Kommunikasiya və idarəetmə qərarlarının işlənib hazırlanması və reallaşdırılma-sı idarəetmə prosesində funksiya rolunu oynayır.
İnvestisiya şaquli kommunikasiya çərçivəsində təşkilat daxilində bir səviyyədən digər səviyyəyə keçir. O get-gedə əksinə başqa sözlə yuxarı səviyyədən aşağı səviyyəyə verilə bilər. Bu zaman tabeçilikdə olan idarəetmə səviyyəsinə cari vəzifələr konkret tapşırıqlar tövsiyyə edilən prosedurlar və s. haqqında məlumatlar verilir.
Get-gedə azalan informasiya mübadiləsindən başqa təşkilatın artan (yüksələn) kommunikasiyaya da ehtiyacı vardır. Aşağı idarəetmə səviyyəsindən informasiyanın yuxarı idarəetmə səviyyəsinə verilməsi əmək məhsuldarlığına hiss olunacaq dərəcədə təsir göstərir. Yüksələn kommunikasiya həmçinin aşağı idarəetmə səviyyələrində işlərin yerinə yetirildiyi haqqında yuxarıları məlumatlandırmaq funksiyalarını yerinə yetirir. Yüksələn kommunikasiyadan son idarəçilik inkovasiyası istehsal problemlərinin müzakirəsi və həlli və ya tələbatın müzakirəsi üçün müntəzəm toplaşan fəhlələrdən ibarət qrupların yaradılmasıdır. Yüksələn informasiya mübadiləsi adətən hesabat , təşkilat və izah verici qeydlər formasında həyata keçirilir.
Şəxslərarası informasiya mübadiləsi prosesinin və ünsiyyət
üsullarının, təkmilləşdirilməsi metodlarını bilmək sizin idarəçilik
fəaliyyətinizin effektliyinin artmasına kömək etməlidir. Lakin
şəxslərarası təmasların tamamlanması üçün menecer təşkilatda
informasiya mübadiləsi yolunda duran maneələr və belə mübadilənin
təkmilləşdirilməsi haqqında təsəvvürə malik olmalıdır. Təşkilati
kommunikasiyadakı maneələr sırasına aşağıdakıları aid etmək olar:
Məlumatın təhrif olunması. Təşkilat daxilindəki informasiyanın
yuxarı və aşağı hərəkəti zamanı məlumatın mahiyyəti müəyyən
dərəcədə təhrif olunur. Belə təhrifolunma bir sıra səbəblərlə şərtlənə
bilər:
-
gözlənilməyən - şəxslərarası təmaslardakı çətinliklər -
məlumat verilməsindəki ixtilaflar (razılaşmamalar) - menecer
məlumatı elə modifıkasiya edir ki, mənanın (məqsədin)
dəyişməsi onun maraqların uyğun olur;
-
fıltirasiya nəticəsində - idarə edicilərdən hər hansı biri
məlumatla razı olmadıqda və onu öz maraqlarına uyğun
olaraq motifikasiya etdikdə informasiyanın düşünülmüş
şəkildə təhrif olunması baş verir;
-
təşkilati səviyyələrin statuslarının uyğun gəlməməsi.
İnformasiya ilə həddən artıq yüklənmə. Bildirişdəki
informasiya zəruri olandan çox olduqda onun artıqlığı yaranır (məsələn
məlumatdakı hər söz təkrar olunur).
Təşkilatın qevri-qənaətbaxş (yarıtmaz) quruluşu. Bu maneənin
aradan
qaldırılmasına
təşkilatdakı
kommunikasiyanın
təkmilləşdirilməsi üzrə aşağıdakı tədbirləri həyata keçirmək yolu ilə nail
olunur.
1.
İnformasiya potokunun tənzim edilməsilə. Bunun üçün rəhbər
aşağıdakıları etməlidir:
-
şəxsi tələbatlarını öz rəislərinə, həmkarlarına və tabeçiliyində
olanlara təqdim etməlidir (çatdırmalıdır);
-
özünün həmçinin təşkilatın digər informasiya istehlakçılarının
informasiyaya olan tələbatını kəmiyyət və keyfiyyətcə
qiymətləndirməlidir.
2.
İdarəçilik davranışı ilə.
3.
Əks əlaqə sistemi ilə.
4.
Təkliflər toplamaq sistemi ilə.
5.
İnformasiya bülleteni ilə.
408
Toşkilati kommunikasiya
6.
Müasir informasiya texnologiyası ilə.
Kommunikasiyada üç problem sahəsini fərqləndirirlər. Geniş
mənada kommunikasiyaya münasibətdə üç .səviyyədə problemlər
mövcuddur. Fikrimizcə onların aşağıdakı ardıcıllığı daha əsaslandırılmış
hesab olunur.
A səviyyəsi. Kommunikasiya simvolları nə qədər dəqiq verilə
bilər? (texniki problem).
B səviyyəsi. Arzu edilən məqsədi bu simvollar nə dərəcədə dəqiq
ifadə edir? (semantiq problem).
C səviyyəsi. Alınmış məlumat obyektin davranışını hansı
dərəcədə istiqamətləndirir? (cffektlilik problemi).
Səmərəli kommunikasiya şəbəkəsi təşkilati kommunikasiyanın
təkmilləşdirilməsinə kömək edir. Qrupdakı və ya təşkilatdakı iş və
insanların qarşılıqlı asılılıqlarının xarakteri kommunikasiya şəbəkəsinin
tipini müəyyən edir.
Kommunikasiya şəbəkəsi. İki fərd və ya təşkilat arasındakı
kommunikasiya xəttini kommunikasiya kanalı adlandırırlar. Məsələn, A
- B o, deməkdir ki, A və B arasında kommunikasiya vardır. Belə ki, bu
cür təsvir kommunikasiyanın istiqamətini açmır. Ona görə də istiqaməti
müəyyən etmək üçün ox işarəsi tətbiq edilir. Belə, A ^ B onu
göstərəcəkdir ki, kommunikasiya yalnız A-dan B-yə doğru həyata
keçirilir. Bir neçə obyekt birlikdə bir neçə kanalla əlaqələndirildikdə
kommunikasiya şəbəkəsi formalaşır. Kommunikasiya şəbəkəsi fərdlər
arasında, həmçinin ali rəhbərlik və hər bir istehsal vahidləri arasında
əlaqə yaradır. Burada insanın əsəb sistemi fəaliyyəti ilə analogiya
görmək olar. Baş beyin hüceyrələri əsəb sisteminin köməyi ilə insan
bədənin bütün toxumaları ilə hər bir orqanı əlaqələndirir. Hər bir əsəb (və
ya kanal) xüsusi işin yerinə yetirilməsi üçün nəzərdə tutulub. Onlardan
biri məlumatı beyinə verir, digəri isə əksinə beyindən verir. Beyin
informasiyanı alır və qiymətləndirir, sonra isə cavab göndərir. Hərçənd
mühafizəkar qərarların əhəmiyyətli bir hissəsi əsəb sisteminin digər
hissəsində, məsələn, əsəb qovşağında qəbul edilir.
Kommunikasiya şəbəkəsi -- bu informasiya potokunun köməyi ilə
bu prosesdə iştirak edən fərdlərin müəyyən şəkildə birləşdirilməsidir.
Belə yanaşma fərdlərə deyil, onlar arasındakı kommunikasiya
münasibətlərinə baxır. Kommunikasiya şəbəkəsi müraciət potokunu və
ya iki və daha çox fərd arasındakı siqnalları özündə birləşdirir; o,
müraciət əhəmiyyət və ya məna verilməsinə nə dərəcədə nail olunmasına
deyil, təşkilatda bu potok nümunələrinin
409
Mcnccmcntdo kommunikasiya
İşlənib hazırlanmasına əsaslanır, həmçinin müraciət edilən (göndərilən)
və alınan qiymət arasındakı fərqin azalması və ya çoxalmasına təsir
göstərir
Rəhbər informasiya potokuna həm təşkilat daxil'Mdəki və həm də
onun xaricindəki bir çox müxtəlif insanları birləşdirməlidir. Rəhbərin
yaratdığı şəbəkə şaquli, "ıfüqı və dioqnal əlaqələrdən təşkil olunur.
Şaquli əlaqə rəisdən tabeçilikdə olanlara yönələn rəhbərlik xətti üzrə
qurulur. Üfüqi t»laqələr eyni .səviyyəli ı'ərdlər və ya təşkilatın bölmələri
arasında həyata keçiriliı: müavinlər arasında; şöbə rəisləri arasında;
tabeçilikdə olanlar arasında. Dioqnal əlaqələr -- bu digər rəislər və digər
tabeçilikdə olanlar ara'^ındakı əlaqədir. Bu əlaqələr şəbəkəsi təşkilatın
real strukturunu yaradır.
Aşağıdakı şəkildə beş nəfərdən ibarət olan qrup üçün
kommuniktisiya şəbəkəsi tə.şvir olunmuşdur (şəkil 4).
Şəkil 11.4-də verilən bütün kommunikasiya şəbəkələrinə nəzər
saldıqda belə bir sual meydana çıxır ki, bu şəbəkələrdən .əansı yaxŞidır.
Ekspertmentlər göstərir ki, sadə problemlərin həlli üçün «çarx» modeli
etibarlıdır. «Hamı hamı ilə» (all-çhannel; şəbəkəsi yaxşı mənəvi mühit
və uyğunlaşa bilmə şərait yaradır, ’'əsişən işçi qrupları kimi təşkilati
forma təklif edən R.Laykert hamı harp’ ilə» tipli şəbəkə təklif edir. Onun
fikrincə bu işçi qruplarındakı fikir mübadiləsini stimullaşdırır Belə
şəbəkədən (əgər sədr təkid etmirsə ki, bütün əlaqələr onun vasitəsi ilə
olsun) adətən komitələrdə istifadə edilir.
«Çarxda»kı A elementi qrupun fəaliyyətini koordinasiya etmək
nöqteyi-nəzərindən ən yaxşı mövqeni tutmuş olur Bu /aman qrupun işi A
elementinin formal səlahiyyətlərindən asılıdır. Bəzən fıltir rolunda çıxış
edən A qrup üzvləri arasında mövqelərin bölüşdürülməsinə də təsir
göstərir. Əgər A-da olduqca böyük .sayda kanallar kəsişirsə o, həddən
artıq yüklənmiş olur. Problemin həlli ideyaların qarşılıqlı
mübadiləsindən və daimi əks əlaqədən asılı olduğu hallarda «dairə»
özünü doğruıtmur.
Fərz edək ki. marketinq məsələləri üzrə direktora marketinq
strategiyasını işləyib hazırlamaq lazımdır (şəkil 11.5). Han .ı
kommunikasiya şəbəkəsi qəbul edilməlidir?
Burada «hamı hamı ilə» daha məqbul ola bilər, çünki, iştirakçılar
zən'»‘i olduqda öz ideyalarını bütün qrupla müzakirə edə bilərlər. Bu isə
ideyanın hərtərəfli yoxlanmasını təmin cd;> və münaqişələrin aradan
qaldırılmasına kömək edə bilər. Əksinə, əgər marketinq məsələləri üzrə
direktor yalnız satış üzrə illik müşavirə
Dostları ilə paylaş: |