ÇÖVKAN OYUNU HAQQINDA Ey oğul, bil, əgər çövkan oynamaqdan həzz alsan. çox
oynamağı özünə adət etmə, çox adamlar çövkan oynamaqdan
zərər görüblər.
Hekayət: Belə deyirlər ki, Əmr Leysin
81 bir gözü kor imiş.
Xorasan əmiri olduqdan sonra bir dəfə çövkan oynamaq üçün
meydana gedir. Onun Əzhər Xər
82 adlı bir sərkərdəsi var imiş,
gəlib onun atının cilovundan tutur və deyir: "Qoymaram səni
top vurub çövkan oynayasan". Əmr Leys deyir: "Necə olur ki,
siz top vurmağı özünüzə rəva görürsünüz, çövkan oynamağı
mənə rəva görmürsünüz?". Əzhər cavabında deyir: Ona görə ki,
bizim iki gözümüz vardır, əgər top gözümüzə dəysə, bir
gözümüz kor olar, bir gözümüz qalar və bununla işıqlı dünyanı
görə bilərik, sənin isə bir gözün vardır, bədbəxtlikdən əgər top o
gözünü də çıxartsa, gərək Xorasan əmirliyinin fatihəsi
90 /
ﻪﻣﺎﻨﺳﻮﺑﺎﻗ .……………………………………………..
oxunsun". Əmr Leys deyir: "Bütün eşşəkliyinə baxmayaraq düz
deyirsən, söz verirəm ki, nə qədər sağam topa əl vurmayam".
Əgər ildə iki dəfə çövkan oynamağa həvəs göstərən, razı
qalaram. Lakin at üstündə çox oynamaq lazım deyildir, qorxusu
var. Top vurmaq üçün süvarilərin sayı səkkizdən artıq
olmamalıdır. Sən meydanın bu başında dur, bir nəfər də o başda
dursun, altı nəfər isə ortada top vursun. Top sənin tərəfinə
gələrsə, onu vurub geri qaytar və atı da o qədər çap, lakin
qarmaqarışıqlığa soxulma ki, həm sədəmədən özüdü qoruyasan,
həm məqsədə çatmış olasan. Böyük adamların çövkan oynamaq
qaydaları bundan ibarətdir, kömək isə Allahdandır.