ELM ÖYRƏNMƏK VƏ FƏQİHLİK
134
HAQQINDA
Ey oğul, bil və agah ol ki, sözün əvvəlində, "peşələrdən
danışacağam"-deyərkən, mən dükan saxlamağı nəzərdə
tutmurdum. Peşə yalnız dükandarlıq deyildir. İnsan nə ilə
məşğul olsa, o da onun peşəsi sayılar.İnsan öz sənətini yaxşı
bilməlidir ki, ondan fayda götürə bilsin. İndi görürəm, elə bir iş
və peşə tapmaq mümkün deyildir ki, onda nizam-intizam
olmasın. Hər peşənin öz qayda-qanunu vardır. Peşələr isə
128 /
ﻪﻣﺎﻨﺳﻮﺑﺎﻗ .……………………………………………..
müxtəlif və çoxdur, bunların hamısının da üsulunu bilmək
lazımdır. Bunların hər birini ayrı şərh etmək mümkün deyildir,
kitab böyüyüb şişər və əsas məqsəddən uzaq düşərik.
Lakin hansı sənət olur-olsun, üç yerə bölünür: ya peşəyə
aid olan elmdir, ya elmə aid olan peşədir, ya ağıl işlətməklə
əmələ gələn peşənin özüdür.
Peşə ilə əlaqədar olan elmlər: tibb, nücum, həndəsə, yer
ölçmək, poeziya və sairədir. Elmlə əlaqədar olan peşələr:
musiqişünaslıq, baytarlıq və bu kimilərdir. Bunların hərəsinin öz
qaydası vardır. Sən bu qayda-qanunları bilməsən, usta olsan da,
bu məsələdə əli-qolu bağlı kimi qalarsan. Peşələrin özləri isə
məşhurdur və onların şərhə ehtiyacı yoxdur. Yeri gəldikcə,
imkan daxilində, hərəsinin öz qaydasını sənə göstərəcəyəm,
çünki bu, iki haldan xaric deyil: ya ruzigarın təsadüfləri,
zamanın hadisələri sənin özünü bunlara möhtac edəcək, heç
olmazsa, o ehtiyac vaxtı bunların hərəsinin sirrindən istifadə
edərsən, ya böyük olduğun üçün ehtiyacın olmayacaq. Lakin
böyüklərin də sənət bilməsi zəruridir.
Ey oğul, bil, axirət elmindən götürə biləcəyin qədər heç
bir elmdən o qədər xeyir götürə bilməzsən. Dünya elmindən
xeyir götürmək istəsən, gərək ona bir peşə qoşasan, əks halda
fayda görməzsən. Məsələn, şəriət elmində: qazı, qəyyum,
müdərris, vaiz olmasan, dünya malından bir şey əldə edə
bilməzsən. Nücum elmində: təqvimçilik. rəmmalçılıq, falçılıq,
gözübağlayıcılıqla məşğul olmasan, istər ciddi, istərsə qeyri-
ciddi, münəccimə heç bir şey düşməz. Tibb elmində: əliitilik,
yalandan təsəlli, saxta dərman olmasa, həkim bir şey qazana
bilməz.
Buna görə ən böyük elm din elmidir, çünki onun əsası
tohid, törəməsi şəriət ehkamları, səmərəsi isə dünya malıdır.
Deməli, ey oğul, bacardıqca din elminə yiyələnməyə çalış ki,
həm bu dünyanı, həm də axirəti ələ gətirmiş olasan. Müvəffəq
olsan, əvvəlcə dinin əsaslarını öyrən, sonra isə törəmələrinə keç,
çünki əsası bilmədən törəməyə keçmək, əsli bilmədən fər'ə
keçmək təqlid hesab edilər.
H a ş i y ə. Əgər dediyim peşələrdən elmi
135
seçsən,
pəhrizkar, qənaətkar, elm sevən ol, dünya malına aludə olma.
Səbrli, incə ruhlu, gecyatan, tezduran ol, kitab hərisi ol,
təvazö'karlığa adət et, işdə tez yorulan olma. Əzbərləmə və
təkrarlamada tənbəllik etmə ardıcıl olaraq keçmişin təcrübəsini
öyrən, tədqiqatçı, sirləri açan, alimlərin dostu, hörmətcil, elm
www.duddud.com - Elektron kitab, proqram yükləmə saytı
www.duddud.com saytından yüklənlib
öyrənməkdə həris və utanmaq bilməyən, öz müəllimlərinin
haqqını itirməyən, qədrini bilən ol.
Elə etmək lazımdır ki, kitab, dəftər, qələm, davat,
qələmdan, qələmyonan bıçaq və bunun kimi şeylər həmişə öz
yanında olsun. Ürəyində bunlardan başqa heç bir şey
olmamalıdır. Nə eşitsən, yadında saxla, təkrar et, lakin
azdanışan və uzaqgörən ol, təqlidçi olma. Hansı elm axtaran
adamda bu sifətlər olsa, o, tezliklə öz əsrinin yeganə alimi olar.
H a ş i y ə. Əgər müfti olsan, əzbərdən çox şey bilən, çox
dərs oxumuş ol. Namaz qılıb oruc tutmaqda ifrata varma,
ikiüzlü olma, təmizbədən, təmizpaltar və hazırcavab ol. Bir
məsələni yaxşı öyrənməmiş fitva vermə. Öz ehtimalına və
başqasını təqlidə əsasən iş görmə. Öz rə'yini ustün tut. İki
adamın şəhadəti və sözü ilə kifayətlənmə. E'tibarlı adamlardan
başqa heç kəsin yazısını qəbul etmə. Hər kitabda və risalədə
yazılanı qanun hesab etmə. Rəvayətə qulaq asmaq istəyirsənsə,
namə'lum adamların rəvayətlərinə yox, məşhur ravilərin
136
rəvayətlərinə qulaq as. Etibarlı olmasalar, tək-tək adamların
gətirdiyi xəbərlərə inanma. Arası kəsilmədən gətirilən xəbərlərə
qarşı soyuqqanlı olma. Deyilənlərə qulaq asmağa adət et, lakin
qərəzanə cavab vermə. Mubahisə etməli olsan, rəqibinə fikir
ver, onun sözünü rədd edib əksini sübut etmək iqtidarın varsa,
məsələyə qarış, yoxsa sözü qısa et, bir misal gətirməklə
kifayətlən. Eyni məsələ haqqında bir-birinə iki zidd fikir demə,
əvvəl dediyin sözü yadında saxla ki, sonrakı sözünlə onu puç
etməyəsən. Mübahisə din alimləri arasında gedirsə, əvvəlcə
hədisi de, sonra onu təmsil, təşbih və mümkün ola bilən həyati
hadisələrlə müqayisə et. Üsul
137
mübahisəsində vacibatdan
olanları olmayanlarla bir yerdə izah etmək eyib sayılmaz. Hər
şeydən əvvəl məqsədi qarşıya qoy, sonra aydın, sərrast və
yaraşıqlı danış, sözləri çeynəyib tüpürmə, qırıq-qırıq söyləmə,
lakin uzunçuluq da etmə, mə'nasız danışma.
H a ş i y ə. Ey oğul, əgər vaiz olsan. hafiz
138
ol və əzbərdən
çox şey bil, xitabət kürsusünə qalxdıqda tez otur, rəqibinin
zəifliyinə əmin olmayınca mübahisəyə girişmə. Kürsüdə nə
istəyirsən de, onu da iddia et, sual verən olsa, qorxusu yoxdur,
lakin sən fəsahətlə danış və elə hesab et ki. sənin məclisində
oturanların hamısı heyvandır. Nə istəyirsən de, lakin özünü
çaşdırma. Paltarını və canını təmiz saxla. Müridlərin və nə'rə
çəkənlərin olsun, qoy onlar məclisində otursunlar, sən hər tə'sirli
söz dedikdə nə'rə çəkib ah-fəryad qoparsınlar və məclisi
130 /
ﻪﻣﺎﻨﺳﻮﺑﺎﻗ .……………………………………………..
qızışdırsınlar. Camaat ağlayanda, sən də hərdənbir ağlamsın,
sözdə çaşsan qorxma, salavat çevitdirib dua oxu. Xitabət
kursüsündə cansıxıcı olma, qaş-qabağını tökmə, onda məclisin
də cansıxıcı və ağır olar. Ona görə deyiblər ki, "Ağırlığın
nəticəsi ağırlıq olar". Danışarkən diribaş ol, qızışdığın vaxt
birdən süstləşmə. Həmişə dinləyicilərə fikir ver, əhvalat
istəsələr, əhvalat danış, rəvayət istəsələr rəvayət. Qara camaatın
nədən xoşlandığını bilsən, onlar da səni qiymətləndirər. Elə ki,
gördün bazarın tutub, qorxma, nəyin varsa, hamısını fəsahətli
söz və bəlağətli kəlam kimi işə ver getsin, bazar yaxşı gətirəndə
hər şeyi alarlar. Lakin müvəffəqiyyət qazandığın vaxtlar çox
ehtiyatlı ol, çünki düşmən belə hallarda özünü buruzə verir.
Bəyənilmədiyin yerlərdə qalma, xitabət kürsüsündə
oturarkən verilən sualların cavabını bilirsənsə, de, bilmirsənsə,
özünü itirmə, de ki, dua istəyiblər. Məclisdə dediyin sözləri
yaxşı yadında saxla ki, təkrar etməyəsən. Həmişə xoşsifətli ol,
şəhərlərdə çox qalma, rövzəxanlarla falçıların ruziləri
ayaqlarında olar. İşin düz gətirdikdə, üzügülər ol, vaizlik
şərəfini qoru, bədənini, paltarını təmiz saxla, şər'i məsələlərə
oruc, namaz və s. istər zahirdə, istərsə batində, könüllü riayət et.
Dilin yağlı olsun, bazara çox getmə, camaat səni çox görməsin,
beləliklə xalqın gözündə hörmətin olsun.
Pis yaxın adamdan ehtiyatlı ol, xitabət kürsüsünün
hörmətini saxla, bu barədə başqa yerdə də xatırlamışam,
təkəbburdən, yalançılıqdan, rüşvətxorluqdan uzaq ol. Xalqa nəyi
məsləhət görürsənsə, özün də elə et, qoy xalq səni insaflı bilsin.
Elmi yaxşı öyrən, öyrəndiyini isə yaxşı ibarələrlə ifadə et
ki, mə'nasız müddəa, yersiz söz, yararsız mövizə üçün xəcalət
çəkməyəsən. Hər nə desən xofla rica
139
arasında de, bir dəfəliyə
xalqı Allahla qorxudub, ümidini kəsmə, bir dəfəliyə də hamını
başdantutma savab etməmiş, behiştə göndərmə. Nədə
mahirsənsə, nəyi yaxşı bilirsənsə, o barədə də çox danış ki,
sözündə əsassız müddəalar olmasın, əsassız müddəaların bəhrəsi
həmişə rüsvayçılıq olar.
Əgər alimlikdə böyük dərəcəyə çatıb qazılıq rütbəsinə
qalxa bilsən, çalış səbirli, təmkinli, diribaş, gözüaçıq, tədbirli,
uzaqgörən, adamtanıyan siyasətbilən, din elmindən baxəbər,
təriqət şaxələrindən başıçıxan, hər tayfanın xasiyyətinə bələd,
hər məzhəbin mahiyyətinə vaqif, hər təbəqənin zövqündən
xəbərdar adam olasan. Qazılığın bütün incəlikləri sənə mə'lum
olmalıdır ki, bir məzlum sənə müraciət etsə və onun şahidi
olmasa, lakin ona qarşı ədalətsizlik edilib, haqqı tapdalanmış
www.duddud.com - Elektron kitab, proqram yükləmə saytı
www.duddud.com saytından yüklənlib
olsa, sən o yazığa kömək edə biləsən, hiylə işlədib, məharət
göstərəsən və onun haqqını özünə qaytarmağı bacarasan.
Hekayət. Təbəristanda
Dostları ilə paylaş: |