-sonuncu mübahisədə 2 rəhbərin mübahisəsinin ətraflı şərhi;
-işdən sonra kimi kimə görüş təyin edir.
Bundan başqa verbal kommunikasiya dedikdə-bilavasitə sözlərin iştirak etdiyi in-formasiya başa düşülür.Verbal sözü-latın dilindən tərcümədə “söz” deməkdir.
Qeyri-verbal kommunikasiya dedikdə isə-sözlər istisna olmaqla digər üzvlərin (simvolların) iştirak etdiyi informasiya mübadiləsi başa düşülür.
Kommunikasiyanın məqsədləri müəssisənin məqsədlərinin reallaşdırılmasını təmin etməlidir. Kommunikasiyanın əsas iştirakçıları informasiyanı göndərən və onu alandı. Müraciət və informasiyanın yayılması vasitələri kommuniksiyanın alətidir. Kodlaşdırma, kodun açılması, cavab reaksiyası əksrabitə kommunikasiya modelinin funksional təşkiledicilərdir. Göndərən xəbəri göndərən tərəfdir. Kodlaşdırma fikirlərin simvollar formasında təsvir olunması prosesidir. Kodlar ideyanı alıcı üçün anlaşıqlı olan dildə keçirən simvollardır. Kodlar kimi şifahi və yazılı nitqin sözlərindən vizual təsvirlərdən və onların hərəkətindən, səslərdən (melodiyalar, informasiya, səsin tempi), rəngdən (parlaq, boğuq) və jestlərdən istifadə oluna bilər.