcə Xocalının deyil, bütün
Azərbaycanın və cümlə azərbaycanlıların faciəsidir, bu
bizim dərdimiz, alınmayan intiqamımızdır və biz
Qarabağı mənfur ermənilərdən azad edərək, düz
İrəvana qədər irəliləməliyik ki, bu qara ləkəni
üzərimizdən götürə bilək. Düzdür bizim xalq ermənilər
kimi vəhşiliklər törətməyə qadir xalq deyil, ancaq
əminəm ki, öz dədə-baba torpaqlarına sahib çıxmağa ,
analarının, bacılarının ləkələnən namusunun intiqamını
almağa qadirdir. Əminəm ki bu məsələ Azərbaycan
xalqının qarşısında duran ən vacib və prioritet
məsələdir. Bunun həlli üçün hər bir azərbaycanlı
qanından-canından, malından-mülkündən asanlıqla
keçməyi bacarmalıdır.
Veriliş bitdikdən sonra elə döşəmədəcə uzanaraq
dərin fikirə getdim, yuxunun məni necə  apardığından
heç xəbərim olmadı. Yuxuda özümü Xocalıda,
rəhmətlik Çingiz Mustafayevin yanında gördüm. (O,
bizim məhəllədə yaşayırdı, Çingizi şəxsən tanıyırdım).
Onun xırıltılı səsi ilə: ” üzünü, üzünü qaldır, qaldır
üzünü” sözləri ilə yuxudan ayıldım. Səhər saat 9
radələri idi. Atam hələ də yatmışdı. Pəncərədən bayıra
baxanda, qarlı, çiskinli bir qış havasının tüğyan etdiyi
müşahidə olunurdu. Sanki təbiət də bu gün Xocalı
faciəsinə ağlayırdı. Qəmli-qüssəli bir hava onsuz da
10
M
M

ağlayan qəlbimi bir az daha parçalayırdı. Hər yer ağ-
qara rəngdə idi, elə bil hava da yas tutmuşdu. Dərin
hüzn hissi bürümüşdü hər yanı. Hərdən külək yağışı,
qarı pəncərəyə çırpdıqca, sanki göylər Xocalı
soyqırımına hönkür-hönkür ağlayırdı. Arvadlara, körpə
uşaqlara məhəl qoyulmayan bu dəhşətli qətliam
ermənilərin nə dərəcədə vəhşi, terrorcu, insanlıqdan
uzaq, murdar və alçaq, millətlikdən kənar bir qəbilə
olduqlarını bir daha bütün dünyaya sübut etdi.
Biz Sovetskidə, aşağı Naqornı ilə Bir may
küçəsinin kəsişməsində (sonradan Bir may küçəsinə
Çingiz Mustafayevin adı verildi) həyət evlərində
11
M
M
Çingiz Mustafayev
29 avqust 1960 - 15 iyun 1992 (31 yaşında)
Bakı şəhərinin Şəhidlər xiyabanında dəfn edilib

yaşayırdıq. Küçəmizdən bir qədər aşağıda, Beşmərtəbə
adlanan yerdə, Dövlət Dram Teatrının yanında bir
əmanət bankı var idi və mən orada bank təcrübəsi
keçirdim. Həmin əmanət bankında Sevda adlı , ağbəniz,
gülərüz bir qız işləyirdi. Mən onunla dostluq edirdim.
O da mənim xətrimi çox istəyirdi. Hər gün oraya gedib,
inistitutda aldığım nəzəri bilikləri praktikada sınaqdan
keçirirdim və bu işdə Sevda məndən köməyini
əsirgəmirdi. Aramızda qəribə bir isti münasibət
yaranmışdı. Mən buna sevgi deməzdim, sadəcə xoş bir
dostluq var idi. Sevda həyatı sevən, şıltaq bir qız idi.
Bir dəfə məndən sovetin qırmızı pasportunu istədi, mən
də heç düşünmədən verdim. Alıb, pasportumun ən son
vərəqəsinə qələmlə belə bir şey yazmışdı: “Tanrıdan tek
dileyim, sevgi yağmuru altında şemsiyesiz kalmandır!”
Altından da imza etmişdi. İndi onun harada olduğundan
xəbərim yoxdur, ancaq çox istərdim ki, bu xatirələrimi
onunla da paylaşam.
Yuxudan ayılan kimi, könüllü cəbhəyə getməyə
qərar verdim. Bilmirəm bu patriotizm, vətən sevgisi,
yoxsa intiqam hissi idi, amma bu hal mənə evdə rahat
oturmağa imkan vermirdi. Mənə deyirdi: ”Nə oturmu-
san, dur get cəbhəyə, ermənilərdən Xocalının intiqamını
al“. Sanki, namusuma sataşmışlar kimi hisslər
bürümüşdü məni. Qabağıma çıxan erməninin boğazını
dişlərimlə gəmirərdim o zaman. Deyərsiniz ki, cavanlıq
emosiyalarla dolu olur, ancaq belə deyil. Hesab edirəm
12
M
M

ki, vətənini sevən hər bir kəs uçün bu normal hissdir.
Üstündən iyirmi ildən çox zaman ötsə də, indinin
özündə də Xocalının adı gələndə, qanım qaynayır,
bədənimə sığmır bu qan, o qan ki, vətənə borcluyuq. Ta
ki, torpaqlarımız qayıt mayıb, bu hiss, nəinki məni,
düşünürəm heç birimizi bu və ya digər dərəcədə rahat
buraxmayacaq. Hanı o müqəddəs gün ki, bu intiqam
hissi qürur hissi ilə əvəzlənəcək, hanı o gün ki,
bayrağımız İsa bulağında dalğalanacaq, Ağdamımızda
fəxrlə bərpa işlərinə başlayacağıq?        
Səbrimiz tükənib artıq, elə deyilmi, əziz oxucum?
Amma darıxma, əminəm ki, lap yaxında nəinki
Ağdamımızı, eləcə də bütün Dağlıq Qarabağımızı
mənfur düşmənlərdən geri alacağıq, Cünki belə bir
mərd nəsil böyüyür ölkəmizdə. 
Baxın, nə gözəl uşaqdır, nə gözəl tərbiyəsi var, nə
gözəl vətən eşqi var. Bu uşağın 11-12 yaşı ola-olmaya.
Qarabağı heç görməyib, ancaq övladımda cəsarətə bax.
Söhbət Rüfət balamızdan gedir. O Rüfət balamızdan ki,
20 yanvar 2015-ci ildə şəhidləri ziyarət etmək üçün
Şəhidlər xiyabanına gəlmişdi.
13
M
M

20 YANVAR 2015-Cİ İL. 
Qisasınızı alacağam!
Cəbhə xəttin yaracağam!
Ya qələbə çalacağam!
Ya da şəhid olacağam!
Rüfət, oğlum bağışla,
Baxma belə baxışla.
Sənə saxladıq yükü,
Ağırdırsa, bağışla.
ARQ
Çəkdi: Həmid Məmmədli
Həmid Məmmədli: “Bu uşağın adı Rüfətdir.
Şəhidlər Xiyabanında rast gəldim və təsadüfən şəklini
çək dim. Hər şəhidin qarşısında baş əyir və uca səslə "qi -
sasınızı alacağam" deyirdi.”
Halal olsun. Əsl tərbiyə budur. Rüfətin bu hərəkəti
mə ni yaman təsirləndirdi və bir anda yuxarıdakı mis-
ralar yarandı.
Görürsünüzmü necə nəsil böyüyür? Bunu eşidəndə
çox təsirləndim, gözlərim doldu və yuxarıdakı misraları
Rü  fət balamıza yazdım.  Allah saxlasın. Valideynlərinə
də 
 
rin minnətdarlığımı bildirirəm. Hamımız övlad 
-
larımızı bu əhval-ruhiyyədə tərbiyə etməliyik. Əminəm
ki, düşməni əzmək üçün belə Rüfətlərdən ölkəmizdə ki -
fayət qədərdir. Tarix boyu Azərbaycan torpağı neçə-
14
M
M

neçə igidlər yetişdirib və bundan sonra da yetişdirəcək.
Babəklər, Koroğlular, Cavanşirlər, Qaçaq Nəbilər, Həzi
Aslanovlar, Mehdi Hüseynlər, Qafur Məmmədovlar, İs-
rafil Məmmədovlar, Mübariz İbrahimovlar torpağıdır
Azərbaycan torpağı. Mərd igidlər məskənidir
Azərbaycan torpağı. 
İkinci Dünya müharibəsi illərində 3,4 mln
Azərbaycan əhalisindən (1941–ci il) 681 min nəfər
cəbhəyə göndərilmişdi ( onlardan 10 mindən artığı
qadınlar idi), 250 min Azərbaycan əsgəri həlak
olmuşdu. Arxiv fondlarında 1941–1945–ci illərdə Qızıl
ordu sıralarına çağırılanların sayı haqqında sənədli
məlumatlar qorunub saxlanmaqdadır. Bəzi məlumatlara
görə, müharibə illərində əsir düşənlərin 50 min nəfərini
tək cə azərbaycanlılar təşkil edirdi  (əsir düşən əsgər və
za bitlərin ümumi sayı – 5 mln. nəfərdən çox idi). Əsir
dü şənlərin çoxu sonradan geri qayıtmadı. 400 mindən
artıq azərbaycanlı hərbi orden və medallar ilə təltif
15
M
M
Qaçaq Nəbi

olun du – 14 döyüşçü – “Şərəf” ordeni ilə, təltif edildi,
123 -ü  Sovet İttifaqı Qəhrəmanı adına layiq görüldü.
Mən həmişə fəxr etmişəm və indi də fəxr edirəm
ki, Azərbaycanın belə igid və qorxmaz övladları var,
olub və gələcəkdə bundan daha da mərd igidləri
olacaqdır. Azərbaycan elə bir ölkədir ki, bir çox düşmən
ölkələrin onda həmişə gözü və maraqları olub və məhz
buna görə də tarix boyu Azərbaycan xalqı olmazın
əziyətlərinə, təzyiqlərinə, zülmlərinə, zorakılıqlarına
məruz qalıbdır. Belə bir gözəl ölkənin vətəndaşı
olmağımla fəxr edirəm! Unutmayın ki, belə bir ölkənin
vətəndaşı olmaq heç də asan iş deyil! Çünki, hər zaman
bizim öhdəmizə Azərbaycana aqressiv baxan gözləri
oymaq düşür. Bir şeyi unutmayın ki, Allah bizə
Azərbaycan kimi gözəl vətən veribsə, onu qorumaq
üçün namus-qeyrət də verib. Biz vətənimizin qədrini
bilən xalqıq axı.
AĞDAMA GEDƏN YOL
Nə isə, uzun sözün
qısası, “ağ 
damski” de 
-
yilən qara də 
ri gö 
-
dəkcəmi və bi 
lərəkdən
çox da tə zə olmayan pal -
tar 
larımı geyinib çox
sevdiyim kiçik qar daşım
Röv 
şəni və anam
16
M
M

Sevdanı digər otaqda yatılı və ziyyətdə qoyub Beş mər -
təbəyə-Fizuli meydanına tərəf, dostum Sevda ilə
vidalaşmağa yollandım. Soruşarsınız niyə “ağdamski”
dəri gödəkcə? Mənim yaşıdlarım yaxşı xatırlayarlar. O
illər Bakıda ağdamlılar kiçik sexlərdə keçi və qoyun
dərilərini aşılayaraq qara dəri gödəkcələr tikirdilər. Bu
ğödəkcələr Türkiyə istehsalı olan gödəkcələrdən çox
ucuz idi, keyfiyyətinə görə də onlardan xeyli geri
qalırdı. Ucuz olduğuna görə özümə belə bir geyim
almışdım. Bu gödəkcə çox ağır idi, rəngi də digər pal-
tarlara çıxırdı.
Xülasə, onu geyinib düşdüm yola. Cibimdə bir qara
qəpik də yox idi. Gəldim çatdım əmanət bankında
çalışan dostum Sevdanın yanına. Onunla elə əmanət
bankının önündə qarşılaşdıq. Salam verdim, təbəssümlə
salamımı aldı. Həmişəki kimi banka kostyumla
gəlmədiyimi görən Sevda nə isə soruşmaq istədi, ancaq
mən onun sözünü ağzında qoyub, dedim:
– Sevda vidalaşmağa gəlmişəm. Gedirəm
Qarabağa, cəbhəyə, özü də könüllü.
Sevda:
– Rizvan, başın xarab olub? Sən axı institutu
bitirməmisən, yayda  dövlət imtahanlarındır ey, xəbərin
var, hara gedirsən, evdəkilər bilir?
– Vətən daha vacibdir. Evdəkilər isə bilmir. Xahiş
edirəm hələ onlara heç bir şey demə.
– Bəlkə getməyəsən?
17
M
M

– Yox, fikrim qətidir.
– Ananın ürəyi partlayacaq.
– Narahat olma, ona da, sənə də məktub
yazacağam. (O vaxt mobil telefonlar hələ yox idi)
– Pulun-zadın varmı heç olmazsa?
– Yox. Pulu neynirəm, nəyimə gərəkdir ki?
Sevda çantasından bir qədər pul çıxardıb mənə
uzatdı.
– Yox, lazım deyil, çox sağ ol, bacı. Dedim.
– Yox-yox, bəs avtobusa bileti nəcə alacaqsan?
Götür xahiş edirəm.
Bilet pulunu götürüb qalanını Sevdaya qaytardım
və üz tutdum avtovağzala tərəf. Arxamca titrəyən səslə
Sevda:
– Özündən muğayət ol, Rizvan. 
Mən, arxaya baxmadan, əlimi yuxarı qaldırmaqla
sanki ona “əlvida” dedim. 
O zaman avtovağzal Beşmərtəbədən çox da uzaqda
deyildi. Bakıxanov körpüsünün yanında, indiki “Nata-
van Residence”-nin yerində yerləşirdi. Bu minvalla
gəldim çatdım vağzala. Ağdama gedən avtobusların
yerini öyrənib oraya yaxınlaşdım. Avtobusun yanında
bir zabit durmuşdu. Onunla salamlaşdım. O da çox
ciddi bir tərzdə mənimlə salamlaşdı. Soruşdum:
– Cənab zabit, Ağdama gedirsiz?
– Bəli.
18
M
M

– Könüllü cəbhəyə getmək istəyirəm, məni də
özünüzlə apararsız? 
– Xeyir, –  deyə cavab verib, avtobusa əyləşdi.
Atam ağdamlı olduğundan  tez-tez Ağdama nənə
və babamın yanına gedərdim. Bu ziyarəti də həmişə
səbirsizliklə gözləyərdim. Amma indi bu başqa bir
gediş idi. Mən bu səyahətin ciddiliyini tam məsuliyyətlə
dərk edirdim. Amma zabitin bu hərəkətinə o zaman
bəraət qazandıra bilmirdim. Niyə mənimlə belə danışdı,
bəlkə qanı qara idi – deyə hey düşünürdüm. Birdən hiss
etdim ki, kimsə qolumdan yapışıb. Başımı qaldırıb
qarşımda orta yaşlı, orta boylu, ağlı-qaralı qivrım saçlı,
dolu bir kişi gördüm.
– Bala, Ağdama getmək istəyirsən?
– Bəli. 
– Mən gedəsi olmadım, al mənim biletimi, get.
– Sevdanın verdiyi pulları cibimdən cıxarıb, kişiyə
uzatdım.Kişi ovucumu, içindəki pullarla bərabər öz
soyuq əlləri ilə yumdu və əlimi bərk-bərk sıxıb geri
qaytararaq dedi:
– Oğlum, söhbətinizi eşitdim, Allah sənə can
sağlığı versin. Get, ay bala, sağ-salamat qayıdasan səni.
Bəlkə də o, tanımadığım orta yaşlı kişinin
dualarıdır ki, mən 42 yaşımda bu xatirələri sizlərə
yazıram. Təəssüf ki, heç adını da bilmirəm. İndiki
vaxtım olsaydı heç olmazsa adını soruşardım.
Cavanlıqda çox səhvlər buraxırsan axı. Ağdama
19
M
M

gedirdisə bəlkə o da
ağdamlı idi. Görəsən
indi  haradadır, sağ-sa -
lamat 
dırmı? Çox is 
-
tərdim ki, bu kitabı
oxusun.
– Oğul, amma bu
bi let o biri “ikarus”adır.
Bax orda durub. Bir
saatdan sonra yola
düşəcək. – deyə bar 
-
mağı ilə işarə etdi.
Sevdanın verdiyi
pullar ovucumun içində
qaldı. Soyuq hava bir
qədər mülayimləşmiş, yağıntı kəsmişdi. Çiskinli, bu-
ludlu, ahəstə küləkli bir Bakı sabahı idi. Bir anda
fikirləşdim ki, bir daha bu avtovağzalı görməyə
bilərəm. Ehtiyatda olan bir saat vaxtdan və əlimdə qalan
pullardan istifadə edib bir blok “Qarabağ” siqareti
aldım, bir az da vağzalı gəzdikdən sonra avtobusa
əyləşdim. Xeyli adam vardı. Lakin avtobus Ağdama
yaxınlaşdıqca adamların sayı azalırdı. Avtobusda ağ
libaslı, əmmaməli, qara saqqallı, əli avtomatlı 2 xarici
vətəndaş da var idi. Əfqanıstandan gələnlərə
oxşayırdılar.
O vaxt anlamırdım ki, onlar bura nə üçün gəliblər.
20
M
M

Sonradan onların gəlişinin məqsədini öyrəndim.
Bilirsiniz ki, sovet dönəmində SSRİ (Sovet Sosialist
Respublikalar İttifaqı) Əfqanıstanla uzun müddət
müharibə edirdi. Onlar da bura məhz ruslardan inti -
qamlarını  almağa  gəl miş dilər.  Ruslarla  mü ha ribə dən
çoxlu təcrübə top layan əf qanıstanlılar yalın əllə rus
tanklarını ələ keçirirdilər. Sürünərək tanka yaxın 
-
laşırdılar, qəfil ayağa qal xaraq tankın ön şüşəsinə pal -
çıq atırdılar. Görüntüdən məh rum olan tankçılar şüşəni
palçıqdan təmizləmək üçün tankdan çıxmaq məc bu -
riyyətində qalırdılar. Tan kın lyuku açılan kimi içəri
qumbara ataraq heyəti məhv edib, texnikanı ələ
keçirirdilər.
Həmişəki kimi pən cə rənin yanındakı oturacaqda
əyləşmişdim. Yay tətil 
lə 
rində babamgilə bu yolla
dəfələrlə getmişdim. İl boyu yay tətilini gözləyirdim ki,
babamgilə – Ağdama gedəcəm. Çox sevirdim İsi
babamı.
Babam riyaziyyat müəllimi idi. 1941-1945-ci
illərdəki Böyük Vətən müharibəsi veteranı idi. Sol
biləyindən faşist gülləsi ilə yaralanmışdı. Dediyinə
görə, əsgər yoldaşına işarə etmək üçün səngərdən əlini
yuxarı qaldırdığı an bir istilik hiss edib, sən demə, faşist
gülləsi biləyinin içəri tərəfindən girib, arxa tərəfindən
çıxıbmış.  Yaralanan, babamı hərbi xəstəxanaya
yerləşdirmiş, sağalandan sonra isə əli işləmədiyinə görə
21
M
M

arxa cəbhəyə gön 
dər 
-
mişdilər. 
Onun ilk nəvəsi idim,
bu səbəbdən də İsi babam
məni bütün nəvələrindən
daha çox istəyirdi. Babam
əsl kommunist idi. Sovet
hökuməti II dərəcəli
22
M
M
Babam  İsi Məşədi Hüseyn oğlu
Axundov  
1919–1987 
Ağdamın Qarağacı
qəbiristanlığında 
dəfn olunub

müharibə veteranı olduğu üçün ona pulsuz avtomobil
versə də, o, “höku mətdən mənə müftə heç zad lazım
dəyil”  deyərək bu maddi mükafatdan imtina etmişdi.
Çox ağır təbiətli, orta boylu, dolu bir kişi idi. Hamı
ondan çəkinirdi, təkcə məndən başqa. Tüklərinin sıx
olmasına baxmayaraq, həmişə başını keçəl qırxdırardı.
Lap Marşal Jukova bənzəyirdi. Tez-tez mənə cəbhə
sərgüzəştlərindən danışardı, mən də maraqla onu
dinləyərdim. O zaman mənim 10 yaşım olardı, indi isə
yeganə oğlum, Tamerlanın 13 yaşı var. Heyif ki, İsi
babam Tamerlanı - birinci nəticəsini görə bilmədi.
Ancaq digər tərəfdən də fikirləşirəm ki, yaxşı ki, babam
1987-ci ildə rəhmətə getdi və 1993-cü ildə Ağdamın
necə işğal olunduğunu görmədi. Fikirimcə, bu böyük
bir xoşbəxtlikdir. Bu xoşbəxtliyi bizim yenidən əldə
etməyimiz üçün yeganə çıxış yolu işğal edilmiş
torpaqlarımızı geri qaytarmaqdır. 
Mənim ən xoşuma gələn babamın cəbhə
sərgüzəştlərindən biri belə idi:
Babam bir gün komandirin tapşırığı ilə meşənin
içərisindən keçərək kəşfiyyata gedirmiş. Qəflətən
qulağına xışıltı səsi gəlir. Yavaş-yavaş ağacların arası
ilə səs gələn tərəfə yaxınlaşır və görür ki, bir alman
əsgəri mundirini çıxarıb, şalvarını aşağı çəkib ağacın
23
M
M

dibində çöməlib oturub.
Babam tez avtomatını
ona tərəf tuşlayıb deyir:
– Xəndi xox ! 
Alman əsgəri əllə ri -
ni yuxarı qaldırır. 
Babam: 
– Vstavat !...
– deyə alman əs 
-
gərinin üstünə bağırır.
Al man əsgəri ayağa qal -
xıb şalvarını yuxarı çək -
mək istəyərkən babam təpiklə vurub onu yerə yıxır,
sonra isə onun yerə, yanına qoyduğu MP-38 Şmayzer
tipli   alman avtomatını yerdən qaldırır, faşisti əsir
götürərək öz batalyonuna gətirir. Komandir əsiri
görəndə sevinir və gülə-gülə babama deyir: 
–Bundan niyə belə pis iy gəlir, Axundov?
Babam deyir:
– Yoldaş komandir, məni görən kimi qorxudan
şalvarını batırdı. 
Və bütün polk gülməyə başlayır.
O vaxt, bu əsirdən dəyərli informasiya alındığına
görə babamı medalla da təltif etmişdilər.
Bu əhvalatı babamdan tez-tez danışmağını xahiş
edirdim, çünki sonunda mən də yaman ürəkdən
24
M
M

gülürdüm. Babam da görünür ən sevimli nəvəsinin bu
gülüşündən xoşlanardı və həvəslə bu əhvalatı təkrar-
təkrar danışardı.
Mən babamla həmişə fəxr etmişəm. İstəyirdim ki,
nəvələrim də mənimlə fəxr etsin. Fikirləşirdim ki,
görəsən mən də babam kimi medallarla geri dönə
biləcəyəmmi? Babam kimi mən də müharibədən qalib
çıxa biləcəyəmmi? Babam ruslarla birgə faşistlərə qarşı,
mən isə azad Azərbaycan xalqı ilə ermənilərin
simasında ruslara qarşı. Fikirləşirdim ki, görəsən babam
mənim bu savaşa getməyimi necə qarşılayardı? Yəqin
ki, o da mənimlə bərabər gedərdi. Yox-yox, yəqin, o
artıq bu savaşın ən qaynar nöqtəsində, mərkəzində
olardı, axı o Ağdamın mərkəzində, Ağamalı oğlu – 40
ünvanında, 2 № li məktəbin arxasında yaşayırdı. Sağ
olsaydı o, heç bir vəchlə öz evini tərk etməzdi. Son
damla qanınadək ermənilərlə mübarizə aparardı.  Yəqin
ki,  mən də  elə o vaxt,  Ağdama təcavüz olunan an, İsi
babamın yanında olardım...
Bu fikirlərin içində dolaşaraq avtobusun
pəncərəsindən Ağdama gedən yolu, o doğma və əziz
yolu seyr edirdim. Birdən kiminsə əlini çiynimdə hiss
etdim. Dönüb arxamda sürücünün köməkçisini gördüm.
O, mənə dedi:
– Oğlum, hazırlaş, düşməlisən. Cəbhə xəttinə
yaxınlaşırıq.
Avtobusda çox az adam qalmışdı, hamısı da kişilər.
25
M
M

Əksəriyyəti hərbi formada, 2 nəfər də ağ libaslı,
avtomatlı, saqqallı xaricilər. Bir anlıq fikirləşdim ki,
buna bax ey, xaricilər gəlir bizim torpaqlar uğrunda
döyüşür, ayıb olsun bizə, biz isə gəlib öz Vətənimiz
uğrunda döyüşmürük.
– Ağdamda ən yaxşı hərbi hissə hansıdır? – deyə
şoferin köməkçisindən soruşdum.
– Ağdam batalyonunu tərifləyirlər, – sürücünün
köməkçisi cavab verdi.
– Niyə soruşursan, oğlum?
– Könüllü yazılmaq istəyirəm. Harada yerləşir,
deməzsiz?
– Afərin, oğlum. Qərvənddə yerləşir, ancaq səni ora
götürməzlər.
– Niyə? 
Təəccüblə soruşdum.
–  Çünki ora ağdamlıların batalyonudur. Orada
hamı ağdamlıdır.  Gəl səni başqa hərbi hissəyə aparım.
– Yox, dayı, elə mənə Ağdam batalyonu lazımdır.
Haradaydı dedin, Qərvənddə?
– Ay bala, səni ora götürməyəcəklər axı, gəl sözə
qulaq as, səni başqa yerə...
Demək istəyirdi ki, mən onun sözünü kəsdim.
– Dayı, sənə qurban olum, apar məni Qərvənd
batal yonuna, çox xahiş edirəm. Narahat olma, məni ora
götürəcəklər.
– Nə höcət uşaqsan. Yaxşı, irəlidə deyəcəm
26
M
M

düşərsən. Ancaq bax ha mən hər gün burdan keçirəm,
Ağdam batal yonundan da çox adam  tanıyıram, gəlib
səni soruşacam.
– Soruşarsan, dayı. Sən məni ora apar, sonra haçan
istəsən gəlib soruşarsan.
– Bax, o qabaqdakı alüminium gümbəzləri
görürsən?
–  Ağ kupolları deyirsiz?
– Hə, bax oradır, oğlum, düş get. Sənə uğurlar
olsun. Əgər götürməsələr yolun kənarında gözlə, 15
dəqiqəyə geri qayıdacam. Səni başqa hərbi hissəyə
apararam.
– Sağ ol, dayı, görüşərik. – deyə “ikarus”dan
düşdüm.

Yüklə 392,44 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin