oxumağa can atır, onda
olan ibrətli, hikmətli hekayələri
əzbərləməyə çalışırdılar. Az keçmədən kitab bütün Şərq
ölkələrində, Orta Asiyada, Zaqafqaziyada, Kiçik Asiyada böyük
şöhrət qazanır. Kitabda olan bir sıra tarixi hadisələr, feodal-
zadəgan münasibətləri və iqtisadi-siyasi əl-aqələrin şərhi, dini-
fəlsəfi mühakimələrin izahı alimlərin diqqətini
cəlb etməyə
başlayır, kitabı başqa dillərə tərcümə etmək təşəbbüsləri
meydana çıxır.
Görkəmli sovet alimi Y. E. Bertels "Qabusnamə"nin Şərq
ölkələrində, o cümlədən Orta Asiyada böyük şöhrət tapdığını
xüsusi olaraq qeyd edir
1
.
Bu əsərin fars ədəbiyyatında tutduğu mövqeyi isə Məlik-
üş-şüəra Bahar özünün məşhur "Səbkşünasi" əsərində yüksək
qiymətləndirir
2
.
Bə'zi mənbələrə görə, "Qabusnamə" Ziyarilər xanədanının
son hökmdarı Ünsürülməali Keykavus ibn İskəndər ibn Qabus
ibn Vəşmgir ibn Ziyar tərəfindən 475-ci hicri qəməri (1082-
1083 miladi) ildə oğlu Gilanşaha bir "vəsiyyətnamə" ya
"nəsihətnamə" kimi yadigar olaraq yazılmışdır. Keykavus
haqqında tarixi mənbələr çox cüz'i mə'lumat verir. Bu
mə'lumatın əksəriyyəti onun "Qabusnamə"də özü haqqında
dediyi hekayətlərə, başına gəldiyi hadisələrə,
xidmət etdiyi
yerlərə, uşaqlıqda aldığı elm, tərbiyə və vərdişlərə əsaslanır.
E'tiraf etmək lazımdır ki, Keykavus "Qabusnamə"də özü, atası,
babası, anası və başqa qohumları haqqında, çox müfəssəl
olmasa da, muəyyən mə'lumat vermişdir.
Keykavus "Qabusnamə"nin birinci səhifəsində yazır: "...Bu
kitabı tərtib edən əmir Ünsürülməali Keykavus ibn İskəndər ibn
1
Бах: Е. Э. Бертельс, "Кабус-намэ", М.,
1958, сящ.5-6.
2
Dostları ilə paylaş: