57.1920-1991-ci illərdə Azərbaycanda məktəb və pedaqogika (Ə.Seyidov, M.Muradxanlı, M.Mehdizadə)
Mehdi Mehdizadə
Təhsil tarixində ilk dəfə 1952-1954 cü və 1960-80 cı illərdə uzun müddətli nazir olmuş Mehdi Mehdizadə bu gün hörmətlə yad edilir. Azərbaycan maarif nazirləri içərisində akademik Mehdi Mrhdizadənin xüsusi yeri var idi. Mehdi 1903 cü ildə Daşkəsən kəndində anadan olmuşdur. Azərbaycan Dövlət Pedaqoji İnustutunu 1926 ci ildə bitirmiş, orta və ali məktəblərdə müəllim olmuşdur. Mehdinin sonraki fəaliyyəti Lenin adına APİ ilə bağlı olmuşdur. 1982 ci ildə əməkdar elm xadimi fəxri adına layiq görülmüşdür.
Azərbaycanda pedaqogika elminin nəzəri və xüsusilədə tarixi probləmlərinə dair bir sıra iri həcmli məqalələrin və əsərlərin müəllifidir. Onun dissertasiyası Azərbaycan və rus dillərində çap edimişdir. 1980 ci ildə müəlliflər heyəti ilə çap etdirdiyi “Azərbaycanda xalq maarifinin sürətli inkişafı” maarif işcilərinin stolüstü kitabına çevrilmişdir. Onun əsərlərindən biri fransız və ingilis dillərinə tərcümə edilərək çap olunmuşdur. Mehdi müəllimin yüksək ixtisaslı müəllim və kadrların xüsusilədə elmlər doktorlarının yetişməsində böyük xidmətləri vardır.
Mehdi Mehdizadə Azərbaycan pedaqoji elminin görkəmli nümayəndəsi olmaqla yanaşı, həmçinin gözəl insan idi. Yüksək dərəcədə mədənilik, düzlük, ədalət onun şəxsiyyətinin əsas cəhətlərindən idi. O 1980 ci ildə nazirlikdən çıxdıqdan sonra böyük həvəs və maraqla pedaqoji fəaliyyət göstərib.
Mərdan Muradxanaov
Mərdan Muradxanov Salyan şəhərində anadan olmuşdur. 1886 ci ildə təhsilini başa vurub və Kürdəmirdə müəllim kimi fəaliyyətə başlayıb. I Dövlət Dumasına seçilən deputatlar arasında Muradxanovda var idi.
Muradxanovun “Nizaminin pedaqoji görüşləri” əsəri bu gündə öz elmi təravətini saxlamışdır. 1961 ci ildə pedaqogika üzrə proffessor adı verilmişdir. Muradxanov 40 dan çox kitab və monoqrafiyanın müəllifi olmuşdur. Kəskin təfəkkürə, güclü hafizəyə və nitq mədəniyyətinə malik olan Mərdan Muradxanovun elmu maraq dairəsi pedaqoji elmin demək olar ki bütün sahələrini əhatə edir.
Görkəmli sovet pedaqoqu A. S. Makeronkonun zəngin və çoxcəhətli irsinin dərindən öyrənilməsi və Azərbaycan müəllimləri arasında yayılması sahəsində bu görkəmli alim xeyli iş görmüşdür. Onun “A. S. Makeronkonun pedaqoji irsi və ondan Azərbaycanda istifadə edilməsi təcrübələri” adda monoqrafuyası Makeronkoşünaslığa böyük hədiyyə olmuşdur. Onun “ Makeronko uşaqların ailə tərbiyəsi haqqında” kitabıda dərin məzmununa görə fərqlənmişdir.
O “Məktəbdə şüurlu intizam tərbiyəsi” “Ailə və məktəb” “Məktəblilərin ailədə tərbiyəsi” kimi iri həcmli əsərləri ilə sovet pedaqogika elmini zənginləşdirmişdir.
Mərdan müəllimin bir xasiyyətidə özünə və başqaladına qarşı son dərəcədə tələbkar olmasında idi.
Əhməd Seyidov
Seyidovun pedaqoji fəaliyyəti rəngarəng və zəngindir. O Qori müəllimlər srminaryasının yetirmələrindəndir. Seyidov Seminaryanı 1917 ci ildə bititmişdir. Ə. Seyidov 1917 ci ildə Aslanbəyli kəndində qız məktəbinin əsasını qoymuşdur. Əhməd müəllim məktəblərin təşkilinin, yaşlı əhali arasında savadsızlığın ləvğ edilməsi uğrunda aparılan gərgin mübarizənin ön cərgəsində olmuşdur. Seyidovun həm ibtidai hım orta məktəblər üçün dərsliklər nəşr etdirməsi xüsusi əhəmiyyətə malikdir. I siniflər üçün Əlifba dərsliyini çap etdirmişdir. Seyidov yüksək ixtisaslı müəllim kadrların hazırlanmasında yaxından iştirak edirdi.
Professor Ə.Seyidovun pedaqoji yaradıcılığında bir idealı da o idi ki, milli pedaqoji fikir tariximizi araşdırsın, qeyri-xalqlar yəqinləşdirsinlər ki, zəngin keçmişimizi və təhsil-tərbiyə ənənələrimizi gizlətməyə ehtiyac qalmır. Professor Ə.Seyidovun pedaqoji yaradıcılığında bir idealı da o idi ki, milli pedaqoji fikir tariximizi araşdırsın, qeyri-xalqlar yəqinləşdirsinlər ki, zəngin keçmişimizi və təhsil-tərbiyə ənənələrimizi gizlətməyə ehtiyac qalmır.
pedaqoji fikir tarixinin "məktəb"ini yaradan, onu inkişaf etdirən bir alim idi. Sovet rejimində, klassiklərimizə hörmət qoyulmayanda, hər şeyi rus şovinizminə bağlayan vaxtda Nizami və Füzulini orijinaldan araşdırdı, Seyid Əzim Şirvani və Mirzə Ələkbər Sabirı, Mirzə Cəlili pedaqogika dərsliklərinə gətirdi.
Dostları ilə paylaş: |