Bölmə 01- “ Neqativ emosiyalardan azadlıq” Fəsilin məzmunu



Yüklə 84.21 Kb.
tarix23.02.2017
ölçüsü84.21 Kb.
Bölmə 01- “ Neqativ emosiyalardan azadlıq”

Fəsilin məzmunu:


    1. Neqativ emosiyalardan (NE) və onlardan azad olması barəsində ümumi məlumat.

    2. NE-rın aradan qaldırması və qısma-boğması.

    3. NE-rın aradan qaldırmasında və araşdırmasında birinci addımlar.

    4. NE-rın silsiləvi qavranması təcrübəsi.

    5. NE-rın aradan qaldırılmasının digər təcrübələri.

    6. Diqqətin qaytarılması (DQ) təcrübəsi.

    7. Tipik səhvlər.

    8. Sıxılma təcrübəsi.

    9. Məmnunluq, “ heç bir şey baş vermir”, cansıxıcı hal.




    1. Adamlar günbəgün, anbaan negativ emosiyalar (“NE”) hiss edirlər: qısqanclıq, öz özünə yazıqlıq, vahimə, qəzəb, kin, qıcıq, narazılıq, inciklik, çılğınlıq, çaşqınlıq, təhqir, hirs, paxıllıq, qorxu, narahatlıq, həyəcanlılıq, nifrət, iyrənclik, ayıblıq, məzlumluq, kinlilik, apatiya, tənbəllik, qəm, kədər, məyusluq, tamahkarlıq və sairə, və sairə.

Bu kitabda deyilən düzgün yolun təcrübəsi (“DYT”), sənin istənilməyən qavramalarının istənilənə ardıcıl əvəzetməsindən ibarətdir. Bunun üçün, qavramaların belə əvəzetməsinə, sevincli istək ( yəni, qabaqcadan həzz almaq istəyi ilə müşayiət olunan istək) hiss etmək lazımdır, və onu inadkarcasına və qətiyyətlə, təzədən yaranan vərdişi, vaxtı ilə əvvəl yaranan, mexaniki vərdişi üstəliyənə qədər, bəcərmək lazımdır. Mən əsasən bu yolu “düzgün” ona ğörə adlandırıram ki, onun icrası üçün bircə əhəmiyyətli şərt lazımdır – səndə sezilən, qavramanın dəyişməsinin sevincli istəyi olmasıdır.

İnsan, DYT-nən məşğul olarkən, onun tərəfindən görünən NE-rın (aşağida bax) nöqsansız aradan qaldırılmasına nail olanda, o aşkar edir ki, güclü və seçilən NE-dan başqa, o daima çoxlu sayda cuziləridə hiss edir. Mübaliğəsiz danışmaq olar ki, az qala hər bir qavranma NE-rın (lap tez-tez bu narazılıqdı, neqativ münasibətdi, həyəcanlılıqdı)cuzi şappıltısı ilə müşayiət olunur, dalınca isə, onsuzda lap sərt neqativ fonu qidalandıran, zorla seçilən “quyruq” sürünür. Bunlar birlikdə dəhşətçəsinə zəhərləyən atmosferi yaradır. Bunun nəticəsi-dəhşətlidir, fəlakətlidir.

Birincisi, bu “qocalma” deyilən şeyə gətirir, və bu 40 yaşda yox, bununla belə olduqca tez, 22-25 yaşda başlayır. Dəri sadəcə az hamar yox, həmdə əl vurmada və qörünüşdə xoşagəlməz olur, bədən və üz loş, kifir, təhrifedilmiş, piylənmiş olur, və ya əksinə - eybəcər arıqlıq ilə heyrətə salmış olur. Əhvali-ruhiyyə dayanmadan pisləşir, amma bu xeyli yavaş baş verir deyə, insan ona vərdiş olur və hətta olduqca xoşagəlməz dəyişikliklərin – səhər əzilmiş halda oyanmağın, axşam yatanda- sayıqlamaya uğramağın, zıqqıltının, süstlüyün başlanmasının, daha çox stimulyatorlar– qəhvə, mexaniki seks, səthi təəssüratlar - tələb olunmasının baş verməsində öz-özünə hesabat vermir. Amma bizim qocalarımıza və qarılarımıza bax? Siyasi nəzakəti kənara qoy, onlara qadir olduğun bütün dürüstlüyüvnən bax. Axı mənzərə ətürpədəndir. Onların bədənləri və üzləri- onların hiss etməyi davam edən və bütün həyat boyu hiss etdikləri NE-rın maddi mücəssəməsidir. Bu o qədər adidir ki, özü – özlüyündə aydın sayılır, başqa cür ola da bilməz, qocalıq – qaçılmaz düşkünlükdür, kifirlikdir, iztirabdır, kütlükdür, qəsbkarlıkdır. Amma Hindistanın, Nepalın, Tibetin, Şri – Lankanın tibet monastırlarında çox qoca adamları görmək olar, və onlar nə qədər bizimkilərdən fərqlənirlər! Onların üzləri, intonasiyaları, şakərdələri parlaq simpatiya oyadır, onların qocalmış bədənləri iyrənc görsənmir, onların gözləri çox vaxt eynən ovsunlayır.

İkincisi, mən qətiyyən əminəm ki, məhz NE-dan əmələ gəlməyən xəstəliklər az qala yoxdu, və hətta əsla yoxdu. Muasir dinlərə görə adamlar virus və mikroblardan xəstələnirlər, amma mən əminəm ki, həmin bu virus və mikroblar öz dağıdıcı işlərini , NE-lar çox möhkəm toxunmuş, adamların bədənlərində başlayırlar, bununla belə NE-rın əsas növü və müəyyən xəstəliklər arasında uyğunluq tapmaq çətin deyil. DYT-nən məşğul olanlar və NE-rın azadlığından daha da yüksək dərəcələrə nail olanlar, bəzən NE-rın hiss etməsinin köhnəlmiş vərdişinin şıppıltısını hiss edirlər, və onda təəccüblə qeyd edirlər ki, bədənlə təsviredilməz bir şey baş verir – o ağrımağa, bəzi yerləri isə konkret ağrımağa başlayır, ağrılı ağırlıq, kəsalət, xüsusi fiziki bulanıqlıq, əzginlik bürüyür, və bu neqativ fonun hiss etməsinin yarım və ya bir saat ərzində, yalnız NE-rın bir necə aradan qaldırılmamış şıppıltısından sonra! Bu anlarda xüsusən aydın olur ki, əgər sən NE-rı aradan qaldırmırsansa, onda sən bu xəstə vəziyyətdə daima yaşayırsan, adamlar isə fasiləsiz bu və ya digər NE-rı– parlaq şıppıltılar ilə və ya “zəif” neqativ fonun (“NF”) dalğınlıq, həyəcanlılıq, narazılıq, özünə yazıqlıq, kədər və sair şəkilində hiss edirlər, və onların bədəni daima bu zəhərin amansız pressı altındadır.

Üçüncüsü, NE-lar nəinki bədəni yeyir; onlar həmdə sevincli istəyin, dərrakəli aydınlığın, nurlu qavramaların (“NQ”) – zəriflik, gözəllik hissi, əzm, ehtirassızlıq, qurub-yaratma sevinci, simpatiya, heyrət, qabaqcadan həzz alma, qabaqcadan düşünmə - hiss etmə bacarığını tamamilə məhv edir. NE-lar insanı yeriyən meyitə çevirir, və tədricən çürüyərək, hələ çox il yerdə dolaşa biləcək, zahirdə canlı bədəndir, içərisində isə artıq çoxdan heç bir canlı şey yoxdur. Bu həmdə o deməkdir ki, şüura səyahətə, yeni kəşflərə, yeni NQ-ra olan qapı insanın qabağında amansızcasına bağlanılır. Mən qeyd edirəm – əgər sən birinci növbədə NE-rın iradsız aradan qaldırmasının və NQ-rın fasiləsiz hiss etməsinin nail olmasına can atmirsansa, onda hər cür mənəvi praktika, hər cür yoqalar və meditasiyalar, hər cür ibadətlər və dualar səni heç yerə getirəcək. NE-lar varsa – heç bir şey mümkün deyil. NE-rın aradan qaldırılması və özündə NQ-rın dünyasının kəşfi – sənin özün üçün məhz hansı mənəvi praktikanı seçməyindən asılı olmayaraq - şüurun inanılmaz səyahətinə yoldur.

Mən hesab edirəm ki, NQ-ra hər bir səmimi arzu az-çox tez səni az-çox aydın ifadə olunmuş nəticəyə getirəcək, istər sən buddist ol, istər krişnait, istər provoslav və ya hər kim olursan ol. Allaha hər hansı bir formada səcdə edirsənsə və ya formasız allaha inanırsansa; sən ya allahsızsansa, ya darvinistsənsə, ya ezoteriksənsə, ya tantristsənsə; qədim sektanın tərəfdarısansa və ya yeni yaranmışın pırıstişkarısansa - əgər sən NQ-ra səmimi arzu hiss edirsənsə, əgər NE-ra və doqmatizma barışmaz münasibətin varsa, əgər NQ-rı hiss etmək və NE-rı hiss etməsini dayandırmaq üçün yönəlmiş hər hansı bir təcrübə ilə məşğul olursansa, onda nəticələr ortaya çixacaq, həyat daha da maraqlı, tox olacaq. Amma NE-ra üz vermək, onlara bəraət qazandırmaq və özünü aldatmaq ondan ibarətdiki, sən yalnız özünü elə göstərirsən ki, guya sən onları hiss etmirsən, - bu çıxılmaz dalandır, dağılmaya, düşkünlüyə, intensiv əziyyətə gedən hərəkətdir.

Biz nə qədər qanunları qəlizləşdirsəkdə, nə qədər cəzaları gücləndirsəkdə, nə cür cihaz və mexanizmlar qondarsaqda, doqmatizmaya və NE-ra qarşı barışmaz münasibəti olmayan cəmiyyət heç vaxt sülhdə yaşamayacaq. DYT-nin təcrübəsini geçən cəmiyyət – “sifət” – cəmiyyətin yeni növünün təkraredilməz nümunəsidir – onda sadəcə daxili dağıdıcı güclər olmadığından, o tamam davamlıdır, axı qəsbkarlığın, incikliyin, özünə yazıqlığın, görməmişliyin, qürurluluğun və ya ziyanlığın və sairlərin hər hansı bir impulsı – axı bunlar hamısı bilatə’xir aradan qaldırılmasına və ya, ən azı, bilatə’xir aradan qaldırılmasının cəhdinə məruz qalır, bununla əlaqədər simpatiya, özünə və başqalarına NQ-rın istəyi, sadiqlik, incəlik, imdad istəyi və sair gurla əmələ gəlir. Və hətta DYT-nə simpatiya göstərən, amma doqmatizmı və NE-rı aradan qaldırılması məsələsini qabağına qoymayan cəmiyyətlər, “sifətlərin” arzusuna kömək göstərir, məhz yüksək sülhpərəstliyinən (uşaqlıq və müdafiəsizliknən qarışdırmamaq) və davamlılığınan fərqlənirlər.

Sənin yaşadığın dünya, hər şeydən əvvəl NE-rın dünyasıdır – bunu mübaliğəsiz demək olar. Onlar o qədər çoxlu təzahürlərdə çıxırlar ki, elə sıx həyatə sarınıblar ki, hərdən elə gəlir ki, onlardan başqa heç bir şey yoxdur, və sənin bacardığın şey, onları bir biri ilə bitişdirməklə, burmaqla, onları daha çoxlaylı və intensiv eləməklə, onları incələşdirmək, qəlizləşdirmək və zənginləşdirməkdir. NE-lar səni hər yerdə əhatə edirlər, onlar qəmiş olurlar və əkilib-becərilirlər. Mən heç filmlərdəki və xəbərlərdəki zorakılıq ayini kimi olan açıq-aydın şeylərdən danışmıram, amma yaxşı və sanballı sayılan hər hansı bir “bədii” kitabı aç, və sən ordada “qəşəng” NE-lar, güclü NE-lar, mürəkkəb NE-lar tapacaqsan, və əgər oxucuda müsbət emosiyalarla (“ME”) növbələşən NE-rın kompleksi yaranırsa, onda kitabı “yaxşı” saymağa məhz bu əsasdır. NQ-ki həyatı təsvir edən kitablar hardan əmələ gəlsinki? Axı bunun haqqında yazmaq üçün, özün belə bir təçrübəyə malik olmalısan və onu hər neçə olursa olsun möhkəmləndirməyə can atmalısan. Bunu uydurmaq mümkün deyil, ona görə ki, belə kitablar müstəsna olmaqla azdır, məsələn belə kitablara Kastanedın, Tayşi Abelyarın, Florinda Donerın bütün kitabları, Kristofer İşervudun “Ramakrişna və onun şagirdləri”, Satpremin “Şri Aurobindo və şüurun səyahəti”, Dalay-Lamanın və Taşi Takpo Namqyalanın “Maxamudra”, Çje Sonkapının “Lamrim”, Krişnamurtanın “Qeyd kitabçaları”, Patandjalinin “Yoqa-sutra”, Tulku Urqyen Rinpoçenin “Göy qurşağı ilə çəkilmiş”, Tendzina Vanqyalın “Təbii ağlın möcüzələri”, Evansa-ventsın “Tibet Milarepin böyük yoqası” aiddilər.

Ən böyük aldanma ondadır ki, adamlar hesab edirlər ki, onlar NE-rın hiss etməsini özləri seçmirlər, onları başqa adamlar və ya vəziyyətlər “məcbur edirlər”. Bu anlayış 100% səhvdir, və ona inanaraq, NE-rın hamısının və ya heş olmasa bəzilərinin hiss etməsini dayandırmaq istəyənlərdə, aciz qalırlar. Öz təcrübəmə və DYT-nən məşgul olan insanların təcrübələrinə əsaslanaraq təsdiqləyirəm ki, NE-rın hiss edib etməməsi – tamamilə təkcə səndən, sənin bu dəhşətli vərdişin üstün gəlməsi səylərindən asılıdır.

Qabaqcadan həzz almağnan müşayiət olunan, vəziyyəti dəyişdirmək üçün olan sevincli istək, cari vəziyyətlərdə NE-rın aradan qaldırılması təcrübəsi ilə tamamilə uyğundur, o aydınlığı ilə ki, NE-rı vəziyyətlər “çağırmır”, bunda belə bir vərdiş var – indiki vəziyyətdə NE-rı hiss etmək. Ona görə, indiki vəziyyətdə yaranmış NE-rı qüsursuz aradan qaldırmaq və NQ-rı hiss etmək, və eyni zamanda bu vəziyyətin dəyişdirməsi üçün olan sevincli istəyi hiss etmək və buna hər çür səy göstərmək olar.

Təcrübə üçün əngəl olan heç cür vəziyyət yoxdur. Vəziyyət sənin üçün nə qədər çox arzu edilməz olarsa, o qədər tez onda NE-lar çıxar, və sən xüsusən ciddiyyətlə aradan qaldırılmanı məşq edə bilərsən və daha çox parlaq nəticəyə nail ola bilərsən. Nəticədə, hətta ən məramsız vəziyyətləri təcrübəçi heyrətlə, qətiyyətlə və qabaqcadan həzz almanan qarşılayır( “stalkinq” fəsilə ətraflı bax). Aqressiv mühitdə olaraq, NE-rın aradan qaldırılmasında qüsursuzluğu məşq eləmək olar. Rahat mühitdə olarkən, bozluğu və məmnuniyyətliyi aradan qaldırması üçün olan səyi məşq eləmək olar. Nə qədər ki, sən yaşayırsan – sənin üçün hər çür vəziyyətdə təcrübə üçün ideal şərait var. Sözarası vəziyyətlərə qarşı vərdişsiz münasibət yaranır- hadisələrin nizamsız qalamasına qarşı yox, canlı, qayğıkeşli olan bir şeyə qarşı kimi.

NE-dan azadlıq ola bilərmi? Insanlar elə naümidcəsinə ona batıblar ki, hətta NE-dan azadlıq fikrinin özü belə onlarda qıcıq yaradır. Onlar özlərini NE-sız təsəvvür eləyirlər və məəttəl qalırlar, onda bəs necə yaşamaq, - heç nə hiss etməyən şalbana dönmək lazımdır? Onlar NE-dan narkotik kimi o qədər asılıdırlar ki, hətta onlardan dışarı heç nə təsəvvür eləyə bilmirlər, halbuki əslinə baxsan çox insanlarda NQ-rın zəif sədasının azvaxtlı alışması, xüsusilə erkən uşaqlıq dövründə olurdu.

Hər hansı bir adamdan soruş – NE-rı hiss edirmi? O cavab verəcək –“əlbəttə”, hərdənbir hiss edirəm. “Əlbəttə” sözü, başqa çür ola da bilməz olan, dəyanətli əminliyi əks etdirir. “Hərdənbir” sözü isə - xam xəyaldı, ona görə ki, insanlar NE-rı və ya NF-nu “hərdənbir” yox, fasiləsiz hiss edirlər. NE-rı hiss etmək vərdişi nə qədər güclüdirsə, onların olmasına adam özünə o qədər az hesabat verir, və bir azdan yalnız ürək tutmasinan müşayiət olunan, qəsbkarlığın vəhşi şıppıltısını, NE-lar kimi tanıyacaq, başqa vaxt isə o sanacaq ki, onda NE-lar yoxdur. İnsanların NE-ra batılma dərəcəsi – müdhişdir, deyilməzdir. Bütün vaxtın 99,99% insan, az və ya çox, arabir ME-la deyişərək, güclü NE-lar və ya NF hiss edir – bu çür zəhərli mühitdə heç bir canlı şey sağ qala bilməz. Amma ME-larda – cılız bir təsəllidir, ona görə ki, onlar NE-rın, az qala az zəhərləyən, tərs tərəfidir – ME-lara yiyələnmə məmnuniyyəti (diqqət ilə və ya əşyalar ilə və ya hökmranlıq ilə və sair.), kam alması, harınlıq, məmnuniyyətliq, özünü bəyənmə, xüsusi vaciblik hissi (“XVH”), nifrət, qürurluluq və başqaları aiddir. ME-rın ŞQ-la uyqun olmaması azdır belə, elə onlar daha çox NE-rı qızışdırırlar, axı məsələn, insanın XVH-si nə qədər güclüdirsə, o qədər ona asanlıqla sataşmaq olur, o qədər çox öz iddiasına ətraf mühitdə təhlükə görür, o qədər tez və asanlıqla narazılıq, hirs, inciklik, qəsbkarlıq hiss edir. Hərdən bəzi adamlarda NQ-lar bəzi ME-ra qarışır, hərdən isə ME-lar NE-rın hərəkətini tənzimləyir (məsələn, məmnunluq qeyri-məmnunluğu əvəz edir), və onda NE-rın və ME-rın nisbi azadlığının qısa bir anında, NQ-rın sədası çixa bilər, amma onlar çox zəifdilər, və zaman ilə əsla yoxa çixa bilərlər.

NE-lar – zəhərdir, narkotik kefləndiricidir. Onlardan ölürsən, amma saymaq olar ki, hansısa “həzz” var, amma əgər iynədən imtina etmək istəyirsənsə, o dəqiqə sınma, azadlıq qorxusu başlayır. İnsanlar NE-dan “təəssürat” alırlar və bunu həyat hesab edərək, qalvanizasiya olurlar. İntiqam fikirləşəndə, düşmənə qarşı hirs kam almaqnan müşayiət olunur. İtkinin kədəri – məmnunluqla müşayiət olunur, sənə aciyacaqlar və diqqət göstərəcəklər, ona görə insanlar NE-da qiymətlilik, ME-rı qazanmaq əlacını görürlər, və onların aradan qaldırılması fikri, həmin ME-rın itki qorxusunu, özünə yazıqlığı, şəkki və hətta qəsbkarlığı yaradır. Adam nə qədər ölü olmalıdır ki, özünü “diri” hiss etmək üçün NE-dan yapışmalıdır! NE-dan “həzz”almaq – zəhərin yeməsindən “həzz” almaqdır - əvvəlcə çox pisdir, sonra yüngüllük gəlir, və zəhər nə qədər güclüdirsə, sonraki yüngüllük ilə müqabillik o qədər güclüdir, ona görə insanlar NE-rı bilə-bilə becərirlər, axı onlar NQ-rı yaşamaği bacarmırlar, və həyat – tamamilə boz və monotonlu şey olmasınan alışaraq hətta onları arzulamırlar. İnsanlar artıq 25-30 yaşda ölümü, xəstəliklərdən, NE-dan və bozluqdan xilas olunması kimi, gözləməyə başlayırlar, bununla öz qocalmasını, parçalanmasını tezləşdirərək, proqramlaşdıraraq.

Buna baxmayaraq azadlıq mümkündür. Mən azadlığa aparan təcrübəni təklif edirəm. NE-rın aradan qaldırılması – ardınca vəziyyətlərin sahələrinin baxılınmayan dünyaları açılan, ən birinci addımdır. Bəzi rast olunan adamlar fərz edirlər ki, NE-rın gücünü azaltmaq mümkündür, amma onlar inanmırlar ki, bunu öz gücü ilə etmək mümkündür, onlar “böyük qırmızı düyməni” (“BQD”) axtarmağa çalışırlar – düyməni bas, və heç bir əzabın olmayacaq. Və bu düyməni tapmaq üçün, onlar yoqa ilə məşğul olurlar, xususi tərzdə nəfəs alırlar, müxtəlif duruşlarda otururlar, mantrılar oxuyurlar, cərgə ilə gedirlər, himn oxuyurlar və sairən, yəni, NE-rın hiss etməsinin qurtarmasına bilavasitə güc verməsindən və NQ-ra “atılmasından” başqa hər şey edirlər. Əslinə baxsan, bə’zi NE-lar bu vaxt qısa müddətə zəifləşirlər, lakin bu müvəqqəti və çox zəif effektir, gec və ya tez diqqət yayınır və həmin NE-lar qayıdır, axı 24 saat fasiləsiz oturub və mantrı oxumaq mümkün deyil – sənə durmaq, yemək, iş dalınca getmək, insanlarla təmasda olmaq, yatmaq lazım olacaq, və onda NE-lar səni yenə bürüyəcəklər. Tibet rahibləri inanırlar ki, çox uzaq gələcəkdə, yüzlərcə mücəssəmələrdən sonra, onlar NE-rın hiss etməsini dayandıracaqlar, amma onlarda inanmarlar ki, bunu 500 il mantr oxumaqdan sonra yox, lap indi – bir neçə il əzmli əməkdən sonra eləmək mümkündür.

Ehtimali yanlış anlatmaların qabağını almaq üçün müəyyənləşdirirəm ki, “çalışma” – toplanmış, çox intensiv və sevincli istəkdir. “Toplanmış” – nizamsız yayındırmalara yayınma yoxdurdeməkdir. “Sevincli” – qabaqcadan həzz alma, təravətlik, qabaqcadan düşünmə ilə müşayiət olunur deməkdir. “NE-rın aradan qaldırılmasına səy göstərmək” - əzələləri sıxmaq, dişlərini bir-birinə sıxmaq, və ya başqa cür nəfəs almaq demək deyil – bu NE-rın hiss etməsinin dayandırmasını lap çox istəmək və NQ-nın hiss etməsini lap çox istəmək deməkdir. Bu istəyə əsasən, toplanmış, intensiv və sevincli istək qavramaların dəyişməsinə gətirir. Və sən bunda nə qədər səbirlə və qətiyyətlə məşq eləyirsənsə, sən o qədər böyük bir məharətə nail olursan, o qədər çox sənin səyin təsiredici olur. Necə olur ki, səy dəyişiliklərə gətirir, - bu bir sirrdir, amma bu baş verir deyə, mən bundan istifadə edirəm və istədiyimə nail oluram. Adamlar səyin bu bacarığı haqqında heç nə bilmirlər, çünki onların istəkləri ya çox zəifdir, ya çox dağınıqdır, ya NQ-ra can atmaması ilə dəlil göstərilir, sevincli deyil, qorxu, sair NE-lar, qorunmaq və ya hücum etmək istəyi ilə dəlil göstərilir.

Səyi xeyli dəqiq təsvir edən daha iki söz var – “xatırlamaq” və “ hoppanmaq”. “NE-rı aradan qaldırmasına səy göstərmək” “özünü NE-lar olmayan vəziyyətdə xatirlamağa” və ya “NE-dan dışarı vəziyyətə hoppanmağa” eynidir. “ NQ-rın törədilməsi üçün səy göstərmək” “özünü NQ-lar hiss etdiyin vəziyyətdə xatırlamaq”, “NQ-ra hoppanmaq”. Qeyd edirəm- sadəcə fikirləşmək lazım deyil ki, sən vaxtıilə NQ-lar hiss etmisən, məhz həmin vəziyyəti xatırlamaq lazımdır. Bütün qavramalar yalnız burda və indi mövcüddur deyə, “özünü NQ-da xatırlamaq” “NQ-rı məhz indi hiss etmək” deməkdir.

Skeptik- fikirlərə rəğmən, hər nəyə rəğmən səyin qudrətini çoxaltmağa davam etdirərək sən özün üçün qeyri-mümkün hesab olunan şeyı eləyirsənsə, onda səy icra edilir.

Hal-hazırda müasir dünyanı elmsiz təsvir etmək mümkün deyil. Alimlər materialların xüsusiyyətlərini araşdırırlar, materialların arzu olunan xüsusiyyətlərinin almaq üsulunu və qanunauyğunluğunu axtarırlar, ondan sonra alınan bilikləri qavramaların əvəz etməsi üçün istifadə edirlər. Deşikli yaş gödəkçənin və ağac başmağın yerinə polartekdən müasir gödəkçə və trek krossovka geyinəndə, soyuqluq hissi istilik hissinə dəyişilir. Müasir texnologiyaların istifadəsi nəticəsində diş ağrısının hissi aradan qaldırılır. Axı vaxtıilə isə elm yox idi, bundan ziyadə - materialların xüsusiyyətlərini araşdiranları, ətrafda qarşılanan cisimlərin quruluşunu öyrənənləri təqibə düçar edirdilər, allahlara hörmətsizlikdə təqsirləndirirdilər və sair. Özünə hesabat ver ki, hal-hazırda bəsəriyyət mədəniyyətin inkişafının növbəti pilləsindədir. Müasir insanlar əmindilər ki, qıcıq qavramasını simpatiya qavramasına, və ya həsrət hissini sadiqliyə və gözəllik hissinə və sairləri götürüb dəyişmək olmaz. Sevincli istəklərə, qabaqcadan həzz almaqlara və ağıllı mənalara əsaslanaraq, qavramaların xüsusiyyətlərini heç kim araşdırmır, onları əvəz etməyə məşq etmir. Bundan ziyadə - bununla məşğul olanları allahın dəhşətli cəzaları ilə qorxuzdururlar, deyirlər ki, güya belə adamlar “ insan təbiətində təbii balansı pozurlar”, əgər NE-lar varsa, deməli bu “ nə üçünsə lazımdır”. Onda aydın deyil ki, niyə bu tənqidçilər dişlərin müalicə etməsini, isti paltar və prezervativlərin istifadə etməsini dayandırmırlar, axı əgər diş ağrısı, soyuqluq hissi və SPİD varsa, deməli, onların əhkamlarına əsasən bu “ nə üçünsə lazımdır”? Əgər insan NE-rı hiss edən kimi “yaradılıbsa”, və “cisimlərin təbii gedişinə” müdaxiləsi “tənasübsüzlüyünə” gətir əhkamının hökmranlığı altında olanlara xatırlatıram ki, əgər insan kimsə tərəfindən qavramalar yığımı ilə yaradılıbsa, onda bu qavramaların arasında dəyişilmək üçün sevincli istək, NQ-lar hiss etmək, kədər hiss etməsini isə dayandırmağa səy göstərmək istəyi var.

Mənim xüsusi diqqət vermək istədiyim daha bir an var. Əgər insan yalnış anlayış, cəza qorxusu və avtoritetlərə hörmət və sairlərin təsiri altında, öz həyatında bəzi dəyişikliklər edirsə, onda sonradan o hərdən etdiklərindən təəssüflənə bilər və əvvəlki vəziyyətə qayıtmaq və ya başqa bir şey axtarmaq istəyə bilər, çünki onun yaratdığı həyat onu qane etmir. Onda qüzehli təsəvvürlər vardı, amma həqiqət başqa çıxdı. NE-rın aradan qaldırılmasının heç olmasa bir aktında müvəffəqiyyət qazanan, və lap indi NQ-rın şıppıltısını hiss edən insan, bu an hətta NQ-rı olmayan və NE-rı olan əvvəlki vəziyyətinə qayıtmasından lərzəsiz düşünə bilmir. Bu ölüm ilə, hətta ölümdən daha dəhşətli olan bir şey ilə assosiasiya yaradır. Və nə qədər tez-tez təcrübəçi NQ-lar hiss edirsə, o qədər inamla o bu halı möhkəmləndirməyə, əvvəlki NE-lar hiss etməsi adətini isə nəyin bahasına olursa olsun dayandırmağa can atır. Yeni gerçəklik əvvəlkindən sonsuzca cəlbedici görsənir.

İnsaniyyətin həyatında yeni dövr başlanılır – insanlar, onlardan ibarət olan, qavramaları araşdırmağa, onların xususiyyətlərini və qanunauyğunluqlarını araşdırmağa, qavramaların tərkibinin dəyişməsinə yönəlmiş, sevincli istəkləri aşkar etməyə, bu dəyişiklərin optimal texnologiyalarının yaratmasına başlayırlar. Keçmişdə alimlərə bəlli olunan maddələrin araşdırmasının prosesi zamanı , ağılaçatmaz, təkrarolunmaz xususiyyətə malik olan, yeni maddələr aşkar olunurdu. Və burdada eynilə belə - NE-rın NQ-ra əvəzedilmə təcrübəsi həyata tətbiq edildikcə, tamamilə yeni NQ-lar əmələ gəlir, o qədər heyrətamiz ki, heç cür coşğun xəyal belə bir şeyi qabaqcadan görə bilməzdi. “İnsan” adı altında konqlomeratdan ibarət olunmuş, qavramaların mühəndisliyinin yeni dövrü başlanılır. İnsanın yeni, təkraredilməz səyahəti başlanılır, bunula belə bu səyahətin xarakterik cəhəti ondan ibarətdir ki, materialist gerçəklikdən, hisslərdən, yəni fiziki bədəndən,qopardılmış, adətən hansısa emosional və ya əqli proses altında başa düşülən üzdəniraq “şüurun səyahəti” deyil. İnsan bu səyahətə büsbütün yollanır. O, fəlsəfəçi terminləri seçən, sadəcə xəyalpərəst bir adam olmur, bunun nəzdində, o, çoxlu miqdarda NE-lar hiss edir, sevincli istəklər hiss etmir, xəstə olur, özünü gün-gündən daha betər hiss edir. Onun fiziki bədəni – “hiss” adlandırdığımız, qavramalarda dəstidir, və bu qavramalarıda bilavasitə güc ilə əvəz etmək olar ( məsələn, apatiyanı fəallığa, “pis əhvali-ruhiyyəni” “gözəl əhvali-ruhiyyəyə”), bundan başqa isə, NE-lar qavramaların cəmindən yoxa çıxandan sonra, onların yerinə isə NQ-lar gəldikdən sonra, fiziki bədən transformasiya olunmağa başlayır,onların dalınca yenidən qurulur.

İndiki anda (2005-ci il), belə səyyahlar çox azdır – 20 nəfərdən bir az çox ( mən “sifət” nəzərdə tuturam), amma 2000-ci ildə, mən bu fəaliyyətə baçladığım zaman, heç bir dənədə sifət yox idi, belə ki, mən əminəm ki, onlar çox olacaq, dahada çox, çünki belə səyahətin icra etməsi üçün pulda, avtomobildə, bilikdə, əlaqələrdə, irsiyyətdə və sairlərdə ehtiyac yoxdur. Belə bir səyahətin mümkün olmasını (bu məsələni bu kitab həll edir) yalnız öyrənmək, həmdə sənin sağ olmaq, və xoşbəxt olmaq arzusunun olması, nurlu qavramaların hiss etmək, kədərə üstün gəlmək faktın özü belə kifayətdir. Məhz buna görə mən əminəm ki, “sifətlərin” miqdarı il-ildən çoxalacaq, və vaxt gələcək ki, biz onları yüzlərlə və minlərlə ölçəcəyik. “Sifət – lahiyələrini” reallaşdırma zamanı öz sevincli istəklərimi reallaşdırarkən – sifət-mədəniyyəti üçün infrastruktura yaradarkən, kitabları başqa dillərə tərcümə edərkən, vaxt ilə təcrübədə mütəxəssiz olsunlar deyə, NQ-nın daşıyıcısı olsunlar deyə, və sərbəst başlayan təcrübəçilərin təcrübəsinə əncam edə bilsinlər deyə, “sifət” təcrübəsinə kömək edərkən - mən güclü qabaqcadan həzz almanı hiss edirəm. Mən bütün vaxtımı və vəsaitimi buna sərf edirəm, və bu mənim çox xoşuma gəlir.



“Yeni həyatda öz təcrübəvi xatırlayasan və “əvvəlki həyatda” qurtaran yerdən başlayib davam etdirəsən deyə, “sifət” üçün minimum – məsələ, əvvəl şüurlu yuxugörmə və bədəndənkənar təcrübə mədəniyyətini öyrənməkdən, sonra isə fiziki bədənin ölmə prosesində (haçan və əgər ölsə), fiziki bədənin ölmə və tezəsinin anadan olma dövründə, anlamanın saxlamasını öyrənməkdən ibarətdir. Mən iddia edirəm ki, belə bir təcrübəni arxayınca həyatda tətbiq etmək üçün, kədəri tamamilə aradan qaldırmaq və arasıkəsilməyən, ixtiyarca şur keyfiyyətli, NQ-ra nail olmaq lazımdır. İnsaniyyətin artıq analoji məhdud təcrübəsi var ( 14-ci Dalay-Lamanı, 17-ci Karmapunu və yüzlərcə az tanınmış tibet kahinləri yada salaq, hansılar ki, “tulku” adam olmuşdular - özünüdüşünmədə az və ya çox aralaşmanan, öz keçmiş həyatları və öz keçmiş təcrübəsini xatırlama bacarığı ilə öz şüurunu yeni bir bədənə keçirən adamlar).

NE-rın bir sıra fərqləndirici əlamətləri var:

  1. onlardan sonra dərrakəsizlik başlayır (yəni qavramanın ayırd etmə istəyinin və bacarığının kəskin zəifləməsi);

  2. onlardan sonra pis fiziki əhval-ruhiyyə əmələ gəlir;

  3. onlardan sonra marağın, qabaqcadan həzz almanın, entuziazmın, başqa NQ-rın, sevincli istəklərin itkisi əmələ gəlir;

  4. onların keçməsi aydın şüurla düz gəlmir;

  5. onların keçməsi NQ-nan düz gəlmir;

  6. NE-rı hiss edərkən, sən proqramlaşdırılmış robota oxşayırsan – reaksiyalarını və əməllərini əvvəlcədən bilmək asandır, sənin davranışların artıq dərəcədə effektsizdir;

  7. NE-rın axarından, əzmli və cəsarətli məşqsiz, çıxmaq az qala mümkün deyil – əgər sən hətta hansısa vəziyyətdə onların hiss etməsini dayandırmaq istəsəndə, onlar dayanmayacaq – birə-min dəfə bərkidilmiş vərdişin gücü belədir;

ME-rın xarakterik əlamətləri:

    1. onlar NE-rın aynalı əksidir: həsəd – kam almağı, qeyri-məmnunluq – məmnunluq, xususi xələllik hissi (“XXH”) – XVH, narahatlıq - əzgin arxayınlıq və bozluq, məğlubiyyətin acısı – qələbənin “sevinci”, təkliyin qəmi – azrlı dostluq, ağızabaxanlıq və sair;

    2. onlardan sonra yorğunluq, üzgünlük, biganəlik əmələ gəlir;

    3. onlaran sonra zəhərlənmə, pis fiziki əhvali-ruhiyyə əmələ gəlir, intəhası NE-dan sonra olan kimi açıq-aydın yox;

    4. onların keçməsi zamanı, onların tez və ya gec qurtaracağı və NE-lar başlayacağı qorxusu var;

    5. onların keçməsi NQ-la 100% düz gəlmir –ME-lar müvafiq NE-rı tarazlaşdıran, və azad olunmuş dəlikdə NQ-nın sədası parıldaya bilən situasiyalar istisna təşkil edir;

    6. onların təzahür prosesinin zamanı və sonra dərrakəsizlik başlayır;

    7. onların keçməsi aydın şüurla düz gəlmir, NE-da olan kimi açıq-aydın yox ;

    8. yenədə həmin “robotabənzərlik”, ME-rı hiss edən insanın reaksiyaların və davranışlarının saymasının asanlığı, əməllərinin həmin effektivsizliyi;

    9. ME-rın hiss etmə istəyi ən çox narkotikdən asılılığı xatırladır – ME-dan alınmayan “sınmalar” başdan-başa “ağrılı” ola bilər, yəni çöx güclü NE-nan müşayiət oluna bilər.

NE-ra batmış insana NQ-rın və ME-rın arasında aydın sərhədi çəkmək məhz ona görə çətindir ki, o, NQ-rı çox az hiss edir, ona görədə DYT-də əsas şivə məhz, açıq-aydın zəhərləyici, əziyyətci, arzu olunmayan NE-rın aradan qaldırılmasına yönəldilir. NE-rın azadlıq dərəcəsi gücləndikcə, ME-rın arasında təbəqələşmə başlanacaq – bəziləri aşkarça NE-rın arzu olunmayan oxşar-əshabəsi olacaq, başqaları onları zəhərli təbəqələşmədən təmizləyərək, və bu təmizləmə zamanı onlardan NQ-nın dəni üzə çıxaraq, onların hiss etməsini davam etdirmək istəyəcəklər. Bəzi ME-lar isə özü-özbaşina, aynalı NE-lar aradan qaldırılanda, gücsüz yoxa çıxır, məsələn həsədin aradan qaldırmasında, kam almağda yoxa çıxır.

NE-lar aradan qalxanda, NQ-lar heç vaxt yoxa çıxmır, əksinə - onların bütün keyfiyyətləri güclənir: a) əmələgəlməsinin sıxlığı, b) intensivlik, v) dərinlik (yəni çalarların qədəri), q) kəskinlik ( bitişik qavramalardan ayrılıq dərəcəsi, “aydınlıq”) və d) rezonanslıq ( bir NQ-nın izharı birdən bütöv bir başqa NQ-rın dəstəsinin şıppıltısına gətirən xususiyyətdə əhatə olunmuşdur).

NQ-nın ME-dan daha bir fərqi ondan ibarətdir ki, ME-lar – onlar nə qədər intensiv olsalar da, - həmişə obyektiv- səmtlidir. Hətta güclü kam alması – müəyyən adama qarşı müəyyən səbəbin kam olmaq münasıbətidir. İntensivlik gücləşəndə, əsasən onların şurlu olan vaxtı, NQ-lar öz obyektsizliyinin göstərilməsinin təkraredilməz xususiyyətinə malik olurlar.

Vaşaq: “ ME-lar əmələ gələndə, qavramaların seçməsinə, özünə “ mən indi nə hiss edirəm” sualını verməyə istək yoxdur. Heç bir cəhdsiz fərqləndirmənən – mexanikidir və ya sevinclidir, onlar çoxalan yorğunluğ və zəhərlənmə ilə və ya əksinə müşayiət ollunurmu - yalnız əmələ gələn istəklərin həyata keçirilməsinin istəyi var. Nəticədə, labüddən NE-rın üzə çıxan situasiyaları əmələ gəlir, çünki qavramaların seçməsi yoxdusa, onda hansı istəklərin olmasında, onların neçin belə olmasında da aydınlıq yoxdur, mexaniki istəklərin aradan qaldırılmasının və axtarmağa başlamasının və sevinclilərin həyata keçirilməsinin istəyinin çıxmasının da imkanı yoxdur.

NQ-lar üzə çixanda, qavramaların seçmək istəyi güclənir və hər seçmənin gücü NQ-nan əsasən güclü rezonans yaratmağa başlayır.

ME-lar ağılın fəaliyyətini bloklaşdırırlar, yəni onlar düşüncə bacarığını, mümkün işıqlandırmaların müqayisəsini, işıqlandırmalara qarşı münasibətdə aydınlığa nail olmaq istəyini boğurlar. ME-da insan çoxlu mümkün işıqlandırmalardan birisini, onun o birisilərdən daha əsaslandırıcı olduğuna görə yox, onun ME-rın hiss etməsinin davam etməsinə daha çox uyğun gəlməsinə görə seçir. Bununla belə, hətta ən ağılkəsməz görünən sıxışdırmalar və sün’i davranışlar baş verə bilər. Hərdən bu hətta, insanın ME-rın dışarısında əmələ gəlməsinin imkanını ani hesablaya və qaça bilən, təhlükəli situasiyanın əmələ gəlməsinə gətirə bilər.

“ Psixi xəstəlik” deyilən bir termin var. Vərdişsiz olan hər şeyi onunla ifadə edirlər. Çilpaq gəzirsən – xəstəsən. Çapıqda çimirsən – xəstəsən. NE-rı aradan qaldırırsan – xəstəsən. Ərə getmək istəmirsən – xəstəsən. Valideyinlərini istəmirsən – tamamilə xəstəsən! Mən başqa bir təyin təklif edirəm – psixi ağılca o adam xəstədir ki, hansıki bəzi fikirləri, emosiyaları, istəkləri hiss etmək istəmir, amma hiss edir. Əgər sən NE-rı hiss etmək istəmirsənsə, amma hiss edirsənsə, deməli sən ağılca xəstəsən, və bundaki aydınlıq şəfalığa yolun, yəni NE-dan qurtarmasına, axtarması istəyini möhkəmləndirir.

NE-rın açıq aradan qaldırılmasında əsas bir mürəkkəblik – öz mülkiyyəti kimi, “ayrılmaz hissəsi” kimi, onların səhv işıqlandırmasıdır, və nə qədər insan yiyələnmə arzusuna həvəslidirsə, o qədər güclü əzablar kimi olan hətta belə mülkiyyətdən xilas olmaq istəmək mürəkkəbdir, ontan artıq ki, o, NE-rın tutmasından sonra, ME-rın tutmasının hiss etməsinə arxalanır. İntəhası, əgər sən NE-rı aradan qaldırırsansa, onda qorxular və peşmanlığlar az-az yoxa çıxır, onların uyğunsuzluğu aydın olur, axı NE-rın aradan qaldırılması nəticəsində NQ-rın qığılcımları güclənir, və hər belə bir qığılcım dilemmanı – ya birisini, ya ayrısını - aydın işıqlandırır. Tərəzinin bir tərəfində - NE-lar, o biri tərəfində - NQ-ra toxunmanın heyrəti.

NQ-lar – şəxsin ayrılmaz tərkib hissəsi deyil, bu yalnız şışdır. Tez-tez “xüsusi keyfiyyətlər” adlandırılan şeydən danışırlar, bununla belə nəzərdə tutulur ki, bu keyfiyyətlər –hər şeydən sərbəst olan bizə aid olan şeydir, anadan gələn şeydir və ya ölücəsinə tərbiyə ilə möhkəmlənmiş şeydir, və əgər korrekturaya uyursa, onda lap kiçik ölçü daxilində. “Mən belə bədhövsəliyəm” deyərək, görsətirlər ki, bu elə “xüsusi keyfiyyətdir”, “xasiyyətin xassəsidir” Bununla belə nəzərdə tutulur ki, qıcıqlanma labüddən müəyyən şəraitlərdə baş verir, yəni, NE-lar və şəraitlər arasında hansısa bərk və davamlı “əlaqə” fikrə gəlir. Ondan başqa, adı şişdən fərqlənən, aradan qaldırmağın və ya bəcərməyinin mümküni olan, bu “keyfiyyətin”hansısa başqa bir “təbiəti” fikirə gəlir. Bütün anoloji “keyfiyyətlər” – NE-rın hiss etməsinin dərindən canına işləmiş vərdişlərdir. Heç cür “əlaqələr” yoxdur – sadəcə, dəyişilməsi mümkün olan, vərdış var.

Əgər sən təsbit edirsən ki, bütün NE-lar aradan qaldırılır, və ya NE-lar indi yoxdur, və eyni zamanda parlaq NQ-larda lap indi yoxdur, onda bu deməkdir ki, hal-hazırda sən neqativ fon (NF) hiss edirsən. Neqativ fon – çox zəif intensivliyi olan həmin NE-dır, onlar sanki NE-rın “dibli” təbəqəsi kimi “yaxılmışlar”. Onların ifadəli şıppıltıları yoxdur, və belə şıppıltı əmələ gələndə, bu hələ adi NE-dır, və NE-rın boş yerdə əmələ gəlməməsindən, sənin lap indi hiss etdiyin, NF şəklində qidalı təbəqə olmasından, çox vaxt sən zənn etməyə bilərsən. NF vaxtda çox uzanıb, o, saatlarla, günlərlə, aylarla, bütün həyat boyu uzana bilər. Belə dərindən vərdişə keçmiş NF-nu bilmək asan deyil. Bunun üçün təcrübədə ortağının məsləhətindən istifadə etmək məqsədəuyğundur, belə ki, NE-rın, NEH-lın və NF-nun aradan qaldırılmasında təcrübəsi olan adam, səninlə möhkəm eyniləşdirilmiş NF barəsində dəlalət edən təzahürü səndə görə bilər. Əgər belə imkan yoxdursa, onda diqqəti gücləndirmək, NF-nun aşkar etməsinin müxtəlif təcrübələri istifadə etmək lazımdır. Emosional pardağın təcrübəsi effektivdir( aşağıda bax). Və ya fikirləri seçmək və müşahidə eləmək olar – hansılarla NF-nun daha çox aydın rezonansı əmələ gəlir, və axırda NF-nu aşkar etməyə izin verəcək. Bu gələcəyə inamsızlığın həyəcanlılığı, uşağa görə qorxu, valideynlərin qarşısında qorxu, başqa adamların tərəfindən qiymətlənmənin qorxusu, təvazölülük, boz hali hiss etməsinin vərdişi –hər adamda bir şey ola bilər.

Nurlu fon (“NF”) NF-na analoji olaraq müəyyənləşdirirlir.

“Neqativ dominant” kimi termin daxil edək. Tez-tez adamlar NE-dan xeyli azad olduqları barəsində danışırlar, hətta bəziləri isə bəyan edirlər ki, onlar NE-rı və NF-nu saatlarla, hətta günlərlə hiss etmirlər. Bununla belə görünür ki, o, NE-la və NF-la elə dolub ki, onun bütün üzü əyilib, bədəni gərgindir, elə ki məəttəl qalırsan – bunu o özü axı necə görmür? Neqativ dominant – sənin elə vərdiş olduğun NE-lar və NF-dur ki, sən həyatını onların dışarısında nəinki təsəvvür eləyə bilmirsən, fəqət hətta onların daimə hiss etməsini görmürsən! Təkrar edirəm - əgər sən hal-hazırda bütün NE-dan azad olsaydın, onda elə həmin an sən parlaq, davamlı NQ-lar hiss edərdin, və əgər onlar yoxdursa – deməli, indi NE-lar və ya NF və ya NEH , məhz – negativ dominant var.

Təcrübə haqqinda danışıqlarda dayanma, elə indi azadlığa görə gerçək mübarizəni başla. Mübarızə elə! Nə qədər bununla yaşamaq olar? Bəli, NE-rı aradan qaldırmaq çox asan deyil, bəs onlarla yaşamaq - asandır? NE-rı aradan qaldırmağa başlamaq - ən birinci addımdır. Əgər sən bu addımı atmamısansa, deməli sən heç nə eləməmisən, və sənin qabağında hər şey bağlıdır. Birinci addımı atmağa nə qədər vaxt sərf etmək lazımdır? Qarşıda NQ-nın böyük bir açıqlığı var, sən isə bu zəhərlə ədəb satırsan...Özünü dağın başına hücum edən alpinist kimi təsəvvür elə. Bu asan bir dağın başı deyil. Özlərini müəllim, ziyalı, usta adlandıran çox adamlar var, amma sən heç olmasa NE-dan azad olan bir adam görmüsənmi? Bu dağ başı çox az adam tərəfindən fəth edilir, amma onun çətin olması üçün yox, yalnız ona görə ki, heç kim bu məsələni öz qabağına qoymır. Heç kim NE-rı düzgün güc ilə aradan qaldırmır, hamısı dolanbac yollar axtarırlar, BQD – duruşlar, mantrılar. Bütün qətiyyətini, əzmkarlığını, həyata eşqini topla - əgər bu məsələ həll olunmayacaqsa, onda səni əhatə edən bütün insanların bəxti səni də gözləyir. NE-rın fiziki təzahürü olmuş, qarılara bax – səni belə həyat qane eləyir? Spazmatik dərəcədə NE-dan və dərrakəsizliyindən ME-ra, dahada böyük NE-ra və dahada böyük dərrakəsizliyə qaçan, boş baxışlı cavanlara bax. Bütün gümanlarını çoxdan itirmiş, üzlərində NE-rın arasıkəsilməz maskası olan, 30-40-cı illərin adamlarına bax. Sən bunlara bənzəmək istəyirsən? Əgər istəmirsənsə - onda mübarizə elə. Özünü amazonka, terminator, alpinist, ifritə təsəvvür elə - sənə gücün yüksək gərginliyi lazım gələcək, və xəyali “işıqlı gələcək” xatırına yox, növbəti NE-nı aradan qaldırıb, lap indi hiss etdiyin NQ-rın təəssüratı xatırına. Hər addımın ardınca – azadlığın yeni dərəcəsi, hər gün – anlamanın, NQ-rın yenı şıppıltıları, həyat arasıkəsilməz yaradıcılığa və bu yaradıcılıqdan alınan həzzə dönür.

Sənin evinin girişində köşklər var. Bu köşklərdə ­­- qarılar və qocalar var. Yanlarında – uşaqlar, yeniyetmələr var. Və bu pupsiklər, QAÇILMAZLIQCA, ifadə etmək üçün söz tapmağa çətin olan, bax BUNA dönəcəklər. Qarıların və qocaların gözlərinə bax. Sən BU olmaq istəyirsən?

NE-lar aradan qaldırılan tək, həmin anda NQ-rın qığılcımı var. Hətta əgər NE-dan lap az təmizlənəndə, aydın olur ki, azadlığa yol belə dəlicəsinə adidir! Yalnız kədərin bir neçə çeşidini aradan qaldırmaq və VƏSSALAM! Və sənin lap özünün içində yeni dünyanı açan kəskin, dərin təəssüratlarda heyrətamiz səyahət başlanılır. Sən uzaqdan cəlbedici bir şeyə baxmırsan, sən özün həzz, kəşf, səyahət olursan.

NE-rın qaysağı dalında NQ-rı hiss etmək, onları yaratmaq və uydurmaq mümkün deyil – onlar ya təzahür olunurlar ya da olmurlar, amma mən onların hiss etməsini istəyə bilərəm. Sən “kədərdən” nə qədər azadsansa, NQ-rın hiss etmək istəyi o qədər güclüdür (aşağıda bax), və o, sirli bir tərzdə NQ-rın təzahürünü yaxınlaşdırır, və əgər istək çox güclüdürsə, o öz keyfiyyətini dəyişir, və mən onu “səy” adlandırıram, və onda NQ-lar birdən əmələ gəlir. Birinci bu, heç bir təcrübə ilə əlaqəsi olmayan kimi əmələ gələn, qısa şıppıltılardır. Sonra NQ-rın dərinliyinin və gücünün asılılığı səylərin səmimiliyindən və intensivliyindən daha aydın təzahür ediləcək. Tüstünün dumanı incələnəndə, gün baxır. NQ-lar – statik hallar deyil. Onları hiss edərək, sən özün heyrətamiz dünyalara yol olursan.

NE-rın aradan qaldırmasına və bunda əzmkar məşqlərin başlanğıcına çox ciddi maneə - cəmiyyətin reaksiyasıdır. Neqativ reaksiya. Aqresiv-neqativ reaksiya. Səni əhatə edən adamlar – sənin qohumların, tanışların, internet konfranslardaki “ezoteriklər” – hamısı, böyük ehtimal ilə, NE-rın aradan qaldırma amalına öz qəsbkarlıqlarını izhar edəcəklər, uzun-uzadı bunun mümkün olmaması, qeyri-təbii olması, dəhşətli psixi xəstəliklərinə gətirməsi və sair şeylər barəsində danışacaqlar. Bu qaydadan Rusiyada istisnalar olur, amma çox az. Sənin qohumların və dostların, sənin diqqətini itirmək qorxusundan və ya dostluğdan, hər şeydə səninlə razılaşa bilərlər, amma sənin NE-rın və doqmatik konsepsiyaların aradan qadırılması təcrübəsi nə qədər ardıcıl olacaqsa, o qədər onların buna qarşı əsl münasıbəti aydın olacaq. Çox vaxt hədə-qorxu və fiziki zorlama ilə müşayiət olunan, NE-rın aradan qaldırılmasına belə yekdil aqresiv-neqativ münasibət, sənin qətiyyətini ciddi silkəliyə bilər. Özünü vakuumda hiss edərək, təcrübəyə başlıyanlardan çoxusu təslim olurlar və NE-da bütün həyatını cürütənlərin sırasına qoşulurlar. Bu sənin seçimindir – qərar sənindir.

Öyrənişli qavramalar təzahür olunanda, əgər NE-rın hissəsi belə onlarda yüksəkdırsə də, əgər onları hiss etməmək istəyi varsa da , sən “komfort duyğusu” hiss edirsən. Düzgün yolun təcrübəsi ilə məşğul olmağa və bir qavramanı o birilərinə dəyişdirməyə başlayanda, NQ-rın hissəsinin az-az böyüməsinə baxmayaraq, “komfortsuzluq düyğusu” əmələ gələcək. NQ-rın dolğunluğunun bəzi səviyyəsindən başlayaraq, qavramaların əvəzetməsində olan komfortsuzluq qabaqcadan düşünməyə, arzuya, heyrətə və sair NQ-ra yer verir. Təcrübənin dışarısında saat təəssüratların az-çox hamar silsiləsi kimi xatırlanır. Səyin saatı – maneələrlə toqquşması ilə, onların üstün gəlməsi ilə, kəşfi ilə dolu olan, cəngəlliyin ortasından keçmək kimidir. Beləcə, təcrübənin erkən dövrlərində, NQ-rın az-az təzahüri olanda, təcrübəçi, komfort duyğusunun varlığını, onun öyrənişli kədərdə “yatmasının” ehtimalını, əsas kimi istifadə eləyə bilər. Kiməsə belə həyat dəhşətli gələ bilər – sənin qonşu-qarına səyyahın həyatı dəhşətli ağılsızlıq və mazoxizm görünən kimi.



NE-lar xərçəngvari şişə bənzərdilər. Məsələn, özünə yazıqlıq (ÖZY) hiss edən adam, öz əlləri ilə əzmkarcasına öz həyatını dağıdır, axı ona acısınlar, diqqət görsətsinlər, arxayınlaşdırsınlar deyə (məhz bunu o çox istəyir), səbəb olmalıdır, ayrı “bədbəxtliklə” ayrılmalıdır. Öz bədbəxtliyini tansınmaq üçün, təfərrüatlar lazımdır, və çox sayda – onda o, işin biliyi ilə və hətta üstünlük duyğusu ilə, öz “əzablarının” “sirliliyinə” başqalarını ithaf edəcək. Çempion qovhaqovunda irəliləyən, “tal’e tərəfindən nişanlanmış” cəfakeşin haləsini, xüsusi əhəmiyyətlik hissini möhkəmləndirərək, öz üstünə asır.

ÖZY-ğa (“ÖZYh”) meylli olan insanda, xərçəngvari şişə bənzər, istəklərin cəmi əmələ gəlir: “qanıqaralığa” gətirən, həmin çıxış onun üçün daha istəkli olur, axı o, nə qədər NE-lar və əzablar hiss edirsə, o qədər çox o öz ÖZY-nı və XVH-ni dəstəkləyəcək, başqa adamlardan yazıqlığı, və yazıqlığdan meydana gələn, davranışları da, tələb eləyən (qazanan) bədbəxt adamların ranqlar haqqında olan cədvəlində, o qədər yüksək pilləni tutacaq. “Bədbəxtlik” (gerçək və xəyali) onun, diqqətə və xidmətlərə dəyişdirilmiş, əmlakı, malı olur. Nəticədə, zəif-(məqsədə)yönlü davranışlarına(“zmd”) və müəyyən-(məqsədə)yönlü davranışlarına(“mmd”) əsaslanaraq, ÖZYh-sı öz həyatını öz əlləri ilə dağıtmağa başlayır. ZMD-lar – “bu baş verir”, “mən bunu eləyirəm” kimi fikirlərlə müşayiət olunan davranışlardır, amma əgər adamdan soruşsan və ya o özü sual versəki “bunu mən eləyirəmmi”, “bu baş verirmi”, onda o “yox” cavab verəcək, yəni dərrakəli aydınlığı sıxışdırır. MMD-da adam elədiyinən razılaşır.

Поделитесь с Вашими друзьями:


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə