A.M.MƏHƏRRƏMOV, A.İ.İSMİYEV,
M.N.MƏHƏRRƏMOV
ÜZVİ BİRLƏŞMƏLƏRİN
ADLANDIRILMASI
(Ali məktəblər üçün dərs vəsaiti)
Azərbaycan Respublikası Təhsil Nazirli-
yinin 17.06.2009-cu il tarixli 721 nöm-
rəli əmri ilə təsdiq edilmişdir.
BAKI - 2009
2
UOT 547 H 811
ELMİ REDAKTORU: k.e.d., professor M.N.Məhərrəmov
RƏYÇİLƏR:
k.e.d., professor İ.M.Əhmədov
k.e.d., professor M.Ə.Rüstəmov
A.M.Məhərrəməv, A.İ.İsmiyev, M.N.Məhərrəmov.
Üzvi birləşmələrin adlandırılması (ali məktəblər üçün
dərs vəsaiti). Bakı: 2009, 130 səh.
Dərs vəsaiti üzvi maddələrin əsas siniflərinin müasir no-
menklaturasının əsaslarını və istifadə qaydalarını əhatə edir.
Bununla yanaşı vəsaitdə üzvi birləşmələrin trivial və səmərəli
adları da öz əksini tarmışdır. Vəsait üzvi kimyanın ümumi kur-
sunu öyrənən, kurs və buraxılış işini yerinə yetirən tələbələr
üçün nəzərdə tutulmuşdur, lakin ondan magistrlər, aspirantlar,
müəllimlər və elmi işçilər də istifadə edə bilərlər.
3
Nomenklaturaların tipləri
Hər bir kimyaçının peşəkar dilinin vacib hissəsini mad-
dələrin dəqiq adları təşkil edir. Bu səbəbdən, maddələrin adlan-
dırılma qaydalarını, başqa sözlə nomenklaturanı bilmək kim-
yanı öyrənənlər üçün birinci dərəcəli vəzifədir. Nomenklatura-
nın məqsədi maddələrin quruluşuna əsaslanan standart, sistema-
tik adlandırılma qaydalarını qəbul etməkdən ibarətdir. İzomeri-
ya hadisəsinin genış yayıldığı üzvi maddələr üçün bu tələblərə
cavab verən nomenklaturanın yaradılması o qədər də asan mə-
sələ deyildir.
Üzvi kimyanın inkişafının ilk dövrlərində maddələrə ve-
rilən trivial (adi, qədim) adlar onların alındığı mənbənin, sintez
edildiyi üsulun və sintez edən alimin adı ilə bağlı olurdu. Mə-
sələn, çaxır spirti, sirkə-, qarışqa-, üzüm-, limon- və süd turşu-
ları, sulfat efiri, piroüzüm turşusu, Qrinyar reaktivi, Mixler ke-
tonu və s. Bəzən maddələr iyinə, dadına və rənginə görə adlan-
dırılmışdır. Məsələn, yod yunanca “bənövşəyi”, qliserin yunan-
ca “şirin”, fosgen yunanca “işıq yaradan”, piperin latınca “pi-
per niqrum” – qara bibər deməkdir. Trivial adlar maddənin
kimyəvi quruluşunu əks etdirmir, lakin bəzi, xüsusən mürəkkəb
quruluşlu təbii birləşmələrin trivial adları indinin özündə də
sadəlik xatirinə geniş istifadə olunur.
İlk kimyəvi nomenklatura layihəsini A.L.Lavuazenin baş-
çılıığı ilə Paris Elmlər Akademiyasının Komissiyası hazırlamış-
dır. Bu nomenklatura maddəyə onun tərkibinə uyğun və asan
tələffüz olunan ad verməyi məsləhət görürdü. Sonralar yeni no-
menklaturalar qəbul edilərkən bu iki prinsipdən istifadə edil-
mişdir.
XIX əsrin 60-cı illərində yaranan səmərəli (rasional, la-
tınca ratio – şüur sözündəndir) nomenklatura ilə üzvi maddə
onun aid olduğu sinfin sadə quruluşlu nümayəndəsinin törəməsi
kimi adlandırılmışdır. Məsələn, bu nomenklatura ilə alkinlər
asetilendə (HC≡CH), spirtlər isə ən sadə spirt olan karbinolda
4
(CH
3
OH) hidrogen atomlarının radikallarla əvəzlənmə məhsul-
ları kimi adlandırılır:
C
2
H
5
- C
C - CH
3
CH
3
- CH - OH
CH
3
Metiletilasetilen
Dimetilkarbinol
Səmərəli adlandırma üsulu indinin özündə də geniş isti-
fadə olunur, lakin üzvi maddənin quruluşu mürəkkəbləşdikcə
səmərəli
nomenklaturanın imkanlarının məhdudluğu üzə çıxır.
1892-ci ildə Cenevrə kimya konqresində 62 qaydadan
ibarət üzvi maddələrin quruluşunu əks etdirən ilk sistematik
nomenklatura
qəbul edildi. 1930-cu ildə isə Nəzəri və Tətbiqi
Kimyanın Beynəlxalq İttifaqının
(ingiliscə tərcüməsinin baş
hərfləri ilə İUPAC ) Lyej konqresində Cenevrə nomenklatura-
sına
əlavələr edilmişdir. Hazırda, Cenevrə və Ljej nomenklatu-
raları ancaq tarixi əhəmiyyət kəsb edir və onalarla tanışlıq üçün
oxuculara aşağıdakı mənbəni məsləhət görərdik: Справочник
химика, изд. “ Химия”, т.2 , 1964, стр. 283-303.
1947-ci il London Konqresində yaradılan işçi komissiyası
üzvi maddələrin sistematik nomenklaturasının yeni variantının
hazırlanması üzərində işə başlayır. Bu istiqamətdə on illərlə da-
vam edən fəaliyyətin nəticəsi kimi üzvi maddələrin bütün sinif-
lərini əhatə edən və hazırda adlandırmada üzvi kimyaçıların
rəhbər tutduğu 500 səhifəlik “mavi kitab”da toplanan İUPAC
nomenklaturası
qəbul olunmuşdur. Bu nomenklatura üzvi
maddələrin adlandırılmasında bir neçə üsuldan istifadə olun-
masına icazə verir. Bu üsullar aşağıdakılardır:
1. Additiv
4. Konyuktiv
2. Subraktiv
5. Radikal-funksional
3. a-Nomeklatura
6. Əvəzedici
Additiv
üsulla maddənin adı müəssis quruluş və ona bir-
ləşən atomların adından yaranır:
5
O
4H
+
naftalin
1,2,3,4-tetrahidronaftalin
+ O
stirol
stiroloksid
Subraktiv
üsulla üzvi maddə müəssis quruluş və ondan ay-
rılmış atomlar qrupunu göstərən sözönlərindən istifadə edilməklə
adlandırılır. Dehidro – hidrogen atomunun, dezoksi – oksigen
atomunun, anhidro – su molekulunun, nor – atsiklik karbon
atomlarının molekuldan ayrıldığını göstərən sözönləridir:
O
OH
HO
H
HO
CH
2
OH
O
O
H
HO
CH
2
OH
O
O
O
L-askorbin t-su
L-Dehidroaskorbin t-su
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
H
H
H
xolestan
1
2
3
7
8
9
10
11
12
13
14
15
16
18
19
20
21
22
23
24
25
H
H
H
26,27-dinorxolestan
5
4
6
17
6
a-Nomeklaturadan
müəssis quruluşunda karbon atomla-
rından biri və ya bir neçəsi heteroatomla əvəzlənmış birləş-
mələrin adlandırılmasında istifadə olunur. Heteroatomlar mad-
dənin ümumi adında digər funksional qrupların adlarından son-
ra “oksa”, “tia”, “aza”, “fosfa“ və s. sözönləri ilə göstərilir:
CH
3
-CH
2
- O - CH
2
- O - CH
2
OH
HOCH
2
- O - CH
2
- S - CH
2
- S - CH
2
OH
CH
3
-CH
2
- S - CH
2
- NH - CH
2
-S- CHCl - CH
2
Br
2,4-Dioksaheksanol-1
6-Oksa-2,4-ditiaheptandiol -1,7
1
2
3
4
5
6
7
1
2
3
4
5
6
1
2
3
4
5
6
7
8
1-Brom-2-xlor-3,7-ditia-5-azanonan
9
Konyuktiv
üsulda maddənin ümumi adı onun əsas tərkib
hissələrinin adlarının birləşməsindən alınır. Əsas tərkib hissə-
ləri kimi adətən iki komponent - tsiklik quruluş və üstün funk-
sional qruplu açıq zəncir seçilir. Digər funksional qrupların və-
ziyyəti yunan hərfləri ilə göstərilir:
CH
3
CH
2
OH
CH
2
C
H
2
HOCH
2
CH
2
OH
N
CH
3
CH
2
COOH
Cl
N
CH
2
CHCOOH
Cl
+ 2
Tsiklopentan-1,2-dietanol
Etanol
Tsiklopentan
+
+
Xinolin
Propion t-su
Xlor
3-Xinolil-
α-xlorpropion t-su
1
2
3
1
2
3
Radikal-funksional
üsulla üzvi maddə adının əvvəlində
əlifba sırası ilə radikalların adları, sonda isə birləşmənin aid ol-
duğu sinfin (keton, spirt, amin, efir, halogenli törəmələr və s.)
7
adı göstərilir:
CH
3
CH
2
CH
2
OH
CH
3
-NH - C
2
H
5
HOCH
2
CH
2
- C - CH
3
O
O
O
O
Cl
Cl
n-propil spirti
metiletilamin
2-Hidroksietilmetilketon
Bis(3-xlortetrahidropiranil-2)efiri
Əvəzedici üsul
üzvi maddələrin adlandırılmasında ən çox
istifadə olunan üsuldur. Bu üsulla üzvi maddəni adlandırmaq
üçün əvvəlcə müəssis quruluş seçilir, sonra müəssis quruluşla
əlaqəli olan xarakterik qruplar arasında üstün və ya kiçik olanı
müəyyən edilir və sonda 1-ci cədvəldə verilən ardıcıllıqla üzvi
maddənin adı tərtib edilir:
Cədvəl 1
Əvəzedici üsulla adlandırmada
üzvi maddənin adının tərkib hissələri
Maddə adının söz önü
və ya prefiksi
Maddə adının kök
hissəsi
Maddə adının səkilçisi və
ya suffiksi
Yan alkil radikalla-
rının, kiçik xarakterik
qrupların nömrələri və
əlifba (ingilis) sırası
ilə adları
Əsas açıq zəncirin,
tsiklik və ya hete-
rotsiklik sistemin
(müəssis qurulu-
şun) adı
Doymuşluq
dərəcəsi
(-an, -en,
-in)
Üstün
xarakterik
qrupun adı
Müəssis quruluş
(ingiliscə parent compound) kimi
doymamış rabitələr də daxil olmaqla açıq quruluşlu karbon
zənciri, tsiklik və ya heterotsiklik sistem seçilir. Müəssis quru-
luşu təşkil edən atomlar müəyyən qayda ilə nömrələnir və bu
8
zaman müəssis quruluşla əlaqəli əvəzləyici qruplarıın aldıqları
nömrələrə lokantlar deyilir. Lokantlar əksər hallarda rəqəmlə
göstərilir, lakin bəzi hallarda lokant kimi yunan hərflərindən (α,
β, γ, δ
və s.) istifadə olunur.
Xarakterik qruplar
üzvi maddələrin tərkibində olub on-
ların bu və ya digər sinfə aid olmasını və xassələrini müəyyən
edən atom və ya atom qruplarıdır. Bu qruplar 2 yerə bölünür:
1. Funksional qruplar.
2. Qeyri-funksional əvəzedicilər.
Əksər halda üzvi maddələrin molekulunda bir neçə eyni
və ya müxtəlif xarakterik qrup olur. Məsələn,
CH
3
- CH - COOH
OH
C
2
H
5
OOC - CH
2
- C N
hidroksil qrupu
karboksil qrupu
nitril qrupu
etoksikarbonil qrupu
Cədvəl 1
-də qeyd etdik ki, molekulda bir neçə müxtəlif
xarakterik qrup olduqda, üstün qrupun adı maddənin ümumi
adının suffiksində, kiçik qrupun adı isə prefiksdə(söz önü) iş-
lənir. IUPAC qaydaları xarakterik qrupların üstünlüyü sırasını
qəbul etmişdir və bu sıra 2-ci cədvəldə verilir. Cədvəlin şərhi
ilə əlaqədar ilk növbədə qeyd etməliyik ki, qrupların üstünlüyü
yuxarıdan aşağıya doğru azalır. Cədvəlin sonunda verilmiş
qeyri-funksional əvəzedicilərin adları maddə adının ancaq söz
önündə işlənir. Cədvəldə bəzi qrupların karbon atomları mötəri-
zəyə alınmış şəkildə verilmişdir. Bu həmin karbonunun müəssis
quruluşun atomlarının ümumi sayına daxil olduğunu göstərir:
9
Cədvəl 2
Xarakterik qrupların adları
S
n/n
Birləşmə sinfi, funksional
qrup
Qrupun prefiksdə
(söz önündə) adı
Qrupun
suffiksdə adı
1.
Kationlar
-onio
-onium
2. Karbon
turşuları
- COOH
karboksi- ...karbon
turşusu
- ( C ) OOH
−−−−−−−−−−−− ...turşusu
3. Turşu peroksidləri
-C(=O)OOH
peroksi- ...peroksi-
karbon turşusu
4. Tiokarbon
turşuları
- C(S) OH
tiooksi- -tion
turşusu
- C(S)SH
ditioksi- -dition
turşusu
5. Sulfo
turşular
SO
3
H
sulfo- -sulfon
turşusu
6. Sulfin
turşuları
SO
2
H
sulfino- -sulfin
turşusu
7. Mürəkkəb efirlər
- COOR
alkoksikarbonil
(R oksikarbonil)
R ... karboksilat
- (C ) OOR
−−−−−−−−−−−− R...
oat
8. Halogenanhidridlər
O= C - X
X = F,Cl
flüorformil-
xlorformil-
bromformil-
yodformil-
karbonil X
9. Amidlər
- (C)ONH
2
karbamoil- -karboks-amid
- (C)ONH
2
karbamoil- -amid
10. Hidrazidlər
- CONH
2
karbohidrazido-
-karboksi-
hidrazid
- (C)ONH -NH
2
hidrazido- -hidrazid
10
Cədvəl 2-nin davamı
S
n/n
Birləşmə sinfi, funksional
qrup
Qrupun prefiksdə
(söz önündə) adı
Qrupun
suffiksdə adı
11.
İmidlər
O= C =NH
karbimido- -karbimid
O= (C) =NH
imido- -imid
12. Amidinlər
RC (=NH)-NH
2
karbamidoil- karboks-amidin
R(C) (=NH)-NH
2
amidino- -amidin
13. Nitrillər
- C N
siano- -karbonitril
- (C)
N
−−−−−−−−−−−− -nitril
14. Aldehidlər
- CHO
formil- -karbalde-hid
- (C)HO
okso- -al
15. Tioaldehidlər
- CHS
tioformil- -tiokarbal-
dehid-
16. Ketonlar
>C=O
okso- -on
17. Tioketonlar
(C) S
tiokso- -tion
18. Spirtlər və fenollar
-OH
hidroksi- -ol
19. Tiollar
-SH
merkapto- -tiol
20. Hidroperoksidlər
-O-OH
hidroperoksi- -hidroperoksid
21. Aminlər
- NH
2
, -NHR, -NR
3
amino- -amin
22.
İminlər
N - R
imino- -imin
11
Cədvəl 2-nin davamı
S
n/n
Birləşmə sinfi, funksional
qrup
Qrupun prefiksdə
(söz önündə) adı
Qrupun
suffiksdə adı
23. Hidrazinlər
-NH-NH
2
hidrazino- -hidrazin
24. Hidrazonlar
N - NH
2
hidrazono- -hidrazon
Qeyri-funksional
əvəzedicilər
Prefiksdə Suffiksdə
Halogenli
törəmələr
-F -Cl -Br -J
flüor-, xlor-,
brom-, yod-
−−−−−−−−−−−
Nitrozo
birləşmələr
-NO
nitrozo-
−−−−−−−−−−−
Nitro
birləşmələr
-NO
2
nitro-
−−−−−−−−−−−
Diazo-birləşmələr-N≡N diazo-
−−−−−−−−−−
Sulfidlər
SR
R ...tio-
−−−−−−−−−
Sadə efirlər
OR
R...oksi-
−−−−−−−−−
Peroksidlər R...dioksi-
-peroksid
Əsas anlayışlarla tanışlıqdan sonra adlandırmanın necə
edildiyini konkret misal üzərində göstərək. Verilən birləşmədə
müəssis quruluş, üstün və kiçik qruplar müəyyən edildikdən
sonra, cədvəl 1-də göstərdiyimiz ardıcıllıqla maddənin adını
tərtib etmək çətinlik yaratmır:
Müəssis quruluş
SH
CH
3
CH
2
CH
2
CHCH
2
CHCH
2
-C -H
O
CH
2
Br
1
2
3
4
5
6
7
8
цстцн qrup
kiçik qruplar
12
Aldehid qrupunun karbon atomu müəssis quruluşun atom-
larının umumi sayına daxil edildiyindən o ümumi adda -al suf-
fiksi ilə göstərilir:
PREFİKSDƏ KÖK
HİSSƏDƏ SUFFİKSDƏ
5-Brommetil-3-merkapto- oktan al
Əgər aldehid karbonu karbonların ümumi sayına daxil
edilməzsə, maddənin adı yeni müəssis quruluş və suffiksə görə
başqa cür adlanmalıdır:
SH
CH
3
CH
2
CH
2
CHCH
2
CHCH
2
-C -H
O
CH
2
Br
1
2
3
4
5
6
7
PREFİKSDƏ KÖK
HİSSƏDƏ SUFFİKSDƏ
4-brommetil-2-merkapto- heptan karbaldehid
Doymuş və doymamış karbohidrogenlər
Doymuş karbohidrogenlərə ilk ümumi adı Henri Vatts
vermişdir. O, kimyəvi cəhətcə az fəal olan doymuş karbohid-
rogenləri parafinlər adlandırmışdır ( latınca parrum affinis - az
fəaliyyətli deməkdir). Müasir elmi ədəbiyyatda doymuş karbo-
hidrogenlər alkanlar adlandırılır. Alkanların molekulundakı
bütün rabitələr təkqat σ-rabitələrdir, onların ümumi formulu
C
n
H
2n+2
-dir. Homoloji sıranın ilk dörd üzvü – metan, etan, pro-
pan
və butanın adları tarixən yaranmışdır.
Doymamış karbohidrogenlərə molekulunda ikiqat (C=C)
və üçqat(C≡C) rabitələr olan birləşmələr aid edilir.
Alkenlər
– molekulunda bir ikiqat rabitə (C=C), ümumi
13
formulu isə C
n
H
2n
olan karbohidrogenlərdir. Alkenlərin homo-
loji sırasının ilk nümayəndəsi etilendir. Etileni ilk dəfə Qutri
olefin
(”yağ doğuran qaz”) adlandırmışdır. Hazırda olefin sözü
etilen sırası karbohidrogenlərinə verilən digər ümumi ad kimi
istifadə edilir.
Dienlər
– molekulunda iki ikiqat rabitə (C=C), umumi
formulu isə C
n
H
2n-2
olan karbohidrogenlərdir. Dienlərin ən sadə
nümayəndəsi allendir (H
2
C=C=CH
2
).
Alkinlər
–molekulunda bir üçqat rabitə (C≡C), umumi
formulu isə C
n
H
2n-2
olan karbohidrogenlərdir. Alkinlərin homo-
loji sırasının ilk nümayəndəsi asetilendir (HC≡CH). Adı latınca
asetum
-sirkə sözündəndir.
Səmərəli nomenklatura
ilə alkanlar metanın törəmələri
baxımından adlandırılır. Bu zaman daha çox şaxəli karbon ato-
mu metanın qalığı hesab olunur və alkanın adı həmin karbonla
əlaqəli alkil radikallarının sadədən mürəkkəbə doğru adlarının
sonuna metan sözü əlavə etməklə düzəldilir. Molekulda bir
neçə eyni alkil radikalı olduqda onların sayını göstərən di-, tri-,
tetra-
və s. sözönlərindən istifadə edilir.
CH
3
- CH -CH
2
- C - CH
2
-CH
2
-CH
3
CH
3
CH
3
CH
3
Dimetilpropilizobutilmetan
Səmərəli nomenklaturada alkil radikallarının adlarının xü-
susi əhəmiyyət kəsb etdiyini nəzərə alaraq, ən çox istifadə edi-
lən doymuş və doymamış radikalların adları və açıq quruluşları
3-
cü və 4-cü cədvəllərdə göstərilmişdir. Səmərəli nomenklatura
ilə alkenlər etilenin, alkinlər isə asetilenin törəmələri kimi
adlandırılır.
14
Dostları ilə paylaş: |