A(H1N1) qriPİNƏ qarşi vaksinasiya ağ CİYƏRLƏRİNİn xroniKİ XƏSTƏLİKLƏRİ olanlar üÇÜn məlumat



Yüklə 12,12 Kb.
Pdf görüntüsü
tarix23.02.2017
ölçüsü12,12 Kb.
#9523

A(H1N1) QRİPİNƏ QARŞI VAKSİNASİYA

AĞ CİYƏRLƏRİNİN XRONİKİ XƏSTƏLİKLƏRİ 

OLANLAR ÜÇÜN MƏLUMAT

Yəqin ki,  yeni   A(H1N1) adlanan qrip virusu haqqında 

eşitmişsiniz.  Bu virus bütün dünyaya yayılmışdır və 

əksər insanların A(H1N1) virusuna qarşı immuniteti 

yoxdur. Dünyada aparılan müşahidələr göstərir ki, ağ 

ciyərlərinin xəstəlikləri olan insanlar çox ağır formada 

A(H1N1)  qripi  ilə  xəstələnə  bilərlər.  Bu  insanlar 

A(H1N1) qripi virusuna yoluxduqları halda onlarda 

əsas  xəstəliklərinin  ağırlaşmaları,  pnevmoniyanın 

inkişafı və ölüm təhlükəsi yarana bilər. 



Qorunma yolları

Qrip haqqında məlumat

Xəstəliyin əlamətləri: yüksək hərarət, əzələ və oynaq ağrıları, təngnəfəslik 

və  hava  çatışmazlığı,  halsızlıq,  öskürək,  boğaz  ağrısı  və  zökəm,  baş 

ağrısı, bəzən qusma və ishal.

Əllərinizi tez-tez sabunla yuyun.

Məlumatla ailə üzvləri, dostlar və işçilər arasında bölüşün.

Xəstə olduğunuz təqdirdə evdə qalın, mümkün qədər çox istirahət 

edin,  insanların  kütləvi  toplandığı  yerlərdən  uzaq  olun,  səyahət 

etməkdən çəkinin.

Öskürmə və asqırma zamanı ağız və burun nahiyələrinizi örtün. 

Maskadan və tənzifdən istifadə edin.



Peyvənd nə üçün indi lazımdır?

•  A(H1N1)  pandemiyası  ötən  il  başlamışdır  və  çoxsaylı  xəstələnmə  halları 

barədə məlumatlar verilmışdir.  Amma mütəxəssislər proqnozlaşdırırlar ki, bu ilin 

sonunadək və yaxud gələn il qripin ikinci, daha güclü dalğası baş verə bilər. 

•  2010-cu  ilin  fevral  ayına  olan  məlumata  əsasən  dünyanın  50-dən  çox 

ölkəsində  350  milyondan  çox  insan  artıq  peyvənd  edilib.    Avropanın  36 

ölkəsində pandemik qripə qarşı 51 milyona yaxın insan peyvənd olunub. 

Peyvənd təhlükəsizdirmi?

A(H1N1)  qripinə  qarşı  peyvənd  təhlükəsizlik  baxımından  mövsümi  qrip 

peyvəndləri  ilə  eynidir. A(H1N1)  qripinə  qarşı  peyvəndlərin  istehsalı  zamanı 

aparılan  kliniki  təcrübələr,  həmçinin  istifadə  olunduğu  ölkələrdə  nəzarət 

nəticəsində  əldə  edilmiş  bütün  mövcud  dəlillər  bu  peyvəndlərin  təhlükəsiz 

olduğunu göstərir. 



Qeyd

Bəzi hallarda çox zəif olan yan təsirlər mümkün ola bilər (hərarət, baş ağrısı, əzələ 

ağrıları). Əlamətlər 1-2 gün davam edə bilər. Çox nadir hallarda allergiya halları 

müşahidə oluna bilər. 

Aşağıda qeyd olunan şəxslər peyvənddən çəkinməlidirlər: 



  Peyvəndin  müxtəlif  komponentlərinə  qarşı  yüksək  həssaslığı  olan  şəxslər 

(yumurta və toyuq məhsullarına yüksək həssaslıq). 



  Adi  qripə  qarşı  peyvəndə  və  başqa  peyvəndlərə  allergiyası  olanlar,  xroniki 

xəstəliyin fəsadlaşması və ya xəstəliyin kəskin dövründə olan şəxslər (müalicədən 

sonra peyvənd oluna bilərlər).

Tərtib edən təşkilat

Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 

İctimai Səhiyyə və İslahatlar Mərkəzi

Dəstək verən təşkilatlar

ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyi (USAID)

Azərbaycan Qızıl Aypara Cəmiyyəti (AzQAC)

Birləşmiş Millətlər Təşkilatının Əhali Fondu (UNFPA)

Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığı (UNHCR)

Rastropoviç-Vişnevskaya Fondu (RVF)

Səhiyyə Nazirliyinin Səhiyyə Sektorunda İslahatlar Layihəsi 

Ümumdünya Səhiyyə Təşkilatı (WHO)



BMT-nin Uşaq Fondu (UNICEF)

Yüklə 12,12 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin