Microsoft Word Qabusname doc


CƏZA VERMƏK VƏ ƏFV ETMƏK QAYDALARI



Yüklə 1,84 Mb.
Pdf görüntüsü
səhifə60/103
tarix29.12.2016
ölçüsü1,84 Mb.
#3818
1   ...   56   57   58   59   60   61   62   63   ...   103
CƏZA VERMƏK VƏ ƏFV ETMƏK QAYDALARI 
HAQQINDA 
Ey oğul, bil və agah ol ki, hər xəta üstündə adama cəza 
verməzlər.  Əgər biri günah etsə,  əvvəlcə ürəyindən onun 
günahının bağışlanmasını istə. Axı o da adamdır, ilk günahı 
Adəm etmişdir. Bu barədə mən deyirəm: 
Şe'r 
Əgər bir gün gəlməmişəm görüşə,  
Ey munisim, yüz dəfə ah etmişəm.  
İlk günahı Adəm etmiş, bağışla,  
Mən adamam, mən də günah etmişəm. 
Nahaq cəza vermə ki, günahsız cəza almayasan. Hər  şey 
üstündə qəzəblənmə, acıqlı vaxtlarda hirsini uda bilməyi bacar. 
Bir günahı bağışlamağı səndən xahiş etsələr, qəbul et, günah nə 
qədər böyük olsa da bağışlamağı özünə adət bil, bəndə günah 
etməsə, ağanın bağışlamasına ehtiyac qalmaz. Hər günah üçün 
cəzalandırsan, bəs sənin kəramətin nə olar? Bağışlamağı vacib 
bilsən, böyüklük şərəfindən məhrum olmazsan. Lakin 
bağışladıqdan sonra bir də ona sərzəniş edib həmin günahı yada 
salma, bu elə bağışlamamaq kimi bir şey olar. Amma özün elə 
günah etmə ki, üzr istəməli olasan, lakin etdinmi, üzr 
istəməkdən utanma, qoy düşmənlik aradan qalxsın. 
Birisi cəzaya layiq günah işləmişsə,  əvvəlcə günahın 
dərəcəsini tə'yin et, sonra ona müvafiq cəza ver. İnsaf sahibləri 
belə demişlər: "Cəza günaha müvafiq olmalıdır". Mən isə belə 
deyirəm: "Əgər biri günah etmişsə və o, cəzaya layiqsə, sən bu 
günaha müvafiq cəza verməlisən ki, helm, rəhm və  kəramət 
qaydalarını unutmayasan; bir dirəmlik günah edibsə, yarım 
dirəmlik cəza vermək lazımdır ki, beləliklə həm kəramətli hesab 
ediləsən, həm də  ləyaqətli, çünki kəramətli adamlara rəhmsiz 
olmaq yaramaz. 
Hekayət. Eşitmişəm, Müaviyə
133
 dövründə bir dəstə adam 
cinayət iş görür və onları öldürmək vacib olur. Müaviyə  əmr 
edir, boyunlarını vursunlar. Bu zaman onlardan birisini boynunu 
vurmağa irəli gətirirlər. O kişi deyir: "Ya Əmirəlmö'minin, bizə 
nə etsəniz yeri var, mən öz günahımı boynuma alıram. Lakin 
Allah xatirinə, istəyirəm, mənim iki kəlmə sözümə qulaq asıb 
ona cavab verəsiniz. Deyir: "De". O kişi deyir: "Bütün dünya 
sənin həlim və  kəramətli olduğunu bilir, əgər biz bu günahı 
126 /
 ﻪﻣﺎﻨﺳﻮﺑﺎﻗ   .……………………………………………..
 
sənin qədər həlim və  kərim olmayan bir padşaha etsəydik, o 
bizə  nə edərdi?" Müaviyə deyir: "Mən nə edirəmsə, o da onu 
edərdi". O kişi deyir: "Bəs onda sənin mərhəmətli və kəramətli 
olmağının bizə nə faydası? Həmin zülm hamin cəza?!" Müaviyə 
deyir: "Sən bu sözü bir az qabaq demiş olsaydın, heç o birilərin 
də boynu vurulmazdı, kim qalıbsa, hamısını bağışlayıram". 
Deməli, günahkar üzr istəsə, onu qəbul et, çünki bağışlanması 
mümkün olmayan günah yoxdur. 
Bir möhtac adamın sənə ehtiyacı düşsə  və bunun dinə 
zərəri, dünya işlərinə ziyanı olmasa dünya malı xatirinə onun 
xahişini rədd etmə, imkan daxilində ona kömək et, sənin 
haqqında olan yaxşı fikrini pisə çevirmə. O adam sənin 
haqqında yaxşı fikirdə olmasaydı, səndən bir şey də istəməzdi. 
Ehtiyac vaxtı o sənin əsirin olur. Deyiblər ki, "Ehtiyac əsirliyə 
bərabərdir".  Əsirlərə isə  rəhm etmək lazımdır  Əsiri öldürmək 
tə'riflənməz, pislənər. Bu mə'nada kahıllıq göstərmə, onda hər 
iki dünyada şöhrət qazanarsan.  
Bir adama ehtiyacın düşsə,  əvvəlcə bax gör, o adam 
səxavətlidir, yoxsa xəsis. Səxavətli olsa, ehtiyacını istə, lakin 
münasib vaxt seç, qanı qaradırsa istəmə, acdırsa yenə istəmə. 
Bir  şey xahiş edərkən, fikirləş, yaxşı sözlər tap, otur, ən yaxşı 
hörmət qaydalarına riayət et, sonra qısa  şəkildə xahişini bildir. 
Xahiş edərkən, həddindən artıq təvazö'kar və  nəzakətli ol, 
təvazö'karlıq xahişin qəbul edilməsi üçün ikinci vasitəçidir. 
Əgər xahiş etməyi bacarsan, heç vaxt əliboş qayıtmazsan. Bu 
barədə mən deyirəm: 
 
Rübai 
Ey könül, ürəkdən keçirsə nigar  
Zəhmətsiz vüsala ancaq bir yol var,  
Gərək yar deyən tək edəsən könül,  
Sən xahiş bacarsan, o da ram olar! 
Kimə ehtiyacın varsa, özünü ona qarşı nökər və qul kimi 
apar, məqsədinə çatdıqda isə hər yerdə ona təşəkkür et (Allah-
taala da buyurubdur ki, "Şükr etsəniz, qismətinizi artıraram"). 
Allah-taala  şükr edənləri sevər. Bundan əlavə, birinci yaxşılıq 
qarşısında edilən təşəkkür ikinci xahişin yerinə yetirilməsinə 
ümid verər. 
Sənin xahişini yerinə yetirmirsə, öz bəxtindən küs, ondan 
şikayətlənmə. O sənin  şikayətindən qorxsaydı, özü sənin 
ehtiyacını yerinə yetirərdi.  İşin düşən adam rəzil və  xəsisdirsə, 
ayıq vaxtı ondan heç nə istəmə, verməz məst olduqda istə. Rəzil 
www.duddud.com - Elektron kitab, proqram yükləmə saytı
www.duddud.com saytından yüklənlib


 
 
və  xəsis adamlar kefləndikdə, səxavətlənərlər, lakin sabahısı 
peşmanlıq çəkərlər. 
İşin rəzil adama düşsə, özünü yazıqlar cərgəsində hesab et. 
Deyiblər üç adam yazıq sayılar: axmağın  əli altında işləyən 
ağıllı, gücsüzə tabe olan qüvvətli, xəsisə möhtac olan səxavətli. 
Bil, müqəddimədə dediyim sözlərdən və müxtəlif 
məsələlər haqqında yazdığım fəsillərdən məqsəd bacarığım 
daxilində sözün ləyaqətinə, onun qüdrətinə haqq verməkdən 
ibarət idi. 
İndi də peşələrdən danışmaq istəyirəm, onu da oxuyub 
biləsən, bəlkə lazım oldu. Ona görə istəyirəm ki, hər nə 
bilirəmsə,  əvvəlindən tutmuş axırına qədər hamısını  sənə 
öyrədəm. Bəlkə, ölərkən sənin tərəfindən arxayın olub bu 
dünyadan rahat gedəm. Hərçənd mən özüm də elmdə 
piyadayam, lakin bilsəm də, faydası yoxdur, çünki mən atamın 
sözünə necə baxmışamsa, sən də  mənim sözümə elə 
baxacaqsan. Deməli, səni danlamağına dəyməz, lakin mən öz 
vəzifəmi yerinə yetirirəm. 
İstəyirsən qulaq as, istəyirsən yox, mən hər peşədən bir az 
danışacağam ki, sözdə  də  xəsis olmayım, sinəmdə  nə varsa 
hamısını deyim. Yaxşısını Allah bilir. 
 
 
 
 
 
 
 
 
 
Otuz birinci fəsil  

Yüklə 1,84 Mb.

Dostları ilə paylaş:
1   ...   56   57   58   59   60   61   62   63   ...   103




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin