olduqda, qazı onu asanlıqla yoluna salar. Qazı müctəhid olsa,
daha yaxşıdır. Qazı zahid, pəhrizkar, dindar və müctəhid
olmalıdır və bir neçə halda fitva verməməlidir: birinci ac
olduqda, ikinci susuz olduqda, üçüncü hamamdan çıxdıqda,
dördüncüsü qanı qaraldıqda, beşincisi dünya işləri haqqında
fikirli olduqda.
Qazının diribaş və çəld vəkilləri olmalıdır ki, hökm çıxarıb
fitva verərkən, müttəhimlər qazıya cürbəcür sərgüzəştlər
danışıb, ona nağıl və əhvalat söyləməsinlər və beləliklə, havayı
yerə onun vaxtını almasınlar. Qazının borcu hökm çıxarmaqdır,
istintaq deyildir. Bir çox istintaqlar var ki, onu aparmamaq
aparmaqdan yaxşıdır.
Qazının nitqi qısa olmalı, o tezliklə şahidləri dindirib anda
keçməlidir.
Adamların dövlətli və sırtıq olduğunu gördükdə, işi boş
tutmayıb, yə'ni qorxmayıb bütün təcrübələrdən, tədbir və
fəndlərdən istifadə etmək lazımdır. Həmişə qazının yanında
ədalətli və xeyirxah məşvərətçiləri olmalıdır. Qazı çıxardığı
hökmləri geri götürməməli, verdiyi əmrləri qüvvədə saxlamalı
və onları dəyişdirməməlidir.
Zəruriyyət olmadan öz əli ilə heç bir qəbz, qəbalə və tə'liqə
yazmamalıdır. Öz imzasının qədrini, öz sözünün hörmətini
saxlamalı və yalnız öz qolu olan yerə möhür vurmalıdır. Qazının
ən böyük hünəri onun elmi gözəl bilib, helmi yaxşı
mənimsəməsidir. Əgər bu sənətlə məşğul olmasan, ya
müvəffəqiyyət qazanmasan və orduda qulluq etməyi özünə peşə
seçməsən, heç olmazsa ticarətə meyl göstər, bəlkə bu yolla bir
şey ələ gətirəsən, çünki ticarətlə qazanılan hər şey halal hesab
edilər və hamı tərəfindən bəyənilər. Kömək isə Allahdandır.
134 /
ﻪﻣﺎﻨﺳﻮﺑﺎﻗ .……………………………………………..
Otuz ikinci fəsil
Dostları ilə paylaş: