Rzaqulu bəy miRZƏ camal oğlu pənah xan və İbrahim xanin qarabağda hakiMİYYƏTLƏp və o zamanin hadiSƏLƏRİ



Yüklə 2,03 Mb.
Pdf görüntüsü
səhifə5/22
tarix31.01.2017
ölçüsü2,03 Mb.
#7197
1   2   3   4   5   6   7   8   9   ...   22

RUS QOŞUNUNUN GƏNCƏ ÜZƏRİNƏ 
HÜCUMU VƏ GƏNCƏNİ ZƏBT ETMƏSİ 
 
Knyaz Sisianov öz hakimiyyətinə Carda mütərəddidlik edənləri 
susdurduqdan sonra rahatlanıb Tiflisə qayıtdı. 
Tiflisdən Gəncə xanı Cavad xana bir məktub göndərdi və ona qüdrətli rus 
dövlətinə tabe olmağı, düşmənçilikdən, ziddiyyətdən, üsyan və  təhdidlərdən  əl 
çəkməyini təklif etdi. Cavad xan isə  sərdarın səmimi nəsihətlərindən boyun 
qaçıraraq ədavətdən dəm vurub döyüş meydanına qədəm qoydu. Cavad xanın bu 
hərəkətindən sonra yüksək təbəqədən olan sərdar gürcü tavadının adamlarını, 
Şəmsəddinlinin, Qazaxın qoşunlarını toplayıb rus qoşunları ilə Gəncəni zəbt və 
Cavad xanı tənbeh etməyi qət elədi. O, 1218 (1803)-ci ildə çoxlu qoşunla Gəncə 
tərəfə  hərəkət etdi. Cavad xan knyaz Sisianovun rus qoşunu ilə  Gəncə üzərinə 
gəldiyini eşidən kimi əyan,  əşrəf və dövlət adamlarını toplayıb, onlarla 
məsləhətləşdi. Onun əyanlarının hamısı axund və seyidlərdən ibarət idi. Bunlar 
knyaz qoşununa nisbətən hər bir düşmənçilikdə  və rus qoşununun qarşısını 
almaqda Cavad xana müttəfiq oldular. Onlar deyirdilər: “Nadir şah öz rəşa- 
 
  
 52

dətli, bacarıqlı qüvvələri ilə  Gəncəni tuta bilmədiyi halda, rus qoşunlarının nə 
gücü var ki, Gəncə qalasını tuta”. Rus qoşunları Gəncə xanlığının ərazisinə çatar-
çatmaz Cavad xan onların qarşısını almaq üçün bir az qoşun göndərdi. Qumlu 
Qobunun yaxınlığında hər iki tərəfin qoşunları bir-birinə rast gəlib vuruşa 
başladılar. Cavad xan bir az gerilədikdən sonra davam gətirə bilməyib qaçdı. 
Gəncənin Ərk qalasına çəkilib, özünü mühafizə və müdafiə etməklə məşğul oldu. 
Rus qoşunu şəhərə girib, qalanı dörd tərəfdən möhkəm mühasirəyə aldı və Cavad 
xanın bütün çıxış yollarını bağladı. Onların azuqəsi ancaq top və tüfəng 
gülləsinin tüstüsü idi. Cavad xan və qala əhli bir aylıq mühasirədə böyük əziyyət 
çəkdi. Bu müddətdə sərdar qalanı zəbt etməyə hazırlaşdı. Sərdarın əmrilə orucluq 
bayramının axşamı rusların qalib qoşunları dörd tərəfdən qalanın üzərinə hücuma 
başladı. Qalanın hər iki tərəfindən Cavad xanın qoşununun üstünə gülləni yağış 
kimi tökdülər. 
Cavad xan isə düşməninə  ağır zərbələr vuraraq özünü qəhrəmancasına 
müdafiə edirdi. Şiddətli vuruşma  əsnasında rus zabitlərindən biri olan mayor 
Lisanoviçin gülləsi Cavad xanı  həyət divarından kəlləmayallaq yerə endirdi. 
Beləliklə, rus əsgərləri qalanı  zəbt etdilər.  Əsgərlər hər tərəfdən qalaya daxil 
olub, onların Orucluq bayramını Qurban bayramına çevirdilər və işıqlı günlərini 
qaranlıq gecəyə döndərdilər. Sərdar camaatı qırmağa əmr verdi. 
Üç saat qılınclar başlara endi və canalan nizələr ürəklərə sancıldı, rus 
əsgərləri arası  kəsilməyən qırğından  əl çəkmirdilər. Üç saatdan sonra sərdar 
qırğının dayandırılması və əsirlərin onun yanına gətirilməsi əmrini verdi. 
Sərdarın  əmri və hökmü ilə qalada yaşayanların arvad-uşaqlarını qalanın 
içində saxladılar, Cavad xanın ailəsi və qohumlarını Cümə  məscidində 
yerləşdirdilər. Bunların hamısının üzərində gözətçi qoydular. 
Sonra knyaz Sisianov vilayətin işlərini və nizam-intizamını müəyyən bir 
qaydaya saldı. Orada komendant təyin edib, divanxanalar açdı  və  Gəncəni 
hörmətlə məlaikə Yelizavetpol adı ilə adlandırdı. Bəzi yaxşı göstərişlər verdi və 
şəraitə müvafiq qanunlar qoydu. Cənab knyaz Sisianov Gəncə  işlərini nizama 
saldı, vilayət  əhlini aram etməyə müvəffəq oldu. Sonra oradan qayıdıb 
Gürcüstana gəldi. 
 
  
 53

GƏNCƏ UĞRUNDA MÜHARİBƏ VƏ 
 ONUN ZƏBTİ 
 
Cavad xanın qətli barəsində türk (Azərbaycan) dillərində çoxlu şeirlər və 
beytlər deyilmişdir. Bunlardan bir hissəsini biz burada qeyd edirik ki, oxucular 
Gəncə əhlinin nə kimi vəziyyətlərdən sonra tabe olduğunu bilsinlər. 
 
N ə z m (türkcə): 
 
Səmtində öldürən çoxdur.  
Gələnə heç sözüm yoxdur.  
Müxənnəs var isə qaldır,  
Yüz min rus gəlsə vur öldür.  
Cavad xan bu nə olacaq  
Dildən dilə söylənəcək.  
Cavad xan bir xan olacaq,  
Aləmdə dastan olacaq... 
 
 
 
QALANIN (GƏNCƏNİN) ALINMASI  
OSMANLICA BELƏ TƏSVİR OLUNUR 
 
Sərəsgərdir Əmin paşa  
Hökmün keçər dağa-daşa...  
Həp əsir olduq gavur elində.  
Döyüşə çıxdı çərxçi,  
Kimi seyid, kimi hacı, 
 Mollalar sizə duaçı,  
Həp əsir olduq gavur elində... 
 
  
 54

KNYAZ SİSİANOVUN İRƏVAN ÜZƏRİNƏ 
HÜCUMU, QIZILBAŞ QOŞUNU İLƏ ONUN 
MÜHARİBƏSİ, MÜVƏFFƏQİYYƏTSİZLİYİ VƏ 
GERİ QAYITMASI 
 
Knyaz Sisianov Gəncədən Tiflisə qayıtdıqdan sonra haman ilin qışını burada 
keçirdi, qoşunu yenidən toplayıb səfərə hazırlaşdı. 
Sərdar bir neçə  dəfə  İrəvan hakimi cənab Məhəmməd xandan məktub və 
ərizələr almışdı. Yazdığı  məktub və  ərizələrdə  Məhəmməd xan sərdar  İrəvana 
gələn kimi qalanın açarını ona verməyi, özünün də ona tabe olacağını vəd edirdi. 
Naxçıvan hakimi o zaman İrəvanda idi. Məhəmməd xanın müstəqil bir hakim 
olmağına baxmayaraq, işin gedişi xatirəsinə mühüm işləri idarə etmək məsələsi, 
bir yeri və ya işi  ələ almaqda və ya ayrı-ayrı  məsələlərin daha geniş surətdə 
həllində Kəlbəli xandan istifadə edib, onunla əlaqə saxlayardı və onun məsləhət 
və  məşvərətilə  iş görərdi. Kəlbəli xan da öz növbəsində knyaza ərizə yazıb 
özünün sərdara olan sədaqətini və ona qulluq etməyə hazır olduğunu izhar 
edərdi. 
Knyaz Sisianov bahar fəslində 1219 (1804)-cu ildə qələbə ilə şöhrət tapmış 
qoşunu və  rəşadətli sərkərdələrilə  İrəvana yollandı. Yerlərini dəyişə-dəyişə 
Üçkilsənin  ətrafında təntənə ilə çadırlar qurdu. Knyaz Sisianovun igidliyi və 
təntənəsi bütün Qızılbaş vilayətlərini, onun ətrafını bürümüşdü. Sərdar Sisianova 
işpextur
1*
 da deyirdilər. 
Cənabi-naibüssəltənə Abbas Mirzənin kiçik yaşda olmasına baxmayaraq, 
böyük sərdarlarda olan ixtiyara malik idi. 
Abbas Mirzə  (İran tərəfindən) yüz yetmiş minlik qoşunla işpexturla 
müharibəyə girişdi. Ruslarla qızılbaşlar arasında bu günə kimi misli görünməmiş 
şiddətli vuruşmalar oldu. Amma heç kəs hələ belə bir müharibə görməmişdi. 
 
N ə z m (sətri tərcümə): 
 
Hər tərəfdə qoşun sıraya düzülmüşdü,  
Çöldə əcəl də öz çadırını qurmuşdu.  
Hər iki tərəf bir-birilə əlbəyaxa olub,  
Müharibəni qızışdırırdı... 
 
 
 
                                                 
*
 
1
 
Bu söz inspektor sözünün təhrif edilmiş fornıasıdır. 
 
 
 55

Hər iki tərəf vuruşmada çox böyük səy göstərdi. Acıqlı bal arısı kimi bir-
birinə qarışmışdılar. Nizə və iti qılıncların ucları ilə bir-birinin baş və sinələrini 
yarırddar. 
 
N ə z m (şətri tərcümə): 
 
Hər tərəfdə o qədər insan cəsədi vardı ki,  
Qoşun müharibə etmək üçün yol tapmırdı.  
Yerin üstü kişilərin qanı ilə damğalandı... 
 
Bu, qızılbaşlarla ruslar arasında birinci müharibə idi. İranlılarla ruslar bu 
vaxta kimi müharibə etməmişdilər. Ona görə də ruslardan gözləri qorxmamışdı. 
Bu vuruşda iranlılarla ruslar qızğm surətdə əlbəyaxa oldular. Vuruşanlarm çoxu 
görkəmli xanlardan və igidlikdə ad qazanmış cavanlardan ibarət idi. 
Qızılbaşlar atlarmı çaparaq, döyüş meydanma, rus əsgərlərinin içərisinə 
girirdilər. Ruslardan bir çoxunun başını qılıncla vurub, yenə igidliklə meydandan 
salamat çıxırdılar. 
Döyüş günü sərdar qoşununu üç dəstəyə bölmüşdü. Qızılbaşların ruslara olan 
qəzəbli hücumu həddini aşırdı. Dava meydanında vuruşanların bir-birinə 
qarışmasından, toz-torpağın çoxluğundan, top-tüfəngin tüstüsündən işıqlı dünya 
elə zülmətə çevrilmişdi ki, rus qoşunları bir-birlərini görmür, zənn edirdilər ki, 
axırıncı alay məğlub olub. Cənab sərdar özü də qoşunların arasında şir və pələng 
kimi hər tərəfə dolanıb, onların vuruşmalarını izləyirdi. Tüstü çəkilərkən, ruslar 
bir-birinə baxıb gördülər ki, hamı sağ-salamatdır. Ölənlərin hamısı isə 
qızılbaşlardan idi. 
Vuruşmanın nəticəsində çöldə olan yaşıllıqlar al-qana boyanmışdı. Bu 
davada qızılbaşlar davam gətirməyib qaçdüar. Qorxu və vahimədən  İrəvan 
şəhərinə yaxın gələ bilməyib, şəhərin yuxan tərəfındən keçərək, etibarlı bir yerə 
gəlib çatdılar. 
Knyaz Sisianov burada dayanıb özü də, qoşunu da istirahət etdi. İki gündən 
sonra yenə qoşunu və toplarını götürüb onların ardınca getdi. Axşamçağı qızılbaş 
qoşununa çatdı. Qızübaşlar rusların qabağını almağa çox çalışdılar ki, düşməni 
qoymayalar öz ordularına tərəf gəlsin. Öz qoşun və toplarını yolun hər iki 
tərəfinə düzdülər. Yenə  də böyük vuruşmalar başlandı. Bir gün əvvəlki vuruş 
bunun yanında oyuncaq idi. Amma qızılbaşlar yenə də məğlub oldular, çadır və 
hərbi  
 
 
 
 
 56

 
 
 
 
ləvazimatlarını da, başqa hər nə vardısa hamısını qoyub, İrana tərəf qaçdılar. 
Aşağıda qeyd olunmuş beyti burada deyiblər: 
 
N e z m (sətri tərcümə): 
 
İnspektorun topunun bir nərəsindən, 
Nə çadır yerdə qaldı, nə də dirəkləri. 
 
Ruslar onların hədsiz-hesabsız  şeylərini və toplarını, qənimətlərini  ələ 
keçirtdilər. 
Abbas Mirzənin qoşunu qaçandan sonra sərdar oradan köçüb, İrəvan  şəhəri 
üzərinə yürüş etdi və oranın mühasirəsi ilə məşğul oldu. Bu zaman İran tərəfdən 
yenə  də  Fətəli  şah çoxlu qoşunla Abbas Mirzəyə kömək etmək üçün İrəvana 
gəldi... 
Ruslar qızılbaşlar üçün azuqə  və başqa  şeylər gətirilən yolların hamısını 
bağladüar. Knyaz Sisianov İrəvan  şəhərinin  ətrafmdakı bağları  və  məhəllələri 
zəbt etdi. Şəhərin dörd divarı qızılbaşların əlində idi. 
Rus qoşunları  İrəvan  şəhərini mühasirəyə alddar. Rusların qoşunu isə 
qızılbaşların mühasirəsində oldu və gediş-gəliş yolunu birdəfəlik kəsdilər. 
Ruslann dörd tərəfini elə tutmuşdular ki, bəzi knyazlar hərçənd səyahət 
məqsədilə Sisianovla buraya gəlmişdilər, amma qaçan vaxtda qızılbaş qoşununa 
düçar oldular. Fətəli şah oradan sərdari-milli olan Qacar Pirqulu xanı Gürcüstan 
valizadəsi Aleksandr Mirzə ilə bir yerdə Tiflis şəhərinə yola saldı. Bu zaman 
Qazax və Borçalı elləri rusların itaətindən çıxıb, onlardan üz çevirmişdilər, ancaq 
Nəsib bəy Gəncə davasında özünün sədaqətini və itaətini güclü Rus dövlətinə 
göstərmişdi. Mayor Lisaneviç də onun yanında idi. 
Tiflis,  Şəmsəddinli, eləcə  də digər böyük və kiçik kəndlərin bəzi valiləri 
Başıaçığa gəlib valizadə ilə birləşdilər. Tüğyan və üsyana başladüar. Qarakilsədə 
olan rus əsgərlərini və camaatı mühasirəyə aldüar. Lakin bu təşəbbüs heç bir 
nəticə vermədi. 
Knyaz Sisianov orduda ərzağın azaldığını görüb Qara mayor adı ilə məşhur 
olan mayor Qandaurovu yüz əlli əsgərlə və Məlik Abunun oğlu Rüstəm bəyi də 
öz adamlarıyla bunlara qoşub, tələsik Gürcüstandan azuqə  gətirməyə göndərdi. 
Qızılbaş qoşunu bu işdən xəbərdar olub, onların ardınca getdi. Üç gün vuruşma 
davam etdi. 
 
 57

Pənbəkə yetişən kimi valizadələr Qarakilsəni mühasirə edən Pirquluya dedilər: 
“Biz üç gündür ki, ruslarla vuruşuruq nəinki onlar, hətta biz də cana gəlmişik”. 
Pirqulu valizadələrlə onlarm köməyinə  gəlib səhər tezdən gün batana kimi 
vuruşdular, hər iki tərəfdən çoxlu adam tələf oldu. Mayor Qandaurov yaralandı, 
artıq şiddətli vuruşma öz gücünü göstərirdi. Nəticədə mayor üç yerdən yaralanıb 
oradaca öldü. Qoşunu da məğlub edib əsgərlərini dağıtdılar. Ermənilər də qaçıb o 
ətrafda olan bir mağarada səngər qazdılar. Nəhayət, hamısı tutulub əsir oldu. 
Sonra qızılbaşlar yenə  də qayıdıb Qarakilsənin mühasirəsinə başladılar. 
Qubernator Tiflisdən sərdarın qoşunu üçün bir qədər əsgərlə 200 arabaya yaxın 
ərzaq göndərdi. Onlar Ulu yaylağına yetişən kimi yerli əhali onların yolunu kəsib 
qarət etdi. Əsgərlər özlərini müdafıə etmək üçün arabaları səngər etməyə məcbur 
oldular. Yerlilər nə  qədər çalışdılarsa da onlann səngərlərini ala bilmədilər. Bu 
vəziyyətdən sonra Pirqulu xanı  xəbərdar etdilər. Pirqulu xan buraya özünü 
vaxtında yetirib çox səy etdisə  də amma səngərləri tuta bilmədi. Arzusuna 
çatmamış geri qayıtdı  və  Ağlağan dağının  ətəyində yerləşdi. Bu xəbər Tiflisə 
çatan kimi qubernator sərdarm qoşununa azuqə və başqa sursatlar yetirmək üçün 
bir nəfər generalı 4 top və 300 əsgərlə göndərdi. Bundan sonra artıq heç kəs 
onlarm qabağım almağa cürət etmədi. Pirqulu xan da geri qayıtmağa məcbur 
oldu. Ruslar da azuqəni salamat Qarakilsəyə gətirdilər. Ərzaq yetişdikdən sonra 
knyaz Sisianov ordu içərisində  qızdırma xəstəliyinin yayılmasını görüb qoşunu 
İrəvandan Qarakilsəyə çəkdi, azuqəni qoşun arasmda böldü. 
Sərdar Pirqulu və valizadələr çarəsiz qalıb məyus halda geri qayıtdılar. 
Rus dövlətindən üz çevirən Borçalı  və digər Gürcüstan elləri qorxularından 
öz vətənlərindən köçüb Qarabağa gəlmək istədilər. 
Mayor Lisaneviç bu işdən xəbərdar olub Nəsib bəylə bir yerdə onlara nəsihət 
və özlərinə cəlb etməyə səy etdilər. Onları sakitləşdirdikdən sonra bu vaxt sərdar 
da Gürcüstan torpağına daxil oldu. Sadaxlı kəndində ellərin böyüklərini çağırıb 
onları başa salaraq, qəflət yuxusundan ayıltdılar. Onlara bir çox suallar verdilər. 
Güclü bir dövlətə qarşı bu inadkarhğa, qulaq asmamağa və itaətdən boyun 
qaçırmağa səbəb nədir? Hamısı  sərdarın verdiyi sualların müqabilində bir söz 
deməyib, sakit durdu və xahiş etdi ki, sərdar 
 
  
 58

onları bağışlasın. Knyaz Sisianov mərhəmət edərək  əmr etdi və dedi: "Bu 
hərəkətlər ağılsızlıqdan baş vermişdir və bəzi hallarda sizin tərəfınizdən qüvvətli 
Rus dövlətinin ziddinə olmuşdur. Sizin xatirinizə təqsirinizdən keçirəm, amma o 
şeylər ki, Gürcüstandan qarət edib və ya götürüb aparıbsız, onlann hamısını 
sahiblərinə qaytarmalısız". Knyaz Sadaxlı  kəndindən Tiflisə  gəldi, dağda 
yaşayanların bir hissəsini öz yanına çağıraraq, xatircəm edib inandırdı ki, qış 
fəslini o burada qalıb, baharda Gəncə üzərinə yürüş üçün hazırlıq görəcəkdir. 
 
KNYAZ SİSİANOVUN GƏNCƏ TƏRƏFƏ GETMƏSİ, 
İBRAHİM XAN VƏ SƏLİM XANLA MÜQAVİLƏ 
BAĞLAMASI, QARABAĞ VƏ NUXANIN 
QÜDRƏTLİ RUS DÖVLƏTİNƏ TABE OLMASI 
 
1221 (1805)-ci ildə knyaz Sisianov İrəvandan qayıdıb Gəncəyə  gəldi. 
Qarabağlı  İbrahim xanın və Nuxa hakimi Səlim xanın yanına adam göndərib, 
onları qüdrətli Rus dövlətinə tabe olmağa çağırdı. Məzkur xanlar sərdarın 
təklifini qəbul etdilər. Qarabağdan  İbrahim xan, Şəkidən Səlim xan, Gəncədən 
knyaz Sisianov bir-birilə görüşmək üçün Kürək çayının kənarına gəldilər. 
Bir çox müzakirə və mübahisədən sonra şərti müqavilələr bağlandı, bir-birinə 
inandırıcı sözlər və  vədlər verdilər. Bundan sonra sərdar mayor Lisaneviçi 500 
əsgərlə Qarabağa göndərdi. O qədər də  əsgər Nuxaya yola saldı. Özü isə 
Başıaçıq və ona yaxın olan rayonların intizam işləri ilə məşğul oldu. 
 
İBRAHİM XANIN QƏTLİ 
 
Fətəli şah Qarabağı zəbt etmək ümidi ilə İbrahim xanla qohumluq və yaxınlıq 
etdi.  İbrahim xanın Rus dövlətinə tabe olduğunu eşitdikdən sonra Qarabağa 
qoşun göndərdi. 
Fətəli  şahın sərbazları Xudafərin körpüsünə  gəlib, Qarabağın  ətrafını 
soymağa başladılar və onlar ilə döyüşə girişdilər. İbrahim xanın oğlu Əbülfət xan 
çoxlu qoşunla Tuğ kəndinin üzərinə hücum etdi. Ətrafın əhalisi bu yerlərə pənah 
gətirib özlərini mühafizə etmək üçün səngərlər qazdılar. Burda böyük vuruşma 
və qırğın oldu. Əbülfət xan bu vuruşmadan heç bir fayda aparmadı. 
 
  
 59

Mehdiqulu xan öz qoşun və adamları ilə Əbülfət xanın üzərinə hücum edib 
onu məğlub etdi. Yaşının çoxluğundan və qocalığından İbrahim xandan çox vaxt 
yersiz xəyallar və  tədbirlər baş verirdi. Bu zaman avarlardan və onların 
tərəfdarlarından bir neçəsi  İbrahim xana Qızılbaş dövlətinə tabe olmağı  təklif 
etdilər.  İbrahim xan Şuşa qalasından çıxıb Xan Səngər adı ilə  məşhur olan 
qalanın aşağı tərəfini tutdu. Burada çadır qurub dayandı. 
Rus dövlətindən üz çevirib Qızılbaş dövləti ilə birləşmək məqsədilə burada 
dayanıb onların gəlməsini gözlədi. 
Qızılbaşlar gəldikdən sonra İbrahim xan onlarla birləşdi
1*
.İbrahim xanın 
fikrincə, qızılbaşlara tabe olmaq ona daha əlverişli idi. Xalq arasında deyilirdi ki, 
Əbülfət xanın qızılbaş qoşunu ilə Qarabağın üzərinə hücum etməsi ancaq 
İbrahim xanın məsləhətilə olmuşdur. Buna görə  də 1221 (1806)-ci ildə  Dəli 
mayor adı ilə  məşhur olan mayor Lisaneviç 100 əsgər götürüb gecə qaladan 
çıxdı, dörd tərəfdən məzkur xanın çadırını əhatə etdi. İbrahim xanı öz əyanları ilə 
oradaca öldürdü. Haman gecə yenə  də qalaya qayıtdı. Ondan soma Rusiya 
başçılarının göstərişi ilə  İbrahim xanın yerinə onun oğlu Mehdiqulu xan 
Qarabağın xanlığına və onu idarə etməyə başçı  təyin etdi. Cəzalandırmağı, 
şikayətə baxmağı ona tapşırdılar. Onu inanılmış bir adam kimi tanıdılar ki, 
bundan sonra Rusiyanın qanun-qaydası üzrə işləri icra etsin... 
İbrahim xanın qətlinin tarixini qızılbaşlar bu şeir vasitəsilə tapmışdılar: 
 
Bir div şişədən (Şuşadan) qalxdı, 
dünyanı əzabilə yandırdı.  
            Adı Xəlil Nəmrudun odunu alovlandırdı. 
 
İbrahim xan çox şəhvətli bir adam idi və  həmişə heç kəsə  məlum olmayan 
məcunlar yeyərdi ki, cinsi əlaqə qabiliyyətini itirməsin. İbrahim xanın vəziri olan 
Molla Pənah onun barəsində belə demişdir: 
 
Gözəli sevəsən yeddi yaşında,  
Saxlıyasan bəlkə xüddam yar ola.  
Gecə-gündüz bəsləyəsən naz ilə,  
Bəlkə hal-əhvaldan xəbərdar ola... 
 
 
 
                                                 
*
 
1
  İbrahim xan 1805-ci il Kürəkçay müqaviləsinə sadiq qalmışdır. Müəllifin  İbrahim xanın 
qızılbaşlarla birləşməsi fıkri uydurmadır. 
 
 60

QIZILBAŞ QOŞUNUNUN QARABAĞ ÜZƏRİNƏ 
HÜCUMU VƏ POLKOVNİK KARYAGİNİN 
MÜHARİBƏSİ 
 
Qızılbaşlar o zamanlar belə  fıkir edirdilər ki, İbrahim xan öz sağlığında 
Qarabağı saxlayırdı, indi isə öldürülübdür. Yaxşı olar ki, biz gedək Qarabağı zəbt 
edək. Ona görə  qızılbaşlar Qarabağ mülkünə tamah edib, 1221 (1806)-ci ildə 
şahzadə Abbas Mirzə saysız-hesabsız qoşunla Qarabağ üzərinə yürüş etdi. 
Tiflisdən də polkovnik Karyagin 400 əsgərlə Qarabağa komandan təyin oldu. 
Məzkur polkovnik Əsgəran tərəfində  qızılbaş qoşunu ilə  şiddətli vuruşmalara 
girişdi. Qızılbaş qoşunlarından bir çoxu Əsgərandan yuxarı gedə bilməyib, 
oradan qayıdaraq  Şahbulaq qalası  tərəfə üz tutdu. Abbas Mirzə  əvvəlcədən 
qoşunun bir dəstəsini  Əmirxan Cahanbəylinin sərkərdəliyilə  Tərnəküt qalasını 
mühasirə etmək və rusların qalaya daxil olmasına mane olmaq üçün göndərdi. 
Sonra polkovnik əsgərləri ilə birlikdə vuruşa-vuruşa Tərnəküt qalası  tərəfə 
qayıtdı. Elə ki qalaya yetişər-yetişməz qalanın darvazasını bağlı görüb onu top 
ilə dağıtdılar. Ruslarla qalaya girib, orada olan qızılbaşları qırdılar. Qızılbaşların 
sərkərdəsi olan Əmirxan bəy canının qorxusundan qalanın divarı üstündən özünü 
aşağı tullayıb, başqa yoldaşları ilə birləşdi. Ruslar bir neçə gün qalada qaldılar. 
Qızılbaş qoşunları da onları  ətrafdan mühasirəyə aldılar. Rusların sursatları 
qurtardıqdan sonra oradaca çiləbördlü məlik Vanya həmişə gecələr bunlara öz 
adamları ilə dallarında çörək daşıyırdı. Polkovnik bu işin çətinliyini görüb, qalan 
yüz  əsgərlə bir yerdə gecə oradan çıxıb özlərini dağ yolu ilə Çarmıx qalasına 
yetirdilər. 
Çarmıxda əhalidən çörək və başqa azuqə alıb, Gəncəyə daxil oldular. Oradan 
da Tiflisə getdilər.  İkinci dəfə qoşun götürüb Zəyəm çayı  kənarına gəldilər. 
Burada Abbas Mirzə ilə döyüşə girib, onu məğlub edərək  İrana qayıtmağa 
məcbur etdilər. O zaman Fətəli şah çoxlu qoşunla gəlib Araz çayının kənarında 
dayandı. Ona görə  cənab knyaz Sisianov həmin il avqust ayında Fətəli  şah ilə 
müharibə edib, onu Iraq və Azərbaycana qaçmağa məcbur etdi. Özü isə yenə də 
Gürcüstana qayıtdı. 
 
  
 61

KNYAZ SİSİANOVUN BAKIYA GƏLMƏSİ VƏ 
ORADA ÖLDÜRÜLMƏSİ 
 
Rusiya başçılarının, o cümlədən knyaz Sisianovun əsas məqsədi hər hansı 
yolla olur olsun Qara dənizlə Xəzər dənizi arasındakı yerləri rus dövlətinin əlinə 
keçirmək idi. Onlar iki dənizin arasında olan xalqların ticarət işlərini və gediş-
gəlişini asanlaşdırmaq məqsədilə  də bu yerləri zəbt etmək istəyirdilər. Bu 
məqsədlə cənab knyaz öz dəyərli fıkirləri və möhkəm əzmiylə Qara dəniz kəna-
rında qala tikdirdi və  qət etdi ki, Bakını da öz ixtiyarına gətirsin. Bununla özü 
üçün hər cəhətdən asudəlik və  əhali üçün rahatlıq və  əmin-amanlıq  əldə etmək 
istəyirdi. O, Tiflisə qayıtdıqdan sonra qoşun və səfər üçün lazım olan sursatları 
hazırlamaqla məşğul oldu. Knyaz 1221 (1806)-ci ilin fevral ayında qalib qoşunu 
ilə Bakı  və onun ətrafına hərəkət etdi. Qarabağ hakimi Mehdiqulu xan
1*
 da 
knyaza kömək etmək üçün onunla səfərə çıxdı, amma Şirvan xanı Mustafa xan 
Rusiya dövlətinə tabe olmayaraq kənara çəkildi və düşmənçilikdən dəm vurdu
inadla üsyan etməyə başladı. Buna görə  də  cənab sərdar  əvvəlcə onu 
cəzalandırmağı vacib və lazım bilib Şamaxı  tərəfə yönəldi. Mustafa xan bunu 
eşidən kimi dəhşətə  və qorxuya düşüb qaçdı. Öz adamlarını  və mal-qarasını 
götürüb Fit qalasında gizləndi. Sərdar gələndən sonra aralarında barışıq oldu, hər 
iki tərəf arasında müqavüə bağlandı və beləliklə, oranın işləri müsbət nəticə ilə 
qurtardı. 
Bir neçə  dəfə  sərdar tək bir atlının müşayiəti ilə Mustafa xanın yanına 
getmişdi. Mustafa xan da xeyirxahlıqla sərdara demişdi ki, tək gəzmək 
qorxuludur. Sərdar cavabında demişdi: “Dünya xalqlarının pənahı olan şahımızın 
mənim kimi milyon-milyon nökərləri var, əgər mən məhv edilsəm, ancaq bircə 
nəfər azalmış olar”. 
Bununla o demək istəyirdi ki, mənim ölümümlə bir rus əsgərinin ölümü 
arasında heç bir fərq yoxdur. Cənab sərdar buradakı işlərdən xatircəm olduqdan 
sonra Bakıya gedib, onun ətrafını  həm dənizdən, həm qurudan möhkəm 
mühasirəyə aldı. Bir neçə müddət keçəndən sonra Bakı hakimi Hüseynqulu xan 
Rus dövləti ilə dostluq etmək üçün tədbirlər gördü, münasib yollar aradı və Rus 
dövlətinə 
 
 
 
                                                 
*
 
1
 
Mehdiqulu xan hələ Qarabağ hakimi deyildi. O, atasının göstərişi ilə Sisianova kömək 
göstərirdi.  
 
 
 62

qulluq və itaət etdiyini söylədi. Sərdar onun sözlərinə inanıb aralarında dostluq 
və sülh əlaqəsini möhkəmlətdi. Hüseynqulu xan qaladan kənara çıxıb, bir tərəfdə 
çadır qurub dayandı. Bir gün Hüseynqulu xan sərdar Sisianova xəbər göndərib 
hər iki tərəf üçün çox lazım olan bəzi gizli məsələləri həll etmək bəhanəsi ilə onu 
öz çadırına dəvət etdi. Belə kiçik şeylərə etina etməyən, geniş bir ürəyə malik 
olan, qorxaqlığı  şəninə  sığışdırmayan Sisianov təmiz qəlbli bir sima kimi bu 
dəvətə  şübhə ilə baxmadı. Sərdar durub Hüseynqulu xanın çadırına gəldi. 
Çadırda onunla danışıq aparıb müşavirə etdilər. Hüseynqulu xan da qalasının 
açarını gümüş  məcməyidə  sərdarın qabağına qoydu. Söhbət  əsnasında 
Hüseynqulu xanın qohumlarından  İbrahim bəy adlı birisi əvvəlcədən verilən 
göstərişə görə, Hüseynqulu xanın işarəsilə namərdlik edib sərdarı tapança gülləsi 
ilə yaraladı, bu yaradan sərdar oradaca vəfat etdi. 
 
N ə z m (sətri tərcümə): 
 
Dünya bir piyalə, fələk saqi, qəm isə meydir,  
İnsanlar onun məclisində mey içməklə məşğuldurlar.  
Bu piyalədən, bu saqidən, bu meydən,  
Heç kəs canını qurtara bilməz... 
 
Hüseynqulu xan knyaza elədiyi bu xəyanəti Qızılbaş dövlətinə böyük bir 
xidmət saydı, ona görə də sərdarın başını çapar və qatil İbrahim bəy ilə Qızılbaş 
ölkəsinə göndərdi. Qızılbaş dövləti gücdə  sınanmış  və Bakı çöllərində vuruşa 
bilən saysız-hesabsız ulduzlar qədər qoşunu Bakının üzərinə tökdü. Qoşunun 
çoxluğundan al-qırmızı səhra çadırları insana qiyamət gününü andırırdı. Rusiya 
qoşunu bu vəziyyət ilə tanış olduqdan sonra quru yolla qayıtmaqdan ehtiyat etdi. 
Onlar gəmilərə minib Həştərxana gəldilər. Bundan sonra Şəkidə yaşayan baş 
komandan general-mayor Nesvetayev Qafqaz ərazisində iranlıların qoşunu 
tərəfindən  əmələ  gəlmiş intizamsızlığı, bəzi yerlərdə  və  kəndlərdə baş verə 
biləcək üsyan, iğtişaş, fıtnəkarlıq  əlamətlərini görüb sərdara lazım olan bütün 
vəzifələri aparmaqla bərabər işləri də qaydaya saldı. 
Beş ay keçənədək, yəni böyük sərdar Qudoviç Tiflisə  gələnə kimi general-
mayor Nesvetayev sərdarlıq vəzifəsini apardı. 
 
  
 63

Yüklə 2,03 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   22




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin