5-Transformatorlar. Transformatorlar güc və ölçü transformatorlarına ayrılırlar



Yüklə 12,74 Kb.
tarix15.01.2022
ölçüsü12,74 Kb.
#51313
dgfbx


1-Elektrik enerjisinin istehsalı, ötürülməsi, paylanması və təlabatı üçün lazım olan qurğular toplusunun öz aralarında müxtəlif sxemlər vasitəsi ilə birləşməsi elektrik dövrəsini əmələ gətirir.

2-Elektrik dövrəsi, elektrik enejisi mənbəyindən, təlabatçılardan (elektrik enerjisi qəbuledicilərindən), nəzarət ölçü cihazlarından (ampermetr, voltmetr, vatmetr, və s.), açarlardan və onları birləşdirən naqillərdən ibarət qapalı sistemdir. Bunlardan əlavə elektrik dövrəsinə transformatorlar, mühərriklər, düzləndiricilər və s. daxil olur. Elektrik dövrəsinə daxil olan bütün avadanlıqlar onun elementləri adlanır.

3-Ən sadə elektrik dövrəsi: mənbədən; işlədicidən və birləşdirici naqillərdən ibarətdir.Əgər bu elementlərdən hər hansı biri olmazsa,onda sadə elektrik dövrəsi yaranmaz. Ən sadə elektrik dövrəsi dedikdə bir ədəd e.h.q mənbəyi olan dövrə başa düşülür.

4-elktrik enerjisi istehsal etməyən, lakin bu enerjinin tələb olunan müxtəlif parametrli (gərginlik, cərəyan və s.) enerjiyə çevrilməsinə xidmət edən qurğular (düzləndiricilər, invertorlar, transformatorlar və s.) iknci dərəcəli mənbələr adlanır.

5-Transformatorlar. Transformatorlar güc və ölçü transformatorlarına ayrılırlar.

6-Güc transformatorları güc qurğularını (məsələn, işıqlanma şəbəkəsini, zavodların elektrik avadanlıqlarını, mühərrikləri və s.) qidalandırmaq üçün nəzərdə tutulublar.  Tezliyi və gücü dəyişmədən dəyişən cərəyan gərginliyini br qiymətdən başqa bir qiymətə çevirmək üçün nəzərdə tutulmuş elektromaqnit elektrostatik aparat transformator adlanır.



7-Ölçü transformatorları –ölçü cihazlarının yüksək gərginlikli elektrik dövrələrinə qoşulmasını təmin etmək, onların izolyasiyasını və xidməti heyyəti yüksək gərginlikdən mühafizə etmək üçün nəzərdə tutulublar. Ölçü transformatorları iki növ olur: gərginlik və cərəyan ölçü transformatorları. Şəkil a)-da gərginlik və cərəyan ölçü transformatorlarının dövrəyə qoşulma sxemi, şəkil b)-də gərginlik ölçü transformatorunun maqnit dövrəsi, şəkil v)-də isə cərəyan ölçü transformatorunun maqnit dövrəsi göstərilmişdir.
Yüklə 12,74 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin