Soltan Mahmud bu sözlərdən pərt olub elçiyə deyir:
"Xəlifəyə de ki, o nə danışır? Məgər mən Əbu Müslimdən
251
əskiyəm? İndi ki, iş belə oldu, budur min fil ilə gəlib xilafət
xanimanını fil ayaqları altında viran edəcəyəm.
Darülxilafənin
252
torpağını fil dalında Qəznəyə daşıtdıracağam".
Öz filləri ilə çox böyük hədə-qorxu gəlir. Elçi gedir, bir
neçə müddətdən sonra qayıdıb gəlir. Soltan Mahmud taxta
oturur, haciblər, qulamlar səf çəkib dururlar, qızmış filləri saray
önündə sıraya qoyurlar, qoşunları nizama düzürlər. sonra elçini
çağırırlar. Elçi gəlir, əl böyüklükdə, mənsuri
253
kağıza
burulmuş, möhürlənmiş məktubu Soltan Mahmudun qabağına
qoyur və deyir: "Əmirəlmö'minin deyir, naməni oxudum,
cəlalını eşitdim, sənin cavabın bu məktubda yazılmışdır".
Divanxananın yazı işlərinə baxan xacə Bunəsr Müşkan
254
əlini
uzadıb məktubu götürür, açıb oxumaq istərkən görür, onun
əvvəlində yazılmışdır: "Bismillahir rəhmanir-rəhim", bir az ara
verildikdən sonra yazılmışdır:
Dostları ilə paylaş: