1980-ci ildən sonrakı dövrdə dövlətlər TMK-lara daha isti münasibət göstərməyə başlamışdır. Bir çox ölkə ilə ortaq beynəlxalq layihəyə imza atan Yaponiya “düşmən rəqib” anlayışından “qarşılıqlı həmrəylik” anlayışına keçmişdir.
Transmilli təsir və TMK-ların qarşılıqlı təsirə məruza qalan proseslərə, nəticədə dövlətlərarası siyasətə olan təsirinin 5 növ variantını ayırmaq olar. Onlardan 4-ü TMK-ların qarışmasını qəti surətdə istisna edən transmilli təsirdir, axırıncıların fəaliyyəti baxmayaraq ki, uyğun nəticəyə gətirib çıxara bilər; v təsir variantı isə yalnız TMK-ların aktorlar və kvazi-aktorlar kimi mövcudluğu şəraitində mükündür. Bu variantları aşağıdakı şəkildə mənalandıraq:
1. münasibətlərin dəyişməsi;
2. dövlətlərin asılılığı və qarşılıqlı asılılığı yolu ilə qarşısını alma mexanizmlərinin inkişafı;
3. bir dövlətin hökümətlərinin digər dövlətin hökümətlərinə təsir imkanlarının artırılması;
4. beynəlxalq plüralizm;
5. dövlətlərin siyasətlərinə qarşı dura bilən və ona qəsd edə bilmə imkanlarına sahib olan yeritdiyi xarici siyasəti ilə birgə muxtariyyət xarakterli aktorların meydana çıxması.
Bütün növ transmilli əlaqələrdə yaranan təsir istənilən istiqamətə yönələn münasibətlərin dəyişməsinə səbəb ola , nəticədə də dövlət siyasətinə təsir göstərə bilər. Beləliklə də, müxtəlif ölkələrdən olan vətəndaşların təsiri milli düşüncə cəmiyyətlərində istənilən fikrin dəyişməsinə bais ola və elita və qeyri-elitanın reallığı dərketmə prosesinə təsir edə bilir. Transmilli kommunikasiya münasibətlərinin dəyişməsinə səbəb olan amillər elektron qurğuları və çap sözlərinin köməyilə ortaya çıxsa da, bizə az aydın görsənsə də, oxşar nəticələri transmilli nəqliyyat, səyahət və maliyyə prosesləri də göstərə bilir. İBM firmasının irəli sürdüyü şüar nə qədər emosional səslənsə də, heç də bütün dünyada sülh dünya ticarətinin köməyi ilə baş vermir, ancaq ki “Toyota” və “Fiatın” əldə etdikləri nailiyyətlər italyan və yaponlara olan fikrin və münasibətlərin formalaşmasında ilkin zəmin rolu oynayır, özü də uğurla.
Dostları ilə paylaş: |