Materallar və metodlar. Müşahidələr Bakı şəhəri ambulator-poliklinika
müəssisələrinin bazasında aparılmışdır. Statistik müşahidə vahidi ambulator-
poliklinika müəssisələrinə qulaq, boğaz, burun xəstəlikləri ilə bağlı uşaq əhalisinin
müraciəti olmuşdur. Araşdırmalar ilkin qeydiyyat sənədləri əsasında retrospektiv
üsulla aparılmışdır. Tədqiqat zamanı alınmış bütün materiallar keyfiyyət
əlamətlərinin statistikası qaydalarına müvafiq fərdi kompyuterdə işlənmiş, intensiv və
ekstensiv kəmiyyətlər, onların standart və orta xətaları, etibarlıq intervalları, dürüst-
lüyü müəyyənləşdirilmişdir.
Nəticələr. Uşaqların ambulator-poliklinika müəssisələrinə müraciəti əsasında
hesablanmış xəstələnmə göstəricisinin səviyyəsinin əsas səciyyələri müəyyən
olunuraq aşağıdakı nəticələrə gəlmək mümkündür: xəstələnmənin ümumi səviyyəsi
yaşla bağlı dürüst dəyişir, yaş artdıqca xəstələnmə azalır; bütün yaş və cins
qruplarında xəstələnmə hadisələrinin böyük əksəriyyəti həkim pediatrın qəbulunda
qeydə alınmış kəskin tonzillit və nazofaringitlə bağlıdır; xəstələnmənin yaşla bağlı
2
azalması əsasən kəskin tonzillit, nazofaringit və otitin səviyyəsinə görə daha çox
özünü biruzə verir.
Dostları ilə paylaş: |