hər ikisini bədbəxt etmə. Qoy böyüyənə qədər öz bildiyi kimi
yaşasın. Hər halda sən öləndən sonra alnına nə yazılıbsa, o da
olacaqdır.
Haşiyə. Övladın qız olsa, onu həyalı bir dayəyə tapşır,
böyüyəndə ona bir müəllimə tut...
Nə qədər ki, sənin evindədir, onunla mehriban dolan, çünki
qızlar ata və analarının əsiri olarlar. Lakin oğlan atasız qalsa
belə, yenə öz işini tələb etməyə gedə bilər, necə olur-olsun
özünü dolandırar. Qız isə yazıq olar, hər nəyin varsa, əvvəlcə
qıza xərclə, onun işlərini düzəlt və onu birinin boğazına keçirib,
onun qəmindən xilas ol. Qızın bakirədirsə, bakir kürəkən tap,
qoy arvad könlünü ona versin, ər də arvadın qədrini bilsin, hər
iki tərəf bir-birinə bab olsun.
H e k a y ə t. Belə eşitmişəm, Şəhrbanunu
123
hələ kiçik bir
qız ikən Əcəmdən Ərəbistana əsir aparırlar. Ömər
Əmirəlmö'minin (Allah ondan razı olsun) onu görür, deyir, bunu
satın. Onu satmağa apararkən, Əli Əmirəlmö'minin (Allah
ondan razı olsun) rast gəlir və peyğəmbər səlləllahü əleyhi və
səlləm adından bu xəbəri gətirir: "Şah övladını satmaq rəva
deyildir".
Hədis çatdıqdan sonra Şəhrbanunu satmayıb Səlman
Farsın
124
evinə aparırlar ki, sonra ərə versinlər. Ərə getmək
məsələsini Şəhrbanuya xəbər verdikdə, o, deyir: "Əri
görməyincə onun arvadı olmayacağam".
Şəhrbanu uca bir yerdə oturur, Ərəb və Yəmənin böyükləri
gəlib onun qabağından keçirlər ki, kimi bəyənsə, onun da arvadı
olsun. Bu zaman Səlman onun yanında oturub gələn-gedənləri
tanıtdırır və deyir miş: "bu filandır, o bəhmandır" və
nöqsanlarını sayırmış.
Ömər keçərkən, Şəhrbanu deyir: "Bu kimdir?" Səlman
deyir: "Ömərdir". Şəhrbanu deyir: "Böyük adamdır, lakin
qocadır". Əli keçəndə soruşur: "Bu kimdir?" Səlman deyir:
(Allah ondan razı olsun) "Əlidir". Şəhrbanu leyir: "Alicənab
adamdır, lakin sabah Fatimeyi-Zəhranın üzünə baxa bilmərəm,
utanıram, buna görə də istəmirəm". Əli oğlu Həsən keçdikdə,
onun kim olduğunu bildikdən sonra deyir: "Mənə layiqdir, lakin
arvadları çoxdur, istəmirəm". Əli oğlu Hüseyn (Allah ondan razı
olsun) keçərkən, kim olduğunu soruşduqdan sonra deyir: "Bu
mənim malımdır, mənim ərim o ola bilər. Bakirə qızın əri bakir
oğlan olmalıdır, mən ərə getməmişəm, o da arvad almayıb".
116 /
ﻪﻣﺎﻨﺳﻮﺑﺎﻗ .……………………………………………..
Ancaq gözəl kürəkən seç, qızını kifir adama vermə. Qız
çirkin ərə könül verməz, sən də rüsvay olarsan, əri də. Adaxlı
gözəlüz, əlidüz, təmizdin, təsərrüfatdan başı çıxan olmalıdır.
Bilməlisən ki, o, qızının xərcini haradan və hansı yolla ələ
gətirir. Lakin kürəkən həm dövlətdə, həm şöhrətdə səndən aşağı
olmalıdır ki, o, səninlə fəxr etsin, sən onunla yox, belə olduqda,
qızın da rahat yaşayar.
Demək istədiyim bunlardır, bundan artıq bir şey tələb
etmə. Qız satan olma, onda kürəkən də mürüvvətli olub öz
insanlığını yerinə yetirər. Nəyin var, hamısını ver, qızını onun
boğazına keçir və özünü bu böyük möhnətdən xilas et.
Dostlarına da bunu məsləhət gör. Yaxşısını Allah bilir.
İyirmi səkkizinci fəsil
Dostları ilə paylaş: