Microsoft Word Qabusname doc



Yüklə 1,84 Mb.
Pdf görüntüsü
səhifə59/103
tarix29.12.2016
ölçüsü1,84 Mb.
#3818
1   ...   55   56   57   58   59   60   61   62   ...   103
130
 bütün aləmi 
gəzib, bütün dünyanı  zəbt etdikdən sonra geri dönərək vətənə 
qayıtmaq istərkən Damğanda
131
 əcəli çatır. Vəsiyyət edib deyir 
ki, məni tabuta qoyun, tabutda deşik açıb mənim  əllərimi o 
deşikdən xaricə  çıxarın,  əlim açıq olduğu halda aparın; qoy 
camaat görsün ki, bütün dünyanı aldıq, lakin əliboş gedirik. 
"Qəsb etdik və tərk etdik". Hər şeyi bu dünyada qoyuruq; aldıq, 
lakin saxlaya bilmədik. Bir də anama deyin ki, istəyirsə ruhum 
şad olsun, mənə elə adamla yas saxlasın ki, onun ya heç bir əzizi 
ölməmiş olsun, ya özü əbədi yaşayacağına ümid bəsləsin". 
Kimin ayağından yapışıb yıxsan, onun əlindən tutub qaldır, 
çünki ipi həddindən artıq bərk dartsan qırılar. Demək, bütün 
işlərin əndazəsini bil.  
İstər dostluqda, istərsə düşmənlikdə mö'tədil ol,çünki 
mö'tədillik bütün ağılların məcmusunun orta ağlıdır. Çalış həsəd 
doğura biləcək  şeyləri sənin paxıllığını  çəkən adamlara 
göstərmə, həyatları boyu sənə kin bəslərlər. Bədxahlarına qarşı 
bədxah ol, lakin tamahkar, mənsəbpərəst adamlarla höcətləşib 
onlara baş qoşma, mənsəbpərəstlik özü tez-gec onu yıxar. Kuzə 
hər dəfə su ilə dolu qayıtmaz. Həyasız və davakar adamlarla 
təmkinlə dolan, lakin təşəxxüslü adama qarşı təkəbbürlü ol. Nə 
vəzifədə olursan ol, adamlarla insan kimi rəftar etməyi heç vaxt 
unutma, hirsləndikdə acığını udmağı bacar, dost və düşmənlə 
qışqıra-qışqıra danışma, dilişirin ol, şirindilli olmaq 
www.duddud.com - Elektron kitab, proqram yükləmə saytı
www.duddud.com saytından yüklənlib


 
 
ovsunçuluğa bərabərdir. Yaxşı-pis nə deyirsənsə, cavabında da 
onu gözlə. Hərzə sözün mərzə  də cavabı olar. Eşitmək 
istəmədiyini başqasına da demə. Xalqın üzünə deyə bilmədiyini 
dalınca da danışma. Ehtimala görə adamları  hədələmə, işi 
görməmiş özünü öymə, demə: "bunu edəcəyəm", de ki, "bunu 
etmişəm". Bu barədə mən belə demişəm: 
Şer 
Ey sənəm, eşqini atdım qəlbimdən, 
Dağ boyda qəmini çöl etdim həmən.  
Mən bu gün demirəm, "nə edəcəyəm". 
Sabah deyəcəyəm: "Bax, etmişəm mən 
İşi sözdən üstün tut. Sənə diluzunluq etmək istəyən adama 
da diluzunluq etmə. Heç vaxt ikiüzlü olma və ikiuzlü 
adamlardan qaç. Odpüskürən  əjdahadan qorxma, amma 
sözgəzdirən adamdan qorx, çünki onun bir saatda sökdüyünü bir 
ilə də tikmək olmaz. 
Qul ilə mübahisə etmə. Nə qədər böyük və adlı-sanlı olsan 
da özündən aşağı adamla höccətə girişmə. 
Filosof demişdir: "Bəlaların çoxundan xilas olmaq 
istəyirsənsə, on xasiyyəti özünə peşə et: özündən güclü ilə 
vuruşma, yalançı adamla məclis qurma, xəsis adamlarla 
ünsiyyət saxlama, nadanla öcəşmə; ikiuzlü ilə dost olma; 
yalançı ilə alver etmə; davakar, tündxasiyyət adamla şərab içmə; 
arvadlarla çox oturub-durma; sirrini başqalarına vermə, yoxsa 
böyüklüyünə hörmət qoyan olmaz, nüfuzdan düşərsən; biri sənə 
böhtan atsa, üstünə götürmə, çalış onu özündən rədd et; heç kəsi 
o qədər tə'rifləmə ki, məzəmmət etmək lazım gələndə, pisləyə 
biləsən, o qədər pisləmə ki, lazım gələndə  tə'rifləyə biləsən. 
Sənsiz işi-keçə bilən adamı  hərbə-zorba gəlmək və  şikayət 
etməklə qorxutma, sənə ehtiyacı olmayan sənin hədəndən də, 
şikayətindən də qorxmaz, onu hədələməklə özünə dalınca 
danışan bir adam əmələ  gətirmiş olarsan. Sənsiz keçinə 
bilməyən
132
 adamları isə bir dəfəlik təhqir edib ruhunu öldurmə, 
gücünü ona göstərib, başqalarının acığını ona tökmə. Böyük 
günah etmiş olsa da onu bağışla, özündən balacalara nahaq yerə 
bəhanə axtarma. Beləliklə, sən onlardan xeyir götür, onlar da 
səndən qaçmasınlar. Özündən kiçiklərə yaxşı baxsan, onlar da 
sənin abadlıq işinə yaxşı baxarlar. 
Kiçiklər sənin mülkündür, var-dövlətindir, onlara yaxşı 
baxmasan, çörəksiz-azuqəsiz olarsan, yaxşı baxsan işlərin saz 
gedər, razı qalarsan. 
124 /
 ﻪﻣﺎﻨﺳﻮﺑﺎﻗ   .……………………………………………..
 
Sözə baxan nöqsanlı nökər sözə baxmayan nöqsansız 
nökərdən yaxşıdır. 
Əmrinin və  işinin yerinə yetirilməsini istəyirsənsə, bir işi 
iki adama buyurma. Deyiblər ki, bir qazanı iki aşpaz bişirsə, 
qaynamaz, bir evin iki xanımı olsa, ev süpürülməmiş qalar. Şair 
demişdir: 
Tapşırma bir işi sən iki adama, canım, Ev zibilli qalacaq 
evdə iki olsa xanım! 
Əmr yerinə yetirən olsan, özünə  şərik axtarma ki, o işdə 
muvəffəqiyyət qazansan, həmişə  ağanın qarşısında üzüağ 
olasan. Lakin dosta-duşmənə mərhəmətli ol, camaatdan xəta baş 
verdikdə coşma hər sözə bir əmma qoyma, hər haqq-nahaq şey 
üstundə xalqı incitmə, həmişə  tə'riflənmək istəyirsənsə, 
kəramətli ol. 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
www.duddud.com - Elektron kitab, proqram yükləmə saytı
www.duddud.com saytından yüklənlib


 
 
Otuzuncu fəsil 

Yüklə 1,84 Mb.

Dostları ilə paylaş:
1   ...   55   56   57   58   59   60   61   62   ...   103




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin