50. Abstraktdan konkrentə keçid metodu (orta) Nəzəri metodlara aşağıdakıları aid etmək olar


Orta kvadratik kənara çıxmada orta səhv



Yüklə 53,19 Kb.
səhifə3/3
tarix25.04.2023
ölçüsü53,19 Kb.
#102080
1   2   3
50-75

Orta kvadratik kənara çıxmada orta səhv aşağıdakı düsturda təyin edilir:

Tekce bu var idi 69dan da yaza bilersiz bura.

71. Elmi məqalələrin dərc olunmasına hazırlanması (asan)
Elmi məqalə - müasir ədəbiyyat elminin şərh formalarından biridir. Məqalə elmi fikir forması kimi mətbuatla bağlıdır. Monoqrafiyadan kiçik olması məqalədə elm müəllifinin və yazıçı yaradıcılığının müxtəlif baxımlarını araşdırmağa imkan verir.
Məqalə çox vaxt böyük tədqiqatın bir hissəsi kimi də çap etdirilə bilər. Məqalənin şəkillərindən biri də əsərdir. Elmi əsər əsasən bədii dildə, emosional formasında yaradılan ədəbi tənqidin bir formasıdır. Elmi məqalələrdə mənbələrin göstərilməsi tələb edilir, lakin bəzən dissertasiya müdafiəsi ilə bağlı olmadıqda buna əməl edilmir.
Məqalə jurnalistikanın əsas janrlarından biridir. Məqalənin məğzini konkret faktdan daha çox geniş problemli situasiya təşkil edir. Məqalə çox vaxt problemin ümumi qoyuluşundan başlayır, ardınca mövzunun inkişafı ilə davam edir. Tədqiqatçının məharəti oxucuya hansısa məsələni çatdıra bilməyindədir. Bunun üçün isə yalnız fakt azlıq edir. Mövzunun hərtərəfli təhlil, hadisələri kompleks şəkildə analiz etmək vacibdir. Şəxsi təcrübə və problemin düzgün təhlili tədqiqatçıya həmin problemin həllini tapmağa kömək edir.
72. Elmi materialları dərc etmək üçün jurnallar necə seçilir (orta)
Nəşr olunacaq məqalələrin mövzusu seçiləcək jurnalın istiqaməti ilə uyğun olmalıdır.
Nüfuzlu elmi jurnallarda buraxılan məqalələr ciddi mənbə kimi qəbul olunur.
Elmi icmalarda da iki fasiləsiz proses gedir. Bunlardan ümumi elmin səmərəliliyini xarakterizə edən balans mövcuddur. Bir tərəfdən tədqiqatçılar öz məqalələrini dərc etmək üçün jurnal seçir, digər tərəfdən də reaksiyada mövzusu daha keyfiyyətli və uyğun gələn elmi materialı seçib jurnalda dərc etmələrinə çalışırlar. Digər tərəfdən jurnallar öz aralarında elmi məqalələr üçün, həmçinin tədqiqatçılar isə dövrü mətbuatda bir sıra yerlər üçün rəqabətə girirlər. Belə ki, resurslar, yəni məqalələr və jurnalların həcmi sonsuz olmur, eləcə də hər bir iştirakçıların rəqabət səviyyəsinə görə mövqeyi müəyyən bir səviyyədə sabitləşdirilir. Belə ki, heç də hər bir jurnal öz daimi oxucu auditoriyası ilə yüksək səviyyədə olmur. Bu məqaləni yazan tərəfindən müəllif - jurnal əlaqələri nəzərdən keçirilir.
Aydındır ki, tədqiqatın nəticələrinin nəşr edilməsi və ya ədəbiyyatın nəzərdən keçirilməsi (oxunması) həmişə müəyyən bir oxucu qrupu üçün nəzərdə tutulmalıdır. Hər iki halda nəşr üçün seçilmiş məqalələrin və mənbənin öz xüsusiyyətləri olur. Buna görə, jurnalın düzgün seçilməsi çox vacibdir. Əgər məqalənin nəşr olunması üçün jurnal düzgün seçilməzsə o halda nəşri nəzərdə tutulmuş əsər geniş oxucu kütləsinin, ali cəmiyyətin, təbəqənin gözündən yayınmış olar.

73. Tədqiqatın nəticələrinin nəşr edilməsi (asan)


Aydındır ki, tədqiqatın nəticələrinin nəşr edilməsi və ya ədəbiyyatın nəzərdən keçirilməsi (oxunması) həmişə müəyyən bir oxucu qrupu üçün nəzərdə tutulmalıdır. Hər iki halda nəşr üçün seçilmiş məqalələrin və mənbənin öz xüsusiyyətləri olur. Buna görə, jurnalın düzgün seçilməsi çox vacibdir. Əgər məqalənin nəşr olunması üçün jurnal düzgün seçilməzsə o halda nəşri nəzərdə tutulmuş əsər geniş oxucu kütləsinin, ali cəmiyyətin, təbəqənin gözündən yayınmış olar. Lakin yaxşı halda məqalənin redaksiya tərəfindən qəbul edilməməsidir. Onda müəllif öz məqaləsinin nəşri üçün daha uyğun olan jurnal axtaracaq və seçmə şansı qazanacaqdır.
Elmi nəşr - alimin işinin əsas nəticəsidir. Elmi materiallarını dərc etdirərkən, müəllif elmi ictimaiyyətə öz tədqiqat, təhlil və nəticələrini təqdim etmiş olur. Amma görülmüş iş barəsində əlavə məlumat çatdırmaq üçün nəşriyyatın başqa funksiyası da var. Belə ki, nəçriyyat müəllifin və ya bir qrup müəllifin xüsusi elmi problemlərinin həllində əldə etdikləri prioritetləri təyin edir.
Elmi əsərlərin bir çox növləri - tezislər, elmi məqalələr, monoqrafiyalar, metodiki işlər və başqa növləri var. Bunlardan ən əhəmiyyətlisi məqalələr sayılır. Bütün bu elmi əsər növlərinin hamısı xüsusi dövrü nəşrlərlə dərc edilə bilər. Elmi məqalənin digərləri isə öz həcmlərinin böyüklüyünə görə çox az-az nəşr olunurlar.

74. Məqalənin standart quruluşa malik olması


Adətən eksperimental tədqiqatlar əsasında tərtib olunan məqalələr aşağıdakı standart quruluş formasında hazırlanır:
- Giriş
- Materialların təsviri və iş metodları
- Təcrübi işlərin, eksperimentlərin aparılması və alınmış nəticələr
- Müzakirə (alınmış təcrübi nəticələrin həlli) və yekun nəticələr
- Ədəbiyyat siyahısı
Giriş öyrənilən problemin aktuallığını göstərir. Məqalənin bu hissəsində giriş informasiyanı vermək, aydınlaşdırmaq, nəyə görə tədqiqat aparılmışdır və bir fərziyyə formalaşdırmaq lazımdır. Bundan əlavə, bu hissədə əvvəlki tədqiqatdan xülasə verməyin zərəri olmaz hesab olunur. Eyni zamanda bu hissədə tədqiqatlarda istifadə olunan metodlar qeyd olunmalıdır. Metodoloji hissənin yazılması ona görə vacib hesab edilir ki, digər tədqiqatçılardan təcrübəni təkrarlamaq istəyən olduqda eksperiment yenidən aparmaq imkanları olsun. Ona görə də eksperimentin yenidən keçirilə bilinməsi imkanının olması üçün metodikanın şərhi vacib şərtlərdəndir. Göstəricilərin olduğu bölmədə icazə verilən və verilməyən metodların qeyd olunması mütləqdir.
Əgər məqalə məlum olan yüksək ixtisaslı mütəxəssislərin və ya geniş oxucular auditoriyası üçün nəzərdə tutulursa, onda nəşr istifadə metodları və metodikasının tam təsviri verilməlidir. Əks halda metodoloji bölmədə mümkün qədər daha ətraflı məlumat olmalıdır.

75. Məqalənin hazırlanması və məntiqi bitirilməsi (asan)



Materiallar və metodlar yazılandan sonra tədqiqatın necə aparılması və alınmış nəticələri şərh olunmalıdır. Bu məqalənin əsas hissəsidir. o özündə çoxlu sayda qrafiklər, illüstrasiyalar, şəkillər, cədvəllər saxlayır, hansı ki ona imkan verir ki, tədqiqatdan toplanılmış materialları (məlumatı) yığcam formada göstərsin. Fikir vermək lazımdır ki, istifadə olunan illüstrasiyalar mətni dublikat etməsin. Cədvəllərin və şəkillərin izahatını vermək mətn üçün mütləqdir. Öz növbəsində, illüstrasiya materialının qeydi nəşrin daxili qaydaları ilə tənzimlənir, hər bir jurnal üçün fərdidir. Tədqiqatın nəticələri kağız üzərinə köçürüldükdən sonra oxucuya tədqiqat işi izah edilmiş hesab olunur. Belə ki, nəşr edilmiş materialda oxucu onların nə demək olduğunu və dəqiqliyi haqqında məlumat verilir.
Nəticələrin hazırlanması ilə məqaləni bitirmək olar. Lakin iş tamamlanmamış olduqda, məqalənin sonunda eyni zamanda gələcək tədqiqatlar üçün görüləcək işin mənasını aydınlaşdırmaq da mütləq lazımdır. Bu zaman iki cür variant ola bilər. Belə ki, nəticələr gələcək tədqiqatlar üçün bu istiqamətdə irəliləyişin (tədqiqatların davam etdirilməsinin) mənasız olması aydın olmalıdır. Yadda saxlamaq lazımdır ki, elmdə mənfi nəticə olmur. Hər hansı tədqiqat - bu xüsusi fərziyyələrin yoxlanılmasıdır. Bu normaldır ki, bir neçə fərziyyələr öz təsdiqini tapmır. Nə qədər ki, alim öz səhvini tez etiraf edərsə, bir o qədər tədqiqatçı nəticəsiz tədqiqata az vaxt sərf etmiş olur.
Yüklə 53,19 Kb.

Dostları ilə paylaş:
1   2   3




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin