58 qaynaq iŞLƏRİNİN Əsaslari əl-qövs qaynağı üçün avadanlıqlar və onlara xidmət edilməsi qaydaları


Tikiş yuvarlağının (kökünün) qaynaq edilm



Yüklə 443,1 Kb.
səhifə5/7
tarix22.06.2020
ölçüsü443,1 Kb.
#31899
1   2   3   4   5   6   7
45 Qaynaq


6. Tikiş yuvarlağının (kökünün) qaynaq edilməsi

Elektrodu tikiş boyunca titrətmədən düz xətt üzrə hərəkət etdirdikdə ensiz (sap şəklində) tikiş yuvarlağı qaynaqlanır. Tikiş yuvarlağını qaynaqlayarkən elektrodu şaquli xəttə nisbətən müəyyən bucaq altında maili tutmaq lazımdır ki, elektrodun ucunu oxu istiqamətində hərəkət etdirdikdə metal damcıları ərimiş metal vannasına düşsün. Bu zaman əsas ərimə dərinliyi daha cox alınacaqdır.



Elektrodun mailliyini dəyişməklə metalın ərimə dərinliyini tənzimləmək olar. Ensiz tikiş yuvarlağı tikişin kökünü qaynaqladıqda, nazik təbəqələri, üfüqü və tavan tikişlərini qaynaq etdikdə istifadə olunur. Ensiz, lakin hündür yuvarlaqda qaynaqlanmış metalın həcmi böyük olmur. Belə tikiş yuvarlağı tez soyuyur və buna görə də metalda həll olunmuş qazlar me­tal­dan çıxa bilmədiyindən, tikiş məsaməli alınır. Buna görə də, enli yuvarlaqdan daha çox istifadə edilir. Qaynaqçı belə yuvarlağı qaynaqlayarkən elektrodu tikişin eni üzrə titrədir, həm də bu zaman elektrodun ucu üç cür hərəkət etdirilməlidir.

 

Şək.39. Elektrod ucunun hərəkət etdirilməsi sxemi: a) elektrodun 3 istiqamətdə hərəkəti; b) enli tikiş yuvarlağının qaynaq edilməsi.

 

Elektrodun oxu üzrə yuxarıdan aşağıya irəliləmə hərəkəti (1), tikiş boyunca irəliləmə hərəkəti (2), tikiş eni üzrə, tikişin oxuna perpendikulyar istiqamətdə titrədilmə hərəkəti (3). Eni elektrodun 2,5-3 diametri qədər alınan tikiş yuvarlağı daha yüksək keyfiyyətli olur. Tikiş yuvarlağı daha enli götürüldükdə metal qövs 3 nöqtəsinə qayıdan momentə qədər 1 nöqtəsində bərkidiyindən əriməməyə səbəb ola bilər. Qaynaqçı tikiş yuvarlağını qaynaqladıqda tikişin yan tərəfində dayanaraq elektrodu soldan sağa hərəkət etdirər, ya da tikişin oxu istiqamətində dayanaraq elektrodu “özündən qabağa” və ya “özünə tərəf” hərəkət etdirə bilər.



Tikiş yuvarlağını qaynaq edib qurtardıqdan sonra uc hissədə qalmış krateri diqqətlə qaynaqlamaq lazımdır ki, həmin yerdə çat əmələ gəlməsin . Örtüklü elektrodla qaynaq edərkən maye metalın ərimiş posa qatı ilə daha tam və bir bərabərdə mühafizəsi təmin edilməlidir.

Baş-başa, bucaq tikişlərinin qaynaq edilməsi. Tikişləri tillərdən çəplik yaradılmadan qaynaq edərkən tikiş yuvarlağını birləşdirmənin bir tərəfində, ya da hər iki tərəfində enli qoyurlar. Metalın əriyib qaynaqlanmasına yol verməmək üçün hər iki tilin böyük qalınlığı üzrə metalın yaxşı əriməsini təmin etmək lazımdır.



 


Şək.40. Baş-başa tikişlərin qaynaq edilməsi
Tillərdə çəplik yaradılmadan baş-başa birləşdirmədə tikiş boyu 6 mm-ə qədər qalınlıqda metalın əriyib qaynaqlanması cərəyanın və elektrod diametrinin düzgün se­çilməsindən asılıdır. Cərəyan və elektrodun diametri müvafiq götürüldükdə tillərdə çəplik yaradılmadan 4-8 mm qalınlığında metal tam qaynaqlanır və məhsuldarlıq yüksək olur.

Tilləri V-varı hazırlamaqla baş-başa birləşmədə qalınlığından asılı olaraq, metalı birqatlı, ya da çoxqatlı tikişlə qaynaq edirlər. Birqatlı qaynaqda qövsü çəpliyin tilindəki “a” nöqtəsində təsirləndirir, sonra elektrodu aşağıya hərəkət etdirib tikişin kökünü qaynaqlayır və qövsü ikinci tilə keçirirlər.

Çoxqatlı baş-başa tikişləri qaynaq edərkən əvvəlcə tikişin kökünü diametri 4-5 mm olan elektrodla, sonra növbəti qatları daha iri diametrli elektroddan istifadə etməklə tikiş yuvarlağı ilə qaynaq edirlər. Növbəti qatı qaynaq etməzdən əvvəl əvvəlki qatı posadan və yanıqdan təmizləmək lazımdır.

Tilləri X-varı hazırlamaqla tikişləri V-vari tillərdə olduğu kimi qay­naq­layırlar. Bütün bu hallarda elə tədbirlər görmək lazımdır ki, qaynaq deformasiyası və dərinlikləri azaldılsın və bərabərləşə bilsin.

Üst qatları qaynaqlayarkən alt qatın yaxşı qızması və yumşalması üçün hər qatın qalınlığı 4-5 mm-dən çox alınmamalıdır.

Bucaq tikişlərini qaynaq edərkən maye metal aşağıdakı müstəviyə axmağa cəhd edir. Buna görə də, belə tikişləri aşağı vəziyyətə “qayıqvari” qaynaqlamaq, məmulatı isə elə yerləşdirmək lazımdır ki, posa qövsün qabığı ilə axaraq metalın səthinə tökülməsin. Alt müstəvisi üfüqi yerləşmiş bucaq tikişini qaynaq etdikdə bucağın təpəsində və ya tillərdən birində tikiş qaynaqlanmaya bilər. Qaynağa şaquli təbəqədən başladıqda alt təbəqədə qaynaqlanmama baş verə bilər.




Şək.41. Bucaq tikişlərinin qaynaq edilməsi
Çünki bu zaman ərimiş metal alt təbəqənin kifayət qədər qızmamış səthinə axacaqdır. Bucaq tikişlərini “qayıqvari” birləşdirmədikdə birqatlı qoyurlar, tikişin kateti 8 mm-ə qədər alınır, tikişin kateti 8 mm-dən iri alındıqda tikiş iki və ya çoxqatlı olmalıdır. Çoxqatlı bucaq tikişini qaynaq etdikdə diametri 3-4 mm olan elektroddan istifadə etməklə əvvəlcə ensiz tikiş yuvarlağı qaynaqlayırlar: bu zaman tikişin kökü yaxşı qaynaqlanacaqdır.

7. Nazik təbəqə poladın qaynaq edilməsi

Nazik (3 mm-dən az) təbəqə poladı elektrik qövsü ilə qaynaq edərkən əsas çətinlik tikişin ayrı-ayrı yerlərində metalın ikitərəfli əriməsidir. Tikişin xarici görünüşü və formasından xüsusi tələblər edilmədikdə 1,5-2,5 mm qalınlıqda təbəqə poladı, adi cərəyan mənbələrindən PSO300-3 qaynaq çeviricisindən,VD-301 qaynaq çeviricisindən və başqa mənbələrdən verilən düzqütblü sabit cərəyanla, diametri 3-4 mm olan elektrodlarla, 140-180 amperlik maksimal cərəyanla qaynaga imkan verir. Daha nazik poladı xarici görünüşündən və tikişinin en kəsiyi formasından daha yüksək tələblər edilən məmulatı qaynaqlamaq üçün daha kiçik diametrli elektroddan və az qaynaq cərəyanından istifadə edirlər.



Metalın qalınlığı, mm

0,5

1,0

1,5

2,0

2,5

Elektrodun diametri, mm

1

1,6-2

2

2,5

2,5-3

Cərəyan, amper

10-20

30-35

35-45

50-65

65-100

 

 

Az cərəyanla qaynaq etmək üçün qövsün asanlıqla təsirləndirilməsinə və dayanıqlı yanmasına imkan verən xüsusi örtüklü elektrodlardan istifadə edirlər. Nazik təbəqə poladı qaynaq edərkən istiliyi kənara verən qalın mis altlıqdan istifadə etmək, təbəqələrin tilləri arasında araboşluğu qalmasına imkan verməmək, habelə elektrodun ucunu eninə istiqamətdə hərəkət etdirməmək daha yaxşıdır. Nazik metalı “yuxarıdan aşağıya” üsulu ilə qaynaq etdikdə nəticələr daha yaxşı alınır. Nazik metalı az cərəyanla qaynaq edərkən yüngül elektorodtutucudan və en kəsiyi ən çoxu 6-10 mm² olan elastik məftildən istifadə etmək lazımdır. Nazik metalı az cərəyanla qaynaq etdikdə xüsusi qidalandırma mənbələri tətbiq olunur. Nazik poladı tillərdə kənarlıq qatlamaqla kömür elektrodlardan və sabit cərəyandan istifadə etməklə belə bir rejimdə də qaynaq etmək olar:



Elektrod, diametri, mm

6-10

Cərəyan, A

120-160

Qaynağın sürəti, m/saat

50-70

 

 Nazik metal üçün qaz qaynağı üsulundan geniş istifadə olunur. Lakin qaz qaynağı məmulatda istilik deformasiyası yaradır. Nazik metalın mühafizedici qaz mühitində: arqonda, karbon qazında qaynaq edilməsi yaxşı nəticələr verir. Qalınlığı 1-2 mm olan poladları qaynaq etmək üçün kiçik diametrli məftillə flüs altında yarımavtomatik və avtomatik qaynaqdan istifadə edilə bilər.

 Sualtı qaynaq. Sualtı qaynaq çay və dəniz nəqliyyatında qəza-xilasetmə və təmir işlərində, hidrotexniki və inşaat işlərində tətbiq edilir. Suyun altında qaynaq etmək üçün örtük qatı daha qalın olan, məsələn, ANO-1, OZS-3 markalı elektrodlardan istifadə edirlər. Sualtı qaynaq üçün olan elektrodların üzərinə parafin və ya asetonda həll olunmuş sellüloid lak qatı çəkirlər. 1-ci qat quruduqdan sonra daha iki dəfə lak qatı çəkirlər. Örtük qatı quruduqdan sonra elektrodu əridilmiş parafinə salıb çıxarırlar. Elektrod örtüyünün üzərinə parafin və ya sellüloid lakı aşağıdakı qalınlıqda çəkilir.

 Diametri 4 mm olan çubuqda 0,8 mm; diametri 5 mm olan çubuqda 1 mm, diametri 6 mm olan çubuqda 1,2 mm. Qaynaq üçün düz qütblü sabit cərəyandan istifadə edirlər. Bu zaman qövs dəyişən cərəyandakına nisbətən daha dayanıqlı yanır. Qövsü əlavə mühafizə etmədən, ya da arqonla və ya karbon qazı ilə mühafizə etməklə SV-0,8, Q-2S markalı mətillə yarımavtomatik sualtı qaynaqdan da istifadə edirlər. Xüsusi toz məftildən istifadə etməklə yarımavtomatik sualtı qaynağın müxtəlif üsulları Y.O.Paton adına Elektrik qaynağı İnstitutunda işlənib hazırlanmışdır. Bu üsul suyun altında qaynaq edərkən sıx qənaətləndirici formalı metalda lazimi qədər yüksək mexaniki möhkəmliyə malik olan tikişin alınmasına imkan verir.

  

 8. Polad, onun növləri, qaynaqlanma qabiliyyəti



Polad – dəmir-karbon (Fe-C) ərintisidir, tərkibində 2%-ə qədər karbon vardır. Polad, kimyəvi tərkibinə görə, karbonlu və legirlənmiş olur. Karbonlu polad öz növbəsində azkarbonlu (C-un miq­darı 0,25%-ə qədər), ortakarbonlu (C=0,25-0,6%) və yüksəkkarbonlu (C=0,6-2,0%) olur.

Tərkibində C-dan əlavə, legirləndirici komponentlər (xrom, nikel, volfram, vanadium və s.) olan polada legirlənmiş polad deyilir. Legirlənmiş poladlar öz növbəsində azlegirlənmiş (karbondan baş­qa, bütün legirləndirici elementlərin miqdarı 2,5%-dən azdır), ortalegirlənmiş (C-dən başqa, bü­tün legirləyici elementlərin miqdarı 2,5-10%-dir), yüksəklegirlənmiş (C-dən başqa, bütün le­girlənmiş elementlər 10%-dir) olur. Poladlar mikrostrukturuna görə perlit, martensit austenit, fer­rit və karbid, təyinatına görə isə konstruksiya, alət poladlarına, xüsusi xassəli poladlara bö­lü­nür.

Kimyəvi tərkibi məlum olan poladı bu və ya digər üsul ilə qaynaq edərkən çatsız, məsaməsiz və başqa nöqsansız yüksək keyfiyyətli birləşmələr alınmasına poladların qaynaqlanma qabiliyyəti deyilir. Qaynaqlanma əlamətlərinə görə, poladlar şərti olaraq, 4 qrupa bölünür:

1. Yaxşı qaynaqlanan – Cekv– 0,25;

2. Kifayət qədər qaynaqlanan – Cekv– 0,25-0,35;

3. Məhdud qaynaqlanan – Cekv– 0,35-0,45;

4. Pis qaynaqlanan – Cekv> 0,45.                    

Poladların qaynaqlanma qabiliyyəti müxtəlif nümunələr götürməklə təyin edilir. Nümunələrin köməyi ilə qaynaq zamanı həmin poladın tikiş metalında və tikişyanı zonada çat əmələ gəlmə­sinə səbəb olan kövrək quruluş alınıb-alınmadığı müəyyənləşdirilir.



Karbonlu konstruksiya poladları.1. Keyfiyyətli karbonlu konstruksiya poladları. Bu poladlar mə­sul qaynaq konstruksiyalar hazırlanması üçün işlədilir. Onlar mexaniki xassələri və kimyəvi tərkibi üçün təminat verən QOST-050-60 üzrə buraxılır. Həmin standarta görə, keyfiyyətli karbonlu poladlar karbonun orta miqdarının yüzdə bir faizini göstərən rəqəmlərlə markalanır. Məsələn, 05; 08; 15; 20 və s. markalar göstərir ki, poladın tərki­bində karbonun miqdarı orta hesabla müvafiq olaraq 0,05; 0,08; 0,15; 0,20 %-dir.

QOST-1015-60 üzrə iki qrup polad istehsal edilir. I qrup tərkibində normal miqdarda manqan olan poladlar (0,25-0,80%), II qrup tərkibində manqanın miqdarı artıq olan poladlar (0,70-1,20%).



Azkarbonlu poladların qaynaq edilməsi. Bu poladları qaynaq et­mək üçün QOST–9467-60 üzrə rutil, kalsium-flüorid, turş filizli və üzvi maddələrdən örtüyü olan Э42 və Э42A tipli elektrodlar işlədilir. Cərəyanın növü, qütblüyü və kəmiyyəti örtüyün xarakterinə, metalın qalınlığına, tikişin tipinə və elektrodun diametrinə uyğun olaraq seçilir.

Qalın metalda bucaq tikişlərini və çoxqatlı tikişlərin birinci qatını qaynaq etdikdə metalda tav­la­ma quruluşu və kristallaşma çatları əmələ gəlməsinin qarşısını almaq üçün əsas metalı qa­baq­ca­dan 120-150°C qızdırmaq məsləhət görülür. Azkarbonlu konstruksiya poladları flüorid-kal­sium örtüklü UONİİ-13/45, UONİİ-13/55, UONİİ-3/85, ОZS-2, TSU-1, DSK-50 elektrodlarla qay­naq­­lanır.



Ortakarbonlu poladlar.(C-un miqdarı 0,26-0,45%-dən) tərkibində C az olan məftillə və kənar­la­rı hazırlanmış tikişlər tətbiq etməklə, kiçik cərəyanla qaynaqlanır. Bu zaman tikiş metalında əsas metal hissəsinin az olması üçün əsas metalda ərimə dərinliyinin kiçik alınmasına çalışırlar. Bu tədbirlər nəticəsində tikiş metalında C-nin miqdarı azalır və kristallaşma çatlarının əmələ gəl­mə­sinin qarşısı alınır. Yüksək temperaturda qızdırılma zərərlidir, çünki əsas metalda ərimə dərin­liyinin böyüməsi nəticəsində tikiş metalında C-nin miqdarı artır ki, bu da çatların əmələ gəlmə­si­nə səbəb olur. Düzqütbli sabit cərəyanla qaynaq yaxşı nəticələr verir. UONİİ-13/55 və UONİİ-13/45 elektrodlarının tətbiqi tikiş metalında kristallaşma çatları əmələ gəlməsinə qarşı yüksək dayanıqlılığı və qaynaq birləşmələrinin  lazımi möhkəmliyini təmin edir.

Bir qayda olaraq, yüksəkkarbonlu poladlardan (C>0,46%) qaynaq konstruksiyaları hazırlanmır. Bu poladlar ancaq təmir işləri aparıldıqda və səth qaynağı zamanı lazım ola bilər.

 

Konstruksiya poladlarını qaynaq etmək üşün QOST-9467-60 üzrə hazırlanan elektrodlar

 Cədvəl  2



 

Azlegirlənmiş və yüksəklegirlənmiş poladların qaynaq edilməsi. Azlegirlənmiş poladların qövs qaynağı zamanı aşağıdakı rejim tətbiq olunur:



 

 

 

Cərəyanın göstərilən qiymətləri aşağı vəziyyətdə qaynağa aiddir. Şaquli və tavan tikiş­lərini qay­naq edərkən cərəyanı 10-12% azaldır və diametri 4 mm-dən artıq olmayan elektrod tətbiq edirlər. Qalınlığı 6 mm-dək olan metalın baş-başa birləşmələrini və kateti 7 mm-dək olan yuvarlaq tikiş­ləri birqat (bir gedişlə) qaynaq edirlər ki, bu da soyudulmanın sürətini azaldır. Daha qalın metal bir neçə qatla və uzun hissələrlə qaynaqlanır. Azlegirlənmiş konstruksiya poladlarını Э42A tipli elektrodla qaynaqlamaq yaxşıdır, çünki tikiş metalı əsas metalın əridilən elementləri hesabına əlavə olaraq legirləyici komponentlərlə zənginləşir. Azlegirlənmiş poladların sol qaz qaynağı güclü metalın 1 mm qalınlığına 75-100 dm³/saat, sağ qaz qaynağı isə 700-130 dm³/saat asetilenə bərabər olan normal alov ilə aparılır. Əridilmə çubuğı kimi, SV-08, SV-08A, SV-10Q2 markalı məftillərdən istifadə edilir.



Azlegirlənmiş istiyədavamlı molibdenli və xrommolibdenli poladlar.Bunlar kifayət qədər qay­naq­lanır, ancaq qaynaq rejimi pozulduqda tikişyanı və keçid zonalarında xırda çatlar əmələ gəlməsinə meyillidir. Qaynaqlanan metalın markası ilə elektrod məftilinin markası eyni olma­lı­dır. Kalsium flüorid örtüklü elektrodlardan istifadə edilir.

TSL-6, TSУ-2M (molibden üçün), TSL-14, TSL-2XM (xrom-molibden poladlar üçün), 12-MX markalı istiliyədavamlı poladdan hazırlanan boruları və başqa konstruksiyaları və L-20XM markalı tökmə polad armaturları qaynaqlamaq üçün çubuğu azkarbonlu poladdan, örtüyü isə UONİİ-13-/45-dən ibarət olan UONİİ-13/45 MX elektrodundan istifadə edirlər. 12-X1MF və 20-XMF-L markalı xrom-molibden-vanadiumlu poladlar, eləcə də 15X1-MF poladından hazır­lanmış qazanların boru elementləri TSL-20A, TSL-20M örtüklü elektrodlarla qaynaqlanır.



Yüksəklegirli poladların qaynağı.Maşınqayırma, gəmiqayırma və sənayenin başqa sahələrində qaynaq konstruksiyaları hazırlanması üçün yüksəklegirli poladlardan istifadə edirlər. Sənayedə tətbiq edilən yüksək legirlənmiş poladların, demək olar ki, hamısını qaynaqlamağa imkan verən külli miqdarda elektrod markaları işlənib hazırlanıb. Hər tip elektrod üçün üstəritmə metalının kimyəvi tərkibi onun mexaniki xassələri, ferrit fazasının tərkibi və kristallararası korroziyaya qarşı dayanıqlılıq müəyyən edilmişdir. Elektrodun pasportuna qeyd olunan şərti işarəyə örtüyün markası, elektrodun tipi, qaynaq məftilinin diametri, QOST üzrə nömrəsi daxil edilir.

UONİİ 13/nj elektrodlar 2X13, 1X18H9T, ЭI-269 markalı turşuyadavamlı, istiyədavamlı və azmaqnitli poladları qaynaq etmək və onları konstruksiya poladlarına üstəritmək üçündür.

ЭA-400/10U elektrodlarından 350ºC-dən temperatura aqressiv mühitin  təsirində işləyən və qaynaq edildikdən sonra termik emal edilməyən 1X18N9T, 1X18N12T, X18N12M3T markalı paslanmayan poladları qaynaq etmək üçün istifadə edilir.

Paslanmayan xrom-nikelli poladların qaynaqlanma qabiliyyətini yaxşılaşdırmaq və qaynaq tikişi metalının korroziyaya qarşı dayanıqlığını  artırmaq üçün onların tərkibinə 0,8%-dək titan, yaxud 1,5%-dək niobium daxil edirlər. Bu poladların qaynaq edilməsi üçün kalsium-flüorid örtüklü UONİİ-13/nj, TSL-4-2M, TSL-2Al, TSL-3M, TSL-11, OZL-7, OZL-8 elektrodları tətbiq edilir.



TSL-11 örtüyünün tərkibi: 36% mərmər, 35-46% flüorid şpat, 4% ferromanqan, 3% ferrotitan, 3-14% metallin xrom, 5% titan oksid, 3% ferroniobium, 30% maye şüşə. Xrom-nikelli poladlar aşağıdakı rejimlə qaynaq edilir:

 Tərkibində karbon (C) çox olan xrom-nikelli poladlar qabaqcadan 300-500ºC-dək qızdırılıb qay­naq edilir. Yüksəklegirlənmiş odadavamlı austenit poladlarını qaynaq etmək üçün xüsusi tex­no­lo­ji üsullardan istifadə edilir. Bu poladları mümkün qədər qısa qövs ilə qaynaq etmək la­zımdır, çünki bu zaman tikiş metalının xrom ilə oksidləşməsi və azot ilə zənginləşməsi azalır ki, bu da çatlar əmələ gəlməsinə qarşı tikişin dayanıqlığını artırır.

 


Yüklə 443,1 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin