Mühazirə 10 Akademik kommunikasiyada və işgüzar yazışmalarda etiket qaydaları



Yüklə 169,94 Kb.
səhifə1/5
tarix24.04.2023
ölçüsü169,94 Kb.
#101832
növüMühazirə
  1   2   3   4   5
Mühazirə-10-KMNKSY


Mühazirə 10
Akademik kommunikasiyada və işgüzar yazışmalarda etiket qaydaları.
Kommunikasiyada effektivlik informasiyanı göndərmək və almaq dərəcəsi ilə qiymətləndirilir, əvəzində informasiya alana onu mütləq dərk etmək tələbi qoyulmur-informasiya verən zaman ötürdüyünün fərqinə varmır. Deməli, kommunikasiyada informasiya dərk edilməyə də bilər.İşgüzar kommunikasiyada isə effektivlik ilk növbədə tərəf-müqabillərin necə anlamasıdır. Anlamaq həm ünsiyyətə, həm də tərəflərə aid edilir, danışıqda informasiyanı qəbul etmək olar, anlamağın bir səviyyəsi də insanın həm özünü anlamağı, informasiyanı ünvanlanmış adamların bunu başa düşə bilməsidir.Anlamağın nəticəsi son instansiyada gerçəkləşir-eyni xəbəri müxtəlif səviyyədə başa düşmək olar və bundan asılı olaraq, cavab da fərqli olacaq. Anlaşıqlı olmadığı halda kommunikasiya baş tutmaya bilər, tərəf-müqabilləri arasında ya fikir ümumiliyi baş verəcək, ya da verməyəcək.
Hər bir insan özünəməxsus ünsiyyət tərzinə malikdir. İstənilən həmsöhbət təkrarsızdır. Buna baxmayaraq, onları müəyyən ümumi xarakterik cəhətlərinə görə qruplaşdırmaq mümkündür.Ünsiyyət insan fəaliyyəti, insanın iştirak etdiyi proses olduğu üçün, ünsiyyət zamanı ilk növbədə nitq etiketinin xüsusiyyəti nəzərə alınır.
Mənşəyinə görə etiket (etiquette) fransız sözü olub, davranış və ünsiyyət normalarına əməl edilməsini nəzərdə tutur. Nitq etiketi dedikdə, nitq davranışının qaydaları, ünsiyyətin nitq formulları sistemi başa düşülür.Nitq etiketinə yiyələnmiş olmağın səviyyəsi insanın peşə yararlılığı səviyyəsini müəyyən edir. Bu, ilk növbədə, dövlət qulluqçularına, siyasətçilərə, müəllimlərə, hüquqşünaslara, həkimlərə, menecerlərə, sahibkarlara, jurnalistlərə, xidmət sahəsində çalışanlara, yəni öz işinin xüsusiyyətinə görə daim insanlarla ünsiyyətdə olanlara aiddir.

Nitq etiketinə malik olmaq nüfuz qazanılmasına kömək edir, inam və hörmət yaradır.Nitq etiketi qaydalarını bilmək, onlara əməl etmək insana özünü inamlı və sərbəst hiss etmək imkam verir, insan öz səhvləri və düzgün olmayan hərəkətləri üçün narahatlıq keçirməkdən və başqalarının istehza hədəfi olmaq qorxusundan qurtarır.


İntensiv nitq fəaliyyəti (linqvointensiv) tələb edən peşə sahibləri tərəfindən nitq etiketlərinə əməl edilməsi həm də tərbiyəvi əhəmiyyətə malik olaraq, istər-istəməz cəmiyyətin həm nitq, həm də ümumi mədəniyyətinin yüksəlməsinə səbəb olur. Bu və ya digər müəssisənin, istehsal sahəsinin, ofisin kollektivinin üzvləri tərəfindən nitq etiketi qaydalarına qüsursuz şəkildə əməl edilməsi müştərilərdə, həmtəsisçilərdə, tərəfdaşlarda xoş təəssürat yaradır, bütün müəssisənin müsbət imicini mühafizə edir. Bəs nitq etiketinin formalaşması və ondan istifadəni müəyyən edən amillər hansılardır? Nitq etiketi işgüzar münasibətlərə daxil olmuş tərəfdaşların xüsusiyyətləri, onların sosial statusları, peşəsi, milliyyəti, dini, yaşı, cinsi, xarakteri nəzərə alınmaqla qurulur. Nitq etiketi ünsiyyətin baş verdiyi vəziyyətlə də müəyyən edilir. Bu, bir təqdimat, konfrans, simpozium, müşavirə, 6

məsləhət, firmanın yubileyi və s. də ola bilər.Nitq etiketi müəyyən mənada cəmiyyətin mənəvi vəziyyətini, onun əxlaqi dayaqlarını əks etdirir.


Azərbaycan dilinin özünəməxsus dil xüsusiyyətləri vardır.Adət-ənənələrdə olan keyfiyyətlər dilə də sirayət etmişdir: böyüklərin yanında (və ya onlardan icazəsiz) danışmaq olmaz, bir söz soruşulursa, ətraflı cavab verilməlidir (vaxt qıtlığı nəzərə alınmır), rastlaşarkən tanımadığın adamlarla da salamlaşmalısan və s. Doğrudur, Avropaya sürətli inteqrasiya dildə də bəzi ümumi qaydalar yaratmışdır, lakin milli qaydalar əsasən gözlənilir.
Nitq etiketinə malik olmaq nüfuz qazanılmasına kömək edir, inam və hörmət yaradır.Nitq etiketi qaydalarını bilmək, onlara əməl etmək insana özünü inamlı və sərbəst hiss etmək imkam verir, insan öz səhvləri və düzgün olmayan hərəkətləri üçün narahatlıq keçirməkdən və başqalarının istehza hədəfi olmaq qorxusundan qurtarır.
İntensiv nitq fəaliyyəti (linqvointensiv) tələb edən peşə sahibləri tərəfindən nitq etiketlərinə əməl edilməsi həm də tərbiyəvi əhəmiyyətə malik olaraq, istər-istəməz cəmiyyətin həm nitq, həm də ümumi mədəniyyətinin yüksəlməsinə səbəb olur. Bu və ya digər müəssisənin, istehsal sahəsinin, ofisin kollektivinin üzvləri tərəfindən nitq etiketi qaydalarına qüsursuz şəkildə əməl edilməsi müştərilərdə, həmtəsisçilərdə, tərəfdaşlarda xoş təəssürat yaradır, bütün müəssisənin müsbət imicini mühafizə edir. Bəs nitq etiketinin formalaşması və ondan istifadəni müəyyən edən amillər hansılardır? Nitq etiketi işgüzar münasibətlərə daxil olmuş tərəfdaşların xüsusiyyətləri, onların sosial statusları, peşəsi, milliyyəti, dini, yaşı, cinsi, xarakteri nəzərə alınmaqla qurulur. Nitq etiketi ünsiyyətin baş verdiyi vəziyyətlə də müəyyən edilir. Bu, bir təqdimat, konfrans, simpozium, müşavirə, məsləhət, firmanın yubileyi və s. də ola bilər.Nitq etiketi müəyyən mənada cəmiyyətin mənəvi vəziyyətini, onun əxlaqi dayaqlarını əks etdirir.
Azərbaycan dilinin özünəməxsus dil xüsusiyyətləri vardır.Adət-ənənələrdə olan keyfiyyətlər dilə də sirayət etmişdir: böyüklərin yanında (və ya onlardan icazəsiz) danışmaq olmaz, bir söz soruşulursa, ətraflı cavab verilməlidir (vaxt qıtlığı nəzərə alınmır), rastlaşarkən tanımadığın adamlarla da salamlaşmalısan və s. Doğrudur, Avropaya sürətli inteqrasiya dildə də bəzi ümumi qaydalar yaratmışdır, lakin milli qaydalar əsasən gözlənilir.
1. Müzakirəyə çıxarılan məsələnin mahiyyəti düzgün anlaşılmalıdır.
2.Müzakirədə müdafiə olunacaq mövqe və ideyalar dəqiq müəyyənləşdirilməlidir. Müzakirə olunan məsələdən yayınmaya yol verilməməlidir.
3. Diskussiyaya hazırlaşarkən bütün mümkün məlumat mənbələri (ilkin mənbələr, statistik məlumatlar, ədəbiyyat və s.) nəzərdən keçirilməlidir.
4. Fikir ayrılığının yaranacağı gözlənilərsə tərəflər öz mövqeyinin müdafiəsi üçün dəlillər, sübutlar hazırlamalıdır. Sübutlar məntiqi təfəkkürə əsaslanmalı, inandırıcı olub qarşı tərəfi qane etməlidir. Dəqiq və aydın faktlar ən yaxşı təkzib üsuludur. Əsaslandırma dəqiq faktlar üzərində qurulmalıdır.
5. Rəqib opponentini diqqətlə dinləməli, onun fikrinin doğru məqamları ilə razılaşmalıdır.
6. Mövqeyinin səhv olduğu sübut edilmiş tərəf opponentinin haqlı olduğunu etiraf etməyi bacarmalıdır.
7. Adamlar deyil, yalnız onların ideyaları tənqid olunmalıdır.
8. Tənqid zamanı emosiyaya qapılmamalı, qəzəblənməməli, təhqir və istehzaya yol verilməməlidir.
9. Diskussiyanın məqsədi qalibi müəyyən etmək deyil, ümumi razılığa nail olmaqdır.
10. Çıxışların sonunda yekun nəticələr qeyd edilməlidir. İstər adi danışıq, istərsə də diskussiya prosesində normal nitq tonuna da riayət olunmalıdır.

Yüklə 169,94 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin