58 qaynaq iŞLƏRİNİN Əsaslari əl-qövs qaynağı üçün avadanlıqlar və onlara xidmət edilməsi qaydaları



Yüklə 443,1 Kb.
səhifə2/7
tarix22.06.2020
ölçüsü443,1 Kb.
#31899
1   2   3   4   5   6   7
45 Qaynaq


Qövsün yaranması, qövsün yanması. Elektrodun ucunu qaynaqlanan metala toxundurduqda, qay­naq dövrəsində qısa qapanma baş verir (a). Elektrodun metala toxunma nöqtəsində çox yük­sək sıxlığa malik olan cərəyan, ayrı-ayrı çıxıntılardan keçərək bunları ani sürətdə əridir. Nəticədə elektrodla metal arasında nazik maye metal pərdəsi yaranır (b). Sonra elektrod bir qədər aralanır və bu zaman maye metalda boyun (c) əmələ gəlir. Boyunda cərəyan sıxlığı və metalın tem­pe­raturu yüksəlir. Ərimiş metalın buxarlanması nəticəsində boyun qırılır, yaranan ara­boşluğundakı qaz və buxarlar ani olaraq ionlaşır, elektrodla metal arasında qaynaq qövsü yaranır (ç).

a)                                            b)                                ç)                                            c)

Şək.23. Qövsün yaranma sxem: 1 - elektrod; 2 - metal; 3 - qövs.

Qövsü iki üsulla yandırırlar: toxunma və kibrit üsulu ilə.



Şək.24. Qövs boşalmasının yandırılması sxemi



 

Qövsün volt-amper xarakteristikası. Qövsün yanma dayanıqlığı. Qövsdə gərginlik və cərəyan arasındakı asılılığı ğöstərən əyriyə qövsün volt-amper xarakteristikası deyilir. Bu xarakteristika qövsün müəyyənləşmiş yanmasına müvafiqdir.



 


Şək.25. Qövsün volt-amper xarakteristikası

 

A – nöqtəsi qövsün yaranma momentinə müvafiqdir. Qrafikdən göründüyü kimi, az cərəyanda (I sahə) qövsün xarakteristikası azalandır, yəni cərəyan yüksəldikcə qövsün gərginliyi azalır. Bu onunla əlaqədardır ki, cərəyan 80 A-ə qədər olduqda cərəyanın yüksəlməsi qövs sütunu en kəsiyi sahəsinin və qövsün elektrik keçiriciliyinin artmasına səbəb olur. Cərəyan 80-800 A qədər olduqda (II sahə) qövsün xarakteristikası sərt alınır (xətt üfüqidir), yəni cərəyan artdıqda və ya azaldıqda qövsün gərginliyi dəyişmir.



Cərəyan 800 A-dən yüksək olduqda qövsdə cərəyan sıxlığı o qədər artır ki, cərəyan ço-xaldıqca qövsün gərginliyi də yüksəlir. Bu onunla əlaqədardır ki, həmin şəraitdə katod ləkəsinin sahəsi daha arta bilmir, elektrodun en kəsiyi sahəsi kifayət etmir və qövs sütununun müqaviməti artır, yəni qövsün elektrik keçiriciliyi azalır. Artan xarakteristikalı qövslər flüs altında və mühafizəedici qazlarda qaynaq işində geniş istifadə olunur. Azkarbonlu poladı örtüklü elektrodla qaynaq edərkən I və II sahələrə aid qövslərin xarakteristikaları şəkildə göründüyü kimidir.


Şək.26. Qövsün volt-amper xarakteristikası

Yəni 1 əyrisi uzunluğu 2 mm olan qövsə, 2 əyrisi isə 5 mm olan qövsə aid­dir. Ştrixlənmiş 3 və 4 əyriləri III sahəyə aiddir. Bu əyrilər azkarbonlu poladı çox yüksək sıxlıqda, cərəyanla flüs altında qaynaq edərkən qövslərin xarakteristikalarını göstərir.

Qövsün yanma dayanıqlığı. Qövs rəvan, qırılmadan, təkrar yandırılma tələb olunmadan yanırsa, buna dayanıqlı qövs deyilir. Qövs qeyri-bəra­bər yanırsa, tez-tez qırılır və sönürsə, buna dayanıqsız qövs deyilir.

Qövsün dayanıqlığı bir çox səbəblərdən asılıdır: bunlardan ən əsası cərəyanın növü və              qütblüyü, elektrod örtüyünün tərkibi və qövsün uzunluğudur. Uzunluğu 4-5 mm olan örtüklü elektrodlar üçün qövsün normal uzunluğu 5-6 mm alınmalıdır. Buna qısa qövs deyilir. Belə qövs dayanıqlı yanır, qaynaq prosesinin normal getməsini təmin edir.

Uzunluğu 6 mm olan qövsə uzun qövs deyilir. Belə qövsdə elektrodun metalı qeyri-bərabər əriyir. Elektrodun ucundan axıb tökülən metal damcıları oksigenlə yüksək dərəcədə oksidləşir və havanın azotu ilə zənginləşir. Qaynaqlanmış metal məsaməli alınır. Qövs uzun olduqda məhsuldarlıq az alınır, metal daha çox sıçrayır, metalı əriməmiş və me-talı əsas qaynaqlanmamış yerlər daha çox alınır.

Sabit cərəyan qövsü. Dəyişən cərəyan qövsü. Maqnit üfürməsi. Sabit cərəyanla qaynaq etdikdə qövs düzünə və ya əksqütblü cərəyanla qidalandırıla bilər.

Düz qütblü cərəyanda cərəyan mənbəyinin mənfi qütbünü elektroda, əks qütblü cərəyanda isə qaynaqlanan məmulata birləşdirirlər. Kömür elektrodla qaynaq edərkən cərəyan düz qütblüdürsə, qövs daha asanlıqla təsirlənir və daha dayanıqlı yanır.

Əksqütblü cərəyan, qaynaqlanan məmulatda istiliyin ayrılmasını azaltmaq lazım gəldikdə tətbiq olunur. Sabit cərəyan dövrəsində qütblüyü müəyyən etmək üçün bir stəkan suda 0,5 çay qaşığı xörək duzu həll edir, dövrənin hər iki məftilini suya salaraq qaynaq cərəyanı qoşurlar. Qaz (hidrogen) qabarcıqları sürətlə ayrılan məftil mənfi, o biri isə müsbət olacaqdır. Məftillərin ucunda izolyasiyanı 1-2 sm uzunluqda təmizləyirlər. Qütbülüyü təyin etmək üçün xüsusi qütbgöstəricidən də istifadə edirlər.

Dəyişən cərəyan qövsündə cərəyan və gərginlik cərəyanın tezliyinə müvafiq olaraq də-yişəcəkdir. Dəyişən cərəyan qövsündə bir dövr ərzində gərginliyin və cərəyanın dəyişmə əyriləri aşağıdakı kimidir:



 

Şək.27. Dəyişən cərəyan qövsündə cərəyanın və gərginliyin dəyişməsi


Iq –qövs cərəyanı; Uq – qövsün yanma gərginliyi. Uyan və U¢yan – qövsün yandırılma gərginliyi hər yarım dövrdə Iq cərəyanı və qövsün Uq gərginliyi sıfırdan maksimal qiymətə qədər dəyişdiyi halda, həmin müddət ərzində qövs sütununun temperaturu və qövs aralığının ionlaşma dərəcəsi azalacaqdır. Bunun nəticəsində cərəyan sıfır qiymətindən (A) keçdikdən sonra qövsü təsirləndirmək üçün yüksək gərginlik qövsün normal Uq gərginliyindən artıq olan Uyan gərginliyi lazımdır. Dəyişən cərəyan qövsünün yanma dayanıqlığını artırmaq üçün elektrod örtüyünün və qaynaq flüsünün tərkibinə ionlaşma potensialı alçaq olan elementlər: kalium, natrium, kalsium əlavə edirlər. Bu elementlər cərəyan “O-A” qədər azaldıqdan və eyni vaxtda öz istiqamətini əksinə, dəyişdikdən sonra qövsün təsirlənməsini asanlaşdırır.

Maqnit üfürməsi: Qaynaqlanan metalın və qövsün ətrafında maqnit sahəsi yaranır. Bu sahə qövsün oxuna nisbətən qeyri-simmetrik yerləşərsə, elastik cərəyan keçirici olan qövsü yana əyə bilər ki, bu da, qaynağı çətinləşdirir.

Maqnit sahələrinin qövsü yanavermə təsirinə maqnit üfürməsi deyilir. Maqnit sahəsinin gücü cərəyanın kvadratı ilə mütənasibdir. Buna görə də, 300-400 A sabit cərəyanla qaynaq edərkən maqnit üfürməsi xüsusilə hiss olunur. Dəyişən cərəyanla örtüklü elektrodlarla flüs altında qaynaq edərkən maqnit üfürməsi sabit cərəyandan istifadə etməklə çılpaq və ya nazik örtüklü elektrodlarla işlədikdə olduğuna nisbətən xeyli zəif təsir edir. Qaynaq yerinin yaxınlığında polad (ferromaqnit) küt­lələrin olması, cərəyanın məmulata verilmə yeri, məmulatın forması, qaynaq birləşməsinin tipi, araboşluğun olması və digər bu kimi səbəblər də, maqnit üfürməsinin kəmiyyətinə təsir edir. Maqnit üfürməsi işə çox mane olduqda mümkündürsə, dəyişən cərəyanla qaynağa keçmək lazımdır.


Yüklə 443,1 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin