Göründüyü kimi, Qabus uzun bir məktub əvəzinə iki misra
ilə kifayətlənmiş, səs cəhətdən bir-birinə yaxın olan "Qabus" və
"bus" sözlərinin həmahəngliyindən istifadə edərək onları qafiyə
seçmişdir.
Oufinin dediyinə görə, Qabusun fars dilində də bir neçə
şe'ri vardır. Onlardan da bir-iki misal göstərək. Mənə elə gəlir
ki, öz məzmunu cəhətdən onlar Qabusu xarakterizə etmək üçün
daha çox səciyyəvidir.
Hər yerdə Şəmsülməalinin farsca misal olaraq bu şe'ri
göstərilir:
1