Zəhmətli-zəhmətsiz hər
nə əlinə gəlirsə, çalış bir dirəmdən
iki dang
86
evinə və ailənə xərclə. Lazım gəlsə, ehtiyacın olsa
belə, bundan artıq xərcləmə. Beləliklə, iki dang xərclədikdən
sonra o biri iki dangı ehtiyat topla və onu yadına salma. Onu
varislərinə və qocalıq günlərin üçün saxla ki, köməyinə çatsın.
Yerdə qalan o biri iki dangı isə bəzək-düzək işlərinə sərf et.
Lakin elə bəzək-düzək şeyləri al ki, onlar xarab və məhv
olmasınlar. Məsələn: daşqaş, qızıl, gümüş, bürünc, mis və
bunun kimi.
Bundan artıq bir şeyin olsa, torpağa ver, çünki torpağa nə
versən, artıqlaması ilə geri alarsan, mayan
da həmişə yerində
qalar, qazancın da bol və halal olar. Elə ki, ev-eşik oldun, hər
məcburiyyət və zəruriyyət ucundan avadanlığını satma və demə
ki: "A kişi, nə olacaq? Bu gün məcburəm sataram, başqa vaxt
alaram". Əvəzini almaq ümidi ilə hər dəfə çətinlik üz verdikdə,
avadanlığı satsan, ola bilər ala bilməyəsən, əvvəlki də əldən
getsin, ev boş qalsın. Beləliklə, çox çəkməz ki, sən müflislərin
müflisi olarsan.
Bir də ki, hər zərurət üzündən borc alıb girov qoyma. Pulu
sələmlə verib sələmlə alma, borc istəməyi ən böyük rəzalət və
həyasızlıq
hesab et, bacardıqca özün də heç kəsə bir dirəm belə
borc vermə, xüsusilə dostlara, çünki dostlardan borcu geri
istəmək ən ağır işdir. Lakin borc verdikdə onu artıq özününki
hesab etmə, ürəyində elə tut ki, o pulu dostuna bağışlayıbsan,
Özü qaytarmayınca istəmə ki, bunun nəticəsində dostluq
pozulmasın, çünki dostu düşmən etmək asandır, düşməni dost
etmək isə çox çətindir. Birincisi-uşaqların, ikincisi isə dahi və
|ağıllı qocaların işidir.
Adamların ən yaxşısı olmaq üçün varından müstəhəqq
adamlara pay ver, başqalarının malında isə gözün olmasın.
E'tibarlılıqda, ad qazanmaqda öz malını özününki bil özgə
malını özgəninki.
96 /
ﻪﻣﺎﻨﺳﻮﺑﺎﻗ .……………………………………………..
İyirmi ikinci fəsil
Dostları ilə paylaş: