Kommunikasiya prosesində əsasən 4 element iştirak edir:
1) İdeyanı beyində generasiya edən;
2) İnformasiyanı ötürən;
3) İnformasiyanı alan;
4) Ötürmə vasitəsi olan kanal.
I halda-informasiyanı müxtəlif mənbələrdən toplayaraq ötürən şəxs olmalıdır (ideyanı generasiya edən).
II halda-müxtəlif rəmzlərin köməyi ilə kodlaşdırılan informasiya olmalıdır.
III halda-ötürmə vasitəsi olan kanal seçilməlidir.
IV halda isə-alan şəxs,yəni qəbul edən şəxs olmalıdır.
Kommunikasiya prosesi mərhələli şəkildə aşağıdakı kimi baş verir:
1) İdeya yaranır;
2) İdeya kodlaşdırılır;
3) Göndərlimə vastəsi seçilir və ötürülmə baş verir.
4) Dekodlaşdırma (kodun açılması)
Təşkilatın öz məqsədinə çatması üçün effektiv kommunikasiyanın öz rolu vardır.Çünki kommunikasiya prosesinin cəhdi 50%-i uğurlu olur,50%-i isə yarı yolda itirilir.Kommunikativ maneələr,təşkilatda kommunikasiya prosesinin effek-tivliyini aşağı salır.Hər bir təşkilatda kommunikasiyanın aşağıdakı növləri fərqlən-dirilir: