böyük mənsəbə çatdıqda, barsız ağac kimi olmamalı,
böyüklüyündən yalnız dövlət əldə etmək
üçün istifadə
etməməlidir. Əgər o heç kəsə xeyir ya zərər verməsə, yüz min
dinarı olan cühud kimi bir şeyə oxşar, heç kəsə xeyir ya zərəri
olmadığı üçün ən alçaq adam hesab edilər. Deməli, sənin
mənafeyin öz arzu və istəklərini yerinə yetirmək və alicənablıq
göstərib xalqa kömək etməkdən ibarətdir. Peyğəmbər s. və s.dən
eşidiblər, deyib ki, "İnsanların ən yaxşısı insanlara xeyir
verəndir".
Hakimiyyəti sona çatmaqda olan ağaya qulluğa girməyə
can atma, qocalmış hökmdarın dövləti ətrafına dolanma, bir
qədər ömrü qalmış olsa da cavanlara nisbətən, xalq onu ölümə
daha yaxın hesab edər.
Birdə az qoca ola bilər ki, ömr ona vəfa
etsin.
Həmişə şah qulluğunda xidmətdə qalmaq istəyirsənsə,
Abbasın
243
öz oğlu Abdullaha
244
dediyi kimi ol, O, Abdullaha
demişdir: "Bil, ey oğul, bu kişi, yə'ni Ömər Xəttab (Allah ondan
razı olsun) sənə öz yanında iş vermiş və hamıdan çox sənə
e'tibar etmişdir, indi istəyirsən, düşmənlərin sənə üstün
gəlməsinlər, gərək beş xasiyyəti saxlayasan ki, arxayın olasan:
birincisi, gərək səndən yalan eşitməyə; ikincisi, onun yanında
heç kəsə eyib tutmayasan; üçüncüsü, ona xəyanət etməyəsən,
dördüncüsü, onun əmrindən çıxmayasan; beşincisi, onun sirrini
heç kəsə açmayasan. Beləliklə camaatın əlindən
xilas olar və bu
beş xasiyyətlə məqsədə çatarsan.
Bir də öz ağanın qulluğunda səhlənkarlıq etmə səhv etsən
təqsirini boynuna al, özünü elə göstər ki, nadanlıq üzündən
edibsən. Qoy inansın ki, sən bunu qəsdən etməmisən, səhvən
olubdur. Burada tərbiyəsizlik və tabe olmamaq məsələsi yoxdur,
çünki bilməməzliyi sənə günah hesab etməzlər, tərbiyəsizlik,
tabe olmamağı isə günah sayarlar. Həmişə hər şeyi deyilməmiş
yerinə yetir, başqasının görmək istədiyi işi də çalış sən gör. Elə
etmək lazımdır ki, səni həmişə işdə, öz işinlə məşğul görsünlər.
həmişə xidmətdə hazır ol, şah kimi axtarsa, səni görsün.
Şahların adəti budur ki, həmişə özlərindən aşağıları yoxlarlar.
Əgər
səni bir dəfə, iki dəfə, on dəfə çağırsa, gərək həmişə
qabağında hazır olasan və sənin şah sarayında olduğun həmişə
gözə çarpsın, onda böyük işləri də sənə e'tibar edər, necə ki,
Qəməri Gürgani
245
deyir:
B e yt
Qarşısında söz demək qorxulu, böyük xətər,
158 /
ﻪﻣﺎﻨﺳﻮﺑﺎﻗ .……………………………………………..
Lakin qorxu çəkmədən, dənizdən çıxmır göhər!
Kiçiklik zəhmətini boynuna götürməsən, böyüklük;
rahatlığına çatmazsan. Görmürsənmi, sürmə yarpağı
çürüməyincə, sürmə əmələ gələ bilmir. Cah-cəlallı: Allah yer
üzünün böyüyünü elə yaratmışdır ki, hamı ona xidmət
etməyə
möhtacdır.
Şah qarşısında heç kəsə həsəd apardığını bildirmə, sonralar
biri haqqında doğru da danışsan inanmaz, həsəd hesab edər.
Həmişə şahın qəzəbindən qorx.
İki şeyə xor baxmaq olmaz: birincisi, şahın qəzəbi, ikincisi,
alimlərin məsləhəti. Kim bu iki şeyə xor baxsa, tezliklə xar olur.
Şah xidmətçiləri içərisində olmağın şərti bunlardır.
Lakin iş gətirsə, bu dərəcədən keçib daha yüksək mənsəbə
çata bilsən və padşaha nədim
246
olsan, gərək nədimliyin bütün
qaydalarına bələd olasan. İndi də nədimliyin şərtlərini demək
istəyirəm. Allah köməyin olsun.
www.duddud.com - Elektron kitab, proqram yükləmə saytı
www.duddud.com saytından yüklənlib