Microsoft Word Qabusname doc


CAVANMƏRDLİK QAYDALARI HAQQINDA



Yüklə 1,84 Mb.
Pdf görüntüsü
səhifə14/103
tarix29.12.2016
ölçüsü1,84 Mb.
#3818
1   ...   10   11   12   13   14   15   16   17   ...   103
رﺎﻬﺑ ءاﺮﻌﺸﻟا ﻚﻠﻣ
 ﺪﻠﺟ , ﻰﺳﺎﻨﺷ ﻚﺒﺳ ,
 ص ناﺮﻬﺗ , مود
114
 
10 /
 ﻪﻣﺎﻨﺳﻮﺑﺎﻗ   .……………………………………………..
 
Qabus ibn Vəşmgir ibn Ziyar mövla əmirəlmö'minin öz oğlu 
Gilanşaha belə deyir". 
 Bir neçə səhifədən sonra ana xətti ilə kimlərdən olduğunu 
belə başa salır: 
"Ey oğul, bilməlisən ki, sənin valideyninin tayfası böyük 
və  əsil-nəcabətli hökmdarlardandır. Baban Şəmsülməali Qabus 
ibn Vöşmgirdir. Nəslin Gilan şahlarından olan Keyxosrov və 
Əbul-Müəyyəd övladlarının xanədanlarındandır. Firdövsi 
onların tərcümeyi-halını öz "Şahnamə"sində təsvir etmişdir. Sən 
öz  əcdadının yadigarısan. Sənin nənən, mənim anam, 
"Mərzbannamə" əsərinin müəllifi şahzadə Mərzban ibn Rüstəm 
ibn  Şərvinin qızı idi. Onun on üçüncu babası  Ənuşirəvan Adil 
padşahın qardaşı Kavus ibn Qubad idi. Sənin anan Məlik qazı 
Soltan Mahmud Nasirəddinin qızı idi. Mənim nənəm 
Deyləmilər hökmdarı Firuzanın qızı idi" ("Qabusnamə", səh. 
32). 
"Qabusnamə" müəllifinin öz əsil-nəsəbi haqqında verdiyi 
bu mə'lumat bir sıra tədqiqatçılar tərəfindən şübhə altına alınsa 
da,  əksər mənbələr, xüsusilə "Qabusnamə" yayılıb  şöhrət 
tapdıqdan sonra, burada verilən mə'lumatı  əsas götürürlər. 
Məsələn, "İran tarixi..." kitabında oxuyuruq: "İbn-əl-Əsirin nəql 
etdiyinə görə, Mərdavic (Ziyarilər xanədanının ilk nümayəndəsi, 
Keykavusun ulu babalarından biri. -R. S.) iflasa uğramış 
deyləmli bir kəndli olmuş,  əkinçiliyi ataraq muzdlu əsgərliyə 
getmiş, hərbi şöhrət qazanmışdır. Qısa demiş olsaq, o da vaxtilə 
Yəqub ibn Leys Səffari
 
olduğu kimi, mütəqəllib idi".
1
  
 
                       
 
 
 
 
 
 
 
1
 
Н. В. Пигулевскап, А. КЗ. ЛкубовскиИ, И. П. Петрушевскии, Л. В. С т р о е в а, 
Л.  М.  БелениикиА.  Историл  Ирана  с  древнеиших  времен  до  кониа 18 векац-
Изд. ЛГУ, 1958, сəһ. 129.
 
