Alınmış nəticələr və onların müzakirəsi. Müraciətlə bağlı xəstələnmənin
səviyyəsi və nozoloji strukturu əhalinin yaşından ciddi asılı olduğuna görə aldığımız
materiallarda uşaq (0-14 yaş) əhalisinin müvafiq göstəriciləri ayrılıqda verilmiş və
təhlil olunmuşdur.
Qulaq, burun və boğaz xəstəlikləri ilə tibb müəssisələrinə müraciətlə bağlı
xəstələnməni öyrənmək üçün müşahidə vahidi kimi pasiyentin konkret məqsədlə
müraciəti götürülmüşdür.
Uşaqların qulaq, burun və boğaz xəstəlikləri ilə bağlı ambulator poliklinika
müəssisələrinə müraciətlərinin tezliyi cədvəldə verilmişdir.
Göründüyü kimi, müraciətlərin böyük əksəriyyəti kəskin tonzillit (angina) və
kəskin nazofaringit ilə bağlı həkim pediatrlara olunmuşdur (bütün patologiyaların
89,9%-i). Qulaq, burun və boğaz xəstəliklərinin az qismi (10,1%) ilə həkim-
otorinolarinqoloqlara müraciət olunmuşdur. Bütün səbəblərlə bağlı oğlanların və
qızların müraciətlərinin səviyyəsi biri-birinə çox yaxındır və statistik dürüst
fərqlənmirlər (p>0,05). (Şəkil)
Şəkil. Qulaq, burun,boğaz xəstəliklər ilə müraciətlərinin həkimlər üzrə bolgüsü
Xəstələnmənin ümumi səviyyəsi orta hesabla hər 100 uşağa görə 65,7
(oğlanlarda 65,7±2,2; qızlarda 65,5±2,3) olmuşdur. Göstəricinin ən yüksək səviyyəsi
0-4 yaş intervalında (80,4 hər 100 müvafiq yaşlı uşağa görə), ən aşağı səviyyəsi isə
89,9
10,1
Pediatr
Otorinolarinqoloq
4
10-14 yaş intervalında (48,9 hər 100 müvafiq yaşlı uşağa görə) qeydə alınmışdır.
Qulaq, burun və boğaz xəstəlikləri ilə bağlı müraciətlərin uşaqların ayrı-ayrı yaş
qruplarındakı səviyyəsi biri-birindən statistik dürüstlüklə fərqlənir (p<0,001). Bu
xəstəliklərdən həkim otorinolarinqoloqun payına düşən müraciətlərin xüsusi çəkisi
(orta hesabla 10,1%; 0-4; 5-9 və 10-14 yaş intervallarında müvafiq olaraq: 9,4; 10,6
və 10,4%) bütün yaş intervallarında statistik dürüst fərqlənməmişdir. Ən çox
müraciətlərə səbəb olan kəskin nazofaringitlərdir: orta hesabla hər 100 oğlan və qıza
görə müvafiq 50,3±2,3 və 50,2± 2,4 xəstələnmə hadisəsi qeydə alınmışdır.
Cədvəl. Qulaq, burun və bogaz xəstəlikləri ilə uşaqların müraciətlərinin səviyyəsi
(hər 100 nəfərə görə)
Bu patologiya ilə bağlı müraciətlərin səviyyəsi 0-4 və 5-9 yaş intervallarında
(hər 100 müvafiq oğlan və qıza görə 62,2± 4,2 və 61,5± 4,3; 55,7±4,2 və 56,1±4,3;
37,2± 3,6 və 37,4±3,7) bir-birindən statistik dürüst seçilir və yaş artdıqca azalır. Qeyd
olunan yaş və cins qruplarında kəskin tonzillitlə bağlı müraciətlərin tezliyi 0-4
(11,1±2,7 və 10,8±2,7) və 5-9 (10,0±2,5 və 9,1±2,5) yaş uşaqların qulaq, burun,
boğaz xəstəlikləri ilə bağlı həkimə müraciəti intervallarında praktik eynidir (p>0,05)
Mütə-
xəssis
Diaq-
nozlar
Yaş və cins qrupları
0 - 4
5 - 9
10 - 14
Cəmi
oğlan
n =135
qız
n=130
oğlan
n=140
qız
n =132
oğlan
n =130
qız
n=174
oğlan
n=455
qız
n=436
Pediatr
(89,9%)
Kəskin
tonzilit
15
1,1±2,7
14
10,8±2,7
14
10,0±2,5
12
9,1±2,5
13
7,2±1,9
10
5,8±1,8
42
9,2±1,4
36
8,3±1,3
Kəskin
nazofa-
ringit
84
62,2±4,2
80
61,5±4,3
78
55,7±4,2
74
56,1±4,3
67
37,2±3,6
65
37,4±3,7
229
50,3±2,3
219
50,2±2,4
Otorino
-larin-
qoloq
(10,1%)
Kəskin
otit
6
4,4±1,8
7
5,4±2,0
4
2,9±1,4
3
2,3±1,3
1
0,6±0,6
1
0,6±0,6
11
2,4±0,7
11
2,5
Xroniki
tonzilit
-
-
-
-
2
1,4±1,0
3
2,3±1,3
3
1,7±1,0
4
2,3±1,1
5
1,1±0,5
7
1,6±0,6
Digər
xəstəlik-
lər
3
2,2±1,3
4
3,1±1,5
4
2,9±1,4
5
3,8±1,7
5
2,8±1,2
4
2,3±1,1
12
2,6±0,8
13
3,0±0,8
Cəmi
9
6,7±2,2
11
8,5±2,4
10
7,1±2,2
11
8,3±2,4
9
5,0±1,6
9
5,2±1,7
28
6,2±1,1
31
7,1±1,2
Yekun
108
80±3,4
105
80,8±3,5
102
72,9±3,8
97
73,5±3,8
89
49,4±3,7
84
48,3±3,8
299
65,7±2,2
286
65,6±2,3
5
və 10-14 ya intervalı ilə müqayisədə (7,2±1,9 və 5,8±1,8) statistik dürüst yüksəkdir
(p<0,05).
Həkim-otorinolarinqoloqa müraciətlə bağlı qeydə alınmış qulaq, burun və
boğaz xəstəliklərinin tezliyi ayrı-ayrı yaş və cins qruplarında 5,0±1,6 – 8,5±2,4 (hər
100 nəfərə görə) arasinda dəyişir və onlar arasında statistik dürüst fərq aşkar edilmir
(p>0,05).
Kəskin otitlə xəstələnmə müqayisə olunan qruplarda 0,6-4,4 arasında (hər 100
nəfərə görə) dəyişir və onun yaşla bağlı azalması statistik dürüstdür (p<0,05).
Beləliklə, uşaqların ambulator-poliklinika müəssisələrinə müraciəti əsasında
hesablanmış xəstələnmə göstəricisinin səviyyəsinin əsas səciyyələri müəyyən olunur:
xəstələnmənin ümumi səviyyəsi yaşla bağlı dürüst dəyişir, yaş artdıqca
xəstələnmə azalır;
bütün yaş və cins qruplarında xəstələnmə hadisələrinin böyük əksəriyyəti
həkim pediatrın qəbulunda qeydə alınmış kəskin tonzillit və nazofaringitlə
bağlıdır;
xəstələnmənin yaşla bağlı azalması əsasən kəskin tonzillit, nazofaringit və
otitin səviyyəsinə görə daha çox özünü biruzə verir.
|