Dərman vasitəsinin
istifadəsi üzrə təlimat
(xəstələr üçün)
K-ALMA 50mq kapsullar
™
K-ALMA
™
Tərkibi
Təsiredici maddələr: hər kapsulda 50 mq tramadol hidroxlorid vardır.
Köməkçi maddələr: mikrokristallik sellüloza, natrium nişasta qlikolyatı, kolloidli silisium 4-oksid,
maqnezium
stearat, talk.
Farmakoterapevtik qrupu
Analgetik. Opioid.
Farmakoloji xassələri
Baş və onurğa beynində, o cümlədən MBT-də nosiseptiv sistemin afferent liflərinin pre- və postsinaptik
membranlarında opioid reseptorları (mü-, delta- və kappa-) aktivləşdirir, kalium və kalsium kanallarının
açılmasına şərait yaradır, membran hiperpolyarizasiyasını yaradır və sinir impulslarının ötürülməsini
tormozlayır. Katexolaminlərin parçalanmasını ləngidir və MSS-də onların miqdarını stabilləşdirir. Analgetik
təsiri orqanizmin nosiseptiv sisteminin aktivliyinin aşağı düşməsi və antinosiseptiv sisteminin aktivliyinin
yüksəlməsi ilə bağlıdır. Daxilə qəbulundan sonra tez və tam sorulur (90%). HEB-i və digər histohematik
baryerləri, o cümlədən plasentar baryeri keçir, südə ifraz olunur. Biotransformasiya qaraciyərdə CYP2D6 və
CYP3A4 izofermentlərinin iştirakı ilə N- və О-demetilləşmə yolu ilə baş verir. Əsasən böyrəklər (90%, onun
da 30%-i dəyişilməmiş halda) və
bağısaqlarla (10%-ə yaxın) xaric olunur.