 
 
www.duddud.com - Elektron kitab, proqram yükləmə saytı
www.duddud.com saytından yüklənlib


 
 
Hamin kitabın aşağısında haşiyədə, çıxarış 1-də yazılır: 
"Mərdavicin Sasanilərdən olduğu haqqında  əfsanə sonralar 
yaltaq tarixnəvislər tərəfindən yaradılmışdır". 
"Qabusnamə" müəllifinin dediyinə görə isə o, ata xətti ilə 
deyil (Mərdavic xətti ilə deyil), ana xətti ilə Sasanilərlə bağlı idi. 
Keykavusun anasının onüçüncü babası  məşhur  Ənuşirəvanın 
qardaşı olmuşdur. 
"Qabusnamə"nin bu barədə verdiyi mə'lumat da bə'zi 
tədqiqatçıların fikri ilə düz gəlmir
1

Ümumiyyətlə, "Qabusnamə"də bu kimi tarixi şəxsiyyətlər, 
tarixi. hadisələr haqqında ixtilaf və ziddiyyətlərə tez-tez təsadüf 
edilir. Bu, əsasən, "Qabusnamə -nin özünə deyil, bu kitabla 
başqa mə'xəzlər arasındakı  fərqlərə aiddir. Məsələn, 
"Qabusnamə"də müəllifin özünün hökmdarlığı haqqında heç bir 
mə'lumat olmadığı halda, onu bə'zi mə'xəzlər Deyləmilər 
hökmdarı adlandırır. "Qabusnamə"nin verdiyi mə'lumata görə, 
Sultan Modudun 1041—1048-ci illər arasında hökmdarlıq 
etdiyi, yə'ni təqribən səkkiz il əmir olduğu nəzərə alınsa, 
Keykavusun bütün bu illəri onun yanında nədim olduğu aşkara 
çıxar. Səlcuqilərin də 1041-ci ildə Deyləm və  Təbəristana 
gəldikləri mə'lumdur. Buradan, tamamilə haqlı  olaraq  Y.  E. 
Bertelsin dediyi kimi, elə bir ehtimal meydana çıxır ki, 
Keykavusun Qəznəyə Sultan Modudun yanına getməsinə səbəb 
məhz Səlcuqilərin Xəzər dənizi cənubuna etdikləri hücumlar 
olmuşdur. 
Keykavus 1021 -1022-ci illərdə anadan olmuşdur. Bu 
zaman Ziyarilər xanədanından Mənuçehr hakimiyyət başında 
idi. Mənuçehrün ölüm tarixi 1039-cu il yazılmışdır. Ondan 
sonra 1049-cu illərə  qədər  Ənuşirəvan  əmir olmuşdur. 
Keykavus 1041-ci ildə iyirmi yaşında bir gənc ikən Qəznəya 
nədimliyə getmişdir. Ondan sonra isə onun hökmdarlığa çatması 
üçün heç bir tarixi şərait olmamışdır və "Qabusnamə"də  də bu 
barədə bir işarə yoxdur. 
                       
 
 
 
 
 
 
 
1
 
Е. Э. Бертельс. "Кабус-намэ", сəһ. 266.
 
12 /
 ﻪﻣﺎﻨﺳﻮﺑﺎﻗ   .……………………………………………..
 
"Qabusnamə" müəllifinin ölümü haqqında da tarixi 
dolaşıqlıq var. Məsələn, XV əsr tarixçisi Zəhirəddin onun 460-cı 
hicri, yə'ni 1067-1068-ci illərdə, Rzaqulu xan hidayət 462-ci, 
yə'ni 1069-1070-ci illərdə  vəfat etdiyini qeyd edir. 
"Qabusnamə"  müəllifi özü isə kitabın 475-ci il, yə'ni 1082-
1083-cü illərdə yazıldığını söyləyir. 
"Qabusnamə"də mübahisəyə  səbəb olan məsələlərdən biri 
də kitabın adıdır.  Əsərin özündə kitabın necə adlandırıldığı 
barədə xüsusi bir göstəriş yoxdur. O, bütün Şərq və  Qərb 
aləmində "Qabusnamə" kimi şöhrət tapmış, bütün dillərə bu ad 
altında tərcümə edilmişdir. Buna baxmayaraq tədqiqatçılar bu 
adın düzgün olmadığını irəli sürürlər. Məsələn, "Qabusnamənin 
son iki nəşrini hazırlayıb 

Yüklə 1,84 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   103




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin