41-cı Sual. Azərbaycanın nəqliyyat təhlükəsizliyi siyasəti Azərbaycan Respublikasında zəngin enerji ehtiyatlarının olması iqtisadiyyatın əsaslı və sürətli inkişaf etməsinə müsbət təsir göstərən, lakin müxtəlif dövlətlərin regiondakı maraqlarını şərtləndirən və münasibətlərin gərginləşməsinə səbəb olan əsas amillərdən biridir.
Müstəqillik əldə edildikdən sonra Azərbaycan Respublikası öz enerji sektorunu daha da inkişaf etdirmiş və müxtəlif növ nəqliyyat şəbəkələri yaratmışdır. Bu nəqliyyat şəbəkələrinin təhlükəsizliyinin təmin edilməsi ölkə üçün əsas vəzifələrdən biridir.
Beynəlxalq nəqliyyat dəhlizlərinin və boru kəmərlərinin təhlükəsizliyini təmin etmək üçün Azərbaycan Respublikası aşağıdakı vəzifələri həyata keçirir:
nəqliyyatın və nəqliyyatda təhlükəsizliyin təmin edilməsi; nəqliyyat sistemində səfərbərlik hazırlığının təmin edilməsi; Avropa-Qafqaz-Asiya və Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizlərinin fəaliyyətinin səmərəliliyinin və rəqabət qabiliyyətinin artırılması məqsədi ilə təhlükəsizlik tədbirlərinin gücləndirilməsi;
nəqliyyat infrastrukturlarının mühafizə sisteminin etibarlılığının təmin edilməsi; nəqliyyat infrastrukturlarının təhlükəsizliyinə kənardan təhdid yarada biləcək amillərin aşkarlanması və qarşısının alınması; nəqliyyat vasitələri və infrastrukturlarında, o cümlədən boru kəmərlərində terror aktlarının törədilməsində istifadə oluna biləcək vasitələrin dövriyyəsinin qadağan olunması və ya bu dövriyyəyə ciddi nəzarətin həyata keçirilməsi; nəqliyyat obyektlərinin tikintisi və istismarı zamanı sosial və ekoloji mühitə ziyan vurulmasının qarşısının alınması. Sözügedən vəzifələr Azərbaycan Respublikasının Silahlı Qüvvələri və digər təhlükəsizlik strukturlarının, habelə aidiyyəti dövlət qurumlarının fəaliyyətində öz əksini tapmalı və onların həyata keçirilməsi üçün adekvat imkanlar yaradılmalıdır. Azərbaycan Respublikasının Nəqliyyat Nazirliyi tərəfindən hazırlanmış Azərbaycan Respublikasının Nəqliyyat Strategiyası nəqliyyat sisteminin inkişaf istiqamətlərini, dövlətin nəqliyyat sahəsində fəaliyyətinin əsas vəzifələrini, forma və məzmununu müəyyən edir, nəqliyyat kompleksi üçün vahid prioritetlər sistemini təyin edir və spesifik xüsusiyyətləri nəzərə alınmaqla ayrı-ayrı nəqliyyat növlərində bu prioritetlərin həyata keçirilmə istiqamətlərini müəyyənləşdirir, dövlət nəqliyyat siyasəti sahəsində qərarların qəbul edilməsi, nəqliyyatda və iqtisadiyyatın nəqliyyatla sıx əlaqədar olan sahələrində məqsədli proqramların hazırlanması, nəqliyyatdan asılı sosial, müdafiə və digər problemlərin həll edilməsində əsas istinad kimi qəbul edilir. Nəqliyyat infrastrukturlarının və nəqliyyat vasitələri parklarının müasir tələblərə uyğun yeniləşdirilməsinə dair layihələrin həyata keçirilməsi , Bakı və respublikanın digər şəhərlərində nəqliyyat vasitələrinin müasir tələblərə uyğun yeniləşdirilməsi və ekoloji tarazlığın təmin edilməsi bu Dövlət Proqramınnı vəzifələrindəndir. ―Azərbaycan Respublikasında ekoloji cəhətdən dayanıqlı sosial—iqtisadi inkişafa dair‖ Milli Proqram ölkənin atmosfer havasının mühafizəsində avtomobil nəqliyyatından atılan zəhərli qazların miqdarının artması xüsusi narahatlıq ifadə edərək bunun həlli üçün tələblərə cavab verməyən köhnə nəqliyyat vasitələrinin utilizə edilməsinin təşkilini, ekoloji təmiz sərnişin nəqliyyat növlərinin tətbiqi, şəhər daxilində «piyada» zonalarının genişləndirilməsini, ölkəyə idxal olunan avtomobillərin mühərriklərinin katalitik qaz neytralizatorları ilə təmin edilməsinə və Avropa Şurası ölkələri üçün müəyyən edilmiş toksiklik normalarına uyğunluğuna nail olunmasını zəruri tədbirlər kimi müəyyən etmişdir. 2008-2015-ci illərdə Azərbaycan Respublikasında yoxsulluğun azaldılması və davamlı inkişaf Dövlət Proqramı ölkədə ətraf mühitə təsirlərin azalması, əhalinin nəqliyyat ilə təmin olunması, nəqliyyat infrastrukturunun inkişafı üzrə dövlət maliyyələşdirilməsinin həyata keçirilməsini nəzərdə tutur.Göründüyü kimi kifayət qədər çox siyasət sənədlərində nəqliyyatın dayanıqlı inkişafı ilə bağlı müddəalara olmasına baxmayaraq, bu inkişafı təmin edəcək tədbirlər sistemi nəqliyyatın bütün növlərinin inkişafına kifayət qədər diqqət ayırmamışdır. Azərbaycan qanunvericiliyində nə yollar nə də bu yollarda hərəkət edən nəqliyyat vasitələri baxımından velosiped nəqliyyat vasitəsi, velosipedçi isə yol hərəkəti iştirakçısı kimi qeyd olunmamış, velosipedlərin hərəkət xətti və ya velosiped cığırı barədə heç bir tənzim etmə müəyyən edilməmişdir. Baxmayaraq ki, Azərbaycan Respublikası qeyd edilən beynəlxalq müqavilələrə qoşularkən, onlar üzrə götürdüyü öhdəliklərini yerinə yetirməli idi. Bu öhdəliklər ilk növbədə avtomobil yollarında və ya ayrıca velosiped cığırlarının qurulmasının və velosiped hərəkət xəttinin, yol hərəkəti qaydalarında velosipedçilərlə bağlı tənzimləyici qaydaların müəyyən edilməsini nəzərdə tutur.