Microsoft Word Qabusname doc


ÖVLAD TƏRBİYƏ ETMƏK VƏ ONLARIN QAYDALARI



Yüklə 1,84 Mb.
Pdf görüntüsü
səhifə55/103
tarix29.12.2016
ölçüsü1,84 Mb.
#3818
1   ...   51   52   53   54   55   56   57   58   ...   103
ÖVLAD TƏRBİYƏ ETMƏK VƏ ONLARIN QAYDALARI 
HAQQINDA 
Ey mənim əzizim, əgər Allah sənə oğul versə, əvvəlcə, ona 
yaxşı bir ad qoy, ataların vəzifələrindən biri də budur. İkincisi, 
onu mehriban dayələrdən birinə tapşır, vaxtında sünnət etdir və 
imkan daxilində qonaqlıq ver. Sonra Qur'an oxumağı öyrət, elə 
et ki, Qur'anı  əzbərdən bilsin. Böyüdükdə vuruş qaydalarını 
tə'lim et, qoy at çapmaq, silah oynatmağı eyrənsin, bilsin ki, hər 
silahdan necə istifadə edərlər. 
Döyüş qaydalarının tə'limi qurtardıqda, övladına üzmək 
öyrətməlisən. 
H e k a y ə t. Mən on yaşına çatdıqda, bizim bir hacib
114
 
var idi, ona Bamənzər hacib deyərdilər, yaxşı at çapmaq bilərdi. 
Reyhan adlı bir zənci var idi, o da yaxşı bilərdi. Atam rəhmətlik 
onların hər ikisinə tapşırdı ki, at çapmaq, nizə oynatmaq, 
zubin
115
 tullamaq, çövgan, tabtab
116
 oynamaq, kəmənd atmaq, 
ümumiyyətlə, qəhrəmanlıq və igidliyə aid nə varsa hamısını 
mənə öyrətsinlər. Sonra Bamənzər hacib və Reyhan xədim 
atamın yanına gedib dedilər: "Ağanın oğlu biz nə bilirdiksə, 
hamısını öyrənmişdir. Ağa buyursun sabah ovlaqda 
öyrəndiklərini ağaya nümayiş etdirsin". Əmir dedi: "Yaxşı". 
Sabahısı getdim, nə öyrənmişdimsə, hamısını atama 
göstərdim.  Əmir onlara xələt verilməsini  əmr etdi. Sonra dedi: 
"Mənim bu oğlum, hər nə öyrətmişsinizsə, hamısını yaxşı 
mənimsəyibdir. Lakin ən lazımlı bir sənəti öyrənməmişdir". 
Dedilər: "O hansı  sənətdir?"  Əmir dedi: "Onun bildiyi bütün 
sənət və  məharətlər elə  şeylərdir ki, ehtiyac olduqda, özü edə 
bilməsə, bunu onun əvəzinə başqaları edə bilər, lakin o sənət ki, 
özünə lazımdır və  oğlumun  əvəzinə onu başqası edə bilməz, 
öyrətməmişsiniz". Onlar soruşdular: "O hansı  sənətdir?"  Əmir 
dedi: "Üzmək! Özündən başqa heç kəs bunu onun üçün edə 
bilməz", 
Absükundan
117
 iki mahir üzgüçü çağırdılar. Məni onlara 
verdilər ki, üzmək öyrətsinlər. Könlüm yox idi, zorla getdim, 
lakin yaxşı öyrəndim. 
Təsadüfən, həccə getdiyim il Mosul
118
 darvazası 
yaxınlığında qarşımızı  kəsdilər, karvanı çapdılar,  ərəblər çox 
olduğundan, gücümüz çatmadı, nəhayət, Mosula çılpaq gəlməli 
oldum. Bilmirdim nə edim, Dəclədə
119
  gəmiyə minib Bağdada 
www.duddud.com - Elektron kitab, proqram yükləmə saytı
www.duddud.com saytından yüklənlib


 
 
getdim. Orada yaxşı bir iş düşdü, Allahım kömək elədi. Axır 
gedib həccə  çıxdım. Bunu deməkdən məqsədim budur ki, 
Dəclədə Əkbəraya
120
 çatmazdan əvvəl qorxulu bir yer, dərin bir 
girdab var, oradan keçmək üçün çox mahir dənizçi olmaq 
lazımdır. Oradan necə keçməyi bilməyən gəminin batmasına 
səbəb olar. Biz gəmidə bir neçə  nəfər idik, oraya çatdıq, gəmi 
sürən naşı idi, oradan keçməyi bilmirdi. Səhvən gəmini xətərli 
yerə sürdü, gəmi batmağa başladı. İyirmi beş nəfərə yaxın idik. 
Mən, bəsrəli qoca bir kişi və mənim qoçaq qulamlarımdan Kavi 
adlı birisi üzüb çıxdıq. Qalanları  həlak oldular. Bundan sonra 
mənim atama olan məhəbbətim bir az da artdı, onun üçün 
verdiyim sədəqə və ehsanların miqdarını çoxaltdım. Bildim ki, o 
ağıllı qoca belə bir günü əvvəlcədən görürmüş, ona görə  mənə 
üzməyi öyrədib, mən isə anlamamışam. 
Deməli, elm və  sənətdən hər nə öyrənmək lazımsa, 
hamısını övladına öyrət, beləliklə, sən atalıq borcunu və atalara 
xas olan mehribanlıq vəzifəsini yerinə yetirmiş olarsan. Axı 
dünyanın hadisələrindən arxayın olmaq, adamların başına nələr 
gələcəyini bilmək mümkün deyildir. Hər elm və  sənət bir gün 
işə yarayar. Deməli, elm alıb sənət öyrənməkdə tənbəllik etmək 
olmaz. Tə'lim vaxtı müəllimlər onu döysələr, müdafiə etmə, qoy 
vursunlar, çünki uşaq elm və  ədəbi çubuq gücünə öyrənər, öz 
xoşuna öyrənməz.  Əgər tərbiyəsizlik etsə, sən bundan 
qəzəblənsən, özün döymə, müəllimləri ilə qorxut, ürəyində sənə 
kin bəsləməmək üçün əmr et, onlar tənbeh versinlər. Lakin 
oğlunla inzibatlı ol, elə et ki, səni aciz hesab etməsin, həmişə 
ürəyində səndən qorxsun. 
Dirhəm, qızıl, hər nə arzu edirsə, imkan daxilində ondan 
əsirgəmə, qoyma ki o, pul xatirinə sənin ölümünü istəsin, miras 
üçün bədnam olsun. Elm alıb sənət öyrənmək övladın haqqıdır. 
Övlad pis də olsa, sən ona baxma, elm və  sənət öyrətməkdə 
səhlənkarlıq göstərmə heç bir dərrakəsi olmasa, sən öyrətsən də, 
öyrətməsən də, həyat onu öyrədəcəkdir. Deyiblər ki: "Ata-anası 
tərbiyə etməyəni gecə  və gündüz tərbiyə edər". Həmin fikri 
babam Şəmsülməali başqa ibarə ilə belə demişdir: "Ata və anası 
tərbiyə etməyən adama gecə və gündüz tərbiyə verər". 
Lakin atalıq şərtini yerinə yetir, qoy taleyi necədirsə, elə də 
yaşasın. İnsan heçdən yarandıqda xasiyyət və təbiəti də onunla 
birlikdə yaranır, yalnız təcrübəsizlik, acizlik və zəiflik üzündən 
onu büruzə verə bilmir. Böyüdükcə onun bədəni və ruhu da 
qüvvətlənər, yaxşı  və pis əməlləri görünməyə başlar. Özü 
kamala çatdıqda, adəti də kamala yetişər, yaxşı  və pis tərəfləri 
114 /
 ﻪﻣﺎﻨﺳﻮﺑﺎﻗ   .……………………………………………..
 
tam şəkildə meydana çıxar. Lakin sən elm və sənəti özünə miras 
edib övladına qoy get ki, onun haqqını yerinə yetirmiş olasan, 
çünki övlad üçün tərbiyədən yaxşı miras yoxdur. Sadə 
adamların övladları üçün ən yaxşı miras peşədir. Peşə başqa 
şeydir, sənət başqa şey. Lakin həqiqətə qalsa, mənim əqidəmcə 
peşə  ən böyük sənətdir. Böyük adamların uşaqları yüz peşə 
öyrənib birini də işlətməsələr, bu eyib deyil, bəlkə sənətdir, bir 
gün gələr hərəsi bir işə yarayar. 
H e k a y ə t. Bil, elə ki, Qoştapsı

Yüklə 1,84 Mb.

Dostları ilə paylaş:
1   ...   51   52   53   54   55   56   57   58   ...   103




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin