255 (Məgər), məktubun
sonunda isə bu sözlər vardır: "Şükr olsun Allaha.
Peyğəmbərimiz Məhəmmədə və onun ailəsinə salavat!".
Başqa heç bir şey yazılmamışdı. Soltan Mahmud bütün öz
adlı-sanlı katibləri ilə birlikdə bu rəmzli sözün nə demək olduğu
haqqında fikirləşməyə başladı. Qur'anda "Məgər" sözü olan
bütün ayələri gözdən keçirdilər və təfsir etdilər. Soltan
Mahmudun cavabını tapa bilmədilər. Axırda hələ cavan olduğu
üçün oturmaq ixtiyarı olmayan və nədimlər arasında ayaq üstə
duran Əbubəkr Quhistani
256 deyir: "Şah sağ olsun, xəlifə"
"Əlif", "lam", "mim" yazmamışdır. Şah öz filləri ilə ona hədə-
qorxu gəlib: "Darülxilafənin torpağını fillər arxasında Qəznəyə
daşıtdırram" yazdığından, "o da şahın cavabında bu surəni
yazmaq istəmişdir: