Microsoft Word Qabusname doc


EV VƏ TORPAQ ALMAQ HAQQINDA



Yüklə 1,84 Mb.
Pdf görüntüsü
səhifə52/103
tarix29.12.2016
ölçüsü1,84 Mb.
#3818
1   ...   48   49   50   51   52   53   54   55   ...   103
 EV VƏ TORPAQ ALMAQ HAQQINDA 
Ey oğul, bil və agah ol ki, əgər ev, kənd, torpaq, 
ümumiyyətlə, alınıb satıla bilən hər nə alırsansa, qanuna riayət 
et. Hər nə alırsan bolluqda al, hər nə satırsan qıtlıqda sat, 
qazanmağa çalış  və bundan utanma. Deyiblər ki, almaq 
istəyərkən, əldən iti ol, çənə döyməyi unutma, çənə döyüb ucuz 
almaq qazancın yarısıdır. Lakin hər nə alsan, onun xeyir və 
ziyanını bilib almaq lazımdır. Müflis olmaq istəmirsənsə, 
qazanmamış xərcləmə. Mayana ziyan vurmaq istəmirsənsə, axırı 
zərər olan mənfəətdən qaç. Çox varlı olub, yoxsulluq 
istəmirsənsə, paxıl və  həris olma. Hər işdə  səbrli ol, səbrli 
olmaq ağıllı olmağa bərabərdir. Bütün işlərdə öz xeyrinə laqeyd 
olma, çünki laqeydlik axmaqlığa bərabərdir. 
www.duddud.com - Elektron kitab, proqram yükləmə saytı
www.duddud.com saytından yüklənlib


 
 
İşin dolaşsa və  məşğələ qapıları üzünə bağlansa, özünü 
itirmə, səriştəli ol, işlər öz qaydasına düşənə  qədər səbr et. 
Tələsməklə heç bir iş düzəlməz. 
Almaq məsələsinə  gəldikdə, ev almaq istəyirsənsə, elə 
küçədə al ki, adamları e'tibarlı olsun. Şəhər kənarında alma, 
divar altında olanını alma, ucuzluq xatirinə dağılmış alma, hər 
şeydən əvvəl qonşusuna bax. Deyiblər: "Əvvəl qonşu, sonra ev". 
Müdrik Büzürcmehr demişdir: "Dörd şey böyük bəladır: 
birinci- pis qonşu, ikinci- böyük ailə, üçüncü-nacins arvad, 
dördüncü- ehtiyac". 
Heç vaxt qonşusu ələvi
107
 olan ev alma, alimlərin və dövlət 
xadimlərinin də evini alma. Çalış elə küçədə ev al ki, orada 
hamıdan dövlətli sən olasan. 
Lakin e'tibarlı qonşu seç. Elə ki, ev aldın, qonşuna hörmət 
et, onun haqqını tapdalama, belə deyiblər: "qonşunun haqqı 
daha böyükdür". 
Küçənin və  məhəllənin adamları ilə mehriban dolan 
xəstələrinin kefini soruş, tə'ziyə yerlərinə get, cənazələrini 
basdırmaqda iştirak et, ümumiyyətlə, qonşuya bütün işlərində 
kömək et, şadlıqları ilə  şadlan, öz imkanına görə pay göndər, 
hədiyyə ver. 
Beləliklə, sən küçənin ən hörmətli adamı olarsan. 
Küçə  və  məhəllənizin uşaqlarını xoş dindir, başlarını 
sığalla, qocalarının kefini soruşub hörmətlərini saxla. Küçə 
məscidindəki camaat namazında iştirak et, Ramazan
1
 ayında 
məscidə şam və çilçiraq göndərməkdə kahıllıq etmə. Sən xalqla 
necə  rəftar etsən, o da səninlə elə  rəftar edər. Onu da bil ki, 
yaxşıdan, pisdən insanın başına nə  gəlirsə, öz əməlindən gəlir. 
Ona görə edilməyə layiq olmayanı etmə, deyilməyə layiq 
olmayanı demə, edilməyə layiq olmayanı edənlər görməyə layiq 
olmayan günlər görərlər. 
                       
 
 
 
 
 
 
 
1
 Рамазан айы-Оруълуг айы демякдир. 
 
106 /
 ﻪﻣﺎﻨﺳﻮﺑﺎﻗ   .……………………………………………..
 
Bacardıqca yurdunu böyük şəhərlərdə sal, elə  şəhərdə sal 
ki, sənin üçün ən  əlverişli olsun. Elə ev al ki, sənin evinin 
divarları başqalarınınkından uca olsun, camaatın gözü sənin 
evinə düşməsin, lakin sən də qonşuların evinə baxmaqla onları 
narahat etmə. 
Torpaq alsan, qonşusu və quyusu olmayan torpaq alma! Nə 
alsan, bolluq ilində al, şəriksiz və  şübhəsi olmayan torpaq 
tapsan,  şərikli və  şübhəli torpaq alma torpağın xətərsiz bir 
dövlət olduğunu bil. Torpaq alanda həmişə onun abad olmasına 
çalış, hər gün yeni-yeni tikintilər sal ki, hərəsindən bir xeyir 
götürəsən.  Əlbəttə, torpaq və imarətin abadlığı üçün kahıllıq 
etmə, yalnız abadlıq gəliri artırar. Gəlir istəmirsənsə, onda bütün 
çölləri və  səhraları öz torpağın hesab edə bilərsən, gəlir isə 
yalnız abadlıq nəticəsində əldə edilə bilər. 
 
İyirmi beşinci fəsil 

Yüklə 1,84 Mb.

Dostları ilə paylaş:
1   ...   48   49   50   51   52   53   54   55   ...   103




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin