Microsoft Word Qabusname doc


DÜŞMƏNDƏN EHTİYATLI OLMAQ HAQQINDA



Yüklə 1,84 Mb.
Pdf görüntüsü
səhifə58/103
tarix29.12.2016
ölçüsü1,84 Mb.
#3818
1   ...   54   55   56   57   58   59   60   61   ...   103
DÜŞMƏNDƏN EHTİYATLI OLMAQ HAQQINDA 
Mümkün qədər çalış özünə düşmən qazanma, lakin 
düşmənin olsa, kədərlənmə, ondan da qorxma, çünki düşməni 
olmayan düşmən sevindirən olar (yə'ni düşmənliyi bacarmayan 
adam duşmənləri sevindirər). Lakin istər açıqda, istərsə gizlində 
düşmənin işlərindən qafil olma, daima ona pislik etməyə çalış, 
həmişə onu yıxmaq haqqında tədbir tök, ancaq onun hiyləsindən 
də  əmin olma. Bəla, müsibət və  qəflət qapılarının üzünə bağlı 
qalmasını istəyirsənsə, vəziyyətini düşməndən üstüörtülü saxla. 
Düşmənin səninlə  işi olmayınca, sən öz düşmənliyini 
bildirmə, özünu əvvəldə olduğu kimi apar. 
Ruhdan duşmüş olsan da, ağıllı  hərəkət et, özünü ona 
düşkün kimi göstərmə. Düşmənin  şirin dilinə uyma, düşmən 
sənə şəkər versə, sən onu zəhər hesab et. 
Şe'r 
Bircə üzvü bədənin dost ola düşmənlə əgər,  
İki düşmən bil onu, vur ona iki xəncər. 
 
Güclü düşməndən həmişə özünü gözlə, ondan qorx. Çünki 
iki adamdan qorxmaq lazımdır: biri güclü düşmən, ikincisi xain 
dost. Heç vaxt düşməni zəif hesab etmə, kiçik düşmənlə  də 
böyük duşmən kimi mübarizə apar, demə ki, o kimdir, nə edə 
bilər? 
Hekayət. Belə eşitmişəm ki, Xorasanda Mühəlləb adlı çox 
nüfuzlu, hörmətli, xeyirxah, şöhrətli bir əyyar
125
 var imiş. 
Deyirlər, bir gün küçə ilə gedərkən, ayağının altında qovun 
qabığı qalır, sürüşüb yerə  dəyir. Dərhal bıçağı  çəkib qovun 
qabığını doğram-doğram edir. Soruşurlar: "Ey xacə, bu ad-
sanına və qocaqlığına baxmayaraq utanmırsanmı, qovun qabığı 
120 /
 ﻪﻣﺎﻨﺳﻮﺑﺎﻗ   .……………………………………………..
 
ilə  bıçaq davasına çıxırsan?" Mühəlləb deyir: "Məni yıxan 
qovun qabığı idi, bəs mən kimi bıçaqlaya idim? Məni yıxan 
mənim düşmənimdir, düşmən nə qədər kiçik olsa da onu "heç" 
adlandırmaq olmaz. Düşməni "heç" hesab edən özü heç olar". 
Deməli düşmən düşməni məhv etmək fikrində olar. 
Düşmən səni məhv etməmiş sən tədbir gör, özünü ondan qoru. 
Lakin hazırlıq işlərini də  əldən buraxma. Ancaq kimlə 
düşmənlik edib, ona üstün gəlsən, hər yerdə pisləyib onun 
acizliyini üzə vurma. Aciz adama qələbə çalmaq sənin üçün 
iftixar hesab edilməz, Allah eləməsin, sonralar bir vaxt o sənə 
qalib gəlsə, aciz və  zəif bir adam tərəfindən məğlub edildiyin 
üçün rüsvay olarsan. Buna görədir ki, bir padşah zəfər çalanda, 
onun düşməni zəif olduqda da, şairlər "mədhnamə", katiblər 
"fəthnamə" yazarkən, əvvəlcə düşmənin çox qüvvətli və qüdrətli 
olduğunu təsvir edərlər, onun ordusunu tə'rifləyərlər, düşmənin 
bir çox atlı  və piyadalarını Söhrab
126
  və  əjdaha adlandırarlar, 
qoşunlarının vuruşlarını, sərkərdələrinin qəhrəmanlıqlarını 
bacardıqları  qədər  şişirdib tə'rifləyərlər. Yalnız bundan sonra 
mədh edəcəkləri öz ağalarının böyüklüyünü və ordularının 
məğlubedilməzliyini göstərmək üçün deyərlər ki, bax, 
bizimkilər filan böyük sərkərdənin filan qədər çox pəhləvanları 
olan qüdrətli ordusunun öhdəsindən gəldi, onu əzişdirib 
darmadağın etdi. 
Əgər düşmən ordusunu pisləyib, onun sərkərdəsinin aciz 
olduğunu desələr, o zaman belə aciz bir adamı məğlub etmiş şah 
nəyə  fəxr edib qürrələnə bilər ki, hələ onun adına 
"mədhnamələr", ya "fəthnamələr"də yazılsın. 
H a ş i y ə. Rey məmləkətində Seyyidə
127
 adlı bir qadın 
şahlıq edirdi. Şah nəslindən, ismətli, namuslu və düz bir qadın 
idi. Anamın  əmisi qızı, həm də  Fəxrəddövlənin
128
 arvadı idi. 
Fəxrəddövlənin  əcəli çatdıqda, onun Məcdəddövlə  ləqəbli bir 
oğlu var idi, şahlıq adını ona verdilər, lakin hakimiyyət otuz bir 
il Seyyidənin əlində oldu, ölkəni o idarə etdi. Bu Məcdəddövlə 
böyüdükdə naxələf çıxdı,  şahlığa ləyaqəti yox idi, şahlıqdan 
onda yalnız quru bir ad qalmışdı. O, evdə oturar, kənizlərlə kef 
çəkərdi. Anası otuz ildən yuxarı Rey, İsfahan və Kuhistanda 
şahlıq etdi. 
Bunu deməkdən məqsədim var. Sənin baban Soltan 
Mahmud ibn Səbüktəkin hamin Seyyidəyə qasid göndərib deyir: 
"Gərək xütbəni
129
  mənim adıma oxutdurub, sikkəni mənim 
www.duddud.com - Elektron kitab, proqram yükləmə saytı
www.duddud.com saytından yüklənlib


 
 
adıma basdırasan, bac-xərac verəsən, yoxsa gəlib Reyi alaram, 
oranı xaraba qoyaram". Belə çox qorxutmalar yazır. 
Qasid gətirib məktubu verir, Seyyidə deyir: "Soltan 
Mahmuda de ki, nə  qədər ki, ərim sağ idi, mən ürəyimdə 
qorxurdum ki, sən bu fikrə düşüb Reyə hücum edəsən. Lakin elə 
ki,  ərim vəfat etdi, işlər mənim öhdəmə qaldı, bu qorxu 
ürəyimdən qalxdı. Dedim, Soltan Mahmud ağıllı şahdır, bilir ki, 
mənim kimi bir qadınla müharibə etmək onun şə'ninə yaraşmaz. 
İndi  əgər gəlsən, Allah da şahiddir ki, qaçmayacağam, vuruşa 
başlayacağam.  İki  şeydən biri olacaqdır: iki qoşundan biri 
məğlub ediləcəkdir;  əgər mən qalib gəlsəm, yazıb bütün 
dünyaya car salacağam ki, yüzlərlə şahları məğlub etmiş Soltan 
Mahmudu mən məğlub etmişəm, mənə  həm "fəthnamə" 
yazarlar, həm "mədhnamə", sən mənə qalib gəlsən, nə yaza 
bilərsən? Deyəcəksən ki bir qadını  məğlub etmişəm? Sənə  nə 
"fəthnamə" düşər, nə "mədhnamə". Qadını  məğlub etmək çox 
da fəxr deyil. Deyərlər: "Soltan Mahmud bir qadını  məğlub 
etmişdir". 
Bu sözdən sonra nə  qədər ki, Seyyidə sağ idi, Soltan 
Mahmud Rey xəyalına düşmədi və ora hücum etmədi. 
Bütün bunları ona görə deyirəm ki, öz düşmənini çox da 
rüsvay etməyəsən, lakin ondan arxayın da olmayasan, xüsusilə 
ev düşmənindən. Özün də ev düşmənindən daha çox qorx, çünki 
sənin işlərindən onun xəbəri olduğu qədər yadın xəbəri ola 
bilməz, səndən qorxuya düşəndə, ürəyində  həmişə  sənə pislik 
etmək fikrində olar və  sənin vəziyyətinin nə yerdə olduğunu 
yaxşı bilər. Xaricdəki düşmən o qədər bilməz. Buna görə heç bir 
düşmənlə həqiqi dostluq etmə, məcazi dostluq et, bəlkə məcazi 
dönüb həqiqi oldu, çünki çox zaman düşmənlik dostluğa, 
dostluq isə düşmənliyə çevrilir, belə dostluq və düşmənlik çox 
möhkəm olur. 
Düşmənlərlə yaxınlığı çarəsizlik hesab et. Düşmənə elə 
zərər vur ki, bundan sənin özünə ziyan dəyməsin. Çalış, 
dostların sayı düşmənlərindən ikiqat artıq olsun. Çoxdostlu, 
azdüşmənli ol. Min dosta ümid edib, bir düşmən qazanma və bil 
ki, o min dost sənin hayına qalmaz, bu bir düşmən isə vayına 
çıxar. 
Hər kəsi öz yerində oturtmağı bacar. Öz qədrini bilməyən 
adamın mərdliyində nöqsan var. Düşmən səndən güclü olsa da, 
onun işini çətinləşdirməkdən  əl çəkmə, düşmən səndən aman 
istəsə, nə qədər böyük düşmən olsa və sənə nə qədər pislik etmiş 
122 /
 ﻪﻣﺎﻨﺳﻮﺑﺎﻗ   .……………………………………………..
 
olsa, yenə aman ver və bunu böyük xoşbəxtlik hesab et. 
Deyiblər: "Düşmən istər ölsün, istər qaçsın, istər aman gətirsin". 
Lakin düşməni aciz və gücsüz görəndə o saat atılıb üstünə 
minmə. Düşmən sənin  əlinlə  həlak olubsa, şadlıq etməyinə 
dəyər, öz əcəli ilə ölübsə, sevinmə. O zaman sevinə bilərsən ki, 
sən heç vaxt ölməyə idin. Doğrudur, filosoflar deyiblər: "Hər 
kəs düşməndən bir dəfə artıq nəfəs alıb ölsə, o ölümü xoşbəxtlik 
hesab etmək lazımdır", lakin hamımızın öləcəyimizi 
bildiyimizdən sevinmək lazım deyil. Mən belə deyirəm: 
Şe'r 
Əgər ölüm sovurmuş göyə düşmən külünü,  
Niyə bundan sevinib gülürsən, şadlanırsan,  
Bilirsən, o, sənin də solduracaq gülünü,  
Bəs özgənin ölümün neçin şadlıq sanırsan? 
Biz hamımız eyni yerə getməyə  səfərbərliyə alınmışıq və 
səfərə  çıxarkən yaxşı  əməldən başqa heç bir şeyi özümüzlə 
apara bilməyəcəyik. 
Hekayət. Eelə  eşitmişəm ki, Zülqərneyn

Yüklə 1,84 Mb.

Dostları ilə paylaş:
1   ...   54   55   56   57   58   59   60   61   ...   103




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin