Microsoft Word Qabusname doc


DOST SEÇMƏK VƏ ONUN QAYDALARI HAQQINDA



Yüklə 1,84 Mb.
Pdf görüntüsü
səhifə57/103
tarix29.12.2016
ölçüsü1,84 Mb.
#3818
1   ...   53   54   55   56   57   58   59   60   ...   103
DOST SEÇMƏK VƏ ONUN QAYDALARI HAQQINDA 
Ey oğul, bil, insan nə  qədər sağdır, onun dosta ehtiyacı 
vardır. Qardaşı olmayan adam dostu olmayandan yaxşıdır. Bir 
alimdən soruşurlar: "Dost yaxşıdır, yoxsa qardaş?" Deyir: 
"Qardaş da dost olsa yaxşıdır". 
Bey t 
Dost olsa qardaşım, qardaş yaxşıdır  
Düşmən olsa, qara bir daş yaxşıdır. 
 
Deməli, dostlar haqqında fikirləşirsənsə, onlara bəxşiş, 
hədiyyə göndər, mərdlik göstər, çünki dost hayına qalmayanın 
dostları da hayına qalmaz. Belə adamlar həmişə dostsuz qalar. 
Deyirlər ki, guya dost adamı qohumdan uzaqlaşdırır. İnanma. 
Tez-tez dost dəyişdirməyi adət etmə, dostu çox olanın 
eyibləri örtülər, ləyaqətləri meydana çıxar. Lakin təzə dost 
tapdıqda köhnəsinə arxa çevirmə. Yenisi ilə dost ol, köhnəsi də 
qoy yerində qalsın, beləliklə dostların sayı çoxalsın. Deyiblər ki: 
www.duddud.com - Elektron kitab, proqram yükləmə saytı
www.duddud.com saytından yüklənlib


 
 
"Yaxşı dost böyük xəzinədir". Bir də  səninlə dostlaşmaq 
istəyən, lakin hələlik yarımdost olan adamlar haqqında da 
fikirləş, onlara yaxşılıq et, qayğı göstər, xeyirlərdə onlara 
kömək et. Səndə mərdlik gördükdə, dönüb sadiq dostun olarlar. 
İskəndərdən soruşurlar: "Az müddətdə bu qədər böyük bir 
dövləti hansı xasiyyətinlə ələ gətirdin?" 
Deyir: "Düşmənlərə lütf etmək, dostlara kəramət 
göstərməklə". 
Bir də dostlarının dostları haqqında fikirləş, onlar da 
dostlar cərgəsində hesab edilərlər. Lakin düşməninlə dostluq 
edəndən ehtiyatlı ol, ola bilər onunla dostluğu səninkindən 
möhkəm olsun və düşmənindən əvvəl sənə zərər yetirsin. 
B e y t 
Qardaşım, əlini üz o dostundan  
Ki, düşmənlə durub otura hər an. 
 
Dostunla düşmənlik edənlərdən də özünü qoru. Heç bir 
səbəb və  əsas olmadan səndən  şikayətlənən dostlardan dostluq 
gözləmə. 
Dünyada eyibsiz adam ola bilməz, lakin sən mərd ol, mərd 
adamda nöqsan olmaz. Namərdlə dostluq etmə, namərd dostdan 
xeyir gəlməz. Badə dostlarını dost hesab etmə, çünki onlar 
qədəhi dost tutarlar, səni yox. Dostun yaxşısı da olar, pisi də, 
hər iki dəstə ilə dostluq et, yaxşıları ilə ürəkdən dostluq et, 
pisləri ilə dildə dost ol. Beləliklə, hər iki tərəfin dostluğu tə'min 
edilmiş olar. Həmişə ehtiyac yaxşı dostlara düşməz, elə vaxt 
gələ bilər ki, pis dostlara da adamın işi düşə bilər. Hərçənd 
yaxşıların yanına getmək pislərin yanında hörmətini azaltdığı 
kimi, pislərin də yanına getmək yaxşıların yanında hörmətini 
azaldar, lakin sən yaxşıların yolu ilə get ki, hər iki dəstənin 
dostluğu sənə  nəsib olsun. Amma heç vaxt axmaq adamlarla 
dostluq etmə, çünki axmaq dost öz dostluğu ilə elə şeylər edər 
ki, yüz ağıllı öz düşmənliyi ilə onu edə bilməz. 
Yalnız yaxşı  və iste'dadlı adamlarla dostluq et ki, sən də 
dostlarının  şöhrət tapdığı iste'dadlarla hörmət qazanıb 
tə'riflənəsən. Tək olmaq pislə oturmaqdan yaxşıdır. Bu barədə 
mən iki beyt də demişəm. 
Şe'r 
Ey könül, vəhşi tək çölə qaçırsan,  
Nə dərd anladırsan, nə söz qanırsan.  
Demək, pis həmdəmsən, yaxşı ki, getdin,  
Tənhalıq yaxşıdır, məncə, pis dostdan. 
118 /
 ﻪﻣﺎﻨﺳﻮﺑﺎﻗ   .……………………………………………..
 
Danlanmaq istəmirsənsə, dostların və adamların haqqını 
tapdalama. Deyiblər ki, iki cür adam məzəmmət edilməyə 
layiqdir: biri dostların haqqını tapdalayanlar, ikincisi, yaxşı  işə 
qiymət qoymayanlar. Bil ki, insanların dostluğa yarayıb-
yaramadığını iki şeylə müəyyyən etmək olar: birincisi odur ki, 
dostu dara düşə, o, imkan daxilində heç bir şeyi dostundan 
müzayiqə etməyə və ağır gündə ondan üz döndərməyə; ikincisi, 
əgər dostu vəfat etsə, onun övladını  və qohumlarını yanına 
çağırıb onlara yaxşılıq edə, hər dəfə dostunun qəbrinin 
ziyarətinə getdikdə  həsrətini bildirə, doğrudur, bu dostun özü 
deyil, lakin onun ki, qəbridir. 
Hekayət. Belə danışırlar ki, Sokratı öldürməyə apararkən, 
bütpərəstliyi qəbul etməsini tə'kid edirlər. Deyir: "Allah 
eləməsin ki, yaradandan başqa birinə sitayiş edəm". 
Onu e'dama aparırlar. Adətin tələb etdiyi kimi 
tələbələrindən bir dəstə onun yanınca gedir və ah-fəğan edirlər. 
Sonra ondan soruşurlar: "Ey filosof, indi ki, ölümə razı olubsan, 
de görək, səni harada dəfn edək?" Sokrat təbəssüm edib deyir: 
"Əgər məni yenidən tapa bilsəniz, harda istəyirsiniz, dəfn 
ediniz", yə'ni "tapdığınız mən olmayacağam, mənim qəlibim 
olacaqdır". 
Adamlarla orta dost ol, dostlarının çoxluğuna bel bağlama, 
əsl dost özünü hesab et, dalına və qabağına diqqətlə bax, 
dostlarının e'tibarlığına ümid edib arxayınlaşma, min dostun 
olsa belə, heç kəs sənə özündən artıq dost ola bilməz. Dostu xoş 
və  bəd gündə yoxla, xoş gündə hörmətinə, bəd gündə isə kö 
məyinə görə. Düşmənini düşmən hesab etməyəni dost bilmə, elə 
adam tanış adlanar, dost sayılmaz. 
Dostlarınla narazılıq vaxtlarda da xoş vaxtlardakı kimi 
rəftar et. O adamı dost hesab et ki, bilirsən o da səni dost hesab 
edir. 
Dosta dostluq xatirinə elə şey öyrətmə ki, bir vaxt düşmən 
olsa, onun vasitəsi ilə sənə ziyan yetirə bilsin, sonrakı peşmanlıq 
fayda verməz. 
Yoxsul olsan, dövlətli dost axtarma, çünki yoxsulu heç kəs 
sevməz, xüsusilə dövlətlilər. Dostu özünə 
bab seç, varlı olsan, dövlətli dost seçə bilərsən. Lakin 
dostluqda möhkəm ol, onda sənin də  işlərin möhkəm olar. 
Axmaq bir şey üstə dost səndən uz döndərirsə, onu geri 
qaytarmağa çalışma, layiqi yoxdur. 
Tamahkar dostdan qaç, onun dostluğu tamah üzündən olar, 
həqiqi dostluq olmaz. Kinli adamlarla dostluq etmə, kinli adam 
www.duddud.com - Elektron kitab, proqram yükləmə saytı
www.duddud.com saytından yüklənlib


 
 
dostluğa layiq deyildir, ürəyi həmişə kinlə dolu olan adamın 
qəlbinə dostluq daxil ola bilərmi?! 
Dost seçmək qaydalarını öyrəndin, indi də dünyada baş 
verən işlər, yaxşılıq və pislik haqqında dinlə. 
 
 
 
 
 
İyirmi doqquzuncu fəsil  

Yüklə 1,84 Mb.

Dostları ilə paylaş:
1   ...   53   54   55   56   57   58   59   60   ...   103




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin