58 qaynaq iŞLƏRİNİN Əsaslari əl-qövs qaynağı üçün avadanlıqlar və onlara xidmət edilməsi qaydaları



Yüklə 443,1 Kb.
səhifə4/7
tarix22.06.2020
ölçüsü443,1 Kb.
#31899
1   2   3   4   5   6   7
45 Qaynaq


5. Müxtəlif uzunluqda tikişlərin qaynaq edilməsi

Tikişlər uzunluğuna görə 3 qrupa ayrılır:

– 250-300 mm uzunluqda – qısaölçülü tikişlər.

– 300-1000 mm uzunluqda – ortaölçülü tikişlər.

– 1000 mm və daha uzun – uzunölçülü tikişlər.

Qısaölçülü tikişləri başlanğıcdan axıra qədər bir istiqamətdə qaynaq edirlər.



Şək.31. Qısaölçülü tikişlərin bir istiqamətdə qaynaq edilməsi



 

Ortaölçülü tikişləri hissələrlə qaynaq edirlər.



Şək.32. Ortaölçülü tikişlərin qaynaq edilməsi

 

Belə olduqda sahələrin uzunluğu elə götürülür ki, bu sahəni bütöv elektrodla qaynaq etmək mümkün olsun. Sahələrin qaynağına tikişin ortasından başlayaraq uclara tərəf, ya da əks pillə üsulu ilə tikişin bir ucundan o biri ucuna tərəf davam etdirirlər.



Rezervuarqayırmada, gəmiqayırmada və müxtəlif tutumlar hazırlanmasında geniş tətbiq olunan uzunölçülü tikişləri əks pillə üsulu ilə hissə-hissə qaynaq edirlər.

Şək.33. Uzunölçülü tikişlərin qaynaq edilməsi



 

Çox qalın metalın qaynağı. Çoxqatlı tikişlərin “təpə” və ya “kaskad üsulu” ilə qaynağı məsləhətdir. “Təpə” üsulu ilə qaynaq etdikdə uzunluğu 200-300 mm olan sahədə birinci qatı qaynaqlayırlar. Sonra birinci qatı posadan, qəlpələrdən, sıçrantılardan təmizləyərək uzunluğu, birinci qatdan 2 dəfə artıq olan ikinci qatı qaynaq edirlər. Daha sonra ikinci qatın əvvəllindən 200-300 mm məsafədən başlayaraq üçüncü qatı qaynaqlayırlar. Beləliklə, mərkəzi “Təpə”dən hər iki tərəfə qısa tikişlər qoymaqla qaynağı başa çatdırırlar.




Şək.34. Uzunölçülü çoxqatlı tikişlərin “təpə” üsulu ilə qaynaq edilməsi

“Təpə” üsulunun başqa bir növü olan “kaskad” üsulu 20-25 mm-dən qalın təbəqəni qaynaq etmək üçün tətbiq edilir.



 


Şək.35. Uzunölçülü çoxqatlı tikişlərin “kaskad” üsulu ilə qaynağı. 1-6 tikişlərin icra ardıcıllıgı

 

Şaquli, üfüqi və tavan tikişlərin qaynağı. Şaquli tikişləri iki üsulla qaynaq edilir: aşağıdan yuxarıya və yuxarıdan aşağıya. Tikişi aşağıdan yuxarıya usulla qaynaq etdikdə qövsü ti-kişin ən aşağı nöqtəsində təsirləndirir, ərimiş metal vannası əmələ gətirdikdən sonra elektrodu azacıq yuxarıya və yan tərəfə hərəkət etdirirlər. Qövs əsas metala yönəldilməlidir. Ərimiş metal, elektrodu yuxarıya hərəkət etdirdikdə bərkiyərək rəfə oxşar çıxıntı əmələ gətirir. Bu çıxıntı elektrodu yuxarı hərəkət etdirəndə növbəti metal ərintisini saxlamağa imkan verir. Elektrodu yuxarıya hərəkət etdirərkən üfüqə nəzərən 40-45° bucaq altında tutmaq lazımdır.




Şək.36. Şaquli tikişlərin qaynaq edilməsi

 

Yuxarıdan aşağıya doğru üsulu ilə qaynaq etdikdə qövsü tikişin ən yuxarı nöqtəsində təsirləndirir, elektrodu əvvəlcə perpendikulyar (1) vəziyyətdə, krater əmələ gəldikdən sonra isə maili vəziyyətdə (2) tuturlar.



Yuxarıdan aşağıya qaynaq üsulundan tilləri V və X-varı hazırlamaqla ancaq nazik metalı, həm də birinci tikiş qatında istifadə etmək məsləhətdir.

Üfüqi tikişləri qaynaq edərkən metalın daha az axması üçün ancaq üst təbəqənin tilini çəp hazırlayırlar. Qövsü alt tildə təsirləndirir (I), sonra qövsü üst təbəqənin tilinə keçirərək axan metal damcısını yuxarı qaldırırlar (II), üfüqi tikişləri eninə yuvarlaqlarla da qaynaq edirlər, bu zaman 1-ci tikiş yuvarlağını (tikişin kökünü) diametri 4 mm olan elektrodla, sonrakı yuvarlaqları isə diametri 5 mm olan elektrodla qaynaqlamaq lazımdır.




Şək.37. Üfüqi tikişlərin qaynaq edilməsi

 

Tavan tikişi daha çətin tikiş sayılır. Bu tikiş qısa qövslə qaynaqlanır. Tavan tikişində işlədilən elektrodların örtük qatı elektrod metalına nisbətən daha çətin əriyən olmalıdır.



Şək.38. Tavan tikişlərin qaynaq edilməsi

 

Belə olduqda, elektrodun örtük qatı qılaf əmələ gətirir və metal damcısını tutub saxlayır. Qaynaq prosesesində elektrodun ucunu vannadan gah uzaqlaşdırır, gah da vannaya yaxınlaşdırırlar. İstənilən fəza vəziyyətində qaynaq etmək üçün aşağıdakı elektrodlar işlədilə bilər:



OMA-2, OMA-5, O3Ц-1, ЦM-7, O3С-2, UONİİ-13.


Yüklə 443,1 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin