hərəsi dörd qisimdir. Oxşamayan üzvlərin xəstəliyinin səbəbi ya
anadangəlmə olar, ya kəmiyyətcə olar, ya vəziyyətcə, ya sayca.
Xilqətdən olan xəstəliklər ya şiş olar, ya batıq.
Bu da yeddi cürdür, ya bərk olar, bu da iki cürdür; ya
yumşaq, bu da iki cürdür. Miqdara görə xəstəliklər üç cür,
vəziyyətə və saya görə isə hərəsi iki cürdür. Bağlar dörd cürdür,
xəstəlikləri isə üç cürdür:oxşar üzvlərin xəstəliyi, oxşamaz
üzvlərin və bağların xəstəliyi. Buna ümumi-müştərək xəstəliklər
deyilir, çünki o həm oxşar üzvlərə, həm də oxşamaz üzvlərə aid
olur.
Oxşar üzvlərin xəstəliyi səkkiz cürdür, dördü sadə: isti,
soyuq, yaş. quru; dördü mürəkkəb: isti-yaş, isti-quru, soyuq-yaş,
soyuq---quru. Oxşamaz üzvlərin də xəstəliyi dörd cürdür:
xilqətdən olanlar, miqdara görə, vəziyyətə görə, saya görə.
Xilqətdən olan xəstəliklər dörddur: şişə görə, batıqlığa görə,
bərkliyə və boşluğa görə. Miqdara görə xəstəliklər iki cürdür:
artmaq yolu ilə əmələ gələnlər, əksilmək yolu ilə əmələ
gələnlər. Vəziyyətə görə xəstəliklər iki cürdür: ya üzv öz olduğu
yerdən oynayır, ya başqası ilə bitişməklə fəsad törədir. Saya
görə də xəstəliklər iki cürdür: ya çoxalmaqla əmələ gələr, ya
azalmaqla.
Barda (rabitədə) olan xəstəliklər ya oxşar üzvlərdə olar ya
oxşamaz üzvlərdə, ya da hər ikisində. Əlamətlər-ya özünü
hərəkətdə göstərər, ya vəziyyətdə göstərər, ya ifrazatda.
Hərəkətdə göstərənlər üç cürdür, vəziyyətdə göstərənlər dörd
cürdür, ifrazatda göstərənlər üç cür.
Bilməlisən ki, elm iki qisimdir: nəzəri və əməli. Nəzəri
mən dediklərim idi. Yaxşı pis, sənə dediyim bu nəzəri cəhətin
haradan oxumaq mümkün olduğunu da indi deyirəm, biləsən ki,
bunların hərəsinin şərhi və incəlikləri nədən ibarətdir.
Mənim dediyim bu nəzəriyyələri Calinus
Dostları ilə paylaş: