Ailəvi və fərdi qidalanmanı öyrənmək üçün aşağıdakı üsullardan istifadə olunur:
Sorğuçəkiüsulu ilə qidalanmanı öyrəndikdə müayinə aparılan rayon və ya şəhərdə azı 50-60 ailə seçilməlidir. Bu ailələrdə ayrı-ayrı fəsillər üzrə ildə 3-4 dəfə və hər dəfə 7-14 gün müddətində ailələrin qidalanması öyrənilməlidir.
Müayinə aparmaq üçün seçilmiş ailələrdə təsərrüfat işi ilə məşğul olan şəxsdən (bazarlıq edən, xörək hazırlayan) soruşmaq və istifadə olunan məhsulların çəkisini təyin etmək yolu ilə hər gün sərf olunan yeyinti məhsulları haqqında dəqiq məlumatlar alınmalıdır.
Çəkiüsulunda ailədə xörək hazırlamaq üçün istifadə olunan bütün yeyinti məhsullarının xalis (tullantısız) çəkisi, hazır və yeyilən xörəyin hər payı, eləcə də xörək qalığının çəki miqdarı təyin edilir.
Anketüsulunda qidalanması tədqiq olunan şəxslərə (və ya ailə üzvlərinə) qidalanmanın vəziyyətini səciyyələndirən və eləcə də qidalanma ilə əlaqədar sağlamlıq vəziyyətinə dair suallar yazılmış xüsusi anketlər paylanır. Bu əlverişli və geniş tətbiq edilən üsuldur. Üsulun dəqiqliyi anket sorğuya cəlb edilənlərlə müvafiq izahat işlərinin düzgün aparılması və anketi dolduranın işə vicdanlı münasibətindən çox asılıdır.
Anket üsulu ilə müayinə, əhalinin ayrı-ayrı qruplarının qidalanmasının səciyyəvi və fərdi xüsusiyyətlərini müəyyən etməyə imkan verir.
Anket üsulu ilə aparılan müayinələrdə statistikanın əsas qaydalarına ciddi riayət olunmalıdır: