Mənbə: Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi



Yüklə 16,82 Kb.
Pdf görüntüsü
tarix23.02.2017
ölçüsü16,82 Kb.
#9500

Qaz təsərrüfatı: yanğın, partlayış, zəhərlənmə təhlükəsindən necə 

mühafizə olunmalı 

                                        

 

Mənbə: Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi  

Qaz təsərrüfatının   mövcud olduğu   sahələrdə yanğın, partlayış və zəhərlənmə 

kimi arzuolunmaz hallardan   mühafizə olmaq üçün mülkiyyət formasından asılı 

olmayaraq hər bir təşkilatın, həmçinin hər bir vətəndaşın bir sıra qaydalara, 

xüsusən də yanğın təhlükəsizliyi  qaydalarına  əməl etməsi zəruridir. Qaz 

təsərrüfatı ilə bağlı yanğın təhlükəsizliyi qaydalarına tikinti və quraşdırma 

işlərindən başlamaq lazımdır. Təyinatından asılı olmayaraq bina və qurğulara qaz 

kəməri çəkilərkən   kəmər binanın bünövrəsindən  binaya polad qılaf daxilində 

keçməlidir. Qılafın daxilində qaz kəmərinin birləşmə hissələri olmamalı, torpaqdan 

çıxdığı  yerdə isə zədədən mühafizə  edilməlidir. 

Qaz kəməri binanın üstündən çəkilərsə, kəmərin aşağı hissəsindən bina örtüyünə 

qədər məsafə ən azı 50 sm. olmalı, divar boyu çəkildiyi halda isə pəncərə və 

qapıların qarşısını kəsməməlidir.  Qaz kəmərinin balkon və pəncərə altından 

keçdiyi yerdə birləşmə   olmamalı, kəmər elektrik rozetkası və elektrik açarına 

qədər ən azı   50 sm. məsafədə olmalı, ventil -  əsas bağlayıcı açar binadan xaricdə 

quraşdırılmalıdır.  

Qaz kəməri elə çəkilməlidir ki, o  başqa otaqlara deyil, bilavasitə qaz işlədən 

qurğunun yerləşdiyi otağa daxil olsun. Bir sıra təhlükəli hallara şərait 

yaratdığından lift şaxtası, havadəyişmə şaxta və kanalları, eləcə də tüstü boruları 

ilə qaz kəmərinin çəkilməsi qadağan olunur.  

Təhlükəsizliyi təmin etmək üçün yaşayış binalarında  digər tələblər də yerinə 

yetirilməlidir. Birinci növbədə yaşayış binasının qaz kəməri polad borudan olmalı, 

suvaq altından deyil, açıq havada çəkilməlidir. Qazın pilitəyə verilməsində rezin 

şlanqlardan istifadə olunması qəti qadağandır. Qaz pilitəsi qurulan mətbəxin 

hündürlüyü 2,2 metrdən az olmamalı, mətbəxin pəncərəsi açıq nəfəslik və 

havadəyişmə kanalı ilə təmin  edilməlidir. 

Bu qaydaların pozulması ilə yanaşı bir sıra digər səbəblər  də yaşayış evlərində - 

məişətdə  yanğın baş verməsinə şərait yaradır. Məişətdə işlədilən qaz cihazlarından 



törənən yanğınların əsas səbəbi boru kəmərlərində, birləşmə qovşaqlarında kipliyin 

pozulması və qaz pilitələrinin odluqlarından qazın sızmasıdır.  Təbii qaz, eləcə də 

mayeləşdirilmiş balon qazı hava ilə birlikdə partlayış təhlükəli qarışıqlar əmələ 

gətirməyə qadirdir. Elə buna görə də, mənzildə və digər yerlərdə qaz qoxusu hiss 

etdikdə kibrit, alışqan yandırmaq, heç bir elektrik qurğu və cihazlarından istifadə 

etmək, o cümlədən onları  cərəyana qoşmaq və ayırmaq olmaz. Açıq oddan istifadə 

etmək, siqaret çəkmək də qaz dolmuş yerlərdə partlayış və yanğına səbəb ola bilər. 

Qazın sızması müxtəlif səbəblərdən ola bilər. Əgər sızma qaz cihazındakı kranın 

açıq qalmasından əmələ gəlmişsə, onu bağlamaq, mənzilin havasını təmizləmək 

üçün qapı və pəncərələri açmaq, hava cərəyanı yaratmaq lazımdır.  Əgər qazın 

sızması qaz  kəmərinin və ya qaz cihazının zədələnməsindən əmələ gəlmişsə, onda 

qazdan istifadə etmək olmaz və təcili qaz təsərrüfatı  xidmətinə   xəbər vermək 

lazımdır. 

Qaz kəmərlərindən, qaz balon və cihazlarından qazın sızmasını yoxlamaq üçün 

açıq oddan istifadə etmək qəti qadağandır. Bundan ötrü yalnız sabun məhlulundan 

istifadə edilməlidir.  Qaz pilitəsindən istifadəyə başlamazdan əvvəl kranların bağlı 

olmasına əmin olmaq lazımdır. Qazı yandırmaq üçün, yandırılmış kibriti odluğa 

yaxınlaşdırmaq, o biri əl ilə müvafiq kranın dəstəyini yüngülcə basıb dörddə bir 

dövrə burmaq lazımdır. 

 Qaz normal yanarkən odluqda alov sakit olur və rəngi göy yaşılımtıla çalır.  

Şəbəkədə qaz yüksək təzyiqlə verildikdə o fışıltı ilə yanır  və alov odluqdan 

qopmağa çalışır. Belə olduqda kranın dəstəyini bir qədər geri burmaqla qazın 

odluğa gəlməsini azaltmaq lazımdır. Yanmaqda olan odluqların üstünə maye 

dağılması yolverilməzdir. 

Yanan qaz cihazlarını heç bir vaxt nəzarətsiz qoymaq olmaz. 

Qazın yanmasını dayandırmaq üçün kranın dəstəyini başlanğıc vəziyyətə çevirmək 

lazımdır. Qazdan istifadəni dayandırarkən odluğu üfürməklə söndürmək olmaz.  

Belə hallarda od sönə bilər, lakin odluqdan qaz çıxmaqda davam edəcəkdir. Bunun 

nəticəsində otaqda partlayış təhlükəli qaz-hava qatışığı toplaşa bilər. 

Qaz pilitəsindən istifadə edib qurtardıqdan sonra pilitənin bölüşdürücü 

lövhəsindəki kranı və pilitədən  kənarda olan qaz kəmərinin üzərindəki kranı 

bağlamaq lazımdır. Pilitə, xüsusən  onun odluqları daim təmiz saxlanmalıdır. 

Pilitənin üzərində paltar və s. qurutmaq yanğın törədə bilər. 

Tüstü bacası havanı pis çəkdikdə qazdan istifadə etmək məsləhət görülmür. 

Qaz cihazından istifadə etməyi bacarmayan şəxslərə və uşaqlara   onları 

yandırmağa və istifadə etməyə icazə verilməməlidir. Pilitədə və qaz kəmərində 

özbaşına dəyişiklik etmək yolverilməzdir. Qaz cihaz qurğularının yerinin 

dəyişdirilməsi yalnız qaz təsərrüfatı müəssisəsi tərəfindən görülməlidir. Qaz 



balonlarından istifadə də bir sıra qaydalara əməl olunmasını tələb edir. Belə ki, qaz 

balonlarından yalnız   havası ventilyasiya olunan otaqlarda istifadə etməli, balon 

istilik mənbəyindən, günəş şüasından kənarda saxlanmalı, fiziki təzyiqlərdən 

qorunmalıdır. Korroziyadan qorumaq üçün balonları yaş yerdə və ya nəm torpaq 

üzərində saxlamaq olmaz. Alov vasitəsi ilə balonun qaz buraxmasını yoxlamaq 

olmaz. Balonları qızdırmaq olduqca təhlükəlidir - bu partlayışla nəticələnə bilər. 

Qaz buraxan və ya  birləşmələrində qüsuru olan qaz balonlarından istifadə etmək 

olmaz.  Onların   təmiri ilə yalnız mütəxəssislər məşğul ola bilər. 

Qazla əlaqədar təhlükəsizlik qaydalarını hamı bilməli, ona   hər bir vətəndaş ciddi 

əməl etməlidir. Unutmamalıyıq ki,  bu qaydalara əməl etməməklə biz zəhərlənmə, 

yanğın, partlayış təhlükəsi yaradır, özümüzü,  ailə üzvlərimizi, ətrafdakı insanları 

bədbəxt hadisələrə düçar edirik. 



 

Yüklə 16,82 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin