Yazili təRCÜMƏLƏRİn yeriNƏ yetiRİLMƏSİ ÜZRƏ Ümumi qaydalar



Yüklə 248.91 Kb.
tarix26.12.2016
ölçüsü248.91 Kb.
növüYazi

BALINA Tərcümə bürosu – yazılı tərcümələrin yerinə yetirilməsi üzrə qaydalar



YAZILI TƏRCÜMƏLƏRİN YERİNƏ YETİRİLMƏSİ ÜZRƏ ÜMUMİ QAYDALAR
BALINA tərcümə bürosu tərcümə olunan sənədlərin tərtib edilməsinə dair yüksək tələblər müəyyən edir.

Savadlı tərcüməçi hər zaman öz həmkarlarından tərcümə olunmuş materialı orijinal strukturu mümkün qədər saxlamaqla gözəl və ən əsası düzgün tərtib etmək bacarığı ilə fərqlənir.

Mətnlərin uyğunlaşdırılması prosesini sürətləndirmək üçün bu qaydaları işləyib hazırlamışıq. Bu qaydalar müxtəlif çətinlik dərəcəsinə malik yazılı tərcümələrin üslubiyyətini vahid formaya salır.

Başqa qayda müəyyən edilməzsə, yazılı tərcümələrin yerinə yetirilməsi üzrə bu ümumi qaydalar tərcümə burosu və tərcüməçi arasında imzalanan bütün müqavilələrin ayrılmaz əlavəsini təşkil edir. 



Əməkdaşlıq prosesində anlaşılmazlıqların minimum azaldılması üçün bu qaydalarla ətraflı şəkildə tanış olmanızı xahiş edirik.
BÖLMƏ 1. Termin anlayışlar


    1. Sənədin başqa bir dilə tərcümə olunması (tərcümə). Sənədin strukturunu tam şəkildə saxlamaqla və mətndə əsassız şəkildə ixtisarlar etmədən, yaxud da olmayan elementləri əlavə etmədən başqa bir dilin vasitələrinin köməyilə sənədin məzmununun ifadə edilməsi.

    2. Tərcümənin orijinalı (orijinal). Başqa dilə tərcümə olunacaq sənəd.

    3. Tam tərcümə. Orijinalın bütün tərkib hissələrinin məzmununun ifadə edildiyi tərcümə.

    4. Qismən tərcümə. Orijinalın bir və ya bir neçə tərkib hissəsinin məzmununun ifadə edildiyi tərcümə.

    5. Tərcümənin dili. Sənədin tərcüməsinin tərtib edildiyi dil.

    6. Orijinalın dili. Sənədin orijinalının tərtib edildiyi dil.

    7. Transliterasiya. Orijinalın mətnindəki işarələrin tərcümə dilinin əlifbasının vasitələri ilə çatdırılması üsulu. Bu zaman bir yazı sistemindəki hər bir işarə (və ya işarələr ardıcıllığı) digər yazı sistemindəki eyni işarələrlə (və ya işarələr ardıcıllığı ilə) çatdırılır.

    8. Transkripsiya. Orijinal sənədin dilindəki sözlərin (mətnin) səsləndirilməsinin tərcümə mətnindəki şərti işarələr vasitəsilə çatdırılması.

    9. Tərcüməçinin qeydi. Tərcümə mətnində yerləşdirilmiş və aydın şəkildə qeyd edilmiş mətn. Bu mətn orijinal materialın mətninə uyğun gəlmir, sadəcə olaraq tərcümə üzərində aparılmış işin məzmununu və ya xüsusiyyətlərini izah edir.



BÖLMƏ 2. Faylların adına tərcümə mətnlərinin göndərilməsinə dair tələblər
Tərcümə tapşırığını elektron poçt vasitəsilə sizə göndərməzdən əvvəl menecerlərimiz bütün əsas şərtləri (vaxt müddəti, tariflər, tərcümənin dili və s.) razılaşdırırlar. Elektron məktubun mətnində bütün bu məlumatlar öz əksini tapacaq.
Bizdən tərcümə tapşırığını aldıqdan sonra siz layihəni qəbul etdiyinizi mütləq təsdiqməlisiniz (adətən, bu, belə ifadə edilir: «sənədi (məktubu) aldım»). Beləliklə, siz həm də məktubda göstərilən şərtlərlə razı oldugnuzu ifadə edirsiniz.
Bizə göndərdiyiniz tərcümə olunmuş faylın adı orijinaldakı kimi olmalıdır. Məsələn, əgər sizin aldığınız faylın adı «3312_1.doc» olarsa, həmin sənədin tərcüməsi orijinal ad+tərcümə dili göstərilməklə geri göndərilir. Məsələn, bu sənəd ingilis dilinə tərcümə olunursa, faylın adı belə olacaq: «3312_1_eng.doc»/
Əgər tərcüməyə göndərilən fayl zip (və ya rar) formatdadırsa, yəni vahid bir sənədi təşkil edən bir neçə fayldan ibarət arxiv formatındadırsa, o zaman tərcümə olunan doc-fayl arxivin adı ilə adlandırılmalıdır.

Məsələn, əgər arxiv «3312_dogovor.rar» adlanırsa, o zaman tərcümə olunmuş fayl da eyni adı daşıyacaq, ancaq bura tərcümə dili əlavə ediləcək – «3312_dogovor_eng.doc».

Əgər tərcüməyə göndərilən fayl zip (və ya rar) formatdadırsa, yəni ayrı-ayrı sənədləri təşkil edən bir neçə fayldan ibarət arxiv formatındadırsa, o zaman tərcümə olunan hər bir doc-fayl arxivə daxil olan müvafiq orijinal sənədin adı ilə adlandırılmalıdır (tərcümə dili əlavə edilməklə).

Məsələn, ingilis dilinə tərcümə olunmaq üçün sizə göndərilmiş arxiv «1233.rar» adlanır, ancaq o, «1233_dogovor(1).jpg», «1233_dogovor(2).jpg», «1233_dogovor(3).jpg»«1233_dogovor(4).jpg» adlanan, skanerdən keçirilmiş və birlikdə vahid müqaviləni təşkil edən 4 fayldan, həmçinin şəhadətnamənin mətni olan və skanerdən keçirilmiş «1233_certifikat.jpg» adlı bir fayldan ibarətdir. Bu halda siz tərcüməni bitirdikdən sonra bizə elektron məktub vasitəsilə aşağıdakı adlarla iki sənəd göndərəcəksiniz: «1233_dogovor_eng»«1233_certifikat_eng».


Tərcüməni bizim elektron poçtumuza göndərərkən məktubda hər bir sənəd üzrə tərcümənin statistikası və yekun qiymət göstərilməlidir.

Aralıqlar daxil olmaqla işarələrn miqdarının hesablanması Word statistikası ilə aparılır (Word 2003: Servis – Statistika; Word 2007-2010: Resenziya– Statistika).


BÖLMƏ 3. Tərcüməyə onun tərtibatına dair tələblər.
Tərcüməçi tərcümənin keyfiyyətinə tərtib edilmə üslubuna görə cavabdehlik daşıyır!!!
Əgər hər hansı səbəbdən tərcüməni göstərilmiş müddət ərzində yerinə yetirmək mümkün deyilsə, bu barədə bizim menecerlərimizə vaxtında məlumat verilməlidir.
Aşağıdakı qaydalar kobud şəkildə pozulmaqla göndərilən tərcümələr üzərində yenidən işlənmək üçün tərcüməçiyə geri göndərilir. Bu qaydalar çərçivəsində mətnin üzərində aparılan işə görə əlavə ödəniş edilmir.
Tərcümənin keyfiyyətsiz şəkildə yerinə yetirilməsinə, vaxt müddətinin pozulmasına və bu qaydalara əməl edilməməsinə görə cərimə sanksiyaları tətbiq edilir ki, bunların da həcmi bizim çəkdiyimiz xərc məbləğinə proporsional olaraq müəyyən edilir.
Biz öz tərcüməçilərimizə məsləhət görürük ki, mətni tam şəkildə tərcümə etdikdən sonra diqqətlə oxusunlar.
Bölmə 3.1. Tərcüməyə dair tələblər.
Tərcümədə tərcümə dilinin müasir orfoqrafiya normalarına və qrammatik qaydalarına əməl edilməlidir.
Tərcümə üslubiyyət baxımından orijinal mətnə uyğun olmalıdır (məsələn, hüquqi və iqtisadi mətnlərin tərcüməsində xüsusi leksika və ifadələr neytral üslubdakı müvafiq ifadələrlə əvəz edilməməlidir. Texniki mətnlərin tərcüməsi tərcümə dilindəki texniki mətnlərin üslubiyyət normalarına əməl edilməklə yerinə yetirilməlidir və s.)
Nəticə olaraq düzgün şəkildə formatlaşdırılmış yekun tərcümə mətni çap səhvləri, orfoqrafik səhvlər və tərcümə edilməmiş fraqmentlər olmadan təqdim edilir. Tərcüməçi ayrı-ayrı sözlərin, terminlərin ya ifadələrin ancaq bir variantını verir, tərcümənin bir neçə variantda təqdim edilməsi yolverilməzdir.
Tərcümənin bütün mətnində məhz həmin sahəyə aid vahid terminologiyaya əməl edilməlidir. Belə ki, texniki mətnlərin tərcüməsində müvafiq dövlət terminoloji standartlarında müəyyən edilmiş terminlərdən, yaxud da dövlət standartlarının terminoloji əlavələrində və digər sənədlərdə yer alan terminlərdən istifadə etmək məsləhət görülür.
Standartlaşdırılmamış terminlər beynəlxalq təşkilatların, məsələn Beynəlxalq Standartlaşdırma Təşkilatının (BST) terminoloji tövsiyyələrinə uyğun olmalıdır.
Peşəkar danışıq dilində qəbul edilmiş terminlərin (peşə jarqonu) istifadəsi yolverilməzdir, ancaq analoji leksiki vahidlərin orijinal mətndə istifadə olunduğu hallar istisna təşkil edir ki, bu zaman tərcümənin ekvivalentliyi prinsipinə mütləq əməl edilməlidir.
Mətn tam şəkildə, ötürmələr olmadan və orijinal mətndə əsassız ixtisarlar edilmədən tərcümə edilir. Orijinal dildəki bütün mətn tərcümə olunur: sənədin məzmunu, sənədin blankının məzmunu, möhürün/ştampın üzərindəki yazıların məzmunu və ya əllə yazılmış hissələrin məzmunu.
Mübahisəli, aydın olmayan və birmənalı olmayan bölmələr, bir neçə variantda tərcümə edilə bilən sözlər (terminlər, ifadələr, qısaltmalar, abbreviaturalar) bizim menecerlərlə müzakirə olunmalı, mətndə fon rəngi ilə işarələnməli və mötərizədə sarı fonda tərcüməçinin qeydi ilə müşaiyət olunmalıdır (məsələn, belə).
Əgər tərcümədə başqa dillərdə sözlər varsa, onlar olduğu kimi saxlanılmalı və boz rəngli markerlə işarələnməlidir.
Rus dilinə tərcümədə latın dilində olan hamı tərəfindən bilinən ifadələr (de facto, de jure və s.) tərcümə edilməyə bilər. Tibb, biologiya və kimya sahəsinə aid bir sıra adların tərcümə ekvivalenti olmadığından və ya ənənə üzrə tərcümə edilmədiyindən, onlar latın yazısı ilə saxlanılır. Bakteriya, heyvan, bitki növlərinin adları və s. latın yazısı ilə saxlanılır.
Xarici dilə tərcümədə latın dilində olan hamı tərəfindən bilinən ifadələrin rus dilindəki ekvivalentlərini latın dilində olan orijinal ifadələrlə əvəz etmək olar.
3.1.1. Təşkilatların adları
Qanunvericilik aktlarının və hüquqi-normativ sənədlərin tövsiyyələrinə əsasən, «Mülkiyyət forması və təşkilati-hüquqi forma təşkilatın adının göstərilməsindən sonra latın dilində baş hərflərlə olmaqla qısaldılmış formada verilir - OOO, ZAO, OAO, AKB.
Bu qayda belə əsaslandırıla bilər ki, qanunvericiliklər arasında fərq olduğundan, mülkiyyət formasının abbreviaturası şirkətin qeydiyyatdan keçdiyi ölkəni təyin etməyə imkan verir: PLC (OAO) – Böyük Britaniya. GmbH (OOO), AG (AO) – Almaniya; SpA (AO) – İtaliya, A/S (AO) – Norveç, Danimarka, OY (AO) – Finlandiya s. Müvafiq olaraq, əgər şirkət Rusiyada ya Belarusyiada qeydiyyatdan keçibsə, o zaman qeyri-Rusiya abbreviaturası istifadə olunduğundan, qediyyat ölkəsi aydın olmayacaq.
Bəzən şirkətin adını tərcümə dilində abbreviaturanın analoqu ilə göstərmək məntiqlidir.

Məsələn:  ZAO «Motorola» - ZAO Motorola (Motorola, JSC)
Müəssisənin fəaliyyət istiqamətini bildirən abbreviatura da transliterasiya olunmalıdır. Bunun üçün mötərizədə açıqlama verilir (açıqlama şirkətin adı sənəddə ilk dəfə qeyd olunan zaman verilə bilər, daha sonra isə, transliterasiya olunmuş addan istifadə ediləcək).

Məsələn:  NPP «Спецкабель» - NPP Spetskabel (Spetskabel Research and Production Enterprise)
Şirkətin xarici dildə olan adı tərcümə edilərkən aşağıdakı model tövsyyə olunur:

Xarici adxarici ad (Azərbaycan dilində transkripsiya olunmaqla).

Məsələn: Honda Motor Co., Ltd. - Honda Motor Co., Ltd. («Honda Motor Ko., Ltd.»)

Hans Weber Maschinenfabrik GmbH («Hans Veber Maşinenfabrik QmbX»)


Rus dilində olan müəssisə adları da tərcümə edilmir, transkripsiya olunur (praktik transkripsiya). Düzdür, ayrı-ayrı hallarda şirkətin adının tərcüməsini mötərizədə vermək olar. Bundan başqa, diqqət yetirin ki, rus şirkət adlarının tərcüməsində dırnaq işarəsi qoyulmur.

Məsələn: «Вертолеты Беларуси» - Vertolety Belarusi və ya Vertolety Belarusi (Helicopters of Belarus)

OAO «Topaz» - OAO Topaz


Xarici müəssisə və təşkilatların adları bir qayda olaraq Azərbaycan dilinə tərcümə edilir. Müəssisə və təşkilatların adlarının tərcüməsində adətən bunların Azərbaycan dilində olan ekvivalentlərindən istifadə edilir.
Müəssisə və təşkilatların adlarında ancaq birinci söz və xüsusi adlar böyük hərflə yazılır.

Məsələn: British Electrochemical Society – Britaniya elektrokimya cəmiyyəti
ANCAQ mühüm beynəlxalq təşkilatların adlarında xidməti sözlər istisna olmaqla, bütün sözlər böyük hərflə yazılır.

Məsələn: United Nations Organization – Birləşmiş Millətlər Təşkilatı
Xarici jurnal və qəzetlərin adları tərcümə mətnində orijinal yazıda olduğu kimi saxlanılır və dırnaq içərisində göstərilir. Bu zaman orijinal mətnin dilinə aid baş və sətri hərflərin istifadə olunması qaydalarına əməl edilməlidir. Biblioqrafik sitatlarda və ədəbiyyatın siyahısında bu adlar dırnaq işarəsi olmadan istifadə edilir.
3.1.2. Tarixlər
Orijinal mətndəki tarixlər heç də hər zaman tərcümə dilindəki tarixlərlə üst-üstə düşmür.

Tarix

ABŞ




12.06.12

06.12.12




Məsələn:
Əgər ay sözlə, il isə, tam şəkildə göstərilibsə, problem aradan qalxmış olur. Ancaq tarix ancaq rəqəmlərlə ifadə edilibsə, sual yaranır. Mətnin tərcüməsində və tərtibatında anlaşılmazlıqlara yol verməmək üçün iki variant təklif edirik:

  1. Tarix tərcümə dili üçün uyğunlaşdırılmalıdır, yəni, tərcümə dilinin ölkəsində tarixlər hansı qaydada göstərilirsə, ay və gün də buna uyğun olaraq qeyd edilməlidir.

Məsələn: Orijinal Amerika sənədində tarix 07.05.12 şəklində göstərilib. Azərbaycan dilinə tərcümədə isə, tarix belə olacaq : 05.07.2012-ci il.


  1. Tərcümədə ay sözlə, il isə, tam şəkildə göstərilməlidir.

Məsələn: Azərbaycan dilində olan orijinal sənəddə tarix 25.08.2011-ci il olaraq göstərilib. İngilis dilinə tərcümədə isə, həmin tarix belə yazılmalıdır: August 25, 2011.
Həmçinin, tarixin yazılma formasına da əməl edilməlidir, yəni orijinal sənəddə ay sözlə yazılıbsa, tərcümədə onu sıra sayı ilə göstərmək olmaz.

Məsələn: ingilis dilində olan orijinal sənəddə tarix August 25, 2011 olaraq göstərilib. Azərbaycan dilinə tərcümədə tarix belə olacaq: 25 avqust 2011-ci il.
3.1.3. Abbreviaturalar
Orijinal mətndə istifadə olunan abbreviaturalar tərcümə dilində mümkün ekvivalentlər şəklində verilir.

Məsələn: УЗО (Устройство защитного отключения) – (ECB) Emergency Circuit Breaker

СДП (Свободная демократическая партия) – (FDP) Freie Demokratische Partei


Ekvivalent yoxdursa, hər bir abbreviaturanın mənası tərcümə mətnində ilk dəfə göstərilən yerdə izah olunmalıdır.

Məsələn: МИСИ (Московский инженерно-строительный институт) – MISI (Moscow Construction Engineering Institute).
Maşın markalarının, cihazların, aparatların və s. ixtisar edilmiş adlarının adətən açıqlaması verilmir və tərcümədə orijinal yazıda saxlanılır.

Məsələn: BORAX – BORAX komponenti.
Hərf və rəqəmlərdən ibarət olan hərfi abbreviaturalarda rəqəmlər abbreviaturadan əvvəl gəlirsə, abbreviatura ilə birlikdə, abbreviaturadan sonra gəldikdə isə, defislə yazılır. Bu zaman dırnaq işarəsindən istifadə edilmir.

Məsələn: 3312NCR – 3312NCR modulu

SQ 38 – SQ-38 cihazı


Rəqəm və bütöv bir sözün kombinasiyasından ibarət hərfi abbreviaturalarda bütün adlar orijinal yazıda olduğu kimi saxlanılır. Həmçinin, tərcümədə bu kombinasiya dırnaq işarəsinə alınır, birinci söz və xüsusi adlar isə, baş hərflə yazılır.

Məsələn: Festo MS 56987412 – «Festo MS 56987412» detalı
3.1.4. Ad soyadlar
Əgər tərcüməçiyə Azərbaycan dilindən tərcümə edilmək üçün əvvəvlcədən ad və soyadların şəxsiyyəti təsdiq edən sənədlərdə (və ya başqa məlumatlara əsasən) müəyyən edildiyi kimi yazılış variantları təqdim edilməyibsə, o zaman ad və soyad tərcümə dilində transkripsiya qaydalarına uyğun olaraq tərcüməçinin öz rəyinə görə tərcümə olunur.
Bu, ad və soyadların xarici dildən Azərbaycan dilinə tərcümə olunmasına da şamil edilir. İstisna hallarda (məsələn, ad və ya soyad nadir dildə olarsa) ad və soyad transliterasiya oluna bilər.
Xarici dildə olduğu kimi yazı hər dəfə verilir.

Məsələn: Steve Johns – Stiv Cons (Steve Johns).
Xarici adları həmin adların xarici dildə tələffüz qaydalarına əsasən transkripsiya etmək lazımdır.

Məsələn: Paul – Paul (alm.), Pol (fr.), Pol (ing.), Pavel deyil.

Ənənəvi olaraq ruslaşdırılmış adlar istisna təşkil edir.



Məsələn: Nikolaus Kopernikus – Nikolay Kopernik.
Xarici ad və soyadlardakı artikllər, sözönləri (o cümlədən birhərfli olanlar), hissəciklər da, das, de, del, don, du, la, le, van, von və s. addan ayrı olaraq sətri hərflə yazılır və transkripsiya olunur.

Məsələn: von der Stolz – fon der Ştols.
Artikl, sözönü və ya hissəcik soyadla birlikdə vahid bir söz əmələ gətirirsə, bir qayda olaraq soyadla defis və ya apostrof vasitəsilə birləşirsə, yaxud da xarici yazıda baş hərflə qeyd edilirsə, baş hərflə yazılır.

Məsələn: O’Neill - O’Nill

Van de Graaf – Van-de-Qraaf

Laplace – Laplas
Mas- və Ms-, Saint hissəcikləri əsasən ada defis vasitəsilə birləşir (Sent-, Santa-, Mak-,) və tərcümədə böyük hərflə yazılır.

Məsələn: McClain – Mak-Kleyn

Saint Lawrence – Sent-Lourens


Ancaq, bu ümumi qaydadan istisnalar da var.

Məsələn: Makkarti, Makdonalds, Makkenzi
Əgər adın ortasında sözönü, bağlayıcı və ya hissəcik varsa, bunlar defislə və sətri hərflə yazılır.

Məsələn: Fernandez y Gõzâles – Fernandes-i-Qonsales
Çin soyadları və adları iki hissədən ibarət olur: birinci hissə – soyad, ikinci hissə – ad. Hər iki hissə böyük hərflə və ayrıca yazılır.

Məsələn: Li Vo, Si Bayşi.
Yapon, Koreya, Vyetnam, İndoneziya, Birma soyadları və adları böyük hərflə və ayrıca yazılır.

Məsələn: Xo Şi Min, U Tan
Azərbaycan adlarının, soyadlarının xarici dildən tərcümə olunmasında bunların Azərbaycan dilində yazılmasının ümumi normalarına riayət edilməlidir.
3.1.5. Coğrafi ad ünvanlar
Coğrafi adlar xarici dildən/xarici dilə tərcümə olunarkən peşəkar lüğətlərə, məlumat kitabçalarına və internetdə yoxlanılmış mənbələrə müraciət etmək lazımdır.
Atlaslarda, xəritələrdə və digər yoxlanılmış mənbələrdə olmayan coğrafi adlar Azərbaycan hərfləri ilə transkripsiya olunmalı və mətndə ilk qeyd edilən yerdə mötərizədə içərisində orijinal dildə verilməlidir. Daha sonra isə, ancaq transkripsiya olunmuş addan istifadə edilməlidir.
Yapon və qeyri-latın qrafikalı digər dillərdən tərcümədə ancaq Azərbaycan dilində olan transkripsiya istifadə edilməlidir.
Ünvanlar qismən tərcümə olunur ki, bu zaman ölkə, region və şəhər adları tərcümə edilir, küçə və binaların adları isə, Azərbaycan dilində olan transkripsiyada verilir.

Məsələn: ул. Гая, 52-43 ul. Gaya, 52-43 ul. Gaja, 52-43

Город Минск Minsk city Stadt Minsk

Беларусь Republic of Belarus Belarus
Brick House, Main Street Brik Haus, Meyn Strit

Liverpool 5JX BP, UK Ливерпуль 5JX BP, Böyük Britaniya


Sifarişçinin istəyinə əsasən ünvanın orijinal dildəki tam variantı da verilə bilər.
3.1.6. İşarələr, ölçü vahidləri, rəqəmlər, formullar, tənliklər, riyazi şərti işarələr
İşarələr, ölçü vahidləri, formullardakı rəqəmlər, formullar və tənliklər tərcümədə tərcümə dilində qəbul edilmiş formada verilirlər. Məsələn, formullar «Microsoft Word» mətn redaktorunun «Microsoft Equation» formul redaktoru vasitəsilə daxil edilirlər. Tərkibində sözlər olan indekslər (məsələn, ) o zaman tərcümə olunur ki, sifarişçi həmin indeksi orijinal dildə saxlamaq istəmir. İndekslərin orijinal dildə saxlanılması üçün əsas tərcümə dilində uyğunluqların olmaması ola bilər.
Fiziki göstəricilərin vahidləri və onların beynəlxalq və rus dilində olan işarələri üçün Beynəlxalq vahidlər sisteminin (BVS) vahidləri tətbiq edilir. Qeyri-metrik vahidlər həm tam, həm də ixtisar olunmuş formada yazılır, beynəlxalq vahidlərin işarələri isə, Sİ-yə uyğun şəkildə yazılır.
Xarici pul vahidlərinin adını bildirən və orijinal mətndə rəqəmdən əvvəl gələn şərti işarə (€, £ və s.) Azərbaycan dilinə tərcümədə «avro», «funt sterlinq» və s. kimi sözlərlə əvəz edilməlidir ki, bunlar da Azərbaycan dilinin normalarına əsasən rəqəmdən sonra yazılır.
Rum rəqəmləri mətnin ayrı-ayrı bölmələrinin nömrələnməsi üçün istifadə olunmursa, bunlar tərcümədə ərəb rəqəmləri ilə əvəz olunur (əgər bu əvəzləmə rum rəqəmlərinin bir sıra dillərdə istifadəsinə zidd deyilsə). Məsələn, rus dilində ənənəyə görə rum rəqəmləri aşağıdakıları bildirirlər: a) qurultay, konfrans, konqreslərin nömrələri, b) beynəlxalq birliklərin nömrələri, i) ildönümləri, q) əsrin idman yarışlarının nömrələri, d) təqvim kvartalları.
Tərcümədə bir sıra tematik işarələrin istifadəsi nəzərə alınmalıdır:


  • Çoxrəqəmli göstəricilərin bölünməsi işarəsi: rus dilinə tərcümədə çoxrəqəmli göstəricilər (üç rəqəmdən artıq) nöqtə vasitəsilə hər birində üç işarə olan qruplara ayrılırlar. Məsələn: 5.685.937 (nömrələri və təqvim illərini bildirən rəqəmlər istisna olmaqla). Xarici dilə tərcümədə müvafiq dildə qəbul edilmiş işarələr istisna olunur;

  • Onluq kəsr rəqəmi: rus dilinə tərcümədə sətrin aşağı hissəsində vergüldən istifadə olunur, məsələn 0,02. Xarici dilə tərcümə zamanı müvafiq dildə qəbul edilmiş işarələrdən istifadə olunur.

İstifadə olunan işarələr müvafiq dilin qəbul edilmiş ümumi normalarına cavab verməlidir.



Məsələn: № (rus.), No. (ing.), Nr (alm.), No (fr.).

3.1.7. Peşə, vəzifə adları, elmi adlar, titullar s.
Peşə, vəzifə adları, elmi adlar, titullar o zaman tərcümə olunur ki, tərcümə dilində uyğun gələn birmənalı anlayış və ya yazı olsun.

Məsələn: Lord Blacksend – lord Bleksend

Dr. Watson – doktor Vatson



Mr. Williams – cənab Uilyams
Bir sıra hallarda peşə adının və ya elmi adın daha yaxşı başa düşülməsi üçün həmin adın birinci dəfə çəkildiyi yerdə izahlı tərcümə vermək və/və ya adın orijinal yazılışını mötərizədə və ya qeyd kimi göstərmək olar.
3.1.8. Sitatlar. Kitab, sənəd s. adları.
Əgər mətndə beynəlxalq sənədin və ya orijinal materialın ölkəsinin sənədinin adı qeyd edilibsə, tərcüməçi həmin qanunun və ya sənədin tərcümə dilinin ölkəsinin rəsmi sənədlərində hansı şəkildə göstərildiyini müəyyən etmək üçün qəbul edilmiş mətnli ifadəni tapmalı və tapmaq mümkün olmadıqda, tərcümə etməlidir. Bu zaman ehtiyac olarsa, tərcüməçinin qeydi verilə bilər.
Orijinal mətndəki sitatlar tərcümə edilməlidir. Hamı üçün əlçatan olan ədəbi əsərlərdən, sənədli mənbələrdən, dövri nəşrlərdən və s. götürülmüş sitatların tərcüməsində tərcüməçi həmin fraqmentin tərcümə dilində tərcüməsinin olub-olmadığını müəyyənləşdirməlidir. Əgər tərcüməsi varsa, o zaman tərcümə dilində sitat oradan götürülməli və mənbəyi göstərilməlidir.
Əgər orijinal mətndəki sitat tərcümə dilindən tərcümə olunmuş materialdan götürülübsə, buna xüsusi diqqət yetirilməlidir. Bu halda əksinə tərcümə edilmir, ilkin mənbə tapılır və sitat həmin mənbədən götürülür.
Orijinal mətndəki sitat tərcümə dilindən tərcümə olunmuş materialdan götürülübsə, ancaq obyektiv və ya texniki səbəblərə görə orijinal mətni tapmaq mümkün deyilsə (məsələn, mətndə rusdilli müəllifin əsərindən qısa sitat verilir, ancaq mənbə dəqiq şəkildə göstərilmir, sifarişçi isə, həmin mənbəni təqdim edə bilmir və sitatın axtarışı böyük xərc və vaxt tələb edir), bu halda tərcüməçi həmin sitatı müstəqil şəkildə, ancaq vasitəli nitq formasında tərcümə etməlidir (dırnaq işarəsi olmadan).
Bölmə 3.2. Tərtibata dair tələblər
Tərcümədə orijinal sənəddəki mətnlərin, formulların, həmçinin cədvəl və şəkillərin, abzasların ardıcıllığı saxlanılmalıdır.
Əgər mətndə rəqəmlər varsa, tərcüməçi onları yekun sənəddə saxlayır və ya təhrif etmədən yekun sənədə keçirir.
Bütün haşiyələr, əlavələr, cədvəllər, siyahılar və təsvirlər olduğu kimi təkrarlanır, təsvirlərdəki və cədvəllərdəki mətn elementləri isə, tərcümə olunur.
Tərcümə mətnində tam olaraq aşağıdakılar saxlanılmalıdır:

  • Bütün bölmə və bəndlərin nömrələnməsi (o cümlədən sadalama zamanı) – hətta bu zaman orijinalın dilindəki simvollardan istifadə olunursa;

  • Orijinal mətnin işarələnməsi (kursiv, altından xətt çəkilməklə işarələmə, yarıtünd şrift və s.);

  • Mümkün qədər cədvəl forması və formulların yazılışı.


Mətndə ardıcıl ancaq bir ara ola bilər!!! Tərcümə mətnində bir neçə aranın qoyulması üçün tabulyatordan istifadə etmək lazımdır.
Vərəqin orientasiyasını və ya ölçüsünü dəyişmək lazım gələn hallar istisna olmaqla, sənədi ayrı-ayrı hissələrə bölmək olmaz (səhifə aralıqları).

Tərcümə zamanı sənədin ilkin və/və ya çıxış orientasiyasını (abom/kitab) saxlamaq lazımdır.


3.2.1. İllüstrasiya materialının cədvəllərin tərtibatı
İllüstrasiya materialı (çertyojlar, sxemlər, cədvəllər, diaqramlar və s.) tərcümədə orijinal materialda olduğu kimi yerləşdirilir.
Şəkillər orijinal mətndəki yerdə və formada yerləşdirilsə, yaxşı olar.
Mətndə yerləşdirilmiş redaktə olunmayan obyektlərin (şəkillər, diaqramlar, qrafiklər və s. onların yazıları ilə birlikdə) işlənməsi üçün 3 variant məsləhət görülür:


  1. Təsvir mətndə yerləşdirilir, ilkin mətnlə yanaşı nömrələr qoyulur. Şəklin altında sıra nömrəsi ilə tərcümə verilir.

Məsələn:

1 2



1 – Rus dilində variant

2 – Rus dilində variant





  1. Şəkil, sonra isə, illüstrasiyaya dair yazıların tərcüməsi yerləşdirilir (solda orijinal yazı – sağda tərcümə variantı)

Məsələn:




Şəkil №

English

Rus dili

English

Rus dili

English

Rus dili




  1. Xüsusi texniki proqramların köməyilə şəklin, diaqramın s. üstündə mətnin tərcüməsi.

Mətndə yerləşdirilmiş redaktə olunan obyektlərin (şəkillər, diaqramlar, qrafiklər və s. onların yazıları ilə birlikdə) işlənməsi üçün 2 variant məsləhət görülür:




  1. Əgər şəkildə mətnə dair heç bir istinad yoxdursa, onu yerləşdirməmək olar. Bunun əvəzinə tərcümə dilində kurvislə dairəvi mötərizənin içərisində «Şəkil» və ya «Təsvir» sözü yazılır.

Məsələn: ingilis dilinə tərcümədə (image), (picture).
Tərcümə zamanı ancaq bu sözləri və ancaq yuxarıda verilmiş tərtibatda yazmaq vacibdir. Foto, şəkil və s. kimi analogiya və sinonimlər yazmaq olmaz! Bu qayda mətnin vahid üslubiyyətini saxlamaq üçün tətbiq edilir.


  1. Mətndə yerləşdirilmiş təsvirə istinad olunursa, həmin təsvirin ölçüsü və yeri saxlanılmaqla lazımi yerə qoyulur.


Notarial tərcümələr üçün situasiyadan asılı olmayaraq ancaq birinci variant tətbiq edilir!!!
Əgər mətndə cədvəllər varsa, onların strukturu maksimum saxlanmaqla və xanaların məzmunu, həmçinin sətir və sütunların sayı dəyişdirilmədən keçirilməlidir. Bəzən mətnin yazılma istiqamətinin dəyişdirilməsi də tələb oluna bilər.
3.2.2. Tərcümədə aydın olmayan yerlərin tərtibatı
Orijinal sənəddə aydın olmayan və çətin tərcümə edilən bölmələr (məsələn, əl yazısı və ya zəif vurulmuş ştamp) varsa, bunun əvəzinə lazımi yerdə tərcümə dilində kursivlə dairəvi mötərizədə yazmaq lazımdır: (aydın deyiltərcüməçinin qeydi).
3.2.3. İmzanın tərcüməsinin tərtibatı
Sənəddə yer alan imzalar tərcümədə şəkil formasında yerləşdirilməməlidir. Bunun əvəzinə lazımi yerdə tərcümə dilində dairəvi mötərizədə: (İmza) sözü yazılır.

Məsələn:

Orijinal sənəddəki imza:



İmzanın tərcüməsinin tərtib edilmə nümunəsi:


Dövlət qeydiyyatçısı (İmza)
3.2.4. Rekvizitlərin tərcüməsinin tərtibatı (əgər bütün sənəd tərcümə olunursa)
Sənəddəki ştamp və möhür tərcümədə şəkil formasında qoyula bilməz. Bunun əvəzinə ştampın və möhürün üzərindəki yazı tərcümə olunur.
Bu halda aşağıdakı tövsiyyələrə əməl edilməlidir:

  • Yeni sətirdən rekvizitin adı yazılır;

  • Şriftin üslubu əsas tərcümə mətni ilə uyğun olmalıdır;

  • Əgər ştampdakı mətn bir neçə sətirdə yazılıb və ayrıca yazını bildirirsə, o zaman onlardan hər biri əlavə durğu işarələri olmadan yeni sətirdən yazılır;

  • Əgər ştampda sətiraltı yazı varsa, o, tərcümə olunaraq tərcümə mətninin əvvəlində yerləşdirilməlidir;

  • Ştamp və ya möhürlərin tərcüməsi ayrıca çərçivə ilə ayrılmamalıdır;

  • Möhürün mətninin tərcüməsi möhürün mərkəzində yazılmış mətnlərin tərcüməsi ilə başlanır və onun kənarlarına maksimum yaxın yazılmış mətnlərin tərcüməsi ilə bitir.

Məsələn:

Orijinal sənəddəki möhür:



Möhürün tərcüməsinin tərtib edilmə nümunəsi:

Möhür: * Tsukrenko İrina Mixaylovna * Dövlət qeydiyyatçısı * Kiyev şəhəri, Obolonskiy rayonu, Dövlət idarəsi * Ukrayna *
Orijinal sənəddəki ştamp:

Ştampın tərcüməsinin tərtib edilmə nümunəsi:

Ştampın mətninin tərcüməsi 1 sətir və 1 sütundan ibarət cədvəldə yerləşdirilir. Cədvəlin sərhədləri olmur. Mətn mərkəzdə yerləşdirilir, sütunun eni orijinaldakı ən uzun sətirdən asılıdır.

Ştamp:


Vladimir Borisov

Səlahiyyət № DD92931414

Hansı tarixə qədər etibarlıdır: 15 noyabr 2013-cü il

(407) 398-0153 FloridaNotaryService.com





3.2.5. Rekvizitlərin tərcüməsinin tərtibatı (əgər ancaq sənədin rekvizitlərini tərcümə etmək lazımdırsa)
Əgər sənəddə ancaq rekvizitləri tərcümə etmək lazımdırsa (sənədin qalan hissəsi Azərbaycan dilində olmaqla), tərcümə vərəqi aşağıdakı kimi tərtib edilir:


  • Məhz hansı sənədin rekvizitlərinin tərcümə olunacağı yazılmalıdır ki, bu zaman aşağıdakı məlumatlar göstərilir:

    • Sənədin adı;

    • Sənədin sahibinin soyadı, adı, atasının adı (əgər varsa);

    • Sənədin tarixi və nömrəsi;

    • Sənəd kim tərəfindən verilib;

    • Sənəd hansı dildən hansı dilə tərcümə ediləcək;

  • Sonra yuxarıda verilmiş tələblərə uyğun olaraq tərcümə yerinə yetirilir.

Məsələn:

Bizə Stepanov Pyotr İvanoviçin doğum haqda şəhadətnaməsini tərcümə etmək üçün sifariş daxil olub. Şəhadətnamənin №-si 33-R-dir. 21.12.1990-cı il tarixində Minsk şəhəri, Frunze rayonu VVAQ idarəsi tərəfindən verilib. Şəhadətnamənin mətni rus dilində, rekvizitlər isə, belorus dilindədir. Sənəd Rusiya Federasiyasının dövlət orqanlarına təqdim edilmək üçün hazırlanır. Bu halda tərcümə vərəqi aşağıdakı kimi tərtib edilir:




Stepanov Pyotr İvanoviçin 33-R saylı, 21.12.1990-cı il tarixli, Minsk şəhəri, Frunze rayonu VVAQ idarəsi tərəfindən verilmiş doğum haqda şəhadətnaməsinin rekvizitlərinin belorus dilindən rus dilinə tərcüməsi.

Möhür: * Belarus Respublikası * Minsk şəhəri Frunze rayonu * Vətəndaş vəziyyətləri aktlarının qeydiyyatı idarəsi *




3.2.6. Tərcümənin həqiqiliyinin təsdiqinin tərtibatı
Notarial qaydada təsdiqlənən tərcümələrdə səhifənin aşağısında aşağıdakı mətnin olduğu kolontitul qoyulur:
Mən, tərcüməçi ASA, sənədin mətninin (rekvizitlərin) mənim tərəfimdən _________________ dilindən ___________________ dilinə yerinə yetirilmiş tərcüməsinin həqiqiliyini təsdiq edirəm.
Rus dilindən xarici dilə tərcümə zamanı bu kolontitul mütləq qaydada tərcümə dilində də verilir.
Notarial təsdiqləmə olmadan yerinə yetirilən tərcümənin son səhifəsində aşağıdakı mətnlə birlikdə imza qoyulur:
Sənədin mətni «LinqvoMaster» tərcümə bürosunda __________ dilindən _______________ dilinə tərcümə olunub.

Tərcüməçi: ASA

Ünvan:

e-mail:
Rus dilindən xarici dilə tərcümə zamanı bu imza mütləq qaydada tərcümə dilində də verilir.

Yekun söz


Əgər bu qaydaları oxuduqdan sonra tərcümənin tərtibatının standartlaşdırılması prosesinə dair hər hansı sualınız olarsa, məmnuniyyətlə sizə qulaq asarıq.

Bizə ……. elektron poçt ünvanı, eləcə aşağıdakı telefon nömrələri ilə müraciət etmək olar:



Əməkdaşlıq üçün təşəkkür edirik!


Hörmətlə, «BALINA» tərcümə bürosunun əməkdaşları





Səh. /




Поделитесь с Вашими друзьями:


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə