beşlərin gərdişi
162
—bunları bil, bunları bildikdən sonra öz
sözünü de, onda verdiyin hökm düz çıxar.
Hökmlərini e'tibarlı təqvimlər üzrə ver. Bu təqvimlər
ziclərə əsasən görkəmli mütəxəssislər tərfindən düzəldilməli,
dönə-dönə sınaqdan çıxarılmalı, təkrar-təkrar yoxlanmalı və
dürüst hesablamalar nəticəsində tərtib edilməlidir. Bütün
bunlara
baxmayaraq, səhvə yol verməmək üçün sən onlardan
ehtiyatla istifadə et və nəzərdən qaçmış xətaları düzəltməyə
çalış.
Bütün bunlara arxayın olduqdan sonra, gərək deyəsən:
"Mən nə deyirəmsə, o da olacaqdır". Sən öz dediyinə əmin
olmasan, hökmün də düz çıxmaz.
Ürəkdə tutulan gizli sirlər haqqında səndən, sual etsələr, nə
istəsən deyə bilərsən, çünki dediklərinin çoxu düz gələr.
Doğulma məsələsinə gəldikdə isə mən müəllimlərdən
eşitmişəm ki, insanın doğulan günü əslində ana bətnindən
ayrılan gün deyil,
bəlkə ana bətninə düşən gün, yə'ni kişilik
mayasının ana rəhminə düşdüyü və onun tərəfindən qəbul
edildiyi, nütfənin yarandığı gündür. Əsl tale də buradan
başlayır, alına yaxşı, pis nə yazılarsa, bu anda yazılır. Ana
bətnindən ayrılan saata böyük dəyişiklik taleyi deyilir, illər
dəyişdikdə "orta tale" adlanır, aylar dəyişdikdə "kiçik tale".
İnsanın başına nə gəlirsə, hamısı ana bətninə düşən an taleyi ilə
bağlıdır və bunun həqiqətən belə olduğunu peyğəmbər s. və s.
xəbər verərək, demişdir: "Xoşbəxt, ana bətnindən xoşbəxtdir,
bədbəxt, ana bətnindən bədbəxt". Dünyanın ağası bu sözləri
mən sənə dediyim səbəblərə görə belə demişdir, sənə ana
bətnindəki taledən danışmaq lazım gəlməyəcəkdir, çünki o sənin
kimi adamların boyuna biçilməmişdir. Lakin böyük
dəyişikliklər taleyindən danışanda
keçmiş alimlərin yolu ilə get,
hər verdiyin hökmdə onların dediyinə riayət et.
Qabaq dediyim kimi, əgər səndən bir sual etsələr, əvvəl
zamanın taleyinə bax, sonra onun sahibinə, bundan sonra aya,
ay bürcünə, bürc hökmdarlarına, ayın yaxınlaşacağı ulduza, ayın
uzaqlaşdığı ulduza daha sonra tale ulduzuna və onun olacağı
birinci xanaya bax, orada birdən çox ulduz görsən, hansının
hakim olduğuna, kimin daha xoşbəxt olacağına
diqqət yetir,
sonra həmin ulduz haqqında danış, düz çıxar.
Ehkam (əvvəlcədən xəbər vermək-R. S.) şərtləri haqqında
az da olsa dedim. İndi əgər mühəndis, ya yerölçən olsan, hesabı
çox yaxşı öyrən, amandır, bir saat belə hesabı təkrar etməmiş
olma, çünki hesab elmi vəhşi elmdir. Əgər yer ölçsən, bucaqları
148 /
ﻪﻣﺎﻨﺳﻮﺑﺎﻗ .……………………………………………..
tə'yin et, müxtəlif tərəfli şəkillərə xor baxma və demə ki, bunu
ölçərəm, qalanlarını təxmini yazaram; sahədə böyük fərqlər
əmələ gələr. Bucaqları düzgün tə'yin etməkdə xüsusən sə'y
göstər. Mənim müəllimim həmişə deyərdi: "Ayıq ol, sahə
ölçərkən bucaqlara fikir verməyi unutma". Çoxüzlü cisimlərdə
çox zaman qövs şəklində, məsələn,
və ya
şəkildə
bucaq olar. Çox yerdə bunlar kor bucağa oxşarlar. Belə halda isə
sahədə böyük fərq əmələ gəlir. Sənin üçün sahəsini hesablamaq
çətin olan şəkil rast gəlsə, onu təxmini hesablama, yarısını
üçbucaq
və dördbucaqlara böl, heç elə bir şəkil ola bilməz ki,
belə etmək mümkün olmasın, sonra hərəsini ayrı-ayrı hesabla,
nəticə düz çıxar. Bu barədə danışmaq istəsəm, çox şey demək
olar, lakin onda kitab əndazəsindən çıxar. Bu qədər demək isə
zəruri idi, çünki nücum elmindən danışmışdım, bu barədə də bir
neçə söz demək istədim ki, hər elmdən, ey oğul, feyzyab olasan.
Otuz beşinci fəsil
Dostları ilə paylaş: