5 informasiya iqtisadiyyatinin formalasmasi s?Raitind? Internet-bankinq texnologiyalarinin ?H?Miyy?Ti v? Innov


İ nternet-bankinq xidmətinin mahiyyəti



Yüklə 170,86 Kb.
Pdf görüntüsü
səhifə3/13
tarix02.01.2022
ölçüsü170,86 Kb.
#39267
1   2   3   4   5   6   7   8   9   ...   13
İNFORMASİYA İQTİSADİYYATININ FORMALAŞMASI ŞƏRAİTİNDƏ İNTERNET

İ

nternet-bankinq xidmətinin mahiyyəti  

İnternet-bankinq bankların öz müştərilərinə göstərdiyi əsas xidmətlərdən biridir. Bu xidmət 

növü  vaxta  qənaət  edərək,  müştərilərin  evdən,  yaxud  iş  yerindən  çıxmadan  öz  kartlarındakı 

vəsaiti və ya cari hesabını idarə etməyə imkan verir. İnternet-bankinq texnologiyaları banklara və 

onların  fəaliyyətinə  aid  informasiyanın  İnternet  vasitəsilə  ötürülməsinə  əsaslanır.  Bu 

texnologiyaların tətbiqi zamanı müştəri bank ilə qarşılıqlı əlaqə yaratmaq üçün standart İnternet-

brauzerdən  istifadə  edir.  Ona  görə  də  İnternetə  çıxışı  olan  istənilən  kompyuter  həmin  sistemlə 

işləmək üçün platforma rolunu oynaya bilər [6]. 

İnternet-bankinq  texnologiyalarının  universallığı  onu  həm  fiziki  şəxslər,  həm  də 

müəssisələr üçün əlyetərli etməklə onların maliyyə vəsaitlərinin idarə edilməsinin səmərəliliyini 

və operativliyini yüksəltməyə imkan verir. 

Ümumiyyətlə,  ödənişlərin  İnternet  vasitəsilə  idarə  edilməsi  kompyuterdə  işləyə  bilənlər 

üçün  çətin  deyil  və  İnternet-bankinq  sistemindən  istifadə  etmək  üçün,  demək  olar  ki,  hər  hansı 

xüsusi biliyə ehtiyac yoxdur. 

İnternet-bankinq  sistemi  vasitəsilə  real  vaxt  rejimində  günün  istənilən  vaxtında  müştəri 

aşağıdakı əməliyyatları apara bilər:  

 

plastik kart və ya cari hesabın balansının yoxlanılması;  



 

kartlar haqqında ümumi  məlumatın (kartların siyahısı, növləri, adları və  hər bir kartın 

və ya cari hesabda mövcud olan vəsaitin məbləği) əldə edilməsi;  

 

kart ilə aparılmış əməliyyatlar haqqında kiçik çıxarışın əldə edilməsi;  




İnformasiya cəmiyyəti problemləri, №2(4), 2011, 41-49 

 

 



       www.jpis.az                                                                      43 

 

 



kart və ya cari hesab üzrə, istənilən təqvim ayı ərzində aparılan əməliyyatlar haqqında 

ətraflı məlumatla çıxarışların tərtib edilməsi;   

 

kommunal xidmətlərə görə ödənişlərin edilməsi; 



 

mobil telefon rabitəsindən istifadəyə görə ödəniş edilməsi; 

 

Karttransfer xidməti vasitəsilə kartdan karta pul vəsaitlərinin köçürülməsi;   

 

İnternet xidmətlərinə görə ödənişlərin edilməsi;  



 

stasionar rabitəyə görə ödənişlərin edilməsi.  

İnternet-bankinq  istifadəçiləri  üçün  ATM  şəbəkəsindən  və  İnternet  şəbəkəsinə  qoşulmuş 

kompyuterlərdən  istifadə  edərək,  banka  müraciət  etmədən  İnternet-bankinq  sisteminə  qoşulmaq 

imkanı  yaradılmışdır.  Bu    sistemdən  istifadə  etmək  üçün  heç  bir  əlavə  proqram  təminatı  tələb 

edilmir, bunun üçün istənilən İnternet-brauzer kifayət edir.  

Alıcı, İnternet-mağaza və bank arasındakı qarşılıqlı fəaliyyət sxeminin mahiyyəti aşağıdakı 

kimidir: 

1.

 

Alıcı virtual mağazadakı əmtəəni seçir; 



2.

 

Mağaza  alıcıya  İnternet-bankinq  vasitəsilə  özünün  elektron-rəqəm  imzasıyla  (ERİ) 



təsdiqlənmiş ödəniş hesabı təqdim edir; 

3.

 



Alıcı həmin hesabı özünün ERİ ilə təsdiqləyərək  ya hesabı ödəyir,  ya da  hər hansı bir 

digər gözləmə qərarı qəbul edir; 

4.

 

Bank avtomatik olaraq həmin vəziyyət haqqında İnternet-mağazaya məlumat verir; 



5.

 

Mağaza  aldığı  məlumata  uyğun  olaraq  əmtəəni  ya  alıcıya  göndərir,  ya  da  növbəti 



bildirişə qədər gözləmə mövqeyində qalır. 

Qeyd  etmək  lazımdır  ki,  bir  çox  yerlərdə  İnternet-bankinqlə,  adətən,  müştəri  şirkətlərinin 

mühasibləri məşğul olur və demək olar ki, qarşılıqlı hesablaşmaları yerinə yetirir, həmçinin digər 

vergiləri  ödəyir.  Bu  isə  ümumi  işin  səmərəliliyinə  az  təsir  edir.  Yaxşı  olardı  ki,  İnternet-

bankinqlə şirkətlərin maliyyə direktorları işləsin və bankın onlara göstərdiyi maliyyə idarəetməsi 

texnologiyalarının  (aktivlərin  idarə  olunması,  investisiya,  kreditləşmə,  sığorta,  konsaltinq  və  s.) 

xidmətlərindən tam istifadə etsin. Bu işin səmərəsinin artırılmasına gətirə bilər. 

Bunlardan  başqa,  elektron  kommersiyanın  bəzi  formalarında  nağdsız  ödənişləri  operativ 

izləmək  mümkün  olmadığından  sövdələşmələrin  tam  realizasiyası  və  əmtəənin  hərəkəti  də 

ləngiyir.  Ona  görə  də  bankın  özünü  də  informasiya  sisteminə  daxil  etmək  və  ödəniş  haqqında 

satıcını  operativ  məlumatla  təmin  etmək  lazımdır.  Bu,  həm  də  müştərilərin  kommersiya 

əməliyyatlarının səmərəli idarə olunmasına şərait yaradır [7]. 

İnternet-bankinqin  inkişafı  iri  banklara  külli  miqdarda  gəlir  gətirir.  İri  bankların  maliyyə 

resursları kifayət etdiyinə görə onlar müasir İKT-nin əsas kompleks və sistemlərini, o cümlədən 

CRM-sistemlərini tətbiq edə bilirlər ki, çəkilən xərclər tezliklə özünü ödəyə bilsin.  


Yüklə 170,86 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   13




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin