UŞaq əhaliSİ arasinda qulaq, burun və boğaz xəSTƏLİKLƏRİ İLƏ MÜraciƏTLƏRİn səVİYYƏSİ VƏ nozoloji strukturu



Yüklə 68.97 Kb.
Pdf просмотр
tarix26.12.2016
ölçüsü68.97 Kb.

UŞAQ ƏHALİSİ  ARASINDA QULAQ, BURUN VƏ BOĞAZ 

XƏSTƏLİKLƏRİ İLƏ MÜRACİƏTLƏRİN SƏVİYYƏSİ VƏ NOZOLOJİ 

STRUKTURU 

 

 



H.М.Rüstəmova⃰, N.M.Hüseynov  

⃰email: ofakazimova@gmail.com 

 

Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu, 



otorinolarinqologiya kafedrası, Bakı, Azərbaycan 

 

Xülasə. Tibb xidmətlərinin keyfiyyəti və effektivliyi onların adekvat təşkilindən 

asılıdır.  Əhalinin sağlamlığının  və  həyatın keyfiyyətinin  pisləşməsində  qulaq,  burun 

və  boğaz  xəstəlikləri  müstəsna  rol  oynayır.  Ona  görə  də  otorinolаrinqoloji  yardımın 

təşkilatı aspektləri, xüsusən əhalinin tələbatına müvafiq optimal inkişaf variantlarının 

əsaslandırılması məsələləri aktualdır.  



Məqsəd.  Tədqiqatın  məqsədi  uşaq  əhalisi    arasında  qulaq,  burun  və  boğaz 

xəstəlikləri  ilə  müraciətlərin  səviyyəsi  və  nozoloji  strukturunun  optimal  təmini 

yollarının еlmi əsaslandırılmasıdır. 

Materallar  və  metodlar.  Müşahidələr  Bakı  şəhəri  ambulator-poliklinika 

müəssisələrinin  bazasında  aparılmışdır.  Statistik  müşahidə  vahidi  ambulator-

poliklinika  müəssisələrinə  qulaq,  boğaz,  burun  xəstəlikləri  ilə  bağlı  uşaq  əhalisinin 

müraciəti  olmuşdur.  Araşdırmalar  ilkin  qeydiyyat  sənədləri  əsasında  retrospektiv 

üsulla  aparılmışdır.  Tədqiqat  zamanı  alınmış  bütün  materiallar  keyfiyyət 

əlamətlərinin statistikası qaydalarına müvafiq fərdi kompyuterdə işlənmiş, intensiv və 

ekstensiv  kəmiyyətlər,  onların  standart  və  orta  xətaları,  etibarlıq  intervalları,  dürüst-

lüyü müəyyənləşdirilmişdir. 



Nəticələr.  Uşaqların  ambulator-poliklinika  müəssisələrinə  müraciəti  əsasında 

hesablanmış  xəstələnmə  göstəricisinin  səviyyəsinin  əsas  səciyyələri  müəyyən 

olunuraq  aşağıdakı  nəticələrə  gəlmək  mümkündür:  xəstələnmənin  ümumi  səviyyəsi 

yaşla  bağlı  dürüst  dəyişir,  yaş  artdıqca  xəstələnmə  azalır;  bütün  yaş  və  cins 

qruplarında  xəstələnmə  hadisələrinin  böyük  əksəriyyəti  həkim  pediatrın  qəbulunda 

qeydə  alınmış  kəskin  tonzillit  və  nazofaringitlə  bağlıdır;  xəstələnmənin  yaşla  bağlı 



 

 



azalması  əsasən  kəskin  tonzillit,  nazofaringit  və  otitin  səviyyəsinə  görə  daha  çox 

özünü biruzə verir. 



Açar sözlər: uşaq əhalisi, nozoloji struktur, qulaq-burun-boğaz 

Giriş.  Əhaliyə  göstərilən  tibb  xidmətlərinin  səmərəli  təşkili,  müvafiq  kadr  və 

maddi ehtiyatların optimal planlaşdırılması və tibbi profilaktikasının əsas istiqamət və 

prioritetlərini  müəyyənləşdirmək  üçün  ilk  növbədə  xəstəliklərin  əhali  arasında 

yayılması və risk amillərini öyrənmək zəruridir. 

Oulaq və  məməvari çıxıntı xəstəliklərinin yayılması barədə məlumatlar əsasən 

əhalinin  sağlamlığına  həsr  olunmuş  tədqiqatlarda  xəstələnmənin  bir  qrupu  kimi 

təqdim  olunur.  Belə  ki,  dispanser  müşahidəsinin  materialları  əsasında  müəyyən 

olunmuşdur  ki,  Maxaçqalada  hər  1000  uşağa  2475,9  xəstəlik  düşür  və  onlardan 

329,5-i qulaq və məməvari çıxıntı patologiyalarıdır (13,2%). Poliklinikalara müraciət 

materiallarında  xəstəliklər  arasında  qulaq  və  məməvari  çıxıntı  patologiyalarının 

xüsusi  çəkisi  1,1-1,4%  olmuşdur.  Bir  yaşa  qədər  uşaqların  bütün  xəstəliklərinin 

(685,9‰)  1,2%-i  qulaq  və  məməvari  çıxıntı  patologiyalarının  (8,4‰)  payına  düşür 

[1-5].  Krasnodarda  uşaq  əhalisi  arasında  il  ərzində  hər  1000  uşağa  görə  1448-1525 

ilkin xəstələnmə hadisəsi qeydə alınmışdır. Qulaq və məməvari çıxıntı xəstəliklərinin 

səviyyəsi  47-52‰  olmuş  və  onların  xüsusi  çəkisi  3,2%  təşkil  etmişdir.  Ümumi 

xəstələnmə  göstəricisi  müvafiq  olaraq  1909-1944‰  və  61,57-61,98‰  olmuşdur. 

Beləliklə  ümumi  xəstələnmə  hadisələrinin  də  3,2%-i  qulaq  və  məməvari  çıxıntı 

patologiyaları ilə bağlıdır [6]. 



Tədqiqatın məqsədi.  Uşaq əhalisi  arasında qulaq, burun və boğaz xəstəlikləri 

ilə  müraciətlərin  səviyyəsi  və  nozoloji  strukturunun  optimal  təmini  yollarının  еlmi 

əsaslandırılmasıdır. 

Tədqiqtın  material  və  metodları.  Müşahidələr  Bakı  şəhəri  ambulator-

poliklinika  müəssisələrinin  bazasında  aparılmışdır.  Statistik  müşahidə  vahidi 

ambulator-poliklinika  müəssisələrinə  qulaq,  boğaz,  burun  xəstəlikləri  ilə  bağlı  uşaq 

əhalisinin  müraciəti  olmuşdur.  Araşdırmalar  ilkin  qeydiyyat  sənədləri  əsasında 

retrospektiv üsulla aparılmışdır. Tədqiqat zamanı alınmış bütün  materiallar keyfiyyət 

əlamətlərinin  statistikası  qaydalarına  müvafiq  personal  kompyuterdə  işlənmiş, 



 

 



intensiv  və  ekstensiv  kəmiyyətlər,  onların  standart  və  orta  xətaları,  etibarlıq 

intervalları, dürüstlüyü müəyyənləşdirilmişdir [7] . 



Alınmış  nəticələr  və  onların  müzakirəsi.  Müraciətlə  bağlı  xəstələnmənin 

səviyyəsi və nozoloji strukturu əhalinin yaşından ciddi asılı olduğuna görə aldığımız 

materiallarda  uşaq  (0-14  yaş)  əhalisinin  müvafiq  göstəriciləri  ayrılıqda  verilmiş  və 

təhlil olunmuşdur. 

Qulaq,  burun  və  boğaz  xəstəlikləri  ilə  tibb  müəssisələrinə  müraciətlə  bağlı 

xəstələnməni  öyrənmək  üçün  müşahidə  vahidi  kimi  pasiyentin  konkret  məqsədlə 

müraciəti götürülmüşdür. 

Uşaqların  qulaq,  burun  və  boğaz  xəstəlikləri  ilə  bağlı  ambulator  poliklinika 

müəssisələrinə müraciətlərinin tezliyi cədvəldə verilmişdir.  

 

Göründüyü  kimi,  müraciətlərin  böyük  əksəriyyəti  kəskin  tonzillit  (angina)  və 



kəskin  nazofaringit  ilə  bağlı  həkim  pediatrlara  olunmuşdur  (bütün  patologiyaların 

89,9%-i).  Qulaq,  burun  və  boğaz  xəstəliklərinin  az  qismi  (10,1%)  ilə  həkim-

otorinolarinqoloqlara  müraciət  olunmuşdur.  Bütün  səbəblərlə  bağlı  oğlanların  və 

qızların  müraciətlərinin  səviyyəsi  biri-birinə  çox  yaxındır  və  statistik  dürüst 

fərqlənmirlər (p>0,05). (Şəkil) 

 

 



 

 

 



 

 

 



 

Şəkil. Qulaq, burun,boğaz xəstəliklər ilə müraciətlərinin həkimlər üzrə bolgüsü  

 

Xəstələnmənin  ümumi  səviyyəsi  orta  hesabla  hər  100  uşağa  görə  65,7 



(oğlanlarda 65,7±2,2; qızlarda 65,5±2,3) olmuşdur. Göstəricinin ən yüksək səviyyəsi 

0-4  yaş  intervalında  (80,4  hər  100  müvafiq  yaşlı  uşağa  görə),  ən  aşağı  səviyyəsi  isə 



89,9

10,1

Pediatr

Otorinolarinqoloq

    

 

 



10-14  yaş  intervalında  (48,9  hər  100  müvafiq  yaşlı  uşağa  görə)  qeydə  alınmışdır. 

Qulaq,  burun  və  boğaz  xəstəlikləri  ilə  bağlı  müraciətlərin  uşaqların  ayrı-ayrı  yaş 

qruplarındakı  səviyyəsi  biri-birindən  statistik  dürüstlüklə  fərqlənir  (p<0,001).  Bu 

xəstəliklərdən  həkim  otorinolarinqoloqun  payına  düşən  müraciətlərin  xüsusi  çəkisi 

(orta  hesabla 10,1%; 0-4; 5-9  və  10-14  yaş intervallarında  müvafiq olaraq: 9,4; 10,6 

və  10,4%)  bütün  yaş  intervallarında  statistik  dürüst  fərqlənməmişdir.  Ən  çox 

müraciətlərə səbəb olan kəskin nazofaringitlərdir: orta hesabla hər 100 oğlan və qıza 

görə müvafiq 50,3±2,3 və 50,2± 2,4 xəstələnmə hadisəsi qeydə alınmışdır. 

Cədvəl. Qulaq, burun və bogaz xəstəlikləri ilə uşaqların müraciətlərinin səviyyəsi 

 (hər 100 nəfərə görə) 

 

Bu  patologiya  ilə  bağlı  müraciətlərin  səviyyəsi  0-4  və  5-9  yaş  intervallarında 



(hər  100  müvafiq  oğlan  və  qıza  görə  62,2±  4,2  və  61,5±  4,3;  55,7±4,2  və  56,1±4,3; 

37,2± 3,6 və 37,4±3,7) bir-birindən statistik dürüst seçilir və yaş artdıqca azalır. Qeyd 

olunan  yaş  və  cins  qruplarında  kəskin  tonzillitlə  bağlı  müraciətlərin  tezliyi  0-4 

(11,1±2,7  və  10,8±2,7)  və  5-9  (10,0±2,5  və  9,1±2,5)  yaş  uşaqların  qulaq,  burun, 

boğaz xəstəlikləri ilə bağlı həkimə müraciəti intervallarında praktik eynidir (p>0,05) 

Mütə-


xəssis 

Diaq-


nozlar 

Yaş və cins  qrupları 

0 - 4 

5 - 9 


10 - 14 

Cəmi 


oğlan 

n =135


 

qız 


n=130 

oğlan 


n=140 

qız 


n =132 

oğlan 


n =130 

qız 


n=174 

oğlan 


n=455 

qız 


n=436 

Pediatr 


(89,9%) 

Kəskin 


tonzilit 

15 


1,1±2,7 

14 


10,8±2,7 

14 


10,0±2,5 

12 


9,1±2,5 

13 


7,2±1,9 

10 


5,8±1,8 

42 


9,2±1,4 

36 


8,3±1,3 

Kəskin  


nazofa-

ringit 


84 

62,2±4,2 

80 

61,5±4,3 



78 

55,7±4,2 

74 

56,1±4,3 



67 

37,2±3,6 

65 

37,4±3,7 



229 

50,3±2,3 

219 

50,2±2,4 



Otorino

-larin-


qoloq 

(10,1%) 


Kəskin  

otit 


4,4±1,8 


5,4±2,0 


2,9±1,4 


2,3±1,3 


0,6±0,6 


0,6±0,6 


11 

2,4±0,7 


11 

2,5 


Xroniki 

tonzilit 





1,4±1,0 



2,3±1,3 


1,7±1,0 


2,3±1,1 


1,1±0,5 


1,6±0,6 


Digər 

xəstəlik-

lər 



2,2±1,3 



3,1±1,5 


2,9±1,4 


3,8±1,7 


2,8±1,2 


2,3±1,1 


12 

2,6±0,8 


13 

3,0±0,8 


Cəmi  

6,7±2,2 



11 

8,5±2,4 


10 

7,1±2,2 


11 

8,3±2,4 


5,0±1,6 


5,2±1,7 


28 

6,2±1,1 


31 

7,1±1,2 


Yekun 

108 


80±3,4 

105 


80,8±3,5 

102 


72,9±3,8 

97 


73,5±3,8 

89 


49,4±3,7 

84 


48,3±3,8 

299 


65,7±2,2 

286 


65,6±2,3 

 

 



və  10-14  ya  intervalı  ilə  müqayisədə  (7,2±1,9  və  5,8±1,8)  statistik  dürüst  yüksəkdir 

(p<0,05). 

Həkim-otorinolarinqoloqa  müraciətlə  bağlı  qeydə  alınmış  qulaq,  burun  və 

boğaz xəstəliklərinin tezliyi ayrı-ayrı yaş və cins qruplarında 5,0±1,6 – 8,5±2,4 (hər 

100 nəfərə görə) arasinda dəyişir və onlar arasında statistik dürüst fərq aşkar edilmir 

(p>0,05). 

 

Kəskin otitlə xəstələnmə müqayisə olunan qruplarda 0,6-4,4 arasında (hər 100 



nəfərə görə) dəyişir və onun yaşla bağlı azalması statistik dürüstdür (p<0,05). 

 

Beləliklə,  uşaqların  ambulator-poliklinika  müəssisələrinə  müraciəti  əsasında 



hesablanmış xəstələnmə göstəricisinin səviyyəsinin əsas səciyyələri müəyyən olunur: 

 



xəstələnmənin  ümumi  səviyyəsi  yaşla  bağlı  dürüst  dəyişir,  yaş  artdıqca 

xəstələnmə azalır; 

 

bütün  yaş  və  cins  qruplarında  xəstələnmə  hadisələrinin  böyük  əksəriyyəti 



həkim  pediatrın  qəbulunda  qeydə  alınmış  kəskin  tonzillit  və  nazofaringitlə 

bağlıdır; 

 

xəstələnmənin  yaşla  bağlı  azalması  əsasən  kəskin  tonzillit,  nazofaringit  və 



otitin səviyyəsinə görə daha çox özünü biruzə verir. 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

Ədəbiyyat 

1.

 

Муспахова  Э.М.  Анализ  заболеваемости  детского  населения  по  данным  городских 



поликлиник  //  Проблемы  социальной  гигиены,  здравоохранения  и  истории 

медицины.-2006.-№ 4.-с. 12-14. 

2.

 

Портенко  Е.Г.  Разработка  комплексной  диагностики  и  контроля  лечения 



хронического тонзиллита на основе метода инфракрасной спектрометрии. Автореф. 

дисс. ...докт. мед.наук. СПб. 2007. 45с. 

3.

 

Портенко  Е.Г.,  Каргаполов  А.В.  Диагностика  хронического  тонзиллита  // 



Верховолжский медицинский журнал.-2006 № 1-2.с. 11-13. 

4.

 



Портенко  Е.Г.,  Портенко  Г.М.  Влияние  питания  и  техногенного  воздействия  на 

частоту  заболеваемости  хроническим  тонзиллитом  в  подростковом  возрасте  / 

Человек,  питание,  здоровье.  Материалы  международной  научной  конференции.  М. 

2006.-с. 282-284. 

5.

 

Портенко Е.Г., Портенко Г.М. О пути решения проблемы хронического тонзиллита у 



детей / Здоровье молодежи и будущее России. Тверь.-2006.-с. 140-141. 

6.

 



Петручук  О.Е., Щепин В.О., Бедрин А.В., Лещева Г.А. Демографическая ситуация и 

заболеваемость  неинфекционными  болезнями  населения  Краснодара  //  Проблемы 

социальной гигиены, здравоохранения и истории медицины.-2006.- № 5. с. 30-34. 

7.

 



Гланц С. Медико-биологическая статистика. Москва. Практика. 1999 г. 459 с. 

 

 



РЕЗЮМЕ 

 

УРОВЕНЬ И НОЗОЛОГИЧЕСКАЯ СТРУКТУРА ОБРАЩАЕМОСТИ 

СРЕДИ ДЕТСКОГО НАСЕЛЕНИЯ В СВЯЗИ ЗАБОЛЕВАНИЯМИ УХО, 

ГОРЛО И НОСА 

 

Рустамова Г.М., Гусейнов Н.М. 

Азербайджанский государственный институт усовершенствования врачей 

имени А.Алиева, кафедра оторинолорингологии, Баку, Азербайджан 

 

Качество  и  эффективность  медицинских  услуг  зависит  от  их  адекватной  организации. 

Болезни  уха,  горла  и  носа  играет  исключительную  роль  в  ухудшении  качества  жизни  и 

здоровья  населения.  Поэтому  аспекты  организации  оториноларингологической  помощи,  в 

частности  обоснования  оптимальных  вариантов  по  вопросам  развития  соответствующей 

потребностям населения является актуальным. 



Цель:  Научное  обоснование  и  обеспечение  оптимальных  путей  уровня  и  нозологическая 

структура обращаемости среди детского населения в связи заболеваниями ухо, горло и носа. 



Материалы  и  методы  исследования.  Исследования  проводились  на  базе  амбулаторно-

поликлинических  учреждений города Баку. Единицей статистического наблюдения явилась 

обращение  детского  населения  по  поводу  болезней  уха,  горло  и  носа  в  амбулаторно-

поликлиническую  учреждение.  Исследование  проводились  ретроспективно  на  основе 

первичных учѐтных документов. 

Результаты.  Общий  уровень  заболеваемости  в  связи  с  возрастом  меняется,  рост 

заболеваемости    с  возрастом  уменьшается.  В  большинстве  случаях  зарегистрированных  во 

всех  возрастных  и  половых  группах  на  приема  у  врача  педиатра  связаны  с  острым 

тонзиллитом и назофарингитом. 



 

 



  

Ключевые слова: детская населения, нозологическая структура, ухо-горло-нос 

 

 



 

 

SUMMARY 



 

LEVEL AND NOSOLOGICAL STRUCTURE OF NEGOTIABILITY AMONG 

THE CHILDREN'S POPULATION DUE TO EAR, THROAT AND NOSE 

DISEASES 

 

G.M.Rustamova, N.M.Huseynov  

Azerbaijan state advanced training institute for doctors named by A.Aliyev, 

department of otorinolaringology, Baku, Azerbaijan 

 

Quality and efficiency of medical services depends on their adequate organization. Diseases of ear, 



throat  and  nose  play  an  exclusive  role  in  deterioration  of  life  and  health  of  the  population. 

Therefore, aspects of the organization of otolaryngology help are actual  in particular  justifications 

of optimum options concerning development corresponding to requirements of the population. 

Purpose: Scientific justification and providing optimum ways of level and nosological structure of 

negotiability among the children's population due to an ear, throat and nose diseases.  



Materials and methods. Researches were conducted on the basis of out-patient and polyclinic city 

institutions  of  Baku.  Unit  of  statistical  supervision  was  the  appeal  of  the  children's  population 

concerning ear, throat and nose diseases in out-patient and polyclinic establishment. Research was 

carried out retrospectively on the basis of primary registration documents. 



Results.  The  general  incidence  changes  in  connection  with  age,  incidence  growth  decreases  with 

age. In the majority the cases registered in all age and sexual groups on reception at the pediatrician 

are connected with sharp tonsillitis and nasopharyngitis. 

Keywords: children's population, nosological structure, ear-throat-nose.

 

 



 



Поделитесь с Вашими друзьями:


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